lanna xüsusi dəyər verməsi Heydər Əliyevin fəaliyyətinin bü
tün dövrləri üçün səciyyəvi olmuşdur. Hələ sovet dövründə
ölkə gənclərinin dünya elminin qabaqcıl nailiyyətlərinə yi
yələnməsi üçün seçilmiş ali məktəblərə göndərilməsi bunu
sübut edir. Dövlətçiliyin tarixində, müstəqillik salnaməsində
dönüş nöqtəsi olan 1993-cü ildə yeni, suveren Azərbaycanın
yaradılması üçün Bakıya qayıdan ümummilli liderin ilk görüşə
ölkə alimlərindən, düşünən insanlardan, ziyalılardan başlaması
hamının xatinndədir. Bu, əslində, hər bir inqilabi yeniliyin
şüurlardan başladığına, insanın inam və intellektinin vəhdətinə
əsaslandığına bəslənilən böyük ümiddən irəli gəlirdi. Bu görüş
həm də cəmiyyətdə intellektin missiyasının və fəlsəfəsinin
bilicisi olan tarixi şəxsiyyətin hansı zəkaya sahib olduğuna bir
simvolik işarə idi. Ümummilli lider bununla da yaradılan yeni
dövlətin bünövrəsinin elmi əsaslar üzərində qurulduğunu, zəka
potensialına arxalandığım, insan resurslarını necə dəyərləndir
diyini nümayiş etdirdi. Onun elmə, təhsilə, mədəniyyətə, mənə
viyyata göstərdiyi diqqət və qayğının kökündə, bunların milli
qüdrətin və özünüdərk prosesinin ayrılmaz tərkib hissəsi oldu
ğuna əminlik dururdu.
Bu qayğının kökündə insan amilinə, onun mədəni-elmi
səviyyəsinə, intellektual imkanlarına dərin inam dururdu.
Heydər Əliyevi dövlət və siyasət öndəri səviyyəsinə
ucaldan amil, onun nadir istedada, ensiklopedik biliyə, fəhm və
intuisiyaya malik böyük strateq, həm də praqmatik olması öncə
məhz zəka və düha sahibi olması idi. Onun elmə verdiyi dəyə
rin səbəblərini məhz burada, “zər qədrini zərgər bilər” xalq de
yimində axtarmaq lazımdır. Təhsilin və elmin strateji istiqa
mətlər və dövlət siyasətinin ən mühüm məsələsi kimi bəyan
-
206
-
edilməsi, ardıcıl quruculuq işləri bu gün öz konkret nəticələrini
verir və verəcəkdir.
Azərbaycan həmişə elmin, zəkanın qiymətləndirildiyi
sivil bir məkan olmuş, insan potensialına əhəmiyyət verdiyini
həmişə nümayiş etdirmişdir.
Müasir dünyada, demokratik cəmiyyətdə inkişaf və
idarəetmə məsələlərinin daha çox clitarlıq prinsipinə əsaslan
ması, yüksək statusa və qabiliyyətə malik elitanın həlledici rol
oynaması elmi həqiqətdir. Elita intellektual, siyasi, mədəni,
iqtisadi, psixoloji, mənəvi, təşkilatçılıq qabiliyyətləri ilə fərq
lənən, başqa qruplarla müqayisədə daha çox dövlətçilik missi
yasına xidmət edən insanların birliyidir.
Müstəqil dövlət, suveren milli elitaya malik olmalıdır.
Milli elita isə milli lider ətrafında birləşə, xalqın potensial ener
jisini bir araya gətirə, quruculuq işlərinə səfərbər edə bilər.
Cəmiyyətdə elitaların nisbi bölgüsü: siyasi, hərbi, iqti
sadi, mədəni, texnokratik və s. elitalar mövcuddur. Lakin sübut
etməyə ehtiyac yoxdur ki, onların hamısını birləşdirən başlıca
cəhət milli dövlətçiliyə xidmət etmək və intellektual qabiliy
yətləri ilə fərqlənməkdir. Siyasi elitanı səciyyələndirən müəy
yən cəhətlər barədə müxtəlif baxışlar məlumdur.
İntellektual - elmi elita isə müəyyən mənada həm yeni,
həm də ənənəvi elitaların xüsusiyyətlərini, özündə əks etdirir.
Belə ki, gerçəkliyin elmi-nəzəri əsaslar üzərində qurulmuş,
konseptual proqramına malik olmaq, ilk növbədə, insanların
dünyagörüşünü və imkanlarını bir məcraya
yönəltmək və
idarəetmə keyfiyyətləri bütün növ elitar təbəqələrə xasdır.
Müasir dövrdə cəmiyyətin idarə olunmasında, intellekt
amilinin, ümumiyyətlə, elitaların, o cümlədən də intellektual
elmi və siyasi elitanın dövlətçilik maraqlan ətrafında üzvi kon-
-
207
-
solidasiyası prosesi baş verir. Məhz buna görə də ölkəmizdə
milli intellektual elitanın yaranmasını, suveren siyasi elitanın
təşəkkülündən ayırmaq düzgün olmazdı. Bu baxımdan aka
demik R.Mehdiyev yazır: “Müstəqil Azərbaycanın siyasi elitası
1990-cı ilin yanvarında, ölkəmizin Moskvadakı səfirliyində
ümummilli lider Heydər Əliyevin bəyanatı ilə formalaşmağa
başlamışdır. Bu mürəkkəb zaman azadlıq və müstəqillik, de
mokratik dəyərlər, güclü iqtisadiyyat uğrunda mübarizəyə
qadir olan müasir milli elitanın mənəvi və siyasi amalının for
malaşmasının başlanğıcı idi” (R.Mehdiyev. Azərbaycan: Qlo
ballaşmanın tələbləri. Bakı, 2005, s.337).
Mövcud olduğu zaman, tarixi şərait və qarşıda duran
vəzifələrin həllində oynadığı rola görə müxtəlif mərhələlərdə
elitaların müəyyən təbəqəsi tarixin səhnəsində önə çıxır, tə
rəqqinin hərəkətverici qüvvəsinə çevrilir. Bu “elitar dinamika”
anlayışı ilə ifadə olunur və çoxşaxəli prosesləri əks etdirir. Ən
vacibi, inkişafın qlobal meyillərinə müvafiq olaraq müəyyən
elita təbəqəsinin ön cərgəyə gəlməsini, dəyişikliklərin və
yeniləşmənin hərəkətverici qüvvəsi qismində üzərinə böyük
vəzifələr düşməsini diqqət mərkəzinə gətirir. Tarixin əvvəlki
dönəmlərində, cahangirlik və hərb amilinin önəmli olduğu çağ
larda sərkərdə və hərbi elitanın statusu daha yüksək idi. Bu gün
də müəyyən ölkələrdə dövlət siyasətinin müəyyənləşməsində
hərbi elitanın mühüm qərarların verilməsində statusu həlledici
təsirə malikdir.
Bu gün inkişaf etmiş ölkələrdə intellekt və siyasət vahid
cəbhədə dövlətçilik maraqlarına xidmət edir. Bu ölkələrin qa
zandığı uğurların təminatçısı məhz həqiqi intellektualların döv
lətçiliyin inkişafını hər şeydən üstün tutmasıdır. Dünya inkişa
fının hazırkı mərhələsində fatehlik hünərini, sərkərdə qılıncını,
-208
-
zəka “qılıncı”, ağlın gücü əvəz edir və təbii ki, intellektual eli
tanın üzərinə çox çətin və şərəfli bir missiya düşür.
Dünya elm və informasiya cəmiyyətinə inteqrasiya
dövlətimizin siyasətinin ana xəttini təşkil edir. Bu qarşıdakı
vəzifələrin bir mühüm istiqamətidir. Digər məsələ, müasir
dövrdə öz dayanıqlı inkişafını, rəqabətə davamlılığı, gələcək
perspektivlərini müəyyən edən hər bir dövlətin innovasıon
inkişaf paradiqmasma keçid alması zərurəti ilə bağlıdır.
Modernləşmə və postmodemləşmə proseslərinin keyfiyyətcə
yeni mərhələyə qədəm qoymasını məhz hər bir ölkənin
innovasion inkişaf strategiyası təmin edir. Dünya innovasiya
məkanına inteqrasiya yolunun alternativi mövcud deyil. Bu
miqyaslı vəzifənin dərki, izah edilməsi və hərtərəfli konsep
siyasının formalaşdırılması milli intellektual elitanın üzərinə
düşür. Onu səciyyələndirən başlıca cəhətlər:
- yeni şəraitdə cəmiyyətin inkişafının yeni ideya və
konsepsiyalarının irəli sürülməsi;
- cəmiyyətin idarə olunması üçün strateji qərarların
qəbulunda dövlətə ən yaxın dəstəyin göstərilməsi;
- yeniliklərə həssas və fəal, təşəbbüskar mövqeyə
malik, ictimai şüurun, innovasion mühitin formalaşdın İması;
- xalqın intellektual potensialının, insan resurslannın
səfərbər edilməsi;
- cəmiyyət və dövlətin inkişafı üçün yüksək məsuliyyət
hissi;
- konkret intellektual-elmi nailiyyətə yönəlmiş nova
torluq fəaliyyəti;
- milli maraqlara yönümlü olması;
- milli ideyanı formalaşdırmaq və onun həyata keç
məsinə xidmət etməsi;
-
209
-
Dostları ilə paylaş: |