Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə179/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

553

rı da köçürərəm. İndi şükür duası oxuyub yatmalı, dincəlməli, dün-

yanın yollarını yormuş ahıl və dünya işığından məhrum səyyahın 

söylədiklərini kağıza köçürməliyəm.

Görünür, gecəni ikimiz də narahat yatmışdıq, səhər süfrəsindən 

sonra  Mirzə  Yusif  yaddaşının  dərinliklərindən  qayıtmaqda  xeyli 

çətinlik çəkdi: əvvəl uzun-uzadı susdu, deyəsən, nədən başlamaq-

la bağlı xeyli götür-qoy elədi, mən də balaca mizin üstündə kağı-

zı düzəldə-düzəldə gözlədim, axır ki, illərin ağırlığı, yolların yor-

ğunluğu, yaşantılarının yükü altından səsini eşitdim: «Mən Alla-

hın həqir bəndəsi…» Lələk qələmim kağızın üstündə sağdan-sola 

hərəkətə gəldi, elə həmin an da gerçək aləmdən qopub bir ömrün 

hekayətinin mövcud olduğu nağılvarı aləmə düşdüm. Mirzə Yusif 

durğun gözlərini başımın üstündən tavan altındakı kiçik pəncərə, 

daha doğrusu, pəncərədən düşən solğun payız işığına dikib yad-

daşını ərşi-arğac eləməyə, mən də bitən səhifələri elə böyrümdəcə 

həsirin üstünə yığa-yığa yazmağa başladım. 

Söylədikləri o qədər rəvan, duyğulu, riqqət doğurandı ki, tez-tez 

gözlərimin nəmləndiyini, cismimin gərildiyini hiss eləyir, xəttimə 

xələl  gəlməsin  deyə,  özümü  tarazlamalı  olurdum.  Mirzə  Yusif 

qələmimin səsindən sövq-təbiilə söylədiklərini yazıb çatdırmağımı 

gözləyir, sözləri aram-aram deyir, bəzən sükut eləyirdi. Bir oturu-

ma yeddi səhifə yazırdım, hər parçadan əvvəl Mirzə Yusif yadda-

şında heyrətamiz dəqiqliklə saxladığı şeir parçaları, hikmətli sözlər, 

şah  beytlər,  bəndlər,  bayatılar  söyləyirdi,  hətta  bir  yerdə  mənim 

əşarımdan da beyt gətirdi. Parçanı bitirəndən sonra yazdığımı oxu-

yurdum, adətən təshih-filan olmurdu, görünür, uzun illər hər şey 

iç dünyasında yerbəyer olmuşdu. Günün qalan hissəsini hava yax-

şı olanda karvansaranın həyətində, tutqun günlərdə elə hücrədəcə 

bəzən Kərbəlayı Mahmudla, bəzən ancaq ikimiz olub-keçənlərdən, 

şeriyyətdən söhbət eləyirdik. Görürdüm, həmsöhbətim bir vaxtlar 

Osmanlı, rus, Hindistan, Əfqanıstan məmləkətlərilə döş-döşə gələn 

Əfşarlar dövlətinin dağılmağından çox qüssələnir.

Günlərimiz  beləcə  keçirdi,  bir  vaxtlar  Nadir  Şahın  Şəkiyə  ha-

kim  göndərdiyi  şiə  Məlik  Nəcəfin  əməllərindən  sünni  camaatı-

nı qorumaq üçün vəkil seçilib hökmdarın fərmanını almış, sonra 

Məlik Nəcəfin fitnələrindən qorxmayıb Şahın hüzurunda dəyanət 



554

göstərmiş  Əlican  oğullarından  Kəndxuda  Qurbanın  törəməsi 

Çələbi  düşmənini  külfətilə  qətlə  yetirəndən,  «Gələrsən-görərsən» 

qalasına  çəkilib  Şaha  dirsək  göstərəndən  sonra  yenə  vəkilliyində 

saxlanmışdı.  O  vaxt  Nadir  Şah  şəhərin  gözəl  imarətlərini,  böyük 

dükanlarını yandırtmış, bir neçə para kəndin camaatını da Xorasa-

na sürgün eləmişdi. 

