Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə22/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   18   19   20   21   22   23   24   25   ...   179

68

təəssüfləndiyini,  həm  də  sevindiyini  söylədi,  çünki  bir  neçə 

həftəyə  İstanbuldakı  işlərini  nizama  salıb  Səfəvi  məmləkətinə, 

İsfahana  yola  düşəcəkdi,  mənim  firəng  dilini,  üstəlik,  Məğrib  və 

Məşriqə bələd olmağım ondan ötrü hava-su kimi gərəkdi, xülasə, 

məni  elçiliyin  mütərcimi  görmək,  birgə  səfərə  çıxmaq  istəyirdi. 

Əlbəttə,  ona  təşəkkür  eləmək,  düşünüb-daşınmaq  üçün  vaxt 

istəmək  daha  ağıllı  iş  olardı,  amma  mən  elə  bil  oturub  firəng 

elçisinin  yolunu  gözləyirəmmiş,  onun  da  təəccübünə  rəğmən 

dərhal razılıq verdim. Bir halda ki, Tiflisə qayıtmaq üçün özümdə 

taqət tapa bilmirdim, İsfahana gedib yurduma bir az da yaxınlaş-

maqla  təskinlik  tapa  bilərdim.  Müsyö  dö  Gardən  sevindiyindən 

qıpqırmızı  qızarıb  Trabzona  gedəcək  gəmini  gözlədiyini,  günü 

sabahdan  özünü  Firəngistan  dövlətinin  xidmətində  saymağımı 

rica  elədi,  beləcə  on  bir  illik  İstanbul  macərama  son  qoyul-

du.  Onda  taleyimin  məni  bir  də  bu  yerlərə  gətirib  çıxaracağını, 

üstəlik  Anadolunu  dolaşacağımı  heç  ağlıma  belə  gətirmirdim. 

Onda  fikirləşirdim  ki,  insan  gərək  özünü  sıxıntılı  hiss  elədiyi  yerə 



bir  də  qayıtmasın,  sözünü  saya  almayan  adama  bir  də  ağız  açmasın, 

pislik  gördüyü  adamı  bir  də  yaxına  buraxmasın...


69

XI

ÜZÜ  GÜNÇIXANA  DOĞRU



Yusif  mənim  quyumdan  gözəl  anda  çıxacaq,

  Qaf  dağından  Simurqum 

  birdən  qalxıb  uçacaq…

Qivami  MÜTƏƏRRİZİ

(XII  yüzil)

71.  Hələ  uşaq  vaxtlarımda  kimdənsə  eşitmişdim:  nə  qədər 



ki  söz  ağzından  çıxmayıb,  ağasısan,  elə  ki  çıxdı,  qulusan.  Səfəvi 

məmləkətinə getmək barədə qərar verdiyim məqamdan həyatımın 

dəyişdiyini  açıq-aşkar  duydum.  Həyatımın  on  bir  gözəl,  həm  də 

kədərli  illərini  verdiyim  Səadət  Astanasında  gəzmək  görmək, 

öyrənmək  xoşbəxtliyindən  başqa  bir  səadət  qismətim  olmadı. 

