Başqaları ilə qüvvə, zor dili ilə deyil, mədəniyyətin dili ilə
danışmaq istəyidir.
Amerika alimi S.Benhəbibə görə, insanlar yalnız po
tensial tərəfdaş, müttəfiq olduqlarını dərk etdikləri halda anlaş
maya nail ola bilirlər. Buna görə də “interaktiv universalizm"
ideyası dünya siyasətində qəbul edilməlidir (С.Бенхабиб.
Притязание культуры. Равенство и разнообразие в гло
бальную эру. Пер. с англ, под ред. В.Л.Иноземцева. М, Ло
гос, 2003, s.39).
Müasir dövrdə dünya təcrübəsində olduğu kimi, bey
nəlxalq münasibətlər, nəzəri və tətbiqi politologiya və s. ixtisas
həllərində “Mədəniyyət siyasəti” adlı istiqamətlərin inteqrativ
tədrisi diqqət mərkəzinə gətirilməlidir. Belə ki, əgər müasir
dünyanın simasını “humanitar və sosial texnologiyalar” müəy
yən edirsə, bu məhz mədəni siyasət deməkdir, mədəni poten
sialın aşkarlanmasına, mənəvi resursların səfərbər edilməsinə
yönəlmiş siyasət deməkdir. Mədəni siyasət təfəkkürün özəl tipi
kimi məhz o məqamda gerçəklənir ki, söz möhtəşəm qüvvəyə,
ideya gerçəkliyə çevrilir və ya çevrilmək imkanı əldə edir.
Mədəniyyət siyasəti müasir ictimaiyyatşünaslıqda elm-
lərarası statusa malik sahədir. Siyasi tarix, iqtisadi mədəniyyət,
siyasi analitika və siyasi fəlsəfə mədəniyyətşünaslıqla sıx bağlı
istiqamətlərdir.
XX əsrin ikinci yansında baş verən transformasiya pro
seslərinin elə ilk mərhələsindən məlum oldu ki, bu proseslər
siyasi, iqtisadi və sosial sferalarla
bahəm mədəniyyətə də
güclü təsir göstərəcəkdir. Onilliklər boyu xalqın tanınmasına
icazə verilməyən mütəfəkkirlərin adlan və əsərlərinin ortaya
çıxması, mədəniyyət təşkilatlannın fəaliyyətinin yenidən qurul
ması, ziyalılann ölkə inkişafının mühüm məsələləri üzrə gərgin
-
7 2
-
müzakirələrə başlaması və s. - bütün bunlar göstərirdi ki, icti
mai-siyasi yeniləşmə prosesləri məhz mədəniyyət sahəsində
daha intensiv başlanğıc götürmüşdür.
Yeni iqtisadi münasibətlərin bərqərar olması gedişində
qarşıya çıxan çətinliklər, mədəniyyətin idarə olunmasının mər
kəzləşmiş inzibati sisteminin dağılması, problemlərin miqyaslı
xarakterinə dəlalət edirdi. Bütün bunlarla yanaşı, müstəqillik
illərində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin
başçılığı ilə öz mədəni-mənəvi köklərinə qayıdış, ənənələrin
dirçəldilməsi ilə yanaşı, dünya birliyinə inteqrasiya proseslə
rinin fəal iştirakçısı statusuna da nail oldu.
Müasir dünyada mədəniyyətin rolunun artmasını şərt
ləndirən amilləri sübut edən prosesləri aşağıdakı kimi qrup
laşdırmaq olar:
Birincisi, mədəniyyətin funksiyalarının getdikcə artım
diferensiasiyası; yalnız qazanılmış olanlann saxlanması və ye
nilərinin yaradılması deyil, həm də ahəngdar mədəni məkanın
formalaşması, yeni mədəni (sosial-humanitar) texnologiyaların
mənimsənilməsi; təhsilin, elmin humanistləşdiriiməsi və s.
İkincisi, mədəniyyətin tarixən formalaşmış ufüqlənnin
genişdəndirilməsi, onun minillərin sınağından çıxan və müasir
dəyərlərinin səmərəli istifadəsi, varisliyinin təmin olunması,
mədəniyyətlərarası əlaqələrin sıxlaşması, yeni dövrdə mənəvi
və etnik-mədəni ənənələrin yeni həyatı, mədəni irsin qorun
masının realist versiyalarının axtarışı;
Üçüncüsü, insanın daha ləyaqətli, mədəni təməllərə
dayaqlanan həyatının təmin edilməsi, ehtiyacı; kütləvi mədə
niyyətin yaratdığı ab-havadan duyulan ümumi narazılıq, yeni,
daha dərin qatlara malik mənəvi prinsipləri vacibliyinin dərk
edilməsi;
-
7 3
-
Mədəniyyət insanın mənəvi varltğı kimi yaşadığı mə
kandır. İnsanın həyatın mənası və məqsədinin fasiləsiz yaran
dığı, yaşam tərzinin və gediləcək yolun seçildiyi, şüur və dün
yagörüşün cilalandığı, saflaşdığı, tarixi tale və yaddaşın hər an
xatırlandığı məkan mədəniyyət məkanıdır.
Yeni əsrdə mədəni yüksəlişin yeni üfüqləri açılır. Bu
rada inkişafın aydın perspektivlərinin müəyyənləşdirilməsi
mədəni siyasətdə inersiya vəziyyətini istisna edir.
İnnovasion mədəni siyasətin formalaşdınlmasında yal
nız mədəni inzibatçılıq sistemi deyil, bütün cəmiyyət birlikdə,
mədəniyyətin dəyərini anlayan hər kəs iştirak etməlidir.
Hər bir ölkənin mədəni siyasəti özünün himayəsinə
götürdüyü hansı dəyərlər sisteminin
inkişafını və
bütün
dünyaya yayılmasını təmin edəcəyini aşkar dərk elməlidir.
Bəzən belə mövqelərə də rast gəlmək olur ki, radikal
plüralizm, ifrat individualizmin bəraət qazandığı dövrdə mə
dəniyyətin idarə olunmasından danışmaq yersizdir. Burada
mədəni siyasət olmadan da ötüşmək olar, mədəniyyət azaddır
və idarəetmə subyekti ola bilməz. Bazar iqtisadiyyatı, reklam,
tələb-təklif “mifologiyası” hər şeyi özü həll edəcəkdir.
Mövcud qlobal-mədəni şəraitin müşahidəsi göstərir ki,
aydın mədəni siyasət və konsepsiya olmadan hər hansı bir
xalqın mənəvi-mədəni dirçəlişi, həqiqətən, ümumxalq işinə
çevrilə bilməz. Reallığı nəzərə alan və elmi əsaslara söykənən
mədəni siyasət:
- mənəvi yüksəlişdə maraqlı olan bütün qüvvələrin bir
ləşməsində maraqlı olmalı;
- bu istiqamətdə istənilən təşəbbüsün dəstəklənməsini
təmin etməli;
- bədi i-yaradıcı, elmi-akademik və gündəlik adi şüur
-
7 4
-
müstəvilərdə mədəni fəaliyyətin bütün sahələrini üzvi vəhdətə
gətirmək;
- ənənəvi xalq mədəniyyətinin və peşəkar, klassik mə
dəni dəyərlərə sadiq olmaqla, qazanılmış mənəvi inkişaf
səviyyəsinin azalmasına heç bir vəchlə yol verməmək;
- mədəniyyətin təəssübkeş, himayəçi və yaradıcı olan
ziyalı obrazının, mədəniyyət xadiminin nüfuzunun yeni tələblər
əsasında artın İması;
ictimai rəyi səmərəli mədəni siyasətin təliminə
çevirmək.
-
7 5
-
Dostları ilə paylaş: |