14
tərkibində 2%-ə qədər hidrogen, azot və arqon qatışığı olur. 1 soba qızdırıcısında
alınan istidaşıyıcı, konstruksiyası axının yüksək xətti surətini və müvafiq olaraq az
kontakt müddətini təmin edən, 2 reaktorunun reak-siya zonasına verilir. Reaksiya
zonasının başlanğıc sahəsində maye xammalın isti-daşıyıcı axın ilə effektiv
qarışmasını və aparatın stabil işini təmin edən maye xam-malın daxil edilməsi üçün
xüsusi qovşaq yerləşdirilir. 2 reaktorundan çıxan piroliz məhsullarının tablaşdırılması
3 tablaşdırıcı aparatına su vurulmaqla və reaksiya axınının temperaturunu 300-400
°
C-yə endirməklə həyata keçirilir. 3 tablaşdırıcı aparatından çıxan buxar-qaz garışığı
qətranla suvarılan 4 skrubberinə daxil olur. 4 skrubberinin yuxarısından çıxan
qazşəkilli məhsullar 5 soyuducusunu keçərək 6 separatoruna daxil olur, burada qazlar
yüngül qətrandan ayrılır və sonra yanacaq xəttinə atılır. 4 skrubberinin aşağısından
su-qətranlı emulsiya 7 çökdürü-cü-tutuma göndərilir ki, burada da ağır qətranın
sudan ayrılması prosesi gedir. Yüksəktemperaturlu piroliz üçün mazut (sıxlığı 970
kq/m
3
, qaynama başlanğıcı 222
°
C, kokslaşması 12,29%, asfaltenlərin miqdarı 6,7%,
elementar tərkibi: C= 85,2%; H=10,34%; S=3,45%) və poliqudrondan (sıxlıgı 1050
kq/m
3
; qaynama başlanğıcı =355
0
C, kokslaşması 15%, asfaltenlərin miqdarı 7,48%,
elementar tərki-bi:C=86,2%; H=9,6%; S = 3,93%) istifadə edilmişdir. Bu halda
qazəmələgəlməsi müvafiq olaraq 63 və 70% olmuşdur. İstidaşıyıcının ballast qazlarını
nəzərə almadıqda alınan piroqazın tərkibi cədvəl 1.2-də göstərilmişdir.
15
Cədvəl 1.2.
İstidaşıyıcının ballast qazlarının nəzərə alınmaması ilə piroqazın tərkibi
Mazutun və poliqudronun pirolizi zamanı reaktorun çıxışında axının
temperaturu müvafiq olaraq 940 və 920
°
C; istidaşıyıcıda hidrogenin qatılıgı müvafiq
olaraq 2 və 15,3% olur.
Karbohidrogen xammallarının pirolizi yolu ilə olefinlər istehsalının iqtisadi
effektivliyi alınan maye və qaz şəkilli yan məhsulların bütövlüyündən və istifadə
istiqamətindən əhəmiyyətli dərəcədə asılıdır. Pirolizin maye məhsullarının sulu və
yüksək qaynama temperaturuna malik olmaları onların sonrakı emalı üçün daha çox
çətinlik yaradır. Piroliz qətranını və mazutun tərkibinin spektroskopik və
xromatoqrafik üsulla analizi göstərmişdid ki, yüksəktemperaturlu piroliz zamanı
Xammallar
Komponentlər
Mazut
Poliqudron
Metan
18,85
22,94
Etan
2,18
2,52
Etilen
39,10
46,56
Asetilen
7,30
6,99
Propan
0,23
0,23
Propilen
16,80
11,47
Propadien
1,37
1,03
Metilasetilen
3,54
1,38
Cəmi butilenlər
3,20
1,49
Divinil
7,43
5,39
Cəmi :
100,00
100,00
16
ə
sasən parafin və naften karbohidrogenlərinin olefinlərə çevrilməsi prosesi gedir, eyni
zamanda alkilaromatik karbohidrogenlər isə daha çox dealkilləşmə prosesinə düçar
olurlar. Agır neft qalıqlarının, o cumlədən də mazutun maye piroliz məhsulları
tərkibində kükürdlü birləşmələr qatılaşırlar ki, bu da onlardan neft koksunun və
texniki karbonun alınması prosesini çətinləşdirir və təbii olaraq xüsusi təmizləmə
üsullarının işlənib hazırlanmasını tələb edir.
1.3. Piroliz prosesinin yan məhsullarınin
ayrılması və təkrar emalı.
Müxtəlif karbohidrogen xammallarının pirolizi yolu ilə alçaq molekullu
olefinlərin istehsalı zamanı çoxlu miqdarda qiymətli doymamış karbohidrogenlər, dien
karbohidrogenləri, aromatik karbohidrogenlər, asetilen törəmələri alınır.
Bu karbohidrogenlər fraksiyalarin tərkibində müvafiq miqdarda olur ki,
onları da təmiz halda ayırmaqla üzvi sintez sənayesinin xammala olan tələbatını
təmin etmək olar. Belə karbohidrogenlərə asetilen, allen, metilasetilen, tsiklo- və
ditsiklopentadien, benzol, naftalin və başqaları misal ola bilər. Bundan əlavə məqsədli
məhsul dəyərinin aşağı, qatılığının yüksək olması tərkibində kükürdlü birləşmələrin az
və digər hetero- üzvi birləşmələrin praktiki olaraq olmaması pirolizin yan
məhsullarının təkrar emalı üçün texnoloji və iqtisadi cəhətdən yaxşı şərait yaradır.
Piroliz
xammalından
alınan
məhsulların
maya
dəyəri
(məsələn,
tsiklopentadien, benzol) neft- kimya proseslərində alınan məhsulların maya dəyərindən
15-25% aşağı olur. Pirolizin qaz və maye məhsullarının kompleks emal proseslərinin
dərinləşdirilməsi bütün qaz şəkilli olefinlər istehsalının iqtisadi effektivliyini və
rentabelliyini yaxşılaşdırır.
17
1.3.1. Piroliz qazlarından asetilen, allen
və metilasetilenin alınması
Qaz şəkilli olefinlərin istehsalı üçün böyuk, vahid gücə malik qurğuların
yaradılması yan məhsulların dərin, kompleks emal proseslərinin aparılmasına imkan
verir. Beləliklə, etilen və propilenlə birlikdə əmələ gələn yüngül məhsullar-asetilen,
allen və metilasetilenin ayrılması prosesi iqtisadi baxımdan çox məqsədəuyğun hesab
olunur.
Xammal və piroliz rejimindən asılı olaraq bu məhsulların mövcud qurğularda,
xammala görə hesablandıqda, çıxımı 1,2% olur və piroliz rejiminin dərinliyindən asılı
olaraq artır. EP-300 qurğularında benzinin pirolizi yolu ilə bir ton etilenin alınması
zamanı 20 kq asetilen (ildə 6 min ton) və həmin miqdarda da allen və metilasetilen
alınır. Piroqazın ayrılması zamanı onun tərkibində olan asetilenin hamısı praktiki
olaraq etan - etilen fraksiyasının tərkibinə keçir və orada asetilenin miqdarı 0,4-1,8%
hədlərində olur. Allen və metilasetilen propan- propilen fraksiyasının ayrılması zamanı
qatılaşdırılır və propilen ayrıldıqdan sonra propan fraksiyasının tərkibində qalır.(25%-ə
qədər).
1.3.2. Asetilenin ayrılması
Məlumdur ki, asetilen kimyəvi sintezlərdə və metalların qaynaq
edilməsində istifadə edilir. Bu halda çox defisit olan kalsium karbid üsulu ilə alınan
asetilendən istifadə olunur. Eyni zamanda qaz şəkilli olefinlər istehsalı qurğularında
üzvi sintezin katalitik proseslərində istifadə olunan etilenin keyfiyyətinə olan tələbat
artdıqca piroliz zamanı alınan məhsulların tərkibindən asetilenin ayrılması vacib
məsələ hesab olunur. Odur ki, piroliz məhsullarından ayrılan asetilen metalların emal
prosesinə göndərilə bilər. Piroliz məhsullarından ayrılan asetilen təbii qazdan və
kalsium karbiddən alınan asetilendən maya dəyərinin aşağı olması ilə fərqlənirlər , bu
proses həm sərfəli həm də perspektivdir.
Dostları ilə paylaş: |