Deyirdilər, o vaxt Hacı Çələbi xan oğlu Həsən ağanı Şahın hüzu-

runa göndərib əsirləri istəmişdi, Şah da demişdi, ey bədzat, neyçün 

sənin atan mənə qarşı çıxdı, itaət eləmədi? Həsən ağa da deyib, sənə 

fəda olum, Şahım, mənim o həddim yoxdu ki, sənə cavab verəm, o 

ixtiyarım da yoxdu ki, atama bir söz deyəm, mən qulluğuna ölməyə 

gəlmişəm, ya məni öldür, ya da izin ver, əsirləri aparım. Onun belə 

cəsuranə danışığı Şahın xoşuna gəlib Həsən ağaya əsirləri aparmaq 

üçün izin vermişdi. 

Nadir  Şahın  qətlindən  sonra  Hacı  Çələbi  xan  Təbrizdən  qu-

zeyə cəmi Azərbaycana xanlıq eləmək istəyirdi, Sədrəddin Əfəndi, 

Mirzə Qasım, Yusifoğlu kimi dərrakəli, tədbirli, məsləhətçilərinin, 

Ağakişi  bəy,  Həsən  ağa  kimi  igid  övladlarının  sayəsində  xanlığı-

nın hüdudlarını xeyli genişləndirdi, hətta Təbrizdə şahlıq iddiası-

na  düşən  Əmiraslan  xan  Qırxlunu  sınıq  salıb,  Sədrəddin  Əfəndi 

kimi fazil və alim kimsəni Təbrizə naib göndərdi, Qarabağlı Pənah 

xan  Cavanşiri,  Qaradağlı  Kazım  xanı,  Naxçıvanlı  Heydərqulu 

xanı, gəncəli Şahverdi xanı, Gürcüstan valisi İrakli xanı hüzuruna 

gəlməyə məcbur elədi. 

Düzü,  bütün  bunlardan  Kərbəlayı  Mahmud  vasitəsilə  xəbər 

tuturduq,  arabir  Mirzə  Yusiflə  şəhəri  gəzməyə  çıxmağımı  nəzərə 

almasaq, fikrim-zikrim get-gedə daha maraqlı olan, kağıza köçürə-

köçürə həyəcanlandığım hekayətin yanındaydı. Bu ahıl, pirani in-

san  gözlərimdə  gündən-günə  böyüyürdü,  indiyəcən  belə  zəngin 

ömür yaşamış kimsəyə rast gəlməmişdim.

Bəzən bir neçə gün çalışmırdıq, Mirzə Yusif özünü halsız hiss 

eləyirdi, fikirlərini cəmləşdirə bilmirdi, belə vaxtda Kərim yuxarı 

məhəllədəki təbibin ardınca qaçır, dava-dərmandan sonra xəstənin 

halı düzəlirdi. Görünür, Gözəgörünməz lütfünü ondan əsirgəmək, 

işini  yarımçıq  qoymaq  niyyətində  deyildi.  O  dincəldiyi  günlərdə 

mən  yazdıqlarımın  üzünü  səliqəylə  köçürürdüm  ki,  əlimdə  iki 



555

nüsxə olsun, dünyanın işlərini bilmək olmaz, qalan vaxtımı da öz 

əşarımın tərtibinə sərf eləyirdim. 

Kərbəlayı Mahmudun sayəsində Ağsuya gedən bir Allah bəndəsi 

tapıb Ağa Məsihə və Zülaliyə namə göndərmiş, olub-keçənləri yerli-

yataqlı yazıb vəziyyətimdən hali eləmişdim. Dörd ay sonra nəzmlə 

cavab aldım. Mənim: Gövhəri-nəzmin, Nişat, eyləmə hər yerdə sərf, /

Bir belə bazaridə kim səna qiymət verir, – beytilə tamamlanan qəzəlimə 

Ağa  Məsih:  Gövhəri-nəzmin,  Nişat,  düşsə  Məsih  əlinə,  /Rağiyi  bazar 



edib aləmə şöhrət verir, – beytilə, Zülalisə: Nəzmi-Nişatü Məsih düşsə 

Zülali ələ, /Feyzi-həyat əbəd eyşi-məsərrət verir, – beytilə bitən nəzirə 

göndərmişdi,  bu  da  məni  çox  məmnun  elədi.  Məni  unutmamış-

dılar,  əşarıma  dəyər  verirdilər,  bircə  beytim  belə  könüllərə  yazıl-

mışdısa, hələ yaşamağa dəyərdi. Bundan belə necə olacaqdı, ömrü 

boyu vətəni Tiflisi görməyə can atan, amma qismətindən sonunu 

bu karvansarada gözləyən qoca Haqqa qovuşandan sonra həyatım 

adi axarına dönməyəcəkdimi? Mirzə Yusifin Firəngistanda, İstan-

bulda, İsfahanda, Muğan çölündə, Təbrizdə yaşadıqlarının, heç ol-

masa, yüzdə, mində birini yaşamamışdım, bu boyda zəka, mərifət, 

yaddaş dəryası gözlərimin qarşısında sönüb-sovurulub gedirdi, bir 

müddətdən sonra qüssəli xatirəyə çevriləcəkdi.

Mirzə Yusifin yaddaşındakıları kağıza köçürməyim iki il çəkdi, 

daha  dəqiq  desəm,  hicri  1163-cü,  miladi  1750-ci  ilin  erkən  payız 

günlərinin  birində  son  parçanı  danışıb  yüngülləşdi,  ağır  yükdən 

qurtulmuş  kimi,  köksünü  ötürüb  dedi,  “Şükür  kərəminə,  İlahi, 

daha  arxayın  ölə  bilərəm,”  Sonra  qurşağından  pul  kisəsi  çıxarıb 

əlavə  elədi,  “Bu  sənin  haqqındı,  haqqını  halal  elə.  Əlini  atıb  bir 

kisə də çıxardı, dedi, “Görürəm, Allah adamısan, səndən iki ricam 

var:  Kərbəlayı  Mahmudla  məni  dəfn  elərsən,  əlyazmaların  birini 

Ərdəbildə Mirzə Kəmaləddinə göndərər, birini də özündə saxlar-

san, nə qədər ki, saraylarda rahatlıq yoxdu, şahların biri gəlib, biri 

gedir, bu hekayət kimsəyə gərək deyil.” 

Ardınca  sandığının  birini  açmağı  buyurdu,  dedi:  “Bu  kitab-

lar,  yazı  dəsti,  səfərlərim  boyu  apardığım  qeydlər  də  səndə  qal-

sın, özünə lazım olanı əxz elərsən, – sonra ikinci sandığı açdırdı, 

dedi, – burda üç dəst bahalı libas var, birini Kərbəlayı Mahmuda, 

o birini Kərimə verərsən, biri də sənə halaldı; bir tay başmaq, bir 



556

sinəbənd,  bir  də  qolbağı  var,  onu  da  məzarıma  qoyarsan”.  Son 

sözlərini  söyləyəndə  səsi  titrədi,  qırıldı  bu  məqamda,  az  qala, 

hönkürəcəkdim.  Əlindən  tutdum,  “Mirzə  Yusif,  –  dedim,  –  Alla-

hın  lütfüylə  ömür  hekayətimizi  qələmə  aldığıma  görə  taleyimə 

minnətdaram, həyatıma nə qədər məna qatdığınızı təsəvvürünüzə 

gətirə bilməzsiniz; rahat ola bilərsiniz, istəklərinizi övladınız kimi 

yerinə yetirəcəyəm”. 

Sonra özümü saxlaya bilməyib bayıra çıxdım, şabalıd ağacının 

altında  ağlayıb  boşaldım.  Elə  o  axşam  da  Kərbəlayı  Mahmudla 

söhbətləşdik, dedi: “Ölüm əmri hamımıza gələcək, müsafirim oldu-

ğu bu yeddi il ərzində Mirzə Yusif həyatımın bir parçasına çevrilib, 

onun itkisi məndən ötrü də ağır olacaq: axır vaxtlar qalxan sünni-

şiə  məsələsinə  görə  onu  elə  karvansaranın  həyətində  dəfn  elərik, 

sonra  hər  şey  durular,  qəbiristanlığa  köçürərik”.  Axırıncı  dəfə 

gələndə həkim bizi qırağa çəkib, hər gün nəhs xəbərə hazır olmağı-

mızı söyləmişdi, biz də ölümün lap yaxında olduğunu duyurduq.

Mirzə  Yusif  Tiflisi  axır  günlərini  yataqda  keçirdi.  Daha  qalx-

mağa heyi qalmamışdı, Kərim gündə üç dəfə başını dikəldib şorba 

suyu içirdirdi. Şüurunun get-gedə zəiflədiyini, danışmaq iqtidarı-

nın  tükəndiyini,  gözümüzün  qabağındaca  söndüyünü  görürdük. 

Vəsiyyətə  oxşar  söhbətinin  yeddinci  günü  səhər  Kərim  gözüyaşlı 

qapımı döyüb dedi: “Mirzə Yusif ağa gecə canını tapşırıb”. Kərbəlayı 

Mahmudla özümüzü çatdırdıq, fatihəsini oxuduq, köməkli yuyub 

kəfənlədik, məzarını qazıb karvansaradakı üç-dörd müsafirin yar-

dımıyla dəfn elədik. Dediyi kimi, anasından yadigar qalan bir tay 

başmağı da, yeddi il anasını əvəz eləmiş aysor qadının verdiyi gü-

müş qolbağı da, bir vaxt hansı istəkləsə İstanbulda aldığı sinəbəndi 

də məzarına qoydum. İki həftə sonra Kərbəlayı Mahmud daşyonan 

usta gətirtdi, sinədaşı və başdaşı yondurdu, üstündə «Allahın həqir 



bəndəsi səyyah Mirzə Yusif Tiflisi», doğum və ölüm tarixini yazdırdı, 

yol şəkli çəkdirdi, bir də mənim «Görmədim» rədifli mürəbbemdən 

iki misra yazdırdı: Bu cəzanın bir həqiqi aşinasın görmədim, /Hər kimin 

çəkdim cəfasın, bir vəfasın görmədim.

Qırxıncı  gün  ömür  hekayətimə  az-çox  bələd  olan  Kərbəlayı 

Mahmud  dedi,  Mirzə  Nişat,  hara  gedəcəyini  bilməməkdənsə,  elə 

burda  qalmağın  məsləhətdi,  mən  də  qismətimə  boyun  əyib  onun 




557

sözündən  çıxmadım.  Bir  neçə  aydan  sonra  Ərdəbilə  gedən  Allah 

bəndəsi tapıldı, Mirzə Yusifin ömür hekayəti köçürülmüş (yaşadığı 

illərin sayına görə hərəsi yeddi səhifədən ibarət yetmiş yeddi sərlövhəyə 

ayırmışdım)  beş  yüz  otuz  iki  səhifəlik  əlyazmanın  bir  nüsxəsini 

müfəssəl naməylə Mirzə Kəmaləddin Təbriziyə göndərdim. 

O  vaxtdan  hər  gün  karvansara  həyətindəki  tənha  məzarla 

həmsöhbətəm, ona öz ömrümün hekayətini danışıram. Cavan ya-

şımda  bir  səhvim  ucbatından  quş  kimi  eldən-elə  düşdüm,  axırda 

tale gətirib məni Mirzə Yusif Tiflisinin müdriklik ağacının budağı-

na qondurdu. İndi bir müddət dolanmağa imkanım var, qələmimlə 

güzəranpulu da qazana bilərəm. 

Mirzə Yusif düz deyibmiş, insan ömrünün harda bitəcəyini bilsəydi, 

həyat mənasız olardı…

Hicri 1164-cü, 

Miladi 1751-ci il



558

MÜNDƏRİCAT

BİRİNCİ  KİTAB

MƏĞRİBLƏ  MƏŞRİQ  ARASINDA



FAŞ  ELƏMƏK  İSTƏDİYİM  SİRR ............................................................................................7

DÖRD  GÜN  ƏVVƏLİN  YUXUSU .........................................................................................13

ALLAHIN  HİFZİ ..........................................................................................................................19

AH,  BU  JOZEF  QRENYÖ… ......................................................................................................25

YOL  VƏ  QƏMLİ  GÖZLƏRİN  HEKAYƏTİ ..........................................................................31

AH,  PARİS,  PARİS… ..................................................................................................................37

ALTI  İL  VƏ  BÜTÖV  BİR  ÖMÜR ..........................................................................................43

VENEZİADA  ÜÇ  İL,  YAXUD  EHTİRAS  GİRDABINDA ................................................49

YEDDİ  TƏPƏ  ÜZƏRİNDƏKİ  XƏYAL ...................................................................................55

SƏADƏT  ASTANASINDA  ON  BİR  İL ................................................................................62

ÜZÜ  GÜNÇIXANA  DOĞRU ....................................................................................................69

ÖZ  CİYƏRİNİN  QANINI  İÇƏN  ÇAQQAL .........................................................................76

ÖMRÜN  UÇAN  QUŞU ..............................................................................................................83

AĞLAR  GÖZLƏRİN  KƏDƏRİ ................................................................................................90

DƏRDİN  MİN  ÜZÜ....................................................................................................................97

ÜÇ  İLİN  SƏRGƏRDANLIĞI .................................................................................................104

YENƏ  SƏADƏT  ASTANASINA  DOĞRU..........................................................................111

AH,  ƏLAHƏZRƏT  DÖZÜM… ..............................................................................................118

QUL  OLMAQ  QORXUSU .......................................................................................................125

XƏYALLARIYLA  GÖRƏN  SEVGİ ........................................................................................134

İKİNCİ  KİTAB

MUĞAN  ÇÖLÜNÜN  YOVŞANI

YOLLARIN  YARASI  VƏ  YARALILARI ..............................................................................143

QANLA  DOLU  GÖZLƏR   ......................................................................................................150

BİTMƏYƏN  YOL .......................................................................................................................158

TALEYİMİN  BİR  DAHA  DƏYİŞDİYİ  AN .........................................................................165



559

BAŞIMDA  SƏRVÜ-RƏVANIN  XƏYALI .............................................................................172

İLĞIMLAR  İÇİNDƏ  YOLÇULUQ.........................................................................................179

VƏLİNEMƏTİN  İNTİZARINDA ...........................................................................................186

BƏNDƏ  YOLUNA  GƏLƏNLƏR ...........................................................................................193

İNTİZARLI  GÜNLƏR ...............................................................................................................200

VƏLİNEMƏTİN  ZİYAFƏTİ.....................................................................................................207

TAXT-TACA  DOĞRU ...............................................................................................................214

CANLA  KÖNLÜN  QOVĞASI ...............................................................................................221

GÜNƏŞƏ  AÇILAN  ƏLLƏR ....................................................................................................229

MƏMLƏKƏTƏ  DÜŞƏN  NUR ...............................................................................................236

ŞAHIN  XİDMƏTİNDƏ ............................................................................................................243

ERMƏNİ  XƏLİFƏNİN  NİYYƏTİ ..........................................................................................250

QITLIQ  GİRDABINDA ............................................................................................................257

UYĞUSUZ  GECƏLƏR ..............................................................................................................264

TAXT-TACA  DÜŞƏN  NUR ....................................................................................................271

NOVRUZDA  YOVŞAN  ƏTRİ ................................................................................................278

ÜÇÜNCÜ  KİTAB

İLĞIMLAR  ARDINCA

ÜZÜ  TƏBRİZƏ  DOĞRU .........................................................................................................287

DƏRDİMİN  DƏRMANI  SÖZ ................................................................................................294

TƏBRİZƏ  APARAN  YOLLAR ................................................................................................301

SARAYDAKI  QƏRİB ................................................................................................................308

RƏVANDAN  GƏLƏN  QƏFİLƏ ............................................................................................315

AYRI  DƏRDİN  YÜKÜ ..............................................................................................................322

SÖZ  BAĞININ  PÖHRƏSİ ......................................................................................................329

İZHARI  ÇƏTİN  DƏRDLƏR ...................................................................................................336

YOLLARA  QALAN  GÖZLƏR ................................................................................................343

TƏBRİZ  AYRILIĞI .....................................................................................................................350

XANƏDANIN  BƏRQƏRAR  OLDUĞU  YER .....................................................................357

QƏFİL  GƏLƏN  DƏRD ............................................................................................................364

YAN  KEÇDİYİMİZ  NƏQŞİVAN ...........................................................................................371

TƏSƏLLİSİ  OLMAYAN  İTKİ .................................................................................................378

SIXINTILI  VƏ  İNTİZARLI  GÜNLƏR .................................................................................385

MƏHƏMMƏD  KAZIMIN  SEVGİSİ ....................................................................................392



560

DÖRDÜNCÜ  KİTAB

YOL  VERMƏYƏN  DAĞLAR

İÇİMDƏ  KÖZƏRƏN  UMUD .................................................................................................401

KÖNÜL  SİRDAŞIMLA  GÖRÜŞ ............................................................................................408

«ŞƏHƏRLƏR  ANASI»NDAN  KEÇƏN  YOL ......................................................................414

DAĞLARLA  ÜZ-ÜZƏ ...............................................................................................................421

MƏHƏMMƏD  KAZIMIN  NƏHS  YUXUSU ......................................................................428

YUXUDAN  AĞIR  GÜNLƏR ...................................................................................................435

ÇİN  ÇIXAN  YUXU ....................................................................................................................441

BAĞRI  YARA  YOLLAR ...........................................................................................................448

GÜNLƏRİN  TUTQUNLUĞU .................................................................................................455

GÜNÇIXANDAN  GƏLƏN  XƏBƏR ......................................................................................462

ŞÜBHƏ  VƏ  HƏQİQƏT ...........................................................................................................469

DAHA  BİR  ÜMİD  ARXASINCA ..........................................................................................476

VƏFALI  QÜTBƏDDİN .............................................................................................................483

ALLAHIN  ENDİRDİYİ  ZÜLMƏT .........................................................................................490

BOŞLUĞA  UÇUŞ .......................................................................................................................497

KÖNÜL  HÜCRƏSİNDƏ ..........................................................................................................504

ÖZ  GÖZLƏRİNİN  İŞIĞI .........................................................................................................512

BİTİB-TÜKƏNMƏYƏN  DƏRDLƏR .....................................................................................520

MÖHNƏT  DOLU  GÜNLƏR ...................................................................................................528

SONUN  BAŞLANĞICI .............................................................................................................535

MİRZƏ  NİŞAT  ŞİRVANİNİN 



SÖYLƏNƏNLƏRƏ  ƏLAVƏSİ

EŞQ  ODUNUN  RÜSVAY  ELƏDİYİ  ADAM ......................................................................545

KARVANSARA  HƏYƏTİNDƏ  QƏRİB  MƏZAR .............................................................551

Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə