Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə15/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   11   12   13   14   15   16   17   18   ...   179

47

müsyö  Kalenin  cansıxıcı  pansionunda  dərs  deməyimdən  başqa 

ciddi  bir  şey  baş  verməmişdi.  Arabir  ödəməli  olduğum  ehti-

yaclarımı  nəzərə  almasaq,  nə  şərablıq,  nə  qadınlıq  halım  vardı, 

öyrənməyə,  sağ  qalmağa,  düşdüyüm  çıxılmazlıqdan  çıxmağa  can 

atırdım.  Amma  hər  halda,  həyatımı  tərpədən  iki  şey  baş  verdi, 

bu  da  ki,  sonrakı  taleyimi  həll  elədi.

48.  Sorbonnda  oxuduğumun  beşinci  ili  hiss  elədim  ki,  içimdə 

nəsə  dəyişib:  tutaq  ki,  oxudum,  təhsilimi  tamamladım,  lap  ca-

nıma  cəfa  basıb  docteur  en  Sorbonne  –  yəni  Sorbonn  məzunu 

oldum,  bəs  sonra  neyləyəcəkdim?  Parisdə  qalıb  Müsyö  Kale-

nin  pansionunda,  Kollec  dö  Fransda  dərs  demək  imkanından 

başqa  məni  nə  gözləyirdi?  Bundan  ötrü  ömrümün  beş  ilini  də 

yelə  verib  qalmağa  dəyərmi?  Üstəlik,  axır  illər  məni  gündoğan 

məmləkətləri  çəkirdi,  Osmanlıda,  Səfəvi  məmləkətində  olmaq, 

görüb-duyduqlarımı  qələmə  almaq  beynimə  elə  yerləşmişdi,  get-

gedə  böyüyüb  dözülməz  hala  çatdığını  hiss  eləyirdim.  Elə  o 

ildə  təsadüf  üzündən  dilmancı  olduğum  Bursalı  ayna  taciri  Tur-

xan  ağanın  İstanbul  (sonralar  Osmanlı  məmləkətində  rastlaşdıqları-

mın  çoxu  Konstantiniyyəni  belə  adlandırırdı,  mən  də  istisnalıq  fikrinə 

düşmədenyönim)  Ədirnə,  Bursa,  Konya  barədə  danışdıqları  məni 

yerimdən-yurdumdan  elədi.  Turxan  ağayla  tanışlıqdan  sonra 

içimdə  bir  duyğunun  asta-asta,  amma  inadla  özünü  bildirdiyini 

sezdim.  Nə  Xose  Karvalyonun  məsləhətləri,  nə  Jilber  Sorelin 

xahişləri,  nə  müsyö  Jan  Klöberin  öyüd-nəsihəti,  nə  də  Kristof 

Duatyönün dostyana ərki kömək elədi. Artıq dərslərə getmirdim, 

gündüzlər  Turxan  ağanın  dilmanclığıyla  başımı  qatır,  axşamlar 

Parisin  cəlbedici  məkanlarını  gəzirdim.  Turxan  ağanın  sayəsində 

cibim  pul  tanımışdı,  gündə  on  frank  az  pul  deyildi,  üstəlik  müs-

yö  Kalönün  pansionundakı  dərslərə  hələ  davam  elədiyimdən,  ar-

tıb  qırx  iki  frank  olmuş  donluğum  vardı.  Bir  aydan  sonra  Kristof 

Duatyö  Sorbonndan  xaric  olunmağım  barədə  xəbər  gətirdi.  Bu 

barədə  Müsyö  Klöberə  özüm  demişdim,  üstəlik  də,  artıq  Parisdə 

öyrənəcəyim  bir  şey  olmadığını  qərarlaşdırıb  İstanbula  getmək 

barədə  düşünürdüm.  Əlbəttə,  Turxan  ağayla  getmək  daha  ağıllı 

olardı, amma mənə indiyəcən gizlədiyim bir təfərrüat mane olur-

du,  cavanlığın  əfvə  layiq  olduğunu  nəzərə  alıb  o  sirri  də  açım.



48

49. Madam Qrenyönü və qulluqçuları nəzərə almasaq, Parisdə 

olduğum  illər  ərzində  Violetta  Kabrini  uzun  müddət  ünsiyyət 

saxladığım  yeganə  qadın  idi.  Onunla  Sorbonnda  oxuduğumun 

üçüncü  ilinin  bir  payız  günündə,  əhvalımın  yaxşı  olduğu  nadir 

məqamların  birində  xoş  təsadüf  üzündən  Lüksemburq  bağın-

da  rastlaşmışdım.  İndi  xatırlamadığım  səbəbdən  bir-iki  kəlmə 

kəsmişdik.  Pozuq  firəngcəsindən  başqa  məmləkətdən  gəldiyini 

duyub  sorğu-suala  tutmuşdum,  məlum  olmuşdu  ki,  Veneziadan-

dı,  altı  ay  qabaq  bir  firəng  dənizçisinin  yağlı  vədlərinə  aldanıb 

Parisə  gəlibmiş,  dörd  aydan  sonrasa  dənizçi  izsiz-soraqsız  yoxa 

çıxıb, indisə Veneziaya qayıtmaq ümidilə yaşayır. Onda Violettaya 

cibimdəki  on  iki  frankı  verdim,  özünün  razılığıyla  kirayəyə  qal-

dığı  yeri  bələdlədim.  O  gündən  həftədə  bir  dəfə  baş  çəkir,  ürək-

dirək  verir,  öz  xərclərimdən  artırdığım  pulla  kömək  eləyirdim. 

Bundan  nə  Xosenin,  nə  Jilberin,  nə  Kristofun  xəbəri  vardı,  heç 

artıq  qadınım  olmasıyla  qürrələnmək  fikrinə  də  düşməmişdim. 

Ünsiyyətimiz  öz-özünə,  minnətsiz-filansız  axarına  düşmüşdü,  Vi-

olettanın  yanında  taleyimin  ağrılarını  unudur,  Parisdən  getmək 

qərarımın  qətiləşdiyini  duyurdum.  Artıq  yol  üçün  pul  da  yığ-

mağa  başlamışdıq.  Davidin  göndərdiyi  iki  yüz  frankı,  Turxan 

ağanın  səxavətindən  qazandığımın  bir  hissəsini  xərcləməməyə 

çalışırdım.  Sorbonnla  üzülüşəndən  sonra  Xose  Karvalyonu  da  ta-

leyin  ixtiyarına  buraxdım:  bilmirəm  buna  xəyanət  çaları  vermək 

olarmı,  onsuz  da  nə  vaxtsa  çıxıb  gedəcəkdim,  yollarımız  ayrı-

lacaqdı.  Jilber  Sorel  artıq  evlənmişdi,  öz  qayğıları  vardı.  Beləcə, 

Daviddən  ayrılmağımın  altıncı  ilində  –  1703-cü  ilin  bir  yay 

günündə  binəsib  Violettayla  Veneziaya  doğru  yola  çıxmağı  qət 

elədik.  Cibimdə  altı  yüz  frank,  yanımda  taleyini  mənə  tapşırmış 

cavan  qadın,  beynimdə  dolaşıq  fikirlər  güneyə  doğru  yollandıq. 

Onda  fikirləşirdim  ki,  görünür,  insanın  həyatında  baş  verənlərin 

hamısı  yaxşılığa  doğrudu;  bəzən  adama  elə  gəlir,  hər  şey  bitib,  yolu 

çıxılmazlığa  dirənib,  sonra  məlum  olur  ki,  rastlaşdığı  çıxılmazlıq  yox, 

taleyin  dönüşü,  yeni,  başqa  bir  həyatın  başlanğıcıdı... 

 



49

VIII


VENESİYADA  ÜÇ  İL, 

YAXUD  EHTİRAS  GİRDABINDA



Ehtiras  çox  vaxt  ağıllı  adamı  səfehə  çevirir,

amma  çox  vaxt  da  səfehlərə  ağıl  bəxş  eləyir.

Hersoq  dö  LAROŞFUKO

(XVII  yüzil)

50.  Görkəmindən  mənə  gürcü  qızlarını  xatırladan,  bir  az  la-

übalı,  bir  az  sadəlövh,  amma  vətənindəki,  sorağını  eşitdiyim 

kurtizan  qadınlar  kimi  sevgi  məsələlərində  məharətli  olan  bu 

iyirmi  üç  yaşlı  Violetta  Kabrinidən  nə  umurdum?  Hələ  ki, 

Parisdən  üzü  güneyə  doğru  şığıyan  keblərdə  pozuq  firəngcəsilə 

cürbəcür  məzəli  əhvalatlar  danışır,  yorulanda  başını  çiynimə  qo-

yub  mürgüləyir,  karvansaralarda,  qonaq  evlərində  böyrümə  sı-

ğınıb  mışıl-mışıl  yatırdı  –  elə  bil  taleyini  mənə  əmanət  eləmişdi. 

O  vaxt  otuz  yaşım  tamam  olmuşdu,  gəncdim,  Violettanın 

dediyinə  görə,  kişi  kimi  yaraşıqlıydım,  damarımdakı  qan  məni 

yataq  məsələlərində  üzüqara  eləmirdi,  varlı  olmasam  da,  Allahın 

mərhəməti  üzündən  Parisdə  keçirdiyim  on  altı  il  ərzində  dolan-

maqdan  ötrü  pulum  olmuşdu.  İndi  də  Meleni,  Sansı,  Juanyini, 

Dijonu,  Lionu,  Oranjı,  Avinyonu,  Arlı…  arxada  qoyub  Marselə 

doğru  can  artırdım.  Gecələdiyim  karvansara  hücrələri,  qonaq 

otaqları,  yolqırağı  daxmalar,  görünür,  bundan  sonra  həyatımın 

keçəcəyi  yerlər  olacaqdı.  Hələ  bir  gecə  atlar  bərk  yorulduğun-

dan,  Lionla  Oranj  arasında  bir  çayın  qırağında,  ulduzların  altın-

da  gecələdik.  Üzdən  Parisdə  gördüyüm  məzhəkəçilərə  oxşayan 

qaskon  kebinin  içindən  arabir  başını  uzadıb  otluqda  bir-birinə 

sarmaşmış  bu  cütlüyə  baxırdı,  yəqin,  öz-özlüyündə  bizi  xoşbəxt 

sayırdı,  həmin  məqamlarda  ikimizin  də  gələcəklə  bağlı  ümid-

sizliyimizi  gizlətmək  üçün  bir-birimizdən  bərk  yapışdığımızı 

anlaya  bilməzdi.  Marseldə  üç  gün  qalıb  uzun-uzadı  Veneziaya 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə