Yeni TƏLİm texnologiyalari. FƏal və İnteraktiv təLİM Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə37/38
tarix11.10.2017
ölçüsü0,94 Mb.
#4202
1   ...   30   31   32   33   34   35   36   37   38

hissi yaşantıları ilə müşayiət edilən yüksək həssaslıq; doymayan maraqla ifadə olunan 

yüksək idraki tələbat və şəxsi təşəbbüsü ilə fəaliyyətində verilən şərtlər çərçivəsindən 

kənara çıxma; bu və ya digər məşğuliyyətlərə, fəaliyyət sahələrinə aşkar ifadə olunan 

böyük  maraq  və  ya  aludəçilik,  hər  hansı  bir  əşyaya  qeyri-adi  yanaşmadan 

qaynaqlanan maraq; müəyyən bir fəaliyyətə intensiv meylin nəticəsi olan inadkarlıq 

və  yüksək  əməksevərlik;  paradoksal,  ziddiyyətli  və  qeyri-müəyyən  informasiyaya 

güclü  meyil,  standart,  tipik  və  hazır  qərarlara  və  cavablara  müqavimət  və  onlardan 

yayınma; öz zəhmətinin məhsuluna yüksək tələbkarlıq, kamilliyə can atmaq; kifayət 

qədər çətin məqsədlər qoymaq və onlara nail olmağa ciddi səy göstərmək. 

         Qeyd  edək  ki,  istedad  sahələri  müxtəlifdir  və  hər  sahəyə  uyğun  səciyyəvi 

xüsusiyyətlər  özünü  büruzə  verir.  Elmi  mənbələrdə  istedad  sahələrinə  aşağıdakılar 

aid  edilir:  ümumi  intellektual  qabiliyyətlər;  müəyyən  (spesifik)  akademik 

qabiliyyətlər;  yaradıcı  təfəkkür  və  fəaliyyət;  liderlik;  psixomotor  qabiliyyətlər; 

incəsənətin təsviri və ifaçılıq növləri. 

        Müxtəlif şəxslərdə istedadın ayrı-ayrı komponentləri –tərkibləri fərqli səviyyədə 

təzahür  edə  bilər.  Bu  səbəbdən  də  ayrı-ayrı  uşaqlarda  istedadın  eyni  bir  növü 

bənzərsiz,  unikal  səciyyə  kəsb  edə  bilər.  İstedad  yalniz  o  zaman  təşəkkül  tapır  ki, 

insanın  ümumi  qabiliyyətlər  ehtiyatı  uğurlu  fəaliyyət  üçün  zəruri  olan,  lakin  yaxşı 

inkişaf etməmiş və ya çatışmayan qabiliyyət tərkibini kompensasiya edə bilsin.   

       İstedadların 

müəyyənləşdirilməsi,  dəstəklənməsi  və  inkişaf  etdirilməsi 

probleminin  aktuallığı.  İstedadlar  nadirdir,onları  qorumaq  və  hifz  etmək  lazımdır. 

Millətin  əsl  həyatı  –  yaşama  gücü  məhz  onlardadır  .  Akademik  A.X  Mirzəcanzadə 

yazırdı  ki,  belə  şəxslərə  fərdi  yanaşmaq  və  xeyrxah  münasibət  göstərmək  lazımdır. 

Burada  bir  kəlamı  yada  salmaq  yerinə  düşər:”İstedadlara    hökmən  kömək  lazımdır, 

istedadsızlar  özlərinə  yol  tapacaqlar”.  Fəal  yaradıcı  şəxsiyyət    əsl  mənada  o  vaxt 

formalaşa  bilər  ki,  istedadın  əlamətləri  bəri  başdan  bu  istedadın  inkişafına  kömək 

edən  obyektiv  gerçəkliklə  “möhkəmləndirilmiş”  olsun  .    K.Marks  qeyd  edirdi  ki, 

Rafaelin istedadına  malik olan hər kəs, əslində Rafael ola bilməz:”Hər hansı başqa 

sənətkar kimi , Rafael özünə qədər incəsənətdə əldə edilmiş texniki müvəffəqiyyətə, 

öz  ölkəsində  cəmiyyətin  təşkili  və  əmək  bölgüsünə  və  nəhayət,  onun  vətəni  ilə 

işgüzar  münasibətdə  olan  bütün  ölkələrdə  əmək  bölgüsünə  əsaslanırdı.  Rafaelə 

bənzər  digər    şəxs    öz  istedadını    inkişaf  etdirməyə  müyəssər  ola  bilərmi?    Bu 

tamamilə  həyatın  və  dövrün tələbindən    asılıdır”. 

 “Daim    yeni  olan    yeganə    yeniliyi”-  istedadı  qorumaq  və  hifz  etmək    əvvəlki 

dövrlərdən daha çox indi XXI əsrdə aktuallıq kəsb etməkdədir.İntelekt və intellektual 

uşaqlar probleminin aktuallığı ilə bağlı professor Ə.Əlizadə yazır:”İki əsrin , XX və 

XXI  yüzilliyin  qovşağında  qabiliyyət  və  istedad  problemi  xüsusilə  aktuallaşıb.  Bü 

çoxcəhətli problem hələ lazımi səviyyədə öyrənilməsə də , artıq bir həqiqət şəksizdir: 

qabiliyyət  və  istedad  şəxsi  məsələ  deyil,  milli  sərvətdir.  Onu  göz  bəbəyi  kimi 

qorumaq,  xalqa  qaytarmaq  valideynin  də,  tərbiyəçinin  də,  müəllimin  də  ən  şərəfli 

missiyasıdır” .  

          İstedadlıların müəyyənləşdirilməsi , dəstəklənməsi və inkişaf etdirilməsi  ciddi 

elmi  problemdir.Istedadın  qorunması  və  inkişaf  etdirilməsi  həm  də  cəmiyyətin 

yaradıcı potensialının aktuallaşdırılması, onun inkişaf problemidir. 




         J.Bryuno  göstərir  ki,  istedadlı  uşaqların  təliminin  ümdə  məsələləri  bunlardır: 

hər  bir  şəxsiyyətin  inkişafına  şəraitin  yaradılması;  fərdi  nailiyyətləri  mümkün  qədər 

tez bir zamanda maksimum səviyyəyə çatdırmaq; istedadların potensial imkanlarının 

cəmiyyətin inkişafına yönəltməklə, onun tərəqqisinə nail olmaq . 

         İstedadların    seçilməsi  ilə  bağlı  məsələdə  “Kim  seçilməlidir  və  necə 

seçilməlidir?  “-sualına  bir  mənalı  cavab  vermək  mümkün  deyildir.  Bu  sahədə 

görülməli  olan  işləri  tez,  yüngül,  ucuz  ,  az  müqavimət  yolu  ilə  həyata  keçrmək 

cəhdləri  cəmiyyətə  böyük  itkilər  hesabına  başa  gələ  bilər.  Odur  ki,  istedadlıların 

axtarılıb  tapılması,  dəstəklənməsi  və  inkişaf  etdirilməsi  istiqamətində  fəaliyyətlər 

planlı  və çoxmərhələli şəkildə həyata keçirilməlidir. V.Q.Belinski yazırdı: “Talant , 

istedad  ağıla,  təhsilə,  zəngin  məlumatlara,  hadisələrə  və  şeylərə  orjinal  və  düzgün 

baxışlara  əsaslanmırsa,  o  tezliklə  fərasətsizliyə    çevrilir  “.  İstedadın    qorunması 

xüsusi qayğı tələb edir və burada təhsil-tərbiyənin rolu danılmazdır,  əvəzsizdir.Yeri 

gəlmişkən  qeyd  edək  ki,  bir  qrup  alim  talantlı  uşaqları  istedadlı  uşaqların  bir  qismi 

kimi ayırd edir, başqa bir qrup isə istedad və talant anlayışlarını sinonim kimi işlədir . 

Nailiyyətləri  yeniliyinə  və  sosial  əhəmiyyətinə  görə  obyektiv  tələblərə  cavab  verən 

uşaqlar  talantlı  uşaqlar  hesab  edilirlər.Talantlı  uşağın  konkret  fəaliyyət  məhsulu  bir 

qayda  olaraq,    yüksəkixtisaslı  mütəxəssis  tərəfindən  peşə  ustalığı  və  yaradıcılıq 

meyarlarına nəzərən qiymətləndirilir. 

        Gənc  istedadların  axtarılmasında  əsas  yanaşma  yalnız  uşaqlara  deyil,  həm  də 

müəllim və valideynlərə yönəlmiş tibbi-psixoloji və pedaqoji tədbirlər kompleksidir. 

İstedadlı  uşaqların  seçilməsi  üçün  müxtəlif  metodlardan  istifsdə  edilməli,  seçilmiş 

uşaqların  inkişafı və nailiyyətləri mütəmadi izlənilməlidir. Bu proses özündə bir neçə 

mərhələni  saxlayır.İstedadlı  uşaqların  yaradıcılıq  potensialının  inkişaf  praktikası 

xüsusi yaradıcılıq proqramlarının və təlim materiallarının hazırlanmasını və tətbiqini 

zəruri 


edir.  İstedadlı  uşaqlara  gələcəkdə  öz  yaradıcılıq  potensiallarını 

aktuallaşdırmaları  üçün  zəruri  olan  keyfiyyətləri  -  yaradıcılığı,  ünsiyyəti,  liderlik 

xüsusiyyətlərini  və  digər  şəxsiyyət  xüsusiyyətlərini  formalaşdırmağı  öyrətmək 

məqsədi ilə xüsusi təlim proqramları işlənir. 



          Pedaqoji  təmayüllü  ali  məktəblərdə(eləcə  də  kolleclərdə)  istedadlarla  işin 

istiqamətləri  .  Burada  iki  istiqamətin  fərqləndirilməsini  məntiqi  hesab  edirik:  1. 

Pedaqoji  təmayüllü  məktəblərdə  təhsil  almaqda  olan  pedaqoji    istedadlı  tələbələrlə 

aparılan işlər; 2. İstedadlı uşaqların təlimi ilə bağlı müəllim hazırlığı.   

         Pedaqoji  istedad  bəzi  mütəxəssislər  tərəfindən  istedadın  ayrıca  bir  növü  kimi 

fərqləndirilir.Qeyd  edək  ki,  pedaqoji  istedadın  da  strukturu    digər  növlər  kimi 

mürəkkəb və çoxcəhətlidir.Pedaqoji təfəkkür, pedaqoji təxəyyül, didaktik, perseptiv, 

ekspressiv,  kommunikativ,  təşkilatçılıq  qabiliyyətləri  onun  zəruri  tərkiblərini  təşkil 

edir.Professor  Ə.Əlizadə  mürəkkəb  və  çoxcəhətli  qabiliyyətlər  məkanının  kreativ 

episentrinin  yenə  də  pedaqoji  təfəkkür  və  pedaqoji  təxəyyül  sahəsində  olduğunu 

xüsusilə vurğulayır. 

         Ə.Əlizadə  yazır:”Pedaqoji  qabiliyyət,  bir  qayda  olaraq,  pedaqoji  məktəblərdə 

formalaşır və inkişaf edir. Məktəbli yaşı dövründə isə onlar, necə deyərlər, “anadan 

müəllim  doğulmuş”  şagirdlərin  uşaqlarla,  ilk    növbədə  kiçik  uşaqlarla  ünsiyyətdə 

özlərini göstərirlər. Belə uşaqlarda ünsiyyət tələbatı güclü olur və onlar həvəslə rollu 

oyunlarda  iştirak  edir.  Belə  uşaqlar  şəxsiyyətlərarası  münasibətlərdə  problemli 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə