Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə18/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   14   15   16   17   18   19   20   21   ...   106

Başqaları  ilə  qüvvə,  zor  dili  ilə  deyil,  mədəniyyətin  dili  ilə 
danışmaq  istəyidir.
Amerika  alimi  S.Benhəbibə  görə,  insanlar  yalnız  po­
tensial  tərəfdaş,  müttəfiq olduqlarını  dərk etdikləri  halda anlaş­
maya  nail  ola  bilirlər.  Buna  görə  də  “interaktiv  universalizm" 
ideyası  dünya  siyasətində  qəbul  edilməlidir  (С.Бенхабиб. 
Притязание  культуры.  Равенство  и  разнообразие  в  гло­
бальную  эру.  Пер.  с англ,  под ред.  В.Л.Иноземцева.  М,  Ло­
гос, 2003, s.39).
Müasir  dövrdə  dünya  təcrübəsində  olduğu  kimi,  bey­
nəlxalq  münasibətlər,  nəzəri  və  tətbiqi  politologiya  və  s.  ixtisas 
həllərində  “Mədəniyyət  siyasəti” adlı  istiqamətlərin  inteqrativ 
tədrisi  diqqət  mərkəzinə  gətirilməlidir.  Belə  ki,  əgər  müasir 
dünyanın  simasını  “humanitar  və  sosial  texnologiyalar”  müəy­
yən  edirsə,  bu  məhz  mədəni  siyasət  deməkdir,  mədəni  poten­
sialın  aşkarlanmasına,  mənəvi  resursların  səfərbər  edilməsinə 
yönəlmiş  siyasət  deməkdir.  Mədəni  siyasət  təfəkkürün  özəl  tipi 
kimi  məhz o  məqamda gerçəklənir ki,  söz möhtəşəm qüvvəyə, 
ideya gerçəkliyə çevrilir və ya çevrilmək  imkanı  əldə edir.
Mədəniyyət  siyasəti  müasir  ictimaiyyatşünaslıqda  elm- 
lərarası  statusa  malik  sahədir.  Siyasi  tarix,  iqtisadi  mədəniyyət, 
siyasi  analitika  və  siyasi  fəlsəfə  mədəniyyətşünaslıqla  sıx  bağlı 
istiqamətlərdir.
XX əsrin  ikinci  yansında  baş verən  transformasiya pro­
seslərinin  elə  ilk  mərhələsindən  məlum  oldu  ki,  bu  proseslər 
siyasi,  iqtisadi  və  sosial  sferalarla 
bahəm  mədəniyyətə  də 
güclü  təsir göstərəcəkdir.  Onilliklər boyu  xalqın  tanınmasına 
icazə  verilməyən  mütəfəkkirlərin  adlan  və  əsərlərinin  ortaya 
çıxması,  mədəniyyət  təşkilatlannın  fəaliyyətinin  yenidən  qurul­
ması,  ziyalılann  ölkə  inkişafının  mühüm  məsələləri  üzrə gərgin
-
7 2
-
müzakirələrə  başlaması  və s. -   bütün  bunlar göstərirdi  ki,  icti­
mai-siyasi  yeniləşmə  prosesləri  məhz  mədəniyyət  sahəsində 
daha intensiv başlanğıc  götürmüşdür.
Yeni  iqtisadi  münasibətlərin  bərqərar  olması  gedişində 
qarşıya  çıxan  çətinliklər,  mədəniyyətin  idarə  olunmasının  mər­
kəzləşmiş  inzibati  sisteminin  dağılması,  problemlərin  miqyaslı 
xarakterinə  dəlalət  edirdi.  Bütün  bunlarla  yanaşı,  müstəqillik 
illərində  Azərbaycan  xalqı  ümummilli  lider  Heydər  Əliyevin 
başçılığı  ilə  öz  mədəni-mənəvi  köklərinə  qayıdış,  ənənələrin 
dirçəldilməsi  ilə  yanaşı,  dünya  birliyinə  inteqrasiya  proseslə­
rinin  fəal  iştirakçısı  statusuna da nail oldu.
Müasir  dünyada  mədəniyyətin  rolunun  artmasını  şərt­
ləndirən  amilləri  sübut  edən  prosesləri  aşağıdakı  kimi  qrup­
laşdırmaq olar:
Birincisi,  mədəniyyətin  funksiyalarının  getdikcə  artım 
diferensiasiyası;  yalnız qazanılmış olanlann  saxlanması  və  ye­
nilərinin  yaradılması  deyil,  həm  də  ahəngdar  mədəni  məkanın 
formalaşması,  yeni  mədəni  (sosial-humanitar)  texnologiyaların 
mənimsənilməsi; təhsilin, elmin  humanistləşdiriiməsi  və s.
İkincisi,  mədəniyyətin  tarixən  formalaşmış  ufüqlənnin 
genişdəndirilməsi,  onun  minillərin  sınağından  çıxan  və  müasir 
dəyərlərinin  səmərəli  istifadəsi,  varisliyinin  təmin  olunması, 
mədəniyyətlərarası  əlaqələrin  sıxlaşması,  yeni  dövrdə  mənəvi 
və  etnik-mədəni  ənənələrin  yeni  həyatı,  mədəni  irsin  qorun­
masının  realist  versiyalarının  axtarışı;
Üçüncüsü,  insanın  daha  ləyaqətli,  mədəni  təməllərə 
dayaqlanan  həyatının  təmin  edilməsi,  ehtiyacı;  kütləvi  mədə­
niyyətin  yaratdığı  ab-havadan  duyulan  ümumi  narazılıq,  yeni, 
daha  dərin  qatlara  malik  mənəvi  prinsipləri  vacibliyinin  dərk 
edilməsi;
-
7 3
-


Mədəniyyət  insanın  mənəvi  varltğı  kimi  yaşadığı  mə­
kandır.  İnsanın  həyatın  mənası  və  məqsədinin  fasiləsiz  yaran­
dığı,  yaşam  tərzinin  və  gediləcək  yolun  seçildiyi,  şüur  və  dün­
yagörüşün  cilalandığı,  saflaşdığı,  tarixi  tale  və  yaddaşın  hər an 
xatırlandığı  məkan  mədəniyyət  məkanıdır.
Yeni  əsrdə  mədəni  yüksəlişin  yeni  üfüqləri  açılır.  Bu­
rada  inkişafın  aydın  perspektivlərinin  müəyyənləşdirilməsi 
mədəni  siyasətdə inersiya vəziyyətini  istisna edir.
İnnovasion  mədəni  siyasətin  formalaşdınlmasında  yal­
nız  mədəni  inzibatçılıq  sistemi  deyil,  bütün  cəmiyyət  birlikdə, 
mədəniyyətin  dəyərini  anlayan  hər kəs  iştirak  etməlidir.
Hər  bir  ölkənin  mədəni  siyasəti  özünün  himayəsinə 
götürdüyü  hansı  dəyərlər  sisteminin 
inkişafını  və 
bütün 
dünyaya yayılmasını  təmin edəcəyini  aşkar dərk elməlidir.
Bəzən  belə  mövqelərə  də  rast  gəlmək  olur  ki,  radikal 
plüralizm,  ifrat  individualizmin  bəraət  qazandığı  dövrdə  mə­
dəniyyətin  idarə  olunmasından  danışmaq  yersizdir.  Burada 
mədəni  siyasət  olmadan  da  ötüşmək  olar,  mədəniyyət  azaddır 
və  idarəetmə  subyekti  ola  bilməz.  Bazar  iqtisadiyyatı,  reklam, 
tələb-təklif  “mifologiyası” hər şeyi  özü  həll  edəcəkdir.
Mövcud  qlobal-mədəni  şəraitin  müşahidəsi  göstərir  ki, 
aydın  mədəni  siyasət  və  konsepsiya  olmadan  hər  hansı  bir 
xalqın  mənəvi-mədəni  dirçəlişi,  həqiqətən,  ümumxalq  işinə 
çevrilə  bilməz.  Reallığı  nəzərə  alan  və  elmi  əsaslara  söykənən 
mədəni  siyasət:
-  mənəvi  yüksəlişdə  maraqlı  olan  bütün  qüvvələrin  bir­
ləşməsində maraqlı  olmalı;
-  bu  istiqamətdə  istənilən  təşəbbüsün  dəstəklənməsini 
təmin etməli;
-  bədi i-yaradıcı,  elmi-akademik  və  gündəlik  adi  şüur
-
7 4
-
müstəvilərdə  mədəni  fəaliyyətin  bütün  sahələrini  üzvi  vəhdətə 
gətirmək;
-  ənənəvi  xalq  mədəniyyətinin  və  peşəkar,  klassik  mə­
dəni  dəyərlərə  sadiq  olmaqla,  qazanılmış  mənəvi  inkişaf 
səviyyəsinin  azalmasına heç bir vəchlə  yol  verməmək;
-  mədəniyyətin  təəssübkeş,  himayəçi  və  yaradıcı  olan 
ziyalı  obrazının,  mədəniyyət  xadiminin nüfuzunun  yeni  tələblər 
əsasında  artın İması;
ictimai  rəyi  səmərəli  mədəni  siyasətin  təliminə
çevirmək.
-
7 5
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə