yan bəzi mədəniyyətlərdən fərqli olaraq Azərbaycanda bu
proses təbii-tarixi xarakter daşıyır, özünütəcrid variantı bizim
mədəniyyətmiz üçün heç vaxt spesifik olmamışdır.
Lakin müasir sosial-mədəni situasiya qeyd olunduğu
kimi, tarixin heç bir zamanı ilə müqayisəyə gəlmir. Bu mər
hələdə mədəni siyasətdə “mənəvi müqavimət və mühafizə”
amili xüsusi əksini tapmalıdır. Milli-mənəvi dəyərlərin dirçəl
dilməsi, ənənə və innovasiyanın sintezi imkanları daxilində
həyata keçirilə bilər. Ənənəvi irsimiz innovasiyalara biganəlik
göstərilmədən saxlanmalı, möhkəmləndirilməlidir. Mədəni si
yasətdə ağırlıq mərkəzi özünü təcrid və radikal avtonomiya
meylindən, qarşılıqlı faydalı əməkdaşlıq formalarının intensiv
axtarışı və həyata keçirilməsinə doğru yönəldilməlidir. Optimal
inteqrasiya şəraitinin yaradılması və dəstəklənməsi Azərbay
canda ən dövlət, həm də qeyri-dövlət təşkilatlarının fəaliyyə
tinin başlıca məqsədini təşkil edir.
Bu sahədə Heydər Əliyev Fondunun apardığı çoxşaxəli
fəaliyyət, mədəni məkanda
inteqrasiya modeli kimi bütün
dünyaya örnək ola bilər. Müasir dünyada mədəniyyət, elm və
təhsil məsələləri üzrə yaradılmış ən nüfuzlu beynəlxalq təş
kilatlar - YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniy
yətinin Dostları Fondunun rəhbəri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın başçılığı ilə bu gün mədəniyyətmiz yeni-
yeni guşələrinə qətiyyətlə addımlayır.
Milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folkloru
muz, milli musiqimiz, incəsənətimiz Mehriban xanım Əliye
vanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olu
nur. Onun fəaliyyəti səfiri olduğu nüfuzlu beynəlxalq təşkilat -
YUNESKO tərəfindən xüsusilə yüksək qiymətləndirilmişdir:
-
110
-
“Müasir nəslin musiqi təhsili və gələcək maarifləndirilməsi
xanım Əliyevanın daim diqqət mərkəzindədir. Təqdirəlayiq
haldır ki, fondun fəaliyyəti milli mədəniyyətin zəngin ənənə
lərinin yaşadılmasına xidmət edir. Fondun səyləri nəticəsində
Azərbaycanda təhsilin inkişafı, minlərlə yeniyetmə və gəncin
təhsilə qovuşması üçün gözəl şərait yaradılmışdır. Fondun
fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini
inkişaf etdirmək və yaymaqla bitmir, eyni zamanda, bütün
dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı ta
nışlıq prosesi gedir”.
Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən,
Heydər Əliyev Fondunun dünya mədəniyyətinə inteqrasiya
fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu
xüsusi vurğulanır. Deməli, mədəni inteqrasiya modelinin opti
mal variantı Azərbaycanda artıq müəyyən edilmiş və inkişaf
edir. Bu fəaliyyətin bütün cəmiyyət tərəfindən dəstəklənməsi,
daha da intensivləşməsi mühüm məsələdir.
Artıq on ildir ki. Heydər Əliyev Fondu Azərbaycanın
birinci xanımının rəhbərliyi altında mədəniyyətimizin tərəq
qisi, mənəvi irsimizin qovuşması, ənənələrimizin yaşadılması,
dünyaya tanıdılması üçün əvəzsiz xidmətlər göstərir. Bütün bu
fəaliyyətə qlobal cəmiyyətə mədəni inteqrasiyanın etibarlı,
düzgün xətt üzrə həyata keçirildiyinə təminat verir, mədəni-
mənəvi təhlükəsizliyimizə, dövlətçiliyin möhkəmləndirilməsi
nə xidmət edir. Azərbaycanın inteqrasiya prosesinin bərabərhü
quqlu iştirakçısı kimi dünya mədəni məkanında öz layiqli
yerini tutmasını gerçəkliyə çevirir. Azərbaycan üçün faydalı
olan inteqrasiya şəraitinin formalaşdırılması üçün üzərinə dü
şən bütün missiyanı yerinə yetirir. Suverenlik prinsipini, mə
dəniyyətlərin bərabər hüquqlu mövcudluğu, mədəni irsin özü-
- I l l -
nəməxsusluğunun qorunmasını regional və beynəlxalq səviy
yədə informasiya-kommunikasiya texnologiyalarının geniş im
kanlarının tətbiq
edilməsi Fondun fəaliyyətində xüsusi yer
tutur.
- 112 -
§ 12. Avrasiya mədəni inteqrasiya modeli
kimi: real və potensial imkanlar
B əşəriyyətin in k iş a f ta rixin d ə köklü d ə
y iş ik lik lə rlə m üşayiət olunan zid d iyyətli, "b ö h
ra n " ad la n d ırıla n d ö vrlər həm işə m ö vcu d o l
m uşdur. İnsa n lıq bu m ərh ələd ən m öhtəşəm m ə
nəvi, fə ls ə fi, m ədəni d əyər və m eya rla r sistem i
ya ra tm a q la çıxa bilm işdir.
Bu gün də dünya, necə adlandırılmasından asılı ol
mayaraq, inkişafının tamamilə fərqli bir mərhələsinə qədəm
qoymuşdur. Bu mərhələdə insanlar, dövlətlər, mədəniyyət
lər, dinlər arasında mövcud olan qarşılıqlı münasibətlərin
prinsipial olaraq yeni səviyyəsinin təməli qoyulmalıdır.
Dünyanın inkişaf parametrləri baxımından müşahidə olunan
və “qloballaşma" adlandırılan tamamilə fərqli problemlərin
ortaya çıxması da yaşadığımız mərhələni səciyyələndirən
və yeni münasibət modelinin yaranmasını zərurətə çevirən
amillər sırasındadır.
Sivilizasiyanın gələcəyi probleminin müzakirəsi və
həlli perspektivlərinə alimlərin, siyasətçilərin, filosofların,
iqtisadçıların, kulturoloqların və s. beynəlxalq konfrans, fo
rum və simpoziumları həsr edilir. Lakin bu gün deyə bilərik
ki, bununla problemin mürəkkəbliyi nəinki azalır, əksinə
daha da artır.
Bu gün yeni dinlər, yeni mədəniyyətlər yaratmağa
ehtiyac yoxdur. Çünki dünyadakı istənilən xalqın dinində,
-
113
-
Dostları ilə paylaş: |