2014v4
53
- bu Qanunun 37-ci maddәsinin III hissәsindә nәzәrdә tutulmuş hallarda bu nәqliyyat vasitәsindәn istifadә
etmәk zәrurәti yarandıqda.
Qeyd: Nәqliyyat vasitәsi bu Qanunun 37-ci maddәsinin I hissәsinin 1-ci bәndindә nәzәrdә tutulmuş sәnәdlәrin
yoxlanılması mәqsәdilә yalnız stasionar postlarda dayandırıla bilәr. Nәqliyyat vasitәsinin dayandırılması fit vә jezllә
işarә vermәklә vә ya sәsgüclәndirici cihaz vasitәsilә nәqliyyat vasitәsini idarә edәn şәxsin aydın görә vә ya eşidә
bilәcәyi şәkildә tәlәb edilmәlidir. Nәqliyyat vasitәsinin dayandırılması tәlәbi sürücü tәrәfindәn yerinә yetirilmәdikdә,
pozuntunun vaxtı, yeri, xarakteri, nәqliyyat vasitәsinin markası, rәngi, hәrәkәt istiqamәti, dövlәt qeydiyyat nişanı vә
digәr mühüm әlamәtlәri göstәrilmәklә müvafiq icra hakimiyyәti orqanının digәr әmәkdaşlarına radio-cihaz vasitәsilә
mәlumat verilir vә bundan sonra yazılı formada müvafiq raport tәrtib edilir. Nәqliyyat vasitәsinin qanunsuz әlә
keçirilmәsi (qaçırılması) vә ya sürücünün cinayәt törәtmәkdә şübhәli olması barәdә dәqiq mәlumat olduqda, yaxud
nәqliyyat vasitәsinin sürücüsü öz hәrәkәtlәri ilә insan hәyatına vә sağlamlığına real tәhlükә yaratdıqda, nәqliyyat
vasitәsinin dayandırılması tәlәbini yerinә yetirmәyәn sürücünün nәqliyyat vasitәsi tәhlükәsizlik şәrtlәrinә әmәl
edilmәklә vә müvafiq icra hakimiyyәti orqanının yuxarı vәzifәli şәxsinә radio-cihaz vasitәsilә mәlumat verilmәklә tәqib
edilә bilәr, hәmin nәqliyyat vasitәsinin dayandırılmasına başqa imkan olmadıqda isә bu mәqsәdlә mәcburi
dayandırma vasitәlәrindәn istifadә edilә bilәr.
3) nәqliyyat vasitәsi dayandıqda ona yaxınlaşır, özünü nәqliyyat vasitәsinin sürücüsünә tәqdim edir vә bundan
sonra ona dayandırılmanın sәbәbini bildirәrәk ondan bu Qanunun 37-ci maddәsinin 1-ci hissәsinin 1-ci bәndindә
göstәrilәn sәnәdlәri tәqdim etmәyi tәlәb edir;
Qeyd: Azәrbaycan Respublikası Prezidentinin, Azәrbaycan Respublikası Milli Mәclisi deputatlarının, Azәrbaycan
Respublikası Baş Nazirinin, Azәrbaycan Respublikasının İnsan hüquqları üzrә müvәkkilinin (ombudsmanın),
Mәhkәmә-Hüquq Şurasının üzvlәrinin vә Azәrbaycan Respublikası hakimlәrinin şәxsiyyәti, hәmin şәxslәrin xidmәti vә
şәxsi nәqliyyat vasitәlәri toxunulmaz olduğuna görә onların yoxlanılmasına vә ya inzibati qaydada tutulmasına yol
verilә bilmәz.
4) nәqliyyat vasitәsini idarә edәn şәxsin sәnәdlәri qaydasındadırsa vә o, yol hәrәkәti qaydalarını
pozmamışdırsa, ona hәrәkәti davam etmәyә icazә verir;
5) nәqliyyat vasitәsini idarә edәn şәxs müәyyәn edilmiş hәrәkәt sürәtinin hәddini saatda 10 kilometrdәn çox
aşdıqda, sürәtölçәnin göstәricisi vә pozuntunun baş verdiyi tarix barәdә ölçmә cihazının göstәricilәrinin uçotu
kitabında müvafiq qeyd aparır (әgәr sürücü müәyyәn edilmiş hәrәkәt sürәtinin hәddini saatda 10 kilometrdәn çox
aşaraq, Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanı әmәkdaşının dayanmaq tәlәbini yerinә
yetirmәkdәn boyun qaçırıbsa, onu mәsuliyyәtә cәlb etmәk üçün pozuntunun yeri vә tarixi, sürәtölçәnin göstәricisi,
nәqliyyat vasitәsinin markası, rәngi vә qeydiyyәt nişanı göstәrilmәklә, bu barәdә tәrtib olunmuş raportu nәqliyyat
vasitәsinin dövlәt qeydiyyatı üzrә daimi uçota alındığı yerә göndәrir).
6) aşkar edilmiş yol hәrәkәti qaydalarının pozuntusu faktı üzrә inzibati xәta haqqında protokol tәrtib edir
(qaydanı bir neçә şәxs pozmuşdursa, onlardan hәr biri barәdә ayrıca inzibatı protokol tәrtib edir).
7) qaydanı pozan şәxs yol-nәqliyyat hadisәsi yerini tәrk etmişsә, bu haqda şahidlәr barәdә mәlumatları
göstәrilmәklә raport tәrtib edir vә onu tabeçilik üzrә Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının
yuxarı vәzifәli şәxsinә tәqdim edir;
8) şәxsin alkoqol, narkotik vasitәlәr, psixotrop maddәlәrdәn vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin
istifadә edilmәsi nәticәsindә sәrxoş vәziyyәtdә nәqliyyat vasitәsini idarә etdiyini müәyyәn etmәk üçün texniki
vasitәlәrdәn istifadә edir vә ya onun tibbi müayinәdәn keçirilmәsini tәşkil edir.
Qeyd: Nәqliyyat vasitәsini idarә edәn şәxs onun sәrxoş vәziyyәtdә olub-olmamasının müәyyәn edilmәsindәn imtina
etdikdә vә ya onun sәrxoşluq әlamәtlәri özünü aşkar büruzә verdikdә, belә şәxs mәcburi qaydada tibbi müayinәdәn
keçirilir.
9) dayandırılmış nәqliyyat vasitәsini idarә edәn şәxsdә vә ya onunla birlikdә gedәn sәrnişinlәrdәn hәr hansı
birindә sürücülük vәsiqәsi, nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsi, habelә hәmin nәqliyyat vasitәsini idarә
etmәk hüququ verәn digәr әsas olmadıqda; nәqliyyat vasitәsinin saxlanılması barәdә mәhkәmә vә ya müvafiq icra
hakimiyyәti orqanının qәrarı olduqda; nәqliyyat vasitәsinin dövlәt qeydiyyat nişanları vә ya onlardan biri olmadıqda
(saxta vә ya qeyri-standart olduqda); dayandırılmış nәqliyyat vasitәsinin mühәrrik, ban vә şassi nömrәsi onu idarә
edәn şәxs tәrәfindәn tәqdim edilmiş nәqliyyat vasitәsinin qeydiyyat şәhadәtnamәsindәki rәqәmlәrә uyğun
gәlmәdikdә; dayandırılmış nәqliyyat vasitәsi alkoqol, narkotik vasitәlәr vә ya güclü tәsir göstәrәn digәr maddәlәrin
istifadә edilmәsi nәticәsindә sәrxoş vәziyyәtdә olan şәxs tәrәfindәn idarә olunduqda vә onunla birlikdә gedәn
sәrnişinlәrdәn birindә sürücülük vәsiqәsi olmadıqda; nәqliyyat vasitәsindә normativ tәlәblәr pozulmaqla avadanlıq
quraşdırıldıqda vә ya dәyişdirildikdә, nәqliyyat vasitәsinin ban şüşәlәrinә qanunla tәtbiqinә icazә verilmәyәn örtüklәr
çәkildikdә, nәqliyyat vasitәsi müvafiq icazә olmadan xüsusi sәs (çoxavazlı) vә ya sayrışan işıq siqnalları ilә tәchiz
edildikdә, nәqliyyat vasitәsi yol hәrәkәtindә iştirakdan kәnarlaşdırılır vә göstәrilәn sәbәblәr aradan götürülәnәdәk
müvәqqәti olaraq Azәrbaycan Respublikasının müvafiq icra hakimiyyәti orqanının mühafizә olunan duracaqlarında
saxlanılması üçün nәqliyyat vasitәlәrini müәyyәn edilmiş qaydada oraya göndәrir (nәqliyyat vasitәsinin saxlanılması
iki nüsxәdә olan aktla rәsmilәşdirilir, onun birinci nüsxәsi inzibati protokola әlavә edilir, surәti isә nәqliyyat vasitәsini
idarә edәn şәxsә verilir);