Əlbəttə,  Boğaz  boyundakı  təpələrə  səpələnmiş  möhtəşəm  sa-

raylardan,  camelərdən,  məbədlərdən,  qəlbimə  həkk  olmuş  Xalic 

mənzərəsindən  –  bədirlənmiş  Ayın  sulardakı  əksindən,  pansion-

da,  Sarbonnda  Məğribi  öyrətdikləri  qədər  mənə  Məşriqi  öyrədən 

xəzinə  sahibi  Kitabdar  Mühiddin  Əfəndidən,  bəlkə  də  Züley-

xadan  sonra  ümidini  daşa  vurub,  özümü  günahkar  saydığım 

Ruhiyyədən,  canımdakı  yanğını  sorub  bayğınlıq  içində  qoyan 

Məryəmdən  ayrılacaqdım,  bir  daha  da  buralara  dönmək  barədə 

düşünmürdüm,  Allahın  işlərinəsə  qarışa  bilməzdim  –  nə  yazmış-



dısa,  o  da  olacaqdı.  Hər  halda,  Firəngistanda  təsadüfi  ölümə,  Ve-

neziada  gülünc  həbsə,  dəryada  quldurların  basqınına,  İstanbulda 

hər  hansı  bir  azğının  xəncərinə  rast  gəlməyib  sağ  qalmışdım-

sa,  üzü  Gündoğana  getməyim  məsləhət  görülmüşdüsə,  deməli, 

taleyimə  boyun  əyməliydim.  Cəmi-cümlətani  bir  sandığım  vardı, 

içinə  Parisdə,  Veneziada,  İstanbulda  aldığım  basma  və  əlyazma 

kitabları,  iki  dəst  paltarımı,  bir  neçə  xırım-xırda  şeylərimi  yığ-

mışdım, qurşağımın altında Sultan həzrətlərinin səxavətindən ax-

çayla  dolu  pul  kisəm  vardı,  qəlbimdə  yeddi  təpə  üzərində  qərar 



70

tutmuş  bu  xəyal  şəhərinə,  hələ  hüdudlarını  xəyalıma  düz-əməlli 

gətirə  bilmədiyim  Osmanlı  məmləkətinə  heyrət  və  ehtiram  du-

yurdum.  İnsan  ömrünün  nə  vaxt,  harda  bitəcəyini  bilsə,  yəqin 

yaşamaq mənasız olar – həmin məqamda belə fikirləşirdim. Məni 

gözləyən  yolların  daha  haralara  uzanacağını  hardan  biləydim? 

O  yolların  sonunda  Tiflisin  olub-olmayacağını  hardan  biləydim? 

Qırx  yaşını  ötürmüşdüm,  səyyahları  nəzərə  almasaq,  xeyli  gəzib-

görmüşdüm,  bundan  sonra  inzivaya  çəkilib  yaşantılarımı  qələmə 

ala,  rahat  ömür  sürə  bilərdim.  Amma…

72.  Elə  o  günün  səhəri  müsyö  Syör  dö  Gardənlə  razılaşma-

mıza  əməl  eləyib  çərkəz  qadını  Xədicənin  evindən  Firəngistan 

elçiliyinin  tutduğu  ikiqatlı,  geniş  imarətə  daşındım.  Müsyö  dö 

Gardənin  səfarəti  özüylə  on  dörd,  artıq  mənimlə  beş  nəfərdən 

ibarətdi: katiblər, məsləhətçilər, kamerdiner dedikləri xidmətçilər, 

xəzinədar,  aşpaz  bir  də  hamıya  qulluq  göstərən  nökərlər  vardı. 

Belə  başa  düşdüm,  səfarətin  başlıca  vəzifəsi  Əcəm  şahı  Sul-

tan  Hüseynin  yanında  olmaq,  onun  məmləkətində  Firəngistanın 

alqı-satqı  məsələlərini  yoluna  qoymaqdı,  Səadət  Astanasındakı 

bəzi  işləri  də  yolüstü  nizama  salmaq  buyruğu  alıb.  İndi  bir 

namə  hazırlayıb  Dəre-dövlətə  –  Saraya  yetirmək  gərəkdi  ki, 

Əcəm  hüduduna  çatanacan  əmniyyətimizin  Sultan  Həzrətlərinin 

himayəsində  olduğu  barədə  buyrultu  verilsin.  Xidmətə  razı-

lıq  verməyimdən  məmnunluğunu  gizlədə  bilməyən  müsyö  dö 

Gardən  yazı  sənətinə  bələdliyini  də  büruzə  verdi,  fikrini  elə  ay-

dın, elə təsirli ifadə elədi ki, namənin tərtibi mənə də zövq verdi. 

Naməni  Saraya  özüm  apardım,  firəng  elçisinə  bir  həftə  ərzində 

gərəkli  cavabın  veriləcəyini  söylədilər,  elə  o  gündən  də  Trabzona 

yola  çıxacaq  gəmiyə  minmək  üçün  hazırlaşmağa  başladım.  Müs-

yö  dö  Gardənin  altı  sandığında  çoxlu  paltarından,  Əcəm  şahına, 

yüksək  məqamlı  şəxslərə  cürbəcür  hədiyyələrdən  başqa  kitablar 

da  gördüm,  məlum  oldu  ki,  o  bundan  qabaq  İspan  dövlətində, 

Moskovda,  Veneziada  olub,  öz  padşahının  bu  cür  buyruqlarını 

yerinə  yetirib,  hər  yerdə  görüb-eşitdiklərini  qələmə  almağı  se-

vir. Səfarətdəkilərdən kök, qırmızısifət məsləhətçi Fransua, arğaz, 

alimanə  görkəmli  katib  Klod  elçinin  həm  şəxsi  xidmətçisi,  həm 

də  aşpazı  Simon,  susqun  və  işlək  buyruqçu  Nez,  yəni  Burun 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə