§ 6. Azərbaycanda milli intellektual elita
və qlobal innovasion cəmiyyətə
inteqrasiya məsələləri
"A zərb a yca n x a lq ın ın m illi sə rv ə ti onuıı
in te lle k tu a l p o ten sia lıd ır, m əd ən iyyətid ir, ədəbiy
ya tıd ır. Biz m ü stəq il d ö v lə tim izi boş ye rd ə qur
m a ğ a başlam am ışdıq. B izim iq tisa d i p o ten sia lı
m ız kim i başqa b ir sərv ə tim iz - in te lle k tu a l po
te n sia lım ız da var. Bunu y a ra d a n la r var. Bu dahi
in sa n la r A zərb a yca n ın böyiik in te lle k tu a l poten
sia lın ı, m ü lk iy y ə tin i y a ra d ıb la r" .
HEYDƏR ƏLİYEV
"Bu gün q a b a q cıl ö lk ə lə rin təcrübəsinə
n ə zə r sa lsa q g ö rərik: o n la rın tə r ə q q isin i elin
m ü əyyən etm işdir. N ə təb ii sə n 'd tlə r, nə də ki
co ğ ra fi vəziyyət deyil, m əh z in te lle k tu a l kapital,
m əh z elm in səviy y ə si h ər b ir ö lk ə n i lid e r ölkəyə
ç e v ir ir " .
İLHAM ƏLİYEV
Tarixin bütün dönəmlərində zəka və intellektin özəl
missiyaya, dünya nizamında əvəzsiz rola malik olması ide
yası mövcud olmuşdur. Maddi, fiziki qüvvədən fərqli
olaraq, yaradıcı enerjinin, ağlın gücünün xüsusi keyfiyyətə
malik olduğunu ilk vurğulayanlardan biri də Platon olmuş
dur. Fikrini izah etmək üçün qədim dənizçiləri misal gəti
rən Platon yazırdı ki. külək dayananda, yelkənlər gücsüz
qalanda onlar çevik şəkildə “ikinci naviqasiyam” , düşüncə
lərini hərəkətə gətirir, avarlarla vəziyyətdən çıxış yolunu
tapırdılar. Dənizdə olduğu kimi, həyatda da “ikinci naviqa
siya" fiziki deyil, əqli imkanların səfərbər edilməsini, ya
radıcılıq səyini tələb edir.
Bəşəriyyət inkişaf etdikcə irəliləyişin təkanverici
amili qismində çıxış edən strateji resurslar da dinamik dəyi
şikliyə uğramışdır. XXI əsri fərqləndirən müstəsna cəhət
odur ki, zəka və intellekt dünya inkişafının strateji re
sursuna, tərəqqinin meyarına çevrilmişdir. Bəşəriyyət
1) ərazi; 2) kapital; 3) texnologiyaların fəthi və mənim
sənilməsi mərhələlərini arxada qoyaraq, dördüncü - intel
lektual sərvətin fəthi erasına qədəm qoymuşdur.
Yəni bu vaxta qədər sivilizasiyanın mövcudluğunu
təmin edən inkişaf paradiqması kökündən dəyişməkdə,
yenisi ilə əvəz olunmaqdadır. Bu gün qlobal cəmiyyət möv
cud problemləri həll etmək üçün yeni ictimai quruluş tipinə
keçid
almaqdadır.
Bu
da
bütün
sahələrdə
ənənəvi
paradiqma, dəyərlər sistemi, təşkilatlanma formalarının, in
kişaf strategiyalarının sistemli şəkildə, kökündən yeniləş
məsini tələb edir. Formalaşmaqda olan yeni cəmiyyət tipini
müxtəlif cür adlandırırlar: superindusırial, elmi, informa
siya, bilik, intellekt cəmiyyəti, texnotron era və s. Müxtəlif
səslənən bu sözləri mahiyyətcə yaxın edən bir ümumi cəhət
var: insan həyatının bütün sahələrinin, peşə və ixtisasların,
əmək fəaliyyətinin, hətta məişət əməyinin məzmunun ən
yüksək səviyyədə intellektuallaşması, intellektin ön sıraya
keçməsi.
-
203
-
Yaşanılan məqamın daha bir özəlliyi ondadır ki,
inkişaf səviyyəsindən asılı olmayaraq dünyanın bütün
ölkələri qarşısında eyni məqsəd durur: insan resurslarına,
intellektual kapitala əsaslanan innovasion cəmiyyət mode
linə keçid almaq, onu reallaşdırmaq və möhkəmləndirmək.
Demokratik vətəndaş cəmiyyəti, hüquqi dövlət
quruluşu kimi qlobal tarixi vəzifələr sırasına daha biri -
innovasion elm cəmiyyəti qurmaq vəzifəsi əlavə olun
muşdur. Daha dəqiq deyilsə, demokratik cəmiyyətin uğuru
və tərəqqisi, hər şeydən əvvəl, innovasion inkişaf paradiq-
masının nə dərəcədə müəyyənləşdirilməsindən
uğurla
tətbiqi və həyata keçirilməsindən birmənalı asılı olmuşdur.
Bu həyati vacib məsələ ölkəmizin milli intellektual
elitası qarşısında olduqca məsuliyyətli, miqyaslı vəzifələr
irəli sürür. Azərbaycan elmində, ümumiyyətlə, elita prob
lemi, elitologiya mövzusu o qədər də geniş müzakirələrin
mövzusu ola bilməmişdir. “Milli intellektual elita” onun
təşəkkülü, cəmiyyətdə rolu, mövqeyi və funksiyaları və s.
problemlər isə demək olar ki, hələ ictimai elmin diqqət
mərkəzinə gəlməmişdir. Bu isə intellektual kapitalın və in
san resurslarının bir nömrəli məsələyə çevrildiyi XXI əsrdə
narahatlıq doğurur. Bunu statistik məlumatlar səviyyəsində
sübut edən bir faktı misal gətirək.
Dünya Bankı 192 ölkənin milli sərvətini təhlil edə
rək belə nəticəyə gəlmişdir: müasir dövrdə milli sərvətin 16
faizini ümumi istehsal fondları, 20 faizini təbii ehtiyatlar,
64 faizini isə “insan kapitalı, intellektual resurslar" təmsil
edir. Buna görə də inkişafın insana yönümlü konsepsiyası
və göstəriciləri ön sıraya keçir, dövlət siyasətinin başlıca
istiqamətini təşkil edir.
-
204
-
Suveren Azərbaycanın bütün sahələrdə olduğu kimi,
intellektual-elmi inkişaf strategiyasının da təməli Heydər
Əliyev tərəfindən qoyulmuşdur. Dövlətimizin siyasi müs
təqilliyini, onun elmi intellektual, mədəni intibahı ilə bir
arada, tarixin və taleyin sınağında gerçəkləşdirə bilən şəx
siyyətin - Heydər Əliyevin həm dövlət öndəri, həm də eyni
zamanda, zəka öndəri olması bütün dünyada qəbul edilmiş
tarixi həqiqətdir. Məhz bu səbəbdəndir ki, obyektiv elmi
siyasətə əsaslanan əbədi, suveren Azərbaycan ideyası üzə
rində qurulan müstəqil vətənimiz tarixin heç bir dövründə
Heydər Əliyev epoxasında olduğu qədər dünyada etiraf və
təsdiq olunmamışdır. Məhz onun fədakar xidmətləri sayə
sində Azərbaycan dünya siyasi xəritəsinə adını birdəfəlik
həkk etmişdir.
İntellekt və zəkanın dünyada, xüsusilə də yeni qu
rulan Azərbaycan cəmiyyətində nələrə qadir olduğunu,
ümummilli liderimizin necə dəyərləndirdiyini, onun bütün
həyatı, ictimai-siyasi fəaliyyəti sübut edir. İnnovasion
yönümlü elm cəmiyyətinin formalaşması qanunauyğunluq
larını, yeni dövrün başlandığını bütün dünyada vurğulayan
zəka sahibləri sırasında Heydər Əliyev birincilərdən olmuş
dur. Onun elmə, intellektə münasibəti, milli elitanın forma
laşdırılması istiqamətində göstərdiyi xidmətlər bu sahədə
konkret məqsədləri, aydın hədəfləri necə müəyyən etməsi
hələ çoxlu tədqiqatların mövzusu olacaqdır.
Qüdrətli Azərbaycanın qurulması, siyasi və iqtisadi sa
bitliyin təmin olunması kimi möhtəşəm vəzifənin hər şeydən
əvvəl elmə və zəkaya əsaslanan siyasət əsasında həyala keçi
rilməsində, bu istiqamətdə ölkənin malik olduğu intellektual
potensialın səfərbər edilməsinə, insanların intellektual imkan-
-205
-
Dostları ilə paylaş: |