Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə12/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   8   9   10   11   12   13   14   15   ...   179

38

bizim  təhsilimizin  üstünə  gəldi.  Jozef  və  Nikolettta  Qrenyölər 

bu  fikirdəydilər  ki,  David  Sorbonn  universitetinin  təbabət,  yaxud 

ilahiyyat  bölümündə  oxusun,  mənsə  pansionda  (belə  başa  düşdüm 



ki,  qapalı  mədrəsə  kimi  bir  yerdi)  təhsilimi  başa  vurandan  sonra  bu 

barədə  düşünərəm.

37.  O  günlərdə  artıq  payızın  nəfəsi  duyulurdu,  David  də, 

mən  də  Parislə  erkən  payızda  tanış  olduq.  Bir  gün  sonra  müsyö 

Jozef  keb  dedikləri  ikiatlı,  üstüörtülü  araba  çağırtdırdı,  bizə  Pa-

risin  məhəllələrini,  kilsələrini,  saraylarını,  meydanlarını,  çayqıra-

ğını  göstərdi.  Madam  Qrenyö  oxuduqlarını,  öyrəndiklərini  danış-

maqdan  zövq  alırdı,  qardaşıyla  ağız-ağıza  verib  «Paği»  dedikləri 

şəhərin  tarixini  danışırdı.  Onda  bildim  ki,  Parisi  firənglər,  qallar 

yox,  romalılar  salıblar,  uzun  müddət  Lütesia  adlanıb,  miladi  be-

şinci  yüzilində  kral  Xlodviqin  qurduğu  firəng  krallığının  baş 

şəhəri  987-ci  ildə  Paris  olub.  Qrenyölər  bizə  Notrdamı,  Luvru,  la-

tın məhəlləsini, Sorbonnu, Sən-Jak qülləsini, Zəfər tağını, özlərinin 

görməyə  darıxdıqları  yerləri  göstərdilər,  günorta  yeməyini  Köhnə 

Göyərçinxana  adlanan  məhəllədəki  bir  meyxanada  yedik.  İki 

günün  təəssüratı  o  qədər  çox  idi  ki,  bəzən  gördüklərimi  dərk 

eləyib-eləmədiyimə  şübhəylə  yanaşırdım.  O  möhtəşəm  saraylar, 

kilsələr,  qüllələr  Tiflisqarışıq  buracan  gördüyüm  şəhərlərin  heç 

birində  yoxudu,  bununla  belə,  Tiflisdən  ötrü  burnumun  ucu 

göynədi,  indi  evimizin  xarabalığı  olan  yerdən  şəhərimin  doğma 

mənzərəsinə tamaşa eləməyi o qədər çox istədim ki, qəhərdən bo-

ğazım  tutuldu.  David  məndən  də  betər  gündəydi,  on  doqquz  ya-

şına girmiş oğlanın axşam necə qəhərləndiyini görəndə öz halıma 

dönə-dönə  şükür  oxudum.  Qrenyölərin  doğma  olmasa  da,  meh-

riban,  nəzakətli  münasibətləri  ürəyimizə  toxtaqlıq  verirdisə,  o  biri 

tərəfdən,  Davidi  deyə  bilmərəm,  mən  özümü  kökündən  çıxarılmış 



ağac hesab eləyirdim. Ən ağırıma gələn də firənglər kimi geyinmək, 

burum-burum  taxma  saç,  qəribə  papaq  qoymaqdı,  qalanlarına 

dözmək olardı. Jozef Qrenyö bunu Paris həyatına alışmağın başlı-

ca  şərtlərindən  biri  sayırdı,  madam  Qrenyö  də  təsdiqləyir,  David 

dinməzcə  razılaşır,  mənsə  münasibətimi  büruzə  vermirdim.

38.  Qrenyölərin  Sorbonn  sevdası  baş  tutmadı,  Davidin  hazır-

lığını  qənaətbəxş  saymamışdılar,  bundan  da  onun  özündən  çox 

madam  Qrenyö  pəjmürdə  olmuşdu.  Gəldiyimizin  ikinci  həftəsi 




39

ancaq  Kollej  dö  Frans  adlanan  mədrəsəsayağı  məktəbdən  razılıq 

ala  bildilər,  elə  o  həftənin  axırında  da  mənə  Monmartr  tərəfdəki 

oğlanlar  üçün  qapalı  pansionda  yer  tapıldı.  Jozef  və  Nikoletta 

Qrenyölər  məni  pansionun  birinci  adamı  müsyö  Koleyə  tapşırıb 

rahatlandılar.  Müsyö  Kole  uzun-uzadı  mövcud  qaydaları  başa 

saldı.  Onun  dediklərindən  belə  çıxırdı,  on  il  ərzində  ömrümü 

bu  ikiqatlı  böyük  binanın  divarları  arasında  keçirməliyəm.  Yaxın 

adamlarla  həftədə  bir  dəfə  –  bazar  günləri  görüşə  icazə  verilirdi, 

ayda  bir  dəfə,  üstəlik,  bayram  günlərində  müsyö  Kolenin  xüsu-

si  icazəsilə  ailənə  gedə  bilərdin.  Mənə  baxanda  Davidin  bəxti 

gətirmişdi:  Qrenyölərin  mülkünə  istədiyi  vaxt  gedib-gələ  bilir-

di.  Pansionda  məni  xaç  suyuna  çəkdilər,  görünür,  Qrenyölərlə 

razılaşmışdılar,  adımı  da  «Jozef  Qrenyö»  kimi  qeyd  elədilər, 

müsyö  Kolenin  dediyinə  görə,  bu  firəngcəyə  daha  uyğun  idi, 

həm  də  Qrenyölərin  himayəsi  altında  olduğumun  sübutuydu. 

Mən,  yeddi  yaşınacan  Yusif  Nüsrəddin  oğlu,  on  dörd  yaşınacan 

İosif  Eliqulaşvili  olan  kimsə  indi  ömrümün  qalan  hissəsini  Jozef 

Qrenyö  olmalıydım.  Sonra  öyrəndim  ki,  Davidi  Kollej  dö  Frans-

da  David  Tbileli  adıyla  tanıyırlar.  Əlbəttə,  o  vaxt  bütün  bunlara 

xüsusi  məna  verəcək  halda  deyildim.  Qarşımda  yeni  aləm  açıl-

mışdı,  hələ  ki,  o  aləmdə  taleyin  gərdişinə  boyun  əyib  əlhavasına 

gedirdim.  Bundan  sonra  nə  olacaqdı,  on  ilin  sonunda  Tiflisə 

dönə  biləcəkdimmi?  Bu  qapalı  aləmdə  başqalaşıb,  kökümdən  ta-

mam qopacaqdımmı? O vaxt bu suallar beynimdə dumanlı halda 

fırlansa  da,  görünür,  başıma  gələcəkləri  sövqi-təbiiylə  duyurammış, 

amma  hər  şeyi  aydın  dərk  eləyəndə  artıq  çox  gec  idi.

39.  Pansionda  italyan,  ispan,  alman  mənşəli  yaşıdlarımla  xü-

susi  firəng  dili  dərslərinə  gedirdik,  bundan  başqa  da  ilahiyya-

tı,  cəbri,  təbiət  elmlərini  öyrədirdilər.  Bir  hücrədə  yerləşdiyim 

ispan  Xose  Karvalyodan  başqa  yaxın  ünsiyyətdə  olduğum  bir 

kimsə  yox  idi.  Pansionun  bağına  açılan  ikinci  qatdakı  otağımı-

zın  pəncərəsindən  gördüyüm  qış  günlərində  cansıxıcı,  həddən 

artıq  kədərli,  yazın  orta  ayından  payızın  ortalarınacan  dəyişən, 

rəngdən-rəngə  düşən  mənzərə  indi  də  gözlərimin  qabağın-

dan  getməyib.  Yaz  günlərində  Xoseylə  bağban  Jeroma  kömək 

eləməyimiz,  ilahiyyat  dərsi  verən  Valentin  atanı  dolaşıq  sual-

larla  çaşdırmağımız,  təbiət  elmlərini  öyrədən  müsyö  Krömonu 




40

təqlid  eləməyimiz,  Burqund  ləhcəsində  danışan  çilli  Teryönü  ələ 

salmağımız  yadımdadı.  Əvvəllər  madam  Qrenyö  hər  bazar  baş 

çəkir,  müsyö  Qrenyö  ayda  bir  dəfə  gəlirdi,  ayda  bir  dəfə  də 

Davidlə  Qrenyölərin  evində  görüşürdük.  David  ilahiyyata  ya-

xın  durmamışdı,  Kollej  dö  Fransda  təbiət  elmlərini  öyrənirdi, 

dediyinə  görə,  Tiflisə  qayıdanda  bu  daha  gərəkli  olacaq.  O  bir 

gün  ərzində  ilk  vaxtlar  Qrenyölərlə,  sonralar  Parisə  bələd  olan-

dasa,  özümüz  küçələri,  meydanları  dolaşır,  saraylara,  kilsələrə 

tamaşa  eləyirdik.  Luvr  qəsrinə,  Bastilia  qalasına,  Döfin  meydanı-

na,  Sena  üzərindəki  Yeni  körpüyə,  Lüksemburq  sarayına,  o  sa-

rayın  üzbəüzündə  təzə  salınmış  bağa,  Yelisey  çölünə  doya-doya 

tamaşa  eləməyimiz  yadımdadı.  Elə  o  vaxtlarda  Davidə  Tiflisdən 

bir  namə  də  çatdırdılar  (görünür,  Qrenyölər  hansı  yollasa  Tiflisə 



namə  göndərə  bilmişdilər).  Görgü  ağanın  adından  yazılmış  namədə 

hamının  sağ-salamat  olduğu,  Ketinonun  ərə  getdiyi,  hamının,  o 

cümlədən  Dariya  xalanın  da  bizdən  ötrü  çox  darıxdığı  yazılmış-

dı.  Naməni  oxuyanda  Davidin  əllərinin  necə  titrədiyi  gözlərimin 

qabağındadı.

40.  Amma  Qrenyölərin  ailə  faciəsi  bitib-tükənmək  bilmirdi. 

Parisə  qayıtdıqlarının  ilk  illərində  Jozef  və  Nikoletta  Qrenyölər 

xəyalında olduqlarını gerçəkləşdirməyə, səyahətlərini qələmə alıb 

kitaba  salmağa  girişdilər,  hər  dəfə  mülkə  gələndə  onları  nəsə 

yazan,  mübahisə  eləyən,  hətta  bir-birini  acılayan  görürdük.  Bu 

üç il, ya dörd il beləcə davam elədi. Sonra maddi vəziyyətlərinin 

pisləşdiyini,  üstəlik,  Görgü  ağanın  bizim  təhsilimiz  üçün  verdiyi 

pulun  tükəndiyini  öyrəndik.  Az  keçmədi  ki,  Qrenyölər  Giyomun 

və  Katrinin  xidmətindən  də  imtina  eləməli  oldular  –  daha  ev 

işlərilə  heç  səriştəsi  olmayan  madam  Kolett  özü  məşğul  olurdu. 

Bütün bunların səbəbi heç bir gəlir mənbələrinin olmaması, ikisi-

nin də Lö Marödəki ədəbi salonda görünmək üçün geyim-keçimə 

çoxlu  pul  xərcləmələriydi.  Bir  müddət  keçdi,  Jozef  Qrenyönün 

Veneziaya,  ordan  da  Konstantiniyəyə  getmək  üçün  mülkü  satdı-

ğından,  bacısına  birqatlı,  üçgözlü  balaca  bir  ev  aldığından  xəbər 

tutduq.  Gorünür,  madam  Qrenyönün  qeyrəti  sayəsində  qardaşı 

Davidlə  mənim  təhsil  xərcimizi  qabaqcadan  ödəməli  olmuşdu. 

David  hələ  də  onun  kiçik  Vogezlər  meydanı  tərəfdəki  evinin  bir 

otağını  tuturdu,  o  otaqda  məndən  ötrü  də  çarpayı  qoyulmuşdu. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə