Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə32/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

Söyləmək yerinə düşər ki, qiymətləndirmədən kənarda heç bir şüurlu fəaliyyət 

yoxdur.  Qiymətləndirmə  (istər  formativ,  istər  summativ,  istərsə  də  diaqnostik) 

üsullarının təlim sisteminin digər üsulları sırasında xüsusi yeri vardır. Doğurdan da, 

onun müəllim-şagird arasında əks-əlaqə vasitəsi kimi əvəzsiz rolu danılmazdır. 

Şagirdlərin  nailiyyətləri  və  təlimə  münasibətləri,  müəllmin  hazırlıq  səviyyəsi, 

fənn  kurikulumlarının  xarakterik  cəhətləri,  təlim  resurslarının  bölgüsünü  əks  etdirən 

məlumatlar  və  fəaliyyətlərin  icra  mexanizmləri  qiymətləndirmə  məlumatlarıdır. 

Məlumatların  toplanması,  testlərin  keçirilməsi,  şagird  tapşırıqlarının  toplanması, 

sinifdə  müşahidələrin  aparılması,  fənn  kurikulumlarının  icra  keyfiyyətinin,  şagird  və 

müəllimlərin  fəaliyyətlərinin  müşahidəsi,  qiymət  cədvəlləri  və  digər  məktəb 

sənədlərinin  təhlil  edilməsi  kimi  üsullarla  həyata  keçirilir.  Qiymətləndirmə 

nəticələrindən  tədris  prosesinin  planlaşdırılması  və  istiqamətləndirilməsi,  qiymət 

ballarının hesablanması, müqayisələrin aparılması, təhsil sənədlərinin və lisenziyaların 

verilməsi,  təhsilin  bir  pilləsindən  digərinə  keçilməsi,  pedoqoji  nəzəriyyənin 

formalaşdırılması,  təhsil  siyasətinin  qurulması  və  onun  təsirliliyinin  monitorinqinin 

aparılaması,  təlim  resurslarının  bölgüsü,  kurikulumun  və  tədrisin  keyfiyyətinin 

dəyərləndirilməsi  zamanı  istifadə  olunur,  eyni  zamanda  geniş  ictimaiyyəti 

məlumatlandırmaq məqsədi daşıyır. Qiymətləndirmə üçün əsas standartlardır və bunlar 

təhsilin  keyfiyyətini  qiymətləndirmək  üçün  əsas  meyarları  təyin  edir,  şagird 

nailiyyətlətlərinin  və  təhsil  imkanlarının  qarşılıqlı  dəyərləndirilməsi  üçün  istifadə 

olunan  qiymətləndirmə  üsullarının  və  vasitələrinin  keyfiyyətini  təsvir  edir, 

qiymətvermə prosesinin qanuniliyinə zəmanət verir. Mütəxəssislər belə hesab edir ki, 

qiymətləndirilmənin  aparılmasında  məqsədəuyğunluq,  nailiyyətlərin  və  təhsil  imkan-

larının qarşılıqlı dəyərləndirilməsi, toplanmış məlumatların keyfiyyətcə müvafiqliyinin 

və  etibarlılığının  təmin  olunması,  qiymətləndirmədə  şəffaflıq,  ədalətlilik,  qarşılıqlı 

razılaşma  və  əməkdaşlıq,  təlim  fəaliyyətində  qiymətləndirmə  nəticələrinin  inkişaf-

etdirici rolunun təmin olunması kimi prinsiplər diqqət mərkəzində saxlanılmalıdır. 

 Ümumtəhsil 

məktəblərində 

şagird  nailiyyətlərinin  qiymətləndirilməsi 

praktikasının  təhlili  göstərir  ki,  eyni  zamanda  bir  sinifdə  təhsil  alan  şagirdlərin 

fəaliyyətinin  müxtəlif  müəllimlər  tərəfindən  ölçülməsi  və  nailiyyətlərə  verilən 

qiymətlər bir-birindən xeyli fərqlənir, yəni subyektivlik qaçılmaz bir problem olaraq 

qalır. 


Qiymətləndirmə  müəllimlərin  və  şagirdlərin  əsas  diqqətini  öyrətmə  prosesinin 

müşahidə  olunmasına  və  yaxşılaşdırılmasına  yönəldir.  Öyrənməni  yaxşılaşdırmaq 

üçün əksər hallarda şagirdlərə öz öyrənmə adətlərini dəyişdirməkdə və ya özünüdərk 

vərdişlərini ( öz düşünmə və öyrənmələri haqda düşünmək vərdişlərini) inkişaf etdir-

məkdə kömək etmək müəllimin öyrətmə davranışını dəyişməkdən daha səmərəli ola 

bilər. Təbii ki, şagirdlər müstəqil sürətdə və ömrü boyu öyrənməlidirlərsə, onda onlar 

öz öyrənmələrinə görə tam məsuliyyət daşımağı öyrənməlidirlər. 

Əsas  diqqəti  öyrənməyə  yönəltdiklərindən  qiymətləndirmə  şagirdlərin  fəal 

iştirakını  tələb  edir. Şagirdlər  qiymətləndirmə  prosesinin  fəal tərkib hissəsi olmaqla 

özlərinin kursun (fənnin) məzmununu mənimsəmək bacarığını gücləndirir və özünü-

qiymətləndirmə  sahəsində  vərdişlərini  möhkəmləndirilər.  Müəllimlərin  şagirdlərin 

özləri  kimi  onların  müvəffəqiyyətində  maraqlı  olduqlarını  və  buna  əmək  sərf 

etdiklərini dərk edəndə, şagirdlərin həvəsi daha da artır. Şagirdlər öyrənmə prosesini 



daha çox diqqətli olduqda, daha fəal iştirak edəndə və uğur qazanacaqlarına daha çox 

inam  bəsləyəndə  kursu  daha  yaxşı  mənimsəyə  bilirlər.  Təcrübə  göstərir  ki,  müəl-

limlər  şagirdlərlə  təsvir  olunan  qaydalarla  işlədikdə,  öz  öyrətmə  vərdişlərini 

yaxşılaşdırır  və  yeni  bacarıqlar  əldə  edirlər.  Sinifin  qiymətləndirilməsi  qiymətlən-

dirməyə  münasibətdə  yekunlaşdırıcı  olmaqdan  daha  çox  formativ  bir  yanaşmadır. 

Onun  məqsədi  şagirdlərin  dəyərləndirilməsi  və  ya  onlara  qiymət  verilməsi  üçün 

faktları təmin etmək deyil, şagirdin öyrənmə keyfiyyətini yaxşılaşdrmaqdır. Nəticədə 

testi gərginləşdirən narahatlıqların bir çoxu burada olmur. 



     Qiymətləndirmədə  aşağıdakılar  praktik  dəyərə  malik  olduğundan  diqqət 

mərkəzində saxlanılmalıdır

-

 



qiymətləndirmə təlim prosesində komponent funksiyası daşımalıdır; 

-

 



qiymətin 

funskiyası  şagirdin  öyrənmə  səviyyəsini  üzə  çıxarmaqla 

məhdudlaşmamalı, o, həm də öyrənməni, müsbət motivasiyanı stimullaşdırmalıdır; 

-

 



qiymətləndirmə  yalnız  tədrisetmənin  tərkib  elementi  yox,  həm  də  şagirdin 

fəaliyyətində özünə yer almalıdır, bu təcrübəyə şagird yiyələnməlidir; 

-

 

şagirdlərin  öyrənmə  səviyyəsini  yoxlamaq  üçün  düzgün  tətbiq  olunan  testlər 



sistematik  tətbiq  olunmalıdır.  Bu  məqsədli  testlərin  tətbiqində  gözlənilməlidir:  1) 

onun  yerinə  yetirilməsinə  az  vaxt  sərf  olunmalıdır;  2)  verilməli  cavablar  birmənalı 

olmalıdır; 3) sual elə qoyulmalıdır ki, ona müxtəlif cavablar vermək imkanı olmasın; 

4)  nəticələri  riyazi  cəhətdən  tez  müəyyənləşdirmək  mümkün  olsun;  5)  biliyin 

yaradıcılıqla  tətbiqinə  yönəlməlidir;  6)  şəxsiyyətin  inkişafının  formalaşmasının 

müxtəlif tərəflərini diaqnostlaşdırmaq üçün yararlı olmalıdır. 

-

 

ilkin,  cari,  təkrar,  dövrü,  yekun  (summativ)  və  kompleks  yoxlama 



formalarından məntiqi ardıcıllıqla istifadə olunmalıdır; 

-

 



nəzarəti,  yoxlamanı,  qiymətləndirməni,  statistik  məlumat-ların  toplanmasını, 

onların  təhlilini,  hadisələrin  sonrakı  inkişafının  proqnozlaşdırılmasını  vahidin 

tərəfləri kimi qəbul etmək lazımdır; 

-

 



müəllim,  idarə  etdiyi  prosesi  şagirdlərin  mövcud  olan  bilikləri  ilə  yeni 

təcrübələri arasındakı qarşılıqlı münasibətlərin gücləndirilməsinə yönəltməlidir; 

-

 

təlim  prosesində  şagirdin  təhlil,  ümumiləşdirmə  və  qiymətləndirməyə 



əsaslanan öyrənmə formalarının subyektinə çevrilməsinə diqqət verilməlidir. 

Sadalananların gözlənilməsi müəllimin verdiyi qiymətin ədalətsizliyini və reallığını 

şərtləndirir. Təcrübəmiz bizi belə qənaətə gətirir. 

 

 



                    

8. Dərsdə şagirdlərin qiymətləndirilməsinin metodik              

aspektləri 

 

Yuxarıda  vurğuladığımız  kimi,  məktəblərimizdə  mövcud  olan  ənənəvi 



qiymətləndirmə üsulu ilə fəal təlim  metodlarının tətbiq edildiyi dərslərdə şagirdlərin 

bilik və bacarıqlarının qiymətləndirilməsi arasında ciddi fərq vardır. Bu cür dərslərdə 

yeni qiymətləndirmə sistemini(bundan öncə şərhi verilmiş)  nəzərə almaq lazımdır. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə