Yeni, müstəqil Azərbaycanın təməlinin qoyulması pro
sesi həm daxili, həm də xarici siyasətdə bütün fəaliyyətin
məğzini təşkil edirdi. Bu illərdə Azərbaycanın ictimai-siyasi,
iqtisadi və mədəni həyatının bütün sahələrində gedən dirçəliş
və quruculuq işlərinin miqyas və dəyəri heyrət doğururdu.
Ölkə daxilində, ümummilli lider, nadir dövlət xadimi
kimi, tarixdə dəfələrlə bir çox siyasətçinin edə bilmədiyi hü
nərlərə qadir olmuş, misilsiz fədakarlıqlar göstərərək ən çətin
məqamlarda Azərbaycam bəlalardan xilas edə bilmişdir.
Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçə
lişin, siyasi həyatın, mədəni və elmi yüksəlişin, Milli Ordu
quruculuğunun böyük və çətin bir dövrünü əhatə edən zaman
kəsiyi - Heydər Əliyevin adı, əməli fəaliyyəti, gerçəkləşdirdiyi
konkret işlərlə bağlıdır. Milli dövlətçiliyin bünövrəsini möh
kəmləndirərək, Azərbaycanın bu günü və gələcəyi üçün sar
sılmaz zəmin yaratmış ulu öndərin fəaliyyətində siyasi dühanın
nəzəri və praktiki tərəflərinin vəhdəti hələ ictimai elmin ciddi
təhlil obyekti kimi çox araşdırılacaqdır.
Bu dövrdə görülən işlər milli özünüdərk və mənlik
şüurunu, dərin qatlara nüfuz etmiş ideoloji sistemin keçmiş
təsir və buxovlanndan azad etmək, tarixi yaddaş duyğusunu və
inamını xalqa qaytarmaq, milli dövlətçilik ideyasının potensial
qüvvəyə çevirməyi təmin edən hərtərəfli inkişaf strategiyası
düşünülmüş şəkildə gerçəkləşdirilirdi. Dövlətin istiqlaliyyə
tinin iqtisadi sistemli yüksəlişindən bilavasitə asılı olduğu hər
an vurğulanırdı. İqtisadi sahədə dərin islahatlar miqyası
baxımından, xalqın rifah və firavanlığınm keyfiyyətcə yeni
mərhələyə keçməsinə görə Azərbaycanın təməlinin quruculuğu
salnaməsində, gerçəkdən ən parlaq səhifələri təşkil edir. Bu
gün dünya iqtisadiyyatına uğurla davam edən inteqrasiya
-
162
-
prosesi. Heydər Əliyev tərəfindən təməli qoyulan həmin
potensiala dayaqlanır.
Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı
dövlətləri və beynəlxalq təşkilatlan ilə əlaqələr milli maraqlara
və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətti inkişaf et
dirməyə başlamışdır. Beynəlxalq əhəmiyyətli müqavilələrə im
za atılmış, onlann həyata keçirilməsinə başlanılmışdır.
Müstəqil, qüdrətli Azərbaycanın təməlinin möhkəmlən
dirilərək, onun möhtəşəm, əsrlərin sınağına tab gətirəcək əbədi
binasının inşa olunması Heydər Əliyevin adı ilə bağlıdır. Yal
nız XX əsrin sonlannda həqiqətə çevrilə bilən bu gerçəklik,
qeyd olunduğu kimi, ulu öndərimizin həyat idealını, bütün
fəaliyyətinin məna və idealını təşkil etmişdir. Elə bu səbəbə
görədir ki, dövlətçiliyin əsaslarını müəyyən edən amillər sıra
sında yalnız iqtisadi, siyasi deyil, mənəvi-milli kök və amillərin
də həlledici rol və dəyərini həmişə önə çəkmişdir.
Dövlətçilikdə müstəqilliyin, millilkdən, milli düşüncə
və məfkurədən ayrılıqda təsəvvür edilmədiyinə həm fəaliyyə
tində, həm də dövlətin qərar və sərəncamlarında daim diqqətə
çəkmişdir.
Milli-mənəvi dəyərlərimizin, dilimizin, dinimizin səda
qətli daşıyıcısı, yorulmaz təbliğatçısı, hamisi və islam dəyər
lərinin təəssübkeşi, mədəniyyətimizin və elmimizin dərin bili
cisi olan ümummilli liderimizi, əbədiyaşar edən, xalqın əbədi
sevgisini ona qazandıran səbəblər sırasında mənəviyyat amili
ön cərgədə durur. Siyasi düha, müdrik zəka və dərin mənə
viyyat, əxlaq - dünyanın ən seçilmiş siyasətçiləri içərisində bu
üç səviyyəni bir simada, əməl və fəaliyyətdə birləşdirən yeganə
şəxsiyyət Heydər Əliyev olmuşdur. Azərbaycan istiqlaliyyə
tinin təməli, “xəmiri” bu meyar və keyfiyyətlərlə yoğrulduğu
-
163
-
üçün qeyri-real, mümkünsüz olanlar, real və mümkün ola
bilmişdir. Azərbaycanda dövlətçilik və siyasət elmini, dünya
siyasət elminin tərkib hissəsinə çevirməyə qadir olan, bu elmin
nəzəri əsaslarını yüksək səviyyə ilə zənginləşdirən Heydər
Əliyev dəst-xətti, dövlətçilik elmi formalaşmışdır. Bugünkü
müstəqil Azərbaycan siyasətinin, müstəqillik dövrü iqtisadiy
yatının, mədəniyyətinin, rifah və firavanlığının əsaslan ilahi
fitrətdən gələn qabiliyyət və peşəkar, müdrik qiymət və qə
naətlə yaradılmışdır. Dünyanın inkişaf etmiş bütün dövlətləri
ilə qarşılıqlı inam, bərabərhüquqlu tərəfdaş və faydalı əmək
daşlığa əsaslanan, Azərbaycanın mənafeyinə cavab verən mü
nasibətlər qurulmuşdur.
4. HEYKƏL
Ulu öndərimiz tarix boyu düşüncələri məşğul edən,
Vətən deyə döyünən qəlbləri qubar edən, gerçəkliyinə həmişə
maneə və sədlər qoyulan müstəqil, azad Azərbaycan ideyasının
ürəklərə “dağ” çəkən əlçatmaz xəyal kimi mövcudluğuna son
qoydu. Tanrının ona bəxş etdiyi missiyanı, şükürlər olsun ki,
yerinə yetirdi, Azərbaycan ideyası kimi mövcud olan,
səpələnən qayalardan, siyasi tufanların püskürdüyü tarixi mə
qamda zirvəsi əbədiyyətə toxunan Azərbaycan adlı möhtəşəm,
ulu DAĞ silsiləsini yaratdı. Bu əcdadlarımızın və min illər
boyu Azərbaycan adlı ideya daşıyıcılarının narahat ruhunu
ovudan Azərbaycan boyda, tarixə və zamana görk ola biləcək
qürur ünvanı, inam və güvənc məkanı - Vətən oldu.
Bir il əvvəl onun bu Vətən boyda, Azərbaycan boyda
ruhu, təcəssümü, siması və əməlləri gözümüz önündən qəlbi
mizin dərinliklərinə köçdü. Azərbaycan kimi möhtəşəm, Azər
baycanın özü və sözü qədər əziz və ulu öndərimiz ürəklərdə
-
164
-
nəqş
olundu. Amalı - idealımıza, əməli - örnəyimizə, varlığı -
ürəyimizin dərinliyində heykələ çevrilən, yaratdığı müstəqil
Azərbaycan-dünyaya gələcəyimiz və dünyadan gedəndə qovu
şacağımız müqəddəs Vətən torpağı - onun həyatından
çox
sevdiyi Vətən torpağı öz ağuşuna aldı.
Heydər Əliyevin siyasi dövlətçilik təcrübəsi və irsi,
dünya elminin monumental abidələri sırasını zənginləşdirdi.
“Siyasi düha” və “siyasi karyera” anlayışları arasında dərin
mahiyyət fərqləri olduğunu göstərdi. Dövlətçilik mənafeyinə,
xalqın gələcəyinə ardıcıl xidmət etmək xətti, şəxsi xarizma və
bütün ali-ülvi insani keyfiyyətlərlə, siyasətdə düzgün, şərəfli və
qeyrətli üsulların tətbiqinin vəhdət təşkil edə bildiyini nümayiş
etdirdi.
İdealının ucalığı, əməllərinin əbədi yaşarı lığı ilə Heydər
Əliyev XX əsrin sonlarından başlamış dünya durduqca Azər
baycan dövlətçiliyinin mücəssəməsi, azərbaycanlılar üçün me
yar olacaq. Azərbaycanın gələcəyini qurmaq prosesində tarixi
zamanların fasiləsizliyini təmin edən inamımızın tükənməz
çeşməsi kimi çağlayacaq. Onun qəlbimizə köçən, nəqş olunan
heykəli, daim bizə onu andırır. Onu andıqca nurlu simasının
xatirəsi təbəssümümüzü, taleyüklü məsələlərdə qətiyyətimizi
cəsarətimizi, əzmimizi artırır. Qəlblərdəki heykəlləri nə zaman,
nə tarix, nə də siyasət yerindən oynatmağa qadir deyil.
Bugünkü Azərbaycanın hər yerində, bütün guşələrində şəhər və
rayonlarında ulu öndərin xatirəsini əbədiləşdirmək, hər şeydən
əvvəl, Müstəqil Azərbaycan adlı məmləkəti yaradan böyük
şəxsiyyətin fəaliyyəti nəticəsində mümkün olmuşdur. “Heydər
Əliyev və Xalq”, “Heydər Əliyev və Azərbaycan" sözlərinin
məna yükündə, Vətən, Xalq və əbədi lider nidası bir nöqtədə
cəmləşir. Onun həyat tarixi, Azərbaycan dövlətçiliyində bütöv
-
165
-
Dostları ilə paylaş: |