bir dövrün - şanlı müstəqillik dövrünün tarixidir. Onun xati
rəsi, milli dövlətçilik yaddaşımızın daha da möhkəmlənməsi,
ona ucaldılan heykəllər, Azərbaycanın əbədiliyini təmin edən
insana minnətdarlıq və qədirbilənlik mücəssəməsidir.
5. MƏŞƏL
Qazanılmış istiqlaliyyət, əldə olunmuş böyük nailiy
yətlər, bütün dünyada tanınan müstəqil dövlət statusunun də-
yərincə qiymətləndirilməsi baxımından böyük işlər görülmək
dədir.
Eyni zamanda dövlətçiliyin bütün sahələrində bərqərar
olunmuş nizam və fəaliyyətin elmi səviyyədə təhlili üçün
siyasət və idarəçilikdə Heydər Əliyev dəst-xəttinin, uğur
fəlsəfəsinin, tərzi və üslubunun nəzəri əsas kimi, gələcək
zəfərlərin perspektivini təmin etməsi baxımından dəyərini,
potensialını üzə çıxarmaq və nəzəri sistemləşdirməyin nə qədər
zəruri olduğu təsəvvürəgəlməzdir.
Ulu öndərimizin fəaliyyətində əldə olunmuş nəticələr
(siyasi indi) qazanılacaq qələbələr (siyasi gələcək) bütövlük
təşkil etmişdir. Təsəvvürümüzə gətirəndə, böyük liderin fəaliy
yətində qazanılmışlann sanbalı, qazanılacaqlann üfüqlərini
sonsuzluğa qədər genişləndirir. Bu siyasi dəst-xətt məşəl olub
həmin üfüqlərə işıq saçır, dövlətçiliyimizin inkişaf yollarını
şölələndirir. Bu əminliyi duyduğu üçün idi ki, xalqın pərişan
olduğu vaxtda çıxışlarının birində “Narahat olmayın, mən
sizinləyəm” söyləmişdi. Nə qədər müdrikliyə, vətən sevgisi,
Azərbaycan məhəbbətinə malik olmalısan ki, belə məqamda da
xalqın narahat olacağından rahatsız olasan.
“Azərbaycan mənim ürəyimdir” - deyirdi Ulu Öndər.
Əbədi prezidentimizin ürəyi-Azərbaycan bu gün yaşayır, yeni
-
166
-
sabahlara boylanaraq döyünməkdə davam edir.
Dünya siyasi elmində liderlik institutunun ən mühüm
göstəriciləri sırasında, qəbul edilmiş bir başlıca xüsusiyyət də
vardır: Liderlik institutu, dövlətçilikdə fasiləsizliyi təmin etmək
üçün özünü əvəz edə bilən yeni liderlər nəsli yetişdirməyə
qabil olmalıdır. Əgər bu ənənə varsa, onda həmin ölkənin: 1)
dayanıqlı demokratik inkişafın təmin edilməsinin; 2) belə bir
dövlətin tarixən formalaşmış yüksək siyasi mədəniyyət səviy
yəsinin göstəricisi kimi çıxış edir.
“Qüdrətli, müstəqil Azərbaycan”ı yaratmağa qadır olan
siyasi kursa və ona sadiq xalqın istəyi ilə hakimiyyətə gələn
İlham Əliyev cəmiyyətimizdə sabaha tükənməyən inam, əmin
lik və güvənlik ab-havası gətirdi. Əbədiyaşar dövlətçilik məşəli
etibarlı əllərə keçdi.
XXI əsr bəşər cəmiyyətinin həyatında sadəcə təqvim
göstəricisi deyil. Həm bütün dünya, həm də Azərbaycan üçün
yeni üfüqlər, yeni zirvələr deməkdir. Bu gün dünya tarixi -
planet ölkə və xalqlarının hamısının daxil olduğu ümumbəşəri
axındır. “Yeni dünya nizamı, düzəni” sözləri çox işlədilir.
Lakin biz bilirik və bilməliyik ki, hələlik bu nizam bərqərar
olmayıb, yoxdur. Çünki qlobal bütövlük və nizamdan danışı
lırsa, on ildən çoxdur davam edən Qarabağ münaqişəsi, Azər
baycanın daxili, lokal problemi olmaqdan kənara çıxmış, bütün
dünya üçün gərginlik və təhlükə yaratmaqdadır.
“İşğalçılıq faktı olan yerdə, terrorçuluq faktı da möv
cuddur” fikrinin dünyanın diqqətinə çatdırılması, eyni zamanda
da Azərbaycan xalqının bu məsələdə bütün əzm və iradəsinin
vurğulanması, Prezident İlham Əliyevin qətiyyətli, sabit möv
qeyi kimi, həm də böyük siyasi kursun davamıdır.
Bu siyasi kurs novatorluğun, reformatorluğun və kon-
-
167
-
servatorluğun ahəngini təmin edərək, “hansı siyasi modeli seç
məli?” sualının cavabı kimi dövlətçiliyin ən çətin sınaqlarından
çıxmağı təmin etdiyi üçün, gələcəkdə görüləcək işlərin rəhni və
zəmini kimi yaşayır, yaşayacaqdır.
Şəxsiyyəti, ülviyyəti, mənəviyyatı - sabaha aparan
yollarımızı məşəl kimi nurlandıran, bizə ideal qüvvə və iradə
verən ümummilli liderimiz, Sizi anırıq. Böyükdən-kiçiyə hamı
mız üçün Azərbaycan adlı məmləkətin qüdrətli olması naminə
əbədi səfərbərlik ünvanı. Siz Varsınız.
İdealın - amalın yaşayır.
Əməlin - əməllərdə gerçəkləşir.
Təmələ - daha möhkəm hörgülər vurulur.
Heykəlin - ürəklərə nəqş olunur.
Məşəl - etibarlı əllərdədir.
-
168
-
§ 4. Heydər Əliyev irsi, milli suverenlik
prinsipi və dünyaya inteqrasiya
"B izim tutduğum uz yo l doğru yoldur, ə d a
lətli yoldur. Bizim ən böyük vəzifəm iz A zə rb a y
canın d ö vlət m ü stəq illiyin i qorum aq, saxlam aq,
m öhkəm ləndirm ək, onu əbədi etm əkdən ibarətdir.
H əyata keçird iyim iz d a xili və xa ric i siyasət, m ü s
təq illiyim izin təm inatıdır. Kim bu yo ld a bizə
m ane olarsa, o m aneələri biz aradan götürm əyə
q a d ir ik ".
Heydər Əliyev
Dünyada baş verən qarşılıqlı inteqrasiya meyillərinə,
"qloballaşma” anlayışı ilə ifadə edilən proseslərə dair həm
elmi müstəvidə, həm kütləvi informasiya vasitələrində, həm
də adi şüur səviyyəsində gedən müzakirə və mübahisələri
səthi izləyən insanları ən çox düşündürən suallar yığcam
şəkildə əsasən bir mövzu ilə bağlıdır: qloballaşma prose
sində, “milli dövlət, milli suverenlik” kimi prinsiplər nə ki
mi məzmun və mahiyyət dəyişiklikləri kəsb edir? Bəşər
həyatının bütün sahələrinə nüfuz edən yeni inkişaf meyil-
ləri “milli suverenlik” prinsipinə necə təsir göstərir?
Bəhs olunan mövzuya dair elmi ədəbiyyatda “milli
dövlətçilik və suverenlik" anlayışlarını asanlıqla tarixin
“arxivinə” vermək, milli dövlət fenomeninin böhran yaşa
dığını sübut etmək cəhdləri da az qala üstünlük təşkil edir.
-
169
-
Dostları ilə paylaş: |