Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə177/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

547

o küçədən kəsəydim, ayna arxasındakı cazibəyə, şeytani təbəssümə, 

əlinin  salamlayan  kimi,  güclə  sezilən  hərəkətinə  uymayaydım, 

amma uydum, üstəlik də, ona bir qəzəl ərməğan elədim: Sağın, ey 



qönçədəhan, gül kimi xəndan gəzmə, /Dağıdıb zülfi pərişan, pərişan gəzmə.

Qəzəl yazılmış kağızı həyəcandan titrəyə-titrəyə, amma qorxu his-

sini tamam unudub hasarın üstündən həyətə atdım, ürəyimdə çırpın-

tı, fikrimdə ümid mədrəsəyə getdim. Amma heç günorta olmamış-

dı, bir mərəkə qopdu ki, səsi asimana bülənd oldu: gəlinin xırdavatçı 

əri  evdəymiş,  hasardan  həyətə  nəsə  düşdüyünü  görüb,  əvvəl  fikir 

verməyib, gəlin də götürməyə macal tapmayıb, sonra baqqal o düşən 

şeylə maraqlanıb, içindən kağız çıxanda əvvəl dua hesab eləyib, molla-

nın yanına aparıb, amma molla deyib qəzəldi, sevgiyə yazılıb, altında 

da «sənin eşqindən rahatlığını itirmiş zavallı Nişat» imzası var. 

Xırdavatçı  dərhal  kim  olduğumu  başa  düşüb  evimizə  cumur, 

orda məni tapmayıb yanındakı baş-altı adamla mədrəsəyə hücum 

çəkir. Özümə gəlməyə macal tapmamış dartıb hücrəmdən çıxardı-

lar,  xub  deyincə  döydülər.  Bir-iki  insaflı  adam  çıxmasaydı,  yəqin 

öldürəcəkdilər. Evimə yarımeyit gətirib çıxardılar. 

Deyərlər, ölüsü olan bir gün ağlayar, dəlisi olan hər gün. Əlbəttə, heç 

bir bəhanə kömək eləyə bilməzdi, hərəkətimin, daha doğrusu, əlacsız 

eşqim  yolunda  atdığım  addımın  bağışlanmasını  uma  bilməzdim, 

üstəlik də xırdavatçı məni döyməklə işini bitmiş hesab eləmirdi, ya 

öldürməliydi, ya da bu şəhərdən çıxıb getməliydim. Duyğumun cis-

mani  yox,  ruhani  olduğunu  kimə  sübut  eləyəydim,  üstəlik,  qəzəli 

həyətə atdığımı görən pisniyyətli qonşunun cəngindən necə qurtaray-

dım. Xırdavatçı hər axşam qapımza gəlirdi, atam yalvarıb-yaxarır, çı-

xıb gedəcəyimi, hələ özünün də bu məhəllədən köçəcəyini söyləyirdi.

Sonralar yazdığım kimi: Gər misli-hübab özgə həva başıma düşdü, 

/Bir dəmdə evim tikdim və yıxdım, yola düşdüm. Ayağa qalxmağa ta-

vanım olanda gecəynən o əlimlə tikdiyim evimi yıxıb heybəmdəki 

bir neçə kitabım, yazı dəstim, ağlamaqdan üzülmüş anamın qoy-

duğu bir az yavanlıq, iki dəst dəyişəcəklə yola düşdüm. Atam aşağı 

yolacan ötürdü, boynuma sarılıb zülüm-zülüm ağladı, məni Alla-

ha tapşırıb geri döndü: o da evimizi satıb aşağı məhəlləyə köçmək 

məcburiyyətindəydi. 

Hələ özümə gələ bilməmişdim: olsa-olsa cavanlıq duyğusundan 

doğan xətanın namus məsələsinəcən qalxacağı, hətta mədrəsədəki 

mollaların  belə  çıxıb  getməli  olduğum  barədə  fitva  verəcəyi 




548

xəyalıma gəlməzdi. Mənə ağır gələn o idi ki, kimsə qalxıb nəfimə 

bir  söz  demədi,  bunu  bağışlanası  xəta  sayıb  şairliyimlə  bağlama-

dı, içində az-çox insaf olanlar susub heç məni tanıdıqlarını büruzə 

vermədilər.  Könül  dostlarım  Rəşidlə  Raci  gizlicə  namə  göndərib, 

təəssüflərini  bildirib,  əlacsızlıqlarını  ifadə  eləmişdilər.  Belə  halda 

kimdən inciyə bilərdim, axı? 

Üzü  güneyə  yol  gedirdim,  rastıma  çıxanlar  məni  səyyah,  ya-

xud Şamaxıdan Bərdəyə, Ərdəbilə, Təbrizə gedən yolçu sayırdılar. 

Atamın  verdiyi,  özümün  qalan  iki  tümənimi  bir  neçə  abbası  və 

şahımı  ancaq  yeməyə  xərcləyirdim,  erkən  payız  olub,  hələ  hava 

imkan  verdiyindən  kolların  dibində,  karvansara  tövlələrində,  ot 

tayalarının, talvarların altında gecələyirdim. Qismətimdən yanıb-

yaxılırdım, sevda yolunda oxumu daşa elə vurmuşdum ki, bir daha 

özümə  gələcəyimə  inanmırdım.  İndi  taleyimin  arxasına  düşüb 

gedirdim,  bundan  sonra  qismətimə  nələrin  çıxacağını  bilmirdim. 

Hələ ümidvardım ki, beş-üç il qürbətdə yaşayandan sonra Şama-

xıya qayıdıb öz həyatımı quraram, keçmişi unudub bəxtimə düşən 

ömrü  yaşayaram,  çünki  arada  ölüm-itim  yoxdu,  qan  tökülməyib, 

namusa toxunulmayıb, olsa-olsa, xəta baş verib, vəssalam.

Niyə  Gəncəyə,  Bərdəyə,  Ərdəbilə,  Təbrizə  getmədim,  Salyan-

da  yurd  saldım?  Bəlkə  elə  həmişə  qayıtmaq  ümidilə  yaşamağım 

yönümü  Salyana  saldı,  fikirləşdim,  ordan  Şamaxıya  qayıtmağım 

asan  olar.  İllərlə  yayın  qovuran  istisinə,  mığmığasına,  qışın  quru 

soyuğuna  dözdüm,  çaya  yaxın  yerdə  qamışdan  koma  tikib  kötü-

yün üstündə şeirlərimi yazdım, beş-üç insaf əhli balasını oxutmaq 

fikrinə düşəndəsə, köməkləşib o biri, bir qədər iri komanı tikdik, 

mənim komama üçüncü adam girəndə tərpənmək çətinləşirdi – isti 

olsun deyə, balaca tikmişdim. 

Tifillərə təkcə ərəbcə yazıb-oxumağı yox, həm də hesabı, təbiət 

elmlərindən də bildiklərimi öyrədirdim. Axıracan dözəni də olur-

du, yarımçıq çıxıb gedən də tapılırdı, dörd sənəyə nəzərdə tutduğu-

mu tez mənimsəyənlərə xeyir-dua verib Bərdədə, yaxud Gəncədə 

mədrəsəyə  davam  eləmələri  barədə  tövsiyə  verirdim.  Şamaxıya 

getmələrini istəmirdim, ona görə yox ki, doğma yurduma nifrətim 

vardı, sadəcə, başıma gələnləri kimsənin öyrənib Salyana yayması-

nı istəmirdim. 

Şəhər əhlindən də qaçırdım, ünsiyyətdə olduğum şagirdlərimin 

ikisinin  atası,  bir  də  salçı  Səmid  idi.  Müştərisi  olmayanda  Səmid 



549

gəlib şeriyyətdən danışmağı, mənə şeir oxutmağı çox sevirdi, hər 

gələndə bir-iki balıq gətirirdi, hələ şorba bişirməyi də öyrətmişdi. 

Aləmdə baş verənləri ondan öyrənirdim. Şamaxının köçürülməsini 

də, Nadir xanın Muğanda özünü şah elan eləməsini də, baş verən 

qiyamları da, Sam Mirzənin peyda olmasını da… ondan öyrəndim. 

Vaqiənin  yeddinci  ilində  Şamaxıda  sınıb  qayıdandan  sonra 

təkcə  hərdənbir  Ağa  Məsihdən  və  Zülalidən  namə,  daha  doğru-

su,  mənzumələr  alırdım,  göndərdiklərini  salçı  Səmidə  verirdilər, 

o da balıq qoxusu hopan naməni elə həmin gün mənə çatdırırdı. 

Ötən ay Ağa Məsih Şakir Şirvaninin «Əhvali-Şirvan» mənzuməsini 

göndərmişdi, mən də dönə-dönə oxuyurdum, yurdumun-ocağımın 

başına gələnlərdən ürəyim parçalanırdı. Şamaxı köçürüləndən son-

ra doğmalarımın izini də itirmişdim, Zülali yazırdı Ağsuda yoxdu-

lar, başqa harda axtaracağımısa bilmirdim.

Xülasə, mənzuməni oxuduğum vaxt komanın qapısı döyüldü, du-

rub açdım ki, buralar adamına oxşamayan bir kəs atının cilovundan 

tutub dayanıb. Məni görəndə sifəti dəyişdi, hiss elədim ki, ya səhv 

gəldiyini,  ya  da  axtardığı  adamın  mən  olmadığımı  düşünür.  Dedi, 

qonaq  istəmirsənmi,  cavab  verdim,  qonaq  kasıb  komama  girmək 

istəyirsə, şad olaram. Soruşdu, şamaxılı Mirzə Nişