47
müsyö Kalenin cansıxıcı pansionunda dərs deməyimdən başqa
ciddi bir şey baş verməmişdi. Arabir ödəməli olduğum ehti-
yaclarımı nəzərə almasaq, nə şərablıq, nə qadınlıq halım vardı,
öyrənməyə, sağ qalmağa, düşdüyüm çıxılmazlıqdan çıxmağa can
atırdım. Amma hər halda, həyatımı tərpədən iki şey baş verdi,
bu da ki, sonrakı taleyimi həll elədi.
48. Sorbonnda oxuduğumun beşinci ili hiss elədim ki, içimdə
nəsə dəyişib: tutaq ki, oxudum, təhsilimi tamamladım, lap ca-
nıma cəfa basıb docteur en Sorbonne – yəni Sorbonn məzunu
oldum, bəs sonra neyləyəcəkdim? Parisdə qalıb Müsyö Kale-
nin pansionunda, Kollec dö Fransda dərs demək imkanından
başqa məni nə gözləyirdi? Bundan ötrü ömrümün beş ilini də
yelə verib qalmağa dəyərmi? Üstəlik, axır illər məni gündoğan
məmləkətləri çəkirdi, Osmanlıda, Səfəvi məmləkətində olmaq,
görüb-duyduqlarımı qələmə almaq beynimə elə yerləşmişdi, get-
gedə böyüyüb dözülməz hala çatdığını hiss eləyirdim. Elə o
ildə təsadüf üzündən dilmancı olduğum Bursalı ayna taciri Tur-
xan ağanın İstanbul (sonralar Osmanlı məmləkətində rastlaşdıqları-
mın çoxu Konstantiniyyəni belə adlandırırdı, mən də istisnalıq fikrinə
düşmədenyönim) Ədirnə, Bursa, Konya barədə danışdıqları məni
yerimdən-yurdumdan elədi. Turxan ağayla tanışlıqdan sonra
içimdə bir duyğunun asta-asta, amma inadla özünü bildirdiyini
sezdim. Nə Xose Karvalyonun məsləhətləri, nə Jilber Sorelin
xahişləri, nə müsyö Jan Klöberin öyüd-nəsihəti, nə də Kristof
Duatyönün dostyana ərki kömək elədi. Artıq dərslərə getmirdim,
gündüzlər Turxan ağanın dilmanclığıyla başımı qatır, axşamlar
Parisin cəlbedici məkanlarını gəzirdim. Turxan ağanın sayəsində
cibim pul tanımışdı, gündə on frank az pul deyildi, üstəlik müs-
yö Kalönün pansionundakı dərslərə hələ davam elədiyimdən, ar-
tıb qırx iki frank olmuş donluğum vardı. Bir aydan sonra Kristof
Duatyö Sorbonndan xaric olunmağım barədə xəbər gətirdi. Bu
barədə Müsyö Klöberə özüm demişdim, üstəlik də, artıq Parisdə
öyrənəcəyim bir şey olmadığını qərarlaşdırıb İstanbula getmək
barədə düşünürdüm. Əlbəttə, Turxan ağayla getmək daha ağıllı
olardı, amma mənə indiyəcən gizlədiyim bir təfərrüat mane olur-
du, cavanlığın əfvə layiq olduğunu nəzərə alıb o sirri də açım.
48
49. Madam Qrenyönü və qulluqçuları nəzərə almasaq, Parisdə
olduğum illər ərzində Violetta Kabrini uzun müddət ünsiyyət
saxladığım yeganə qadın idi. Onunla Sorbonnda oxuduğumun
üçüncü ilinin bir payız günündə, əhvalımın yaxşı olduğu nadir
məqamların birində xoş təsadüf üzündən Lüksemburq bağın-
da rastlaşmışdım. İndi xatırlamadığım səbəbdən bir-iki kəlmə
kəsmişdik. Pozuq firəngcəsindən başqa məmləkətdən gəldiyini
duyub sorğu-suala tutmuşdum, məlum olmuşdu ki, Veneziadan-
dı, altı ay qabaq bir firəng dənizçisinin yağlı vədlərinə aldanıb
Parisə gəlibmiş, dörd aydan sonrasa dənizçi izsiz-soraqsız yoxa
çıxıb, indisə Veneziaya qayıtmaq ümidilə yaşayır. Onda Violettaya
cibimdəki on iki frankı verdim, özünün razılığıyla kirayəyə qal-
dığı yeri bələdlədim. O gündən həftədə bir dəfə baş çəkir, ürək-
dirək verir, öz xərclərimdən artırdığım pulla kömək eləyirdim.
Bundan nə Xosenin, nə Jilberin, nə Kristofun xəbəri vardı, heç
artıq qadınım olmasıyla qürrələnmək fikrinə də düşməmişdim.
Ünsiyyətimiz öz-özünə, minnətsiz-filansız axarına düşmüşdü, Vi-
olettanın yanında taleyimin ağrılarını unudur, Parisdən getmək
qərarımın qətiləşdiyini duyurdum. Artıq yol üçün pul da yığ-
mağa başlamışdıq. Davidin göndərdiyi iki yüz frankı, Turxan
ağanın səxavətindən qazandığımın bir hissəsini xərcləməməyə
çalışırdım. Sorbonnla üzülüşəndən sonra Xose Karvalyonu da ta-
leyin ixtiyarına buraxdım: bilmirəm buna xəyanət çaları vermək
olarmı, onsuz da nə vaxtsa çıxıb gedəcəkdim, yollarımız ayrı-
lacaqdı. Jilber Sorel artıq evlənmişdi, öz qayğıları vardı. Beləcə,
Daviddən ayrılmağımın altıncı ilində – 1703-cü ilin bir yay
günündə binəsib Violettayla Veneziaya doğru yola çıxmağı qət
elədik. Cibimdə altı yüz frank, yanımda taleyini mənə tapşırmış
cavan qadın, beynimdə dolaşıq fikirlər güneyə doğru yollandıq.
Onda fikirləşirdim ki, görünür, insanın həyatında baş verənlərin
hamısı yaxşılığa doğrudu; bəzən adama elə gəlir, hər şey bitib, yolu
çıxılmazlığa dirənib, sonra məlum olur ki, rastlaşdığı çıxılmazlıq yox,
taleyin dönüşü, yeni, başqa bir həyatın başlanğıcıdı...
49
VIII
VENESİYADA ÜÇ İL,
YAXUD EHTİRAS GİRDABINDA
Ehtiras çox vaxt ağıllı adamı səfehə çevirir,
amma çox vaxt da səfehlərə ağıl bəxş eləyir.
Hersoq dö LAROŞFUKO
(XVII yüzil)
50. Görkəmindən mənə gürcü qızlarını xatırladan, bir az la-
übalı, bir az sadəlövh, amma vətənindəki, sorağını eşitdiyim
kurtizan qadınlar kimi sevgi məsələlərində məharətli olan bu
iyirmi üç yaşlı Violetta Kabrinidən nə umurdum? Hələ ki,
Parisdən üzü güneyə doğru şığıyan keblərdə pozuq firəngcəsilə
cürbəcür məzəli əhvalatlar danışır, yorulanda başını çiynimə qo-
yub mürgüləyir, karvansaralarda, qonaq evlərində böyrümə sı-
ğınıb mışıl-mışıl yatırdı – elə bil taleyini mənə əmanət eləmişdi.
O vaxt otuz yaşım tamam olmuşdu, gəncdim, Violettanın
dediyinə görə, kişi kimi yaraşıqlıydım, damarımdakı qan məni
yataq məsələlərində üzüqara eləmirdi, varlı olmasam da, Allahın
mərhəməti üzündən Parisdə keçirdiyim on altı il ərzində dolan-
maqdan ötrü pulum olmuşdu. İndi də Meleni, Sansı, Juanyini,
Dijonu, Lionu, Oranjı, Avinyonu, Arlı… arxada qoyub Marselə
doğru can artırdım. Gecələdiyim karvansara hücrələri, qonaq
otaqları, yolqırağı daxmalar, görünür, bundan sonra həyatımın
keçəcəyi yerlər olacaqdı. Hələ bir gecə atlar bərk yorulduğun-
dan, Lionla Oranj arasında bir çayın qırağında, ulduzların altın-
da gecələdik. Üzdən Parisdə gördüyüm məzhəkəçilərə oxşayan
qaskon kebinin içindən arabir başını uzadıb otluqda bir-birinə
sarmaşmış bu cütlüyə baxırdı, yəqin, öz-özlüyündə bizi xoşbəxt
sayırdı, həmin məqamlarda ikimizin də gələcəklə bağlı ümid-
sizliyimizi gizlətmək üçün bir-birimizdən bərk yapışdığımızı
anlaya bilməzdi. Marseldə üç gün qalıb uzun-uzadı Veneziaya
Dostları ilə paylaş: |