Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə19/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   15   16   17   18   19   20   21   22   ...   179

59

bu  on  gündə  ya  dəli  olacağını,  ya  da  xəstələnəcəyini  deyirdi. 

Günün  yorğunluğundan  sonra  müsyö  Lemezyö  tez  yatırdı,  on-

suz  da  azdanışan,  çox  vaxt  yarıyuxulu  olan  Qaston  da  hava 

qaralmamış  yatağına  girirdi,  mənsə  dəryanın  qırağında  gəzir, 

Ay  işığı  düşən  suda  gəmilərin  qaraltısına,  camelərin  göy  üzünə 

millənən  minarələrinə  baxırdım.  Əlbəttə,  gördüyüm  ilk  məcid  – 

Tiflisdəki  Şah  Abbas  məscidi  nəinki  Süleymaniyyə,  heç  Fəthiyyə, 

Mehrimah,  Validə  Sultan  camelərilə  müqayisəyə  gəlməzdi,  heç 

Parisdə,  Marseldə,  Veronada,  Veneziada  gördüyüm  kilsələr  də 

Ayasofya  ola  bilməzdi.  Bütün  bunlar  məndən  ötrü  Osmanlının 

əzəmətinin  ifadəsiydi.

62.  Dəftərdar  Sarı  Mehmet  Paşanı  heç  on  gündən  sonra  da 

tapmadıq.  Karvansara  sahibi  Xeyri  Əfəndinin  dönə-dönə  vəd 

alıb  açdığı  sirdən  belə  çıxırdı,  sarayda  Padşah  Həzrətləri  Sul-

tan  Əhmədə  dönük  çıxanlar  baş  qaldırmaq,  taxta  onun  oğulla-

rından  birini  çıxarmaq  hazırlığındaymışlar,  amma  aralarından 

kimsə  bu  niyyətlərini  Sultan  Həzrətlərinə  çatdırıb,  ola  bilsin, 

Dəftərdar  Sarı  Mehmet  Paşanın  başı  bu  işlərə  əncam  çəkməyə 

qarışıb.  Doğrudan  da  sonrakı  həftə  saraya  gedəndə  dönə-dönə 

sorğu-suala  tutulduğumuzu,  yoxlandığımızı  görəndə  deyilənlərin 

şayiə  olmadığına  inandım.  Müsyö  Lemezyönün  Allahı  varmış, 

Bab-üs-səlamdakı  gözətçilər  hücrəsində  bir  az  gözlədib  içəri  bu-

raxdılar,  başımızı  qaldırmadan  geniş  həyətdən  keçib  üzbəüzdəki 

tikiliyə  sarı  getdik,  bizi  iki  qapı  oğlanının  müşayiətilə  Diva-

ni-Hümayunun  yerləşdiyi  qülləli  tikiliyə  apardılar.  Dəftərdar 

Sarı  Mehmet  Paşa  qonağını  xalılar  döşənmiş  böyük  bir  otaqda 

qəbul  elədi.  Təxminən  altmış  yaşlarında  uzunboy,  arğaz  adam-

dı,  əyninə  zərli  göy  xalat  geyib  qurşaq  bağlamışdı,  başında  ağ 

rəngli  hündür  dördkünc  papaq  vardı.  Yorğun  görünürdü,  ola 

bilsin,  ona  görə  söhbətə  həvəs  göstərmədi.  Müsyö  Lemezyönün 

üdüləyib  tökdüyünü  sakit  tərzdə,  aramla  izah  elədim,  Dəftərdar 

Mehmet  Paşa  bir  müddət  sınayıcı  nəzərlərlə  firəng  tərəfə  bax-

dı,  nəsə  düşündü,  sonra  dedi,  ona  çatdır  ki,  buyuruq  verərəm, 

gəlib  baxarlar,  məsləhət  olsa,  sövdələşərlər.  Sonra  İstanbula  necə 

gəldiyimizi,  Osmanlı  hüdudları  içində  incidilib-incidilməyimizi 

soruşdu,  Sultan  Həzrətlərinin  sayeyi-mərhəmətindən  hər  yerdə 

iltifat  gördüyümüzü  deyib  minnətdarlıq  elədim.  Divani-Hüma-




60

yunun  binasından  çıxıb  elə  başıaşağı  da  Bab-üs-səlama  qayıtdıq. 

Müsyö  Lemezyönün  dili  Ayasofyaya  tərəf  dikələndə  açıldı.  Cis-

mini  sevinc  dalğası  sarmışdı,  fikrincə,  sövdələşmə  mütləq  baş 

tutacaqdı,  çünki  Dəftərdar  Sarı  Mehmet  Paşa  demişdisə,  nəticə 

uğurlu  olacaqdı.

63.  Müsyö  Lemezyönün  istədiyi  oldu:  səhəri  Dəftərdar  Sarı 

Mehmet  Paşanın  buyruğuyla  iki  nəfər  gəldi,  mallara  baxdılar, 

sövdələşdilər,  behini  verib  getdilər,  axşamtərəfisə  haqq-hesabı 

üzüb  firəng  taciri  xoşbəxt  elədilər.  Sonrakı  bir  həftə  ərzində  də 

müsyö  Lemezyö  şəhəri  dolaşıb  məmləkətinə  aparacağı  malları 

axtardı,  amma  ən  ağır  yükü  Misir  çarşısından  aldığı  ədviyyat 

oldu. Dediyinə görə, bu ədviyyatı Veneziada Docun, Parisdə Kra-

lın  saray  mətbəxinə  verir,  əməlli-başlı  xeyir  götürürdü.  Sonrakı 

iki  günü  məni  Veneziaya  qayıtmaq  üçün  dilə  tutmağa  başladı, 

deyirdi  ki,  həm  dilmancı,  həm  köməkçisi  olar,  yaxşı  qazanc 

götürərəm.  Amma  mən  günlərin  birində  Batuma  gedən  gəmiyə 

minmək,  qismətimdə  vardısa,  Tiflisə  yetişmək,  Parisdəkisayaq 

mədrəsə  açmağa  çalışmaq,  ömrümü  yazı-pozuyla  başa  vurmaq 

istəyirdim;  əlbəttə,  Züleyxaya  qovuşacağıma  ümidim-filanım 

qalmamışdı,  bu  vaxtacan  məni  gözlədiyini  düşünmək  (Davidin 

naməsində  onu  xatırlatmamasından  belə  çıxırdı  ki,  artıq  bu  kitab 

bağlanıb)  əbləhlik  olardı,  amma  onun  yaxınlığında  yaşamaq  da 

məndən  ötrü  bəs  eləyərdi.  Daha  gördüyüm  yerlər  də  məni 

çəkmirdi,  görünür,  get-gedə  yaşlanırdım,  hələ  cəmi-cümlətanı 

otuz  üç  yaşım  olsa  da,  az  qala,  dünyanı  yorub  yola  salmış-

dım.  Müsyö  Lemezyönü  aparan  gəmi  Xalic  körpüsündən  ara-

lananda  elə  tənhalaşdım  ki,  elə  bil  dibi  görünməyən  boşluğa 

düşmüşdüm.  Cibimdə  müsyö  Lemezyönün  verdiyi  altmış  du-

kat  (Dəftərdar  Srı  Mehmet  Paşanı  gözlədiyimiz  günlərin  haqqını 



da  ödəmişdi),  Veneziadan  qalan  altı  dukat,  əynimdə  bir  dəst 

paltar  karvansaranın  hücrəsində  bir  sandığım,  beynimdə  dola-

şıq  fikirlərim,  ürəyimdə  anlaşılmaz  duyğularım  vardı.  Ağlıma 

gəldi  ki,  əvvəlcə  altmış  altı  dukatımı  axçaya  dəyişim,  sonra 

özümə  bir  dəst  münasib  paltar  alıb  firəng  görkəmindən  çıxım, 

Xeyri  Əfəndiylə  dil  tapıb  münasib  hücrələrdən  birinə  köçüm, 

sonra  iş  axtarmağa  başlayım.  İşi  harda  axtaracağımı  bilmir-

dim, yenə ağlıma gəmilərin yan aldığı limanlar, dilmanc axtaran 




61

tacirlər  gəlirdi.  Yenə  Allahın  mərhəmətinə  sığınıb  yaşamalıydım, 

nədənsə  əmindim  ki,  günlərin  birində  səadət  qapıları  açılacaq. 

Əlbəttə,  cibimdəki  pulla  Tiflisə  gedib  çıxa  bilərdim,  amma  nə 

sirdirsə,  könlüm  getmək  istəmirdi.  Mənə  belə  gəlirdi,  bu  dün-

yada  hər  sınaqdan  keçməli,  yaxşını-pisi  ayırd  eləməli,  ağrını,  kədəri, 

bədbəxtliyi,  xəyanəti  yaşamalıyam,  yalnız  bundan  sonra  özümü  kamil-

liyin  astanasında  hesab  eləyə  bilərəm... 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə