Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   30   31   32   33   34   35   36   37   38

yol açır. Şagirdlərin öz fəaliyyətinin qiymətləndirilməsinə cəlb edilməsi çox vacibdir, 

çünki  bu  iş  məktəbliləri  öz  davranışına  daha  məsuliyyətlə  yanaşmağa  sövq  edir, 

onlarda obyektivliyin tərbiyə edilməsinə yardımçı olur, öz münasibətlərini düzlük və 

qarşılıqlı anlaşma prinsipləri əsasında qurmağı öyrədir. 

Lakin bu qiymətlər qeyri-səmimilik və ya özünüaldatma ucbatından təhrif edilə 

bilər. Ancaq insanın öz-özünü necə gördüyünü müəyyən etmək daha vacibdir, çünki 

özünüqiymətləndirmə ilə kənardan verilən qiymətlərdəki fərq öz-özlüyündə qrup və 

fərd  üçün  zəngin  informasiya  mənbəyi  ola  bilər.  Dərsə  aşağıdakı  suallar  yazılmış 

kiçik anketin köməyi ilə yekun vurmaq mümkündür: 

1.

 



Dərsdə sizin ən çox xoşunuza gələn nə oldu? 

2.

 



Daha çox xoşlamadığınız nə idi? 

3.

 



Vəziyyətin yaxşılaşması üçün nə təklif edirsiniz? 

 

Şagirdin qrupdakı işini necə qiymətləndirməli

Şagirdin  qrupdakı  işinin  qiymətləndirməsini  hər  bir  şagirdin  qrupun  işinin 

ümumi  nəticəsinə  verdiyi  töhfənin  faizlə  nisbətinə  əsasən  müəyyənləşdirmək  olar. 

Müəllim  bütövlükdə  qrupun  aldığı  balların  miqdarını  müəyyən  edir.  Məsələn,  dörd 

nəfərdən  ibarət  qrupa  20,  üç  nəfərlik  qrupa  15  bal  verilir.  Şagirdlər  bu  balları  hər 

kəsin  ümumi  naliyyətdəki  roluna,  verdiyi  töhfəyə  əsasən  müstəqil  olaraq  bö-

lüşdürürlər.  Qrupdakı  işə  görə  alınmış  ballara  sinifdə  aparılmış  diskussiyada  iştirak 

üçün  müəllim  tərəfindən  verilmiş  mükafat  balını  da  əlavə  etmək  zəruridir.  Balların 

yekunu xüsusi jurnala yazılır. Orijinal cavablara görə daha üç bal vermək olar. Rübün 

və  ilin  sonunda  balların  yekunu  reytinq  qiymətini  təşkil  edir  ki,  bu  da  şagirdlərin 

düşünmək  və  öz  fikirlərini  şifahi  ifadə  etmək,  diskussiyada  təşəbbüsü  öz  üzərinə 

götürmək qabiliyyətini əks etdirir. Dərslərdə şagirdlər, onların fikrincə, qrupun işinə 

faiz  hesabı  ilə  nə  kimi  töhfə  verdiklərini  elan  edirlər;  onlar  təsadüfi  qaydada 

cütlüklərlə bir-birinin rolunu, töhfəsini izah edirlər, qrup ayrı-ayrı şagirdlərin öz töh-

fəsi ilə bağlı təəssüratını ümumilikdə ya təsdiq, ya da təkzib edir. Şagirdlər bir-birinin 

biliklərini qiymətləndirməklə sinif yoldaşına öz səhvlərini aradan qaldırmaqda kömək 

edə  bilərlər.  Qrupun  özünüqiymətləndirməsi  üçün  müəyyən  formalı  vərəqələrdən 

istifadə  etməklə  bütövlükdə  qrupun  necə  işlədiyinə,  öz  tapşırığını  necə  yerinə  ye-

tirdiyinə qiymət vermək olar. 

 

Dərslərin qiymətləndirilməsinin əsas prinsipləri

Dərslərin  qiymətləndirilməsi  zamanı  əsas  diqqət  təkcə  informasiyasının 

mənimsənilməsinə  deyil,  həm  də  cəmiyyətin  həyatında  bir  vətəndaş  kimi  iştirak 

etmək  üçün  zəruri  olan  bacarıqların  mənimsənilməsinə  yönəlir.  Müasir  vətəndaş 

cəmiyyətində  bu  bacarıqlar  fəaliyyətin  dörd  növündə  cəmlənir:  tədqiqat  (tənqidi 

təhlil);  kommunikasiya  (ünsiyyət,  informasiyanın  verilməsi  və  başa  düşülməsi, 

əqidə);  qərar  qəbulu;  fərdi  və  kollektiv  fəaliyyətin  təşkili.  “Yanlış  cavablar  ola 

bilməz,  onlar  müxtəlif  ola  bilər”  müddəası  əsas  prinsiplərdən  biri  olmalıdır.  Bu 

prinsiplərin  ardıcıl  həyata  keçirilməsi  bir-birilə  rəqabət  aparmamağa,  əksinə, 

əməkdaşlıq  etməyə,  ümumi  mövqe  işləyib  hazırlamağa  imkan  verir.  Ümumiyyətlə, 

fəal  təlim  metodlarının  tətbiq  edildiyi  dərslərdə  müəllim  etibara,  hörmətə  əsaslanan 

əməkdaşlığa hazır olmalıdır. 




Aşağıda  qruplarda  iş  və  təqdimatla  iştirakın  qiymətləndirilməsinin  bəzi 

meyarları  və  şagirdlərin  özünü  qiymətləndirməsi  üçün  vərəqlər  verilmişdir  ki, 

müəllimlər  bunlardan  fəal təlim  metodlarının  tətbiq olunduğu dərslərdə istifadə  edə 

bilərlər.  Göstərilən  meyarlara  müəllimin  lazım  bildiyi  başqa  qiymətləndirmə  para-

metrləri də əlavə edilə bilər. 

 

Qruplarda işin qiymətləndirilməsi. 

Qrupun işində şagirdlərin fəallığının qiymətləndirilməsi meyarları: 

1.

 

Şagird tapşırığın məqsədləri üzərində diqqətini cəmləşdirirmi? 



2.

 

O, qrupun digər üzvləri ilə qarşılıqlı əlaqədə çalışırmı? 



3.

 

Başqalarına mane olmadan işləyirmi? 



4.

 

O, qrupun bütün üzvləri ilə nəzakətlə rəftar edirmi? 



5.

 

Şagird tapşırığın yerinə yetirilməsinə nə kimi töhfə verir? 



6.

 

Qrup halında işin yaxşılaşdırılması yollarını tapmağa kömək edirmi? 



 

9.Fənn kurrikulumları əsasında gündəlik planlaşdırma 

1.

 

Dərsin  gözlənilən  nəticələrini  müəyyən  etmək  (alt-standart  əsasında  dərsin 



təlim nəticələrini müəyyənləşdirmək); 

2.

 



Dərsin sonunda şagirdlərin hansı nəticələrə (ümumiləşdirmələrə) gələcəklərini 

müəyyənləşdirmək; 

3.

 

Dərsin  motivasiyasını  hazırlamaq  (problem  situasiyasının  yaradılması, 



motivasiya növünün seçilməsi, tədqiqat sualının düzgün qoyulması); 

4.

 



Tədqiqat  zamanı  yeni  biliyi  toplamaq  üçün  istifadə  olunan  bilik  mənbələrini 

müəyyənləşdirmək; 

5.

 

Müəyyən  edilmiş  gözlənilən  nəticələrə  gətirə  biləcək  tədqiqat  tapşırıqlarını 



hazırlamaq; 

6.

 



Tədqiqat metodlarını müəyyənləşdirmək; 

7.

 



Lazımi materialları və iş vərəqlərini hazırlamaq, tədqiqatın təqdimat formasını 

müəyyənləşdirmək; 

8.

 

Müzakirə zamanı istifadə olunan yönəldici sualları ifadə etmək; 



9.

 

Məlumatın sistemləşdirilməsi (sxem, düstur, qrafik, cədvəl, layihə və s.); 



10.

 

 Güman  edilən  yeni  nəticələri  nəzərə  alaraq  əlavə  məlumat,  tapşırıqlar 



hazırlamaq; 

11.


 

 Dərsin hər mərhələsi üçün vaxtı müəyyən etmək; 

12.

 

 Dərsin yaradıcı tətbiqetmə mərhələsi üçün tapşırıqlar hazırlamaq; 




Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə