66
Xətti quruluşlu alkilbenzolsulfonatların istehsalı prosesinin 2 variantı işlənib
hazırlanmışdır. Bu proseslər parafinlərin olefinlərə müxtəlif konversiyası ilə baş verir
və onlarda katalizatorun işləmə müddəti də muxtəlif olur. Birinci və ikinci
variantlarda dehidrogenləşdirmə reaksiyalarının əsas göstəriciləri cədvəl 2.3–də
verilmişdir:
Cədvəl 2.3.
Parafinlərin dehidrogenləşmə reaksiyalarının əsas göstəriciləri
Göstəricilər
I variantda
II variantda
Parafinlərin konversiyası, % ilə
15,2
22,6
Tərkibi, % ilə:
Olefinlər
Dienlər
Aromatik karbohidrogenlər
Krekinq məhsulları
Qətranlar
14,0
0,4
0,4
0,3
0,1
20,0
1,5
0,7
0,3
0,1
Selektivlik (olefin və dienlərə nəzərən cəmi), % ilə
94,0
95,0
Reaktorun iş rejimi:
Xammalın temperaturu:
0
C ilə ,
girişdə
çıxışda
465
−
480
440
−
480
475
−
490
450
−
490
Təzyiq, Mpa
0,2
−
0,3
0,05
−
0,1
Hidrogen : parafin mol nisbəti
8:1
8:1
Ikinci variantin sənayedə tətbiq edilməsi xüsusilə aktualdır, belə ki, bu halda
mövcud müəssisədə xlorlaşma mərhələsini (sulfanolun xlor metodu ilə alınmasında)
dehidrogenləşmə mərhələsi ilə əvəz etmək mümkün olur . Bu prosesdə katalizator
kimi platinin promotorla birlikdə AI
2
O
3
üzərinə hopdurulmasından hazırlanan
katalitik sistemdən istifadə olunur. Reaksiya mexanizminin tədqiqi göstərir ki,
dehidrogenləşmə prosesində dien karbohidrogenlərinin əmələ gəlməsinin qarşısını nə
katalitik nə də kinetik üsulların tətbiqi ilə almaq mümkün deyildir. Bununla əlaqədar
olaraq dien karbohidrogenlərinin kəmiyyətcə olefin karbohidrogenlərinə çevrilməsinə
imkan yaradan olefin-parafin qarışığının katalitik hidrotəmizlənməsi prosesi işlənib
67
hazırlandı. Olefin-parafin qarışığının katalitik hidrotəmizlənməsi prosesini aşağıdakı
şə
raitdə aparırlar: reaktorun girişində temperatur 60
−
65
0
C, təzyiq 0,3 MPa, maye
xammalın verilməsinin həcmi sürəti- 15,0 saat
−
1
.
Xətti quruluşlu alkilbenzolsulfonatların alınma prosesinin texnoloji sxemi səkil
2.6-da göstərilmişdir. Xammal
−
təzə və resirkulyasiya olunan parafinlərdən ibarət olan
C
14
−
C
15
tərkibli normal parafinlər fraksiyasi 1 sobasında 465
0
С
−
yə qədər qızdırılaraq
2 dehidrogenləşdirmə reaktoruna verilir. Sobaya verilməzdən əvvəl xammal
hidrogenlə 1:8 mol nisbətində qarışdırılır. Prosesin birinci variantında texnoloji
sxemdə bir dehidrogenləşmə reaktoru, ikinci variantında növbə ilə işləyən iki reaktor
nəzərdə tutulur. Dehidrogenləşmə reaktoru kimi stasionar katalizator laylı adiabatik
reaktorlardan istifadə edirlər. Dehidrogenləşmə prosesindən sonra reaktordan çıxan
axın 3 utilizasiya qazanını keçərək hidrogenin ayrılması üçün 4 separatoruna daxil
olur. Maye məhsullar separatordan nasos vasitəsilə götürülərək 5 qızdırıcısında
qızdırılır və krekinq zamanı əmələ gələn yüngül məhsullardan ayrılmaq üçün 6
kalonuna verilir. Kalonun yuxarısından çıxan buxarların bir hissəsi 7 kondensator-
soyuducusunda kondensləşdirilir və 8 tutumuna yığılır ki, onun da bir hissəsi suvarma
kimi 6 kalonuna qaytarılır, digər hissəsi isə qaz şəkilli fraksiya ilə birlikdə yanacaq
xəttinə göndərilir. 6 kalonunun kubundan çıxan dehidrogenləşmə məhsulları
qabaqcadan hidrogenlə qarışdırılaraq 9 qızdırıcısını keçir və 10 hidrogenləşmə
reaktoruna daxil olur. Hidrogenləşdirmə prosesini stasionar katalizator layli adiabatik
tipli reaktorlarda həyata keçirirlər. Hidrogenləşmədən sonra reaksiya məhsulları 11
separatoruna daxil olur, burada reaksiyaya girməyən H
2
ayrılır və yanacaq xəttinə
qovulur. 11 separatorunun aşağısından çıxan olefin-parafin qarışığı isə 12 alkilləşmə
kalonuna verilir. Alkilləşmə prosesini 2 ardıcıl birləşdirilmiş qarışdırıcılı reaktorda
aparırlar. Reaksiya istiliyi xammal axınları ilə akkumulyasiya olunur. Qurğu işə
buraxılan zaman benzol 18 qızdırıcısında qızdırılır. 12 alkilatoruna verilməzdən
qabaq olefin
−
parafin qarışığı ilə təzə və resikl olunan benzol qarışdırılır. 12 alkilləşmə
reaktorundan çıxan alkilat 13 çökdürücüsündə katalizator kompleksindən ayrılır və
68
sonra alkilatın neytrallaşdırılması qovşağı 14
−
ə
göndərilir. Yuyulma və
neytrallaşdırma mərhələsini keçdikdən sonra alkilat 15 rektifikasiya kalonuna daxil
edilir . 15 rektifikasiya kalonunda reaksiyaya girməyən benzol qovulur və yenidən
alkilləşmə prosesinə qaytarılır. 16 rektifikasiya kalonunda reaksiyaya girməyən
parafinlər fraksiyası ayrılır və dehidrogenləşdirmə prosesinə qaytarılır. 17
rektifikasiya kalonunda alkilatın tərkibində olan monoalkilbenzollar ayrılır. 17
rektifikasiya kalonunun yuxarı hissəsində monoalkilbenzol, aşağı kub hissəsindən isə
ağır alkilat ayrılır.
Olefin-parafin qarışığı əsasında alınan xətti quruluşlu alkilbenzolsulfonatların
maya dəyərinin xlor metodu ilə alınan xətti quruluşlu alkilbenzolsulfonatların maya
dəyəri
ilə
tutuşdurulması
və
müqayisəsi
göstərir
ki,
1-ci
halda
alkilbenzolsulfonatların maya dəyəri xeyli aşağıdır. Bu onunla izah olunur ki,
dehidrogenləşmədə xlora sərf olunan xərclər olmur, parafinlərə görə sərf əmsalı aşağı
olur və benzolun olefinlərlə alkilləşməsi zamanı sərf olunan katalizator kompleksi
xlorparafinlərdən istifadə olunarkən sərf olunan katalizator kompleksindən iki dəfə az
olur. Yerdə qalan bütün sərf əmsalları göstərilən hər iki prosesdə eyni olur.
Parafinlərin dehidrogenləşmə məhsulları
−
olefin-parafin qarışığı əsasında xətti
quruluşlu alkilbenzolsulfonatların alınması üsulunun məqsədəuyğunluğu bu prosesin
təkcə yüksək texniki
−
iqtisadi göstəricilərilə deyil, həm də xlorun ixtisaslı istifadə
olunması ilə izah olunur. Xlorun ixtisaslı istifadə olunması xlorüzvi tullantıların su
hövzələrinə və atmosferə düşməsinin qarşısını alır və əmək şəraitinin
yaxşılaşdırılmasına imkan yaradır.
Dostları ilə paylaş: |