Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə14/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   10   11   12   13   14   15   16   17   ...   179

44

David Tbilelinin – David Eliqulaşvilinin tərbiyəsi, mərifəti, əxlaqı 

həmişə  məndən  ötrü  örnək  olmuşdu,  yəqin,  bundan  sonra  da 

olacaqdı.

44.  Davidi  Marselə  yola  salmağa  üç  nəfər  getdik:  Jilber  Sorel, 

Xose  Karvalyo  və  mən.  Kollej  dö  Fransa  hazırlaşan  Xose  qalma-

ğıma  bərk  sevinirdi,  elə  birgə  kirayə  ev  tutmaq  ideyası  da  onun 

ağlına  gəldi.  Jilber  Sorel  Nəbatat  bağında  işə  düzəlmişdi,  amma 

Sorbonnda  oxumaq  arzusundaydı,  bu  səbəbdən  işini  itirməməklə 

bağlı  yollar  arayırdı.  Jilberin  Sən-Lui  tərəflərdəki  bir  karvansa-

radan  kirayələdiyi  keb  sürücüsü  Davidi  Dicönə  qədər  aparmağı 

razılaşmışdı,  ordan  o  tərəfə  başqa  keb  tutacaqdı.  Onacan  ilk 

dəfə  Davidlə  fikrimiz  üst-üstə  düşmədi:  o,  madam  Qrenyönün 

evinin  satışından  aldığımız  pulu  yarıbayarı  bölmək  istəyirdi, 

mənsə  buna  etiraz  eləyirdim;  birincisi,  madam  Qrenyö  Davidin 

mürəbbiyəsi  olmuşdu,  onların  evində  yaşayıb  hörmət  görmüşdü, 

ikincisi  David  yola  çıxırdı,  mən  Parisdəydim,  bəd  ayaqda  oxu-

mağın  daşını  atıb  çörəkpulu  qazana  bilərdim,  üçüncüsü,  canıma 

cəfa  basıb  yaxşı  oxuyardım,  təqaüd  qazanardım.  Ona  görə  də 

cəmi  səkkiz  yüz  frank  götürməyə  razı  oldum,  bu  pulla  azı  ya-

rım  il  çulumu  sudan  çıxara  bilərdim.  Hər  nəsə,  Marsel  yolunda 

Davidlə  qucaqlaşdım,  dönə-dönə  öpüb-qoxuladım,  Görgü  ağaya, 

Rusudan  xanıma,  Ketinoya,  Dariya  xalaya,  tanıyanların  hamısına 

çoxlu-çoxlu  salam-dua  göndərdim,  qismət  olsa,  gələcəyimi  vəd 

elədim.  Əlbəttə,  imkan  tapıb  Rüxsara  xalagilin  halından  xəbər 

tutmasını da rica elədim. Aramızda açıq söhbət olmasa da, David 

Züleyxaya  meylimi  duymuşdu,  ona  namə-filan  göndərmədiyimə 

təəssüflənsə  də,  yəqin  ki,  xəbər  tutar,  sağ-salamat  olduğumu  çat-

dırardı.  Elə  ilk  fürsətdəcə  ətraflı  naməylə  məni  hər  şeydən  hali 

eləyəcəyinə  söz  verdi,  Tiflisdən  bəri  ayrılmadığı  gümüş  işləməli 

qədimi  mücrünü  də  mənə  bağışladı,  bura  ən  qiymətli  şeylərini 

qoyarsan,  dedi.  Yenə  qucaqlaşdıq,  kebə  minib  toz  qopara-qopara 

getdi,  ondan  sonra  bir  daha  görüşmədik.

45.  Xose  Karvalyo  seçimini  eləmişdi,  Jilber  Sorel  də  Sorbonn-

da  təbiət  elmlərinə  davam  eləmək,  ya  da  təbabəti  öyrənmək 

istəyirdi.  Mənim  təbiətimdə  təbabət  yoxudu,  xristian  ilahiyyatı-

nı,  İsa  Məsihin  yaratdığı  dini  öyrənməyimin  anlamını  görmür-

düm,  təbiət  elmlərini  öyrənsəydim,  gərək  hardasa  oturaq  həyat 




45

keçirəydim,  dini  hüquq  bəlkə  də  işimə  yarayardı,  amma  o  da 

mənlik  deyildi.  Yeganə  məqbul  olan  azad  sənətlər  idi,  yazı-

nı,  natiqliyi,  poeziyanı,  rəsm  çəkməyi,  musiqini…  öyrədirdi,  bu 

da  hər  yerdə  lazım  gələrdi.  Neçə  illərdən  bəri  Sorbonnda  oxu-

maq  xəyalıyla  yaşayan  Lilber  hər  şeyi  yerli-yataqlı  öyrənmişdi, 

dediyinə  görə,  sınaqlar  həddən  artıq  ağır  keçir,  on  il  o  sınaqlara 

dözməyib  oxumağı  atanlar  da  az  deyil.  Axırıncı  ildə,  təhsilini 

bitirəndə  bütün  gün  ərzində  dincəlmədən,  yeyib-içmədən  iyirmi 

nəfərin suallarına cavab verməli olur. Məndən ötrü başlıcası ilkin 

sınaqlara dözüb Sorbanna düşmək idi, qalanı taleyin işiydi. Müs-

yö Kalenin dediyinə görə, bu qüvvəm, biliyim daxilindəydi, on il 

ərzində  firəngcəni  mükəmməl  mənimsəmişdim,  qalan  fənlərdən 

də bu vaxtacan pansionu bitirən şagirdləri arasında ilk üçlüyə la-

yiq  idim.  Davidi  yola  salandan  sonra  Jilber  Sorellə  bir  aya  yaxın 

ünsiyyətimiz, Xose Karvalyoyla ciddi məşğul olmağımız, deyəsən, 

nəticəsini  verdi.  Mən,  iyirmi  dörd  yaşlı  Cozef  Qrenyö  Sorbonnu 

nazad  sənətlər  bölümünün  tələbəsi  oldum.  Xose  də  Kollec  dö 

Fransda  sınaqlardan  uğurla  çıxdı.  Amma  Jilber  son  məqamda 

fikrindən  döndü:  nəbatat  bağında  işinə  davam  eləməyə  üstünlük 

verdi.  Mənə  görə  ağıllı  seçim  idi,  artıq  evlənməyə  hazırlaşırdı, 

elə  bir  gəlir  yeri  yoxudu,  ona  görə  də  Nəbatat  bağındakı,  özü-

nün  dediyinə  görə,  abırlı  və  maraqlı  işini  itirmək  istəmirdi.

46.  Xose  Karvalyoyla  təxminən  Sorbonnla  Kollec  dö  Fransın 

arasında  birotaqlı  ev  kirayələmişdik,  Xosenin  təsadüfi  işdən  qa-

zandığı  iki  yüz  frankı  və  mənim  səkkiz  yüz  frankım  elə  hesab-

ladığımız  kimi,  altı  aydan  bir  qədər  çox  vaxta  bəs  elədi.  Ayda 

on  iki  frank  ev  kirayəsinə,  üç  o  qədər  də  yeməyimizə  verirdik, 

həftədə iki dəfə gəlib otağımızda yır-yığış aparan arvad ayda altı 

frank  alırdı,  hərəmiz  on  frank  da  cibxərci  götürürdük,  üstəlik, 

abırlı  paltar  da  almaq  lazım  gəlirdi.  Bu  səbəbdən  pulumuz 

tükənənə  yaxın  münasib  iş  axtarmaqla  ciddi  məşğul  olmağa  baş-

ladıq.  Uzun  axtarışdan  sonra  Xose  bir  ispan  ailəsinin  iki  uşağına 

firəngcəni  öyrətməyə  razılaşıb  ayda  qırx  frank  qazanmağa  başla-

dı.  Üç  ay  sonra  da  tale  mənim  üzümə  güldü:  müsyö  Kalö  ayda 

otuz  beş  franka  pansionunda  dərsdənkənar  məşğələlər  aparmağa 

dəvət  elədi.  Bəzi  xərclərimizi  azaldanda  (məsələn,  mümkün  qədər 

kebə  pul  xərcləməməyə  çalışırdıq;  piyada  gəzmək  həm  də  sağlamlığa 



46

xeyir  idi  –  Xose  zarafatla  belə  deyirdi)  birtəhər  dolanmaq  olurdu. 

Günümün  çoxunu  Sorbonnun  dərsxanasında  keçirir,  həftədə  üç 

dəfə  müsyö  Kalenin  pansionuna  (divarları  arasında  ömrümün  can-

sıxıcı  on  ilini  keçirsəm  də,  indi  həyat  mənbəyim  olmuşdu)  gedirdim. 

Sorbonnda  çox  ünsiyyətdə  olduğum  yazı  sənəti  müəllimim  müs-

yö  Can  Klöber,  Liondan  gəlmiş  Kristof  Duatyö  idi.  Elə  o  vaxtlar 

da  nəsə  yazmağa  başlamışdım;  hələ  bəlli  forması,  başı-ayağı 

olmayan  o  yazılar  xatirələrlə  təəssüratların  qarışığından  ibarət 

idi,  Tiflisdən,  Paris  yolçuluğumuzdan,  burdakı  həyatımdan,  tanı-

dığım  adamlardan  bəhs  eləyirdi.  Bir  parasını  Xose  gizlicə  oxu-

muşdu,  dediyinə  görə,  çox  duyğuluydu.  Mənə  belə  gəlirdi,  işim 

də  elə  yazmaqdan  ibarət  olacaq,  amma  onun  nə  iş  olacağını  hələ 

aydın  təsəvvür  eləmirdim.

47.  Daviddən  gözlədiyim  namə  iki  il  yarımdan  sonra 

təsadüfən  Tiflisdə  rastlaşdığı,  Parisə  gedəcəyindən  xəbər  tutduğu 

bir  yunan  tacirinin  iltifatı  üzündən  gəlib  yetişdi,  David  üstəlik, 

özünü  Georgios  kimi  tanıdan  adama  etibar  eləyib  bir  qədər 

də  pul  göndərmişdi  –  görünür,  o  üç  yüz  frank  yol  pulun-

dan  artmışdı,  David  də  ikimizin  hesab  elədiyi  pulun  qalığını 

mənə  göndərməyi  məsləhət  bilmişdi.  Yazdığına  görə,  yolda  elə 

macəralarla  rastlaşıb  ki,  yazmaqla  qurtarmaq  olmaz;  axır  ki,  sağ-

salamat  gedib  Tiflisə  çıxıb,  hamını  olduğu  kimi  görüb  sevinib, 

üstəlik,  Ketinonun  da  bir  oğlu,  bir  qızı  var;  təbii  ki,  ata-anası  bir 

qədər  yaşlaşıblar,  amma  pis  deyillər;  Dariya  xala  məndən  ötrü 

çox  darıxır,  nə  vaxtsa  qayıdıb  gələcəyimə  ümid  bəsləyir.  Amma 

David Rüxsara xalagil barədə bir kəlmə də yazmamışdı, ya unut-

muşdu,  ya  məsləhət  bilməmişdi,  ya  da  başqa  səbəbi  vardı.  Özü 

ətraf  yerlərin  bitki  örtüyünü  öyrənməklə  məşğul  idi,  gələcəkdə 

Parisdə  gördüyü  Nəbatat  bağına  oxşar  bağ  salmaq  arzusunday-

dı.  Bir  də  ki,  imkan  tapan  kimi  evimizin  xarabalığının  yerində 

xudmani ev tikəcəkdi ki, mən Tiflisə qayıdanda öz ocağım olsun. 

Züleyxa  barədə  dəqiq  bir  şey  yazmaması  ürəyimi  köz-köz  elədi. 

Bundan  sonra  mənim  Tiflisə  getməyim,  yəqin,  ikimiz  üçün  də 

dözülməz  yaradan  başqa  bir  şey  olmazdı.  Davidə  cavab  yaz-

maq  (necə  göndərəcəyimi  fikirləşmirdim)  üçün  özümü  uzun  müddət 

zorladım,  amma  nə  yazacağımı  kəsdirə  bilmədim:  o  gedəli  iki 

il  yarım  ərzində  Sorbonnda  oxumaq  haqqı  qazanmağımdan  və 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə