Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

doğrudur.  N əsrlə  yazılmış  bu  əsərin  əsas  məzmunu 

cəm iyyətədə  baş  verən  sosial  ədalətsizliyin  aradan 

qaldırılması  kimi  arzu  və  istəklərin  ictimaiyyətə 

çatdırılmasından ibarət idi.

XVIII  əsr  ədəbiyyatından  danışarkən  böyük 

ədəbi simalan -  Molla Vəli Vidadini və Molla Pənah 

Vaqifi xüsüsilə nəzərə almaq lazımdır.

Molla  Vəli  Vidadi  1709-cu  ildə  Şəmkirdə 

anadan  olmuşdur.  Vidadinin  əsərlərində  ictimai 

kədər,  sosial  ədalətsizilk  motivləri  üstünlük  təşkil 

edir.  Onun  kədəri  vətəninə  olan  sevgidən,  xalqın 

düçar  olduğu  bəlaların  törətdiyi  fəsadlardan  irəli 

gəlirdi.  Bu  əsərlər  cəm iyyətdə  əlbəttə  ki,  təsirsiz 

qalmırdı,  ağıllı  insanları  çətinliklərdən  xilas  olmaq 

üçün yollar axtarmağa sövq edirdi.

Molla  Pənah 

V aqif  1717-ci 

ildə 


Qazax 

mahalının  Qıraq  Salahlı  kəndində  anadan  olmuşdur. 

Onun  əsərlərində  həyata  nikbin  baxışla  yanaşmaq 

meylləri  xüsusi  yer  tutur.  Bu  da  insanların  sabahkı 

günə  inamının  artmasına,  onların  arzu və ümidlərinin 

baş  tutacağına  yönələn  humanist  ideyaların  tərənnü­

mü  kimi  qiymətləndirilməlidir.  Eyni  zamanda,  Va­

qifin bir sıra şeirlərində ictimai ədalətsizliyə qarşı eti­

raz  səsləri  də  qaldırılır.  XVIII  əsrdə  saray  ənənələ­

rini  davam  etdirən  şairlər  də  var  idi.  Saray  şeir  ənə­

nələrinin davam etdirilməsi, əslində, klassik şeir ənə­

nələrinin zənginləşdirilməsi demək idi.  Lakin bunun­

la yanaşı bu  ədəbiyyatda  dövrün  həyat hadisələri  və

42

ictimai münasibətləri də canlandırılırdı. Bu da ictimai 



şüurun  yetkinləşməsinə  öz  təsirini  göstərməyə 

bilməzdi.  Həmin  ənənəni  daha  çox  Şəki  xanları 

sarayında  yaşayan  Hacı  Məhəmməd,  Hüseyn  xan 

Müştaq  kimi  bədii  yaradıcılıqla  məşğul  olan  şəxslər 

davam etdirirdilər.

Şəki  şairləri  içərisində  XVIII  əsrin  birinci 

yarısmda yaşayab  yaratmış  Süleyman  adlı  bir  şair də 

olmuşdur.  Bu  şairin  Molla  Pənah  Vaqifə  çox  böyük 

təsiri var idi.

XIX 


əsrdə  dövrün  ictimai  siyasi  hadisələrini 

bədii  dillə  qələmə  alan  və  cəmiyyətdəki  sosial 

münasibətləri  hadisələrin təsviri fonunda canlandıran 

görkəmli ədəbi simalar yetişmişdi.

Bü dövrdə  Mirzə  Şəfi  Vazeh  (1794 -   1852)  öz 

lirik  şeirləri  ilə  azadlığın  və  humanist  ideyaların 

carçısı  kimi  çıxış  edirdi.  Abbasqulu  ağa  Bakıxanov 

Qüdsi  təxəllüsü  ilə  bir  çox  bədii  əsərlər  yazmışdı. 

Qüdsinin  əsərlərində  maarifçilik  dünyagörüşü  əsas 

yer  tuturdu.  Dövrün  görkəmli  ədəbi  simalarından 

olan  İsmayıl  bəy  Qutqaşmlı  hərbçi  idi,  general- 

mayor  rütbəsi  qazanmışdı.  Fransız  dilində  yazdığı 

«Rəşid bəy və Səadət xanım» adlı povestində insanın 

bəşəri  hüquq  və  azadlıqlarının  tərənnümçüsü  kimi 

çıxış  edirdi.  Bu  dövrdə  satirik  poeziya  da  inkişaf 

edirdi.  Satira  mövzusu  Qasım  bəy  Zakirin  (1786  -  

1857)  əsərlərində  xüsusi  yer  tutur.  Onun  satirik 

şeirlərində əsas etibarı ilə  icitimai  ədalətsizlik tənqid

43



olunur.  Dövrün  görkəmli  ədəbi  simalarından  olan 

Mirzə  Fətəli  Axundovun  (1812  -   1878)  əsərlərində 

maarifçilik  ideyaları  üstünlük  təşkil  edir.  XIX  əsr, 

xüsusilə,  əsrin  sonları  tarixə  maarifçilik  dövrü  kimi 

daxil  olmuşdur.  Bu  dövrdə  Azərbaycanda  Nəriman 

Nərimanovun  təşəbbüsü  ilə  ilk  kütləvi  kitabxana 

açılmışdır.  Kitabxanın  yaradılması  ictimai  fikrin, 

xüsusən,  maarifçiliyin  formalaşması  üçün  mühüm 

addımlardan idi.  Maarifçiliyin inkişafında Həsən bəy 

Zərdabinin  (1842 -   1907)  çox  böyük əməyi,  zəhməti 

və  fəaliyyəti  olmuşdur.  Onun naşiri  olduğu  «Əkinçi» 

qəzeti  1875  -   1877-ci  illərdə  işıq  üzü  görmüşdü. 

Azərbaycanda  maarifçilik  işinin  həyata keçirilməsin­

də  1879-cu ildə  işıq üzü  görən «Ziya»  (1880-ci  ildən 

«Ziyayi  -   Qafqaziyyə»),  1880-ci  ildən  nəşr  olunan 

«Kəşkül»  1891-ci  ilə  kimi  qəzetlərin mühüm rolu var 

idi.  Bu  qəzetlər  Tiflisdə  çap  olunsa  da  Azərbaycan 

həyatını və Azərbaycan ictimai fikrini canlandırırdı.

1880  -   1890-cı  illərdə  Bakıda  «Каспи», 

«Бакинские известия»,  «Баку» və başqa qəzetlər də 

dərc  olunmağa  başladı.  XIX  əsrin  görkəmli  söz 

sənətkarlarından  Seyid  Əzim  Şirvaninin,  Nəriman 

Nərimanovun,  Mirzə  Fətəli  Axundovun,  Sultan 

Məcid Qənizadənin, Əbdürrəhim bəy Haqverdiyevin, 

Xurşud  banu  Natəvanın  əsərləri  həm  maarifçilik 

ideyalannm  yayılmasında,  həm   də  ictimai  həyatın 

canlandınlmasında  çox  böyük  əhəmiyyət  kəsb 

etmişdir.

44

XIX  əsrin  sonu,  XX  əsrin  əvvəllərində 



maarifçilik  hərəkatı  Cənubi  Azərbaycanda  da  geniş 

vüsət  almışdı.  Yaradılan  bədii  nümunələrdə  həyatın 

real  mənzərəsi  ölkədə  baş  verən  ictimai  -   siyasi 

hadisələr fonunda işıqlandırılırdı.  1905 -   1911-ci illər 

Məşrutə  (konstitusiyalı  demokratik  quruluş)  inqilabi 

dövründə  Cənubi  Azərbaycanda  ilk  dəfə  ana  dilində 

bir  sıra  qəzet  və jurnallar  nəşr  olunmağa  başlamışdı. 

«Azərbaycan»,  «Ana  dili»,  «Məzəli»,  «Zənbur», 

«Həşərat -  ül  ərz» jurnalları ana dilində nəşr  edilirdi. 

Əhalinin  geniş  kütləsinin  maarifləndirilməsində  bu 

mətbu  orqanlarının  mühüm  rolu  var  idi.  Eyni 

zamanda,  ictimai  fikrin  canlanmasında  Azərbaycan 

və  fars  dillərində  dərc  olunan  «Naleyi  -  millət», 

«Molla Nəsrəddin» jurnalları da mühüm yer tuturdu. 

Bu  dövrdəki  jümallarda  dərc  olunan  materiallar, 

əsasən,  demokratik ideyaların yayılması  ilə  bağlı  idi. 

İran mənbələrindən alman məlumatlara görə Məşrutə 

inqilabı  dövründə  Cənubi Azərbaycanda  50-yə  yaxm 

adda qəzet və jurnal nəşr edilmişdir.

XX  əsrin  əvvəllərində  Cənubi  Azərbaycanda 

dərc  olunmuş  ən  mühüm  qəzetlərdən  biri  1917-ci 

ildə  Əbülqasım  Fyüzat  və  Şeyx  Məhəmməd 

Xiyabanı  tərəfindən  1921 -ci  ilə  kimi  nəşr  olunan 

«Təcəddüd»  idi.  Bu  dövrdə  Əbülziya  Şəbüstəri, 

Seyid 

Hüseyn 


Ədalət 

kimi 


qələm 

sahibləri 

demokratik 

ruhlu 


qəzetlərdə 

ictimai 


fikrin

45



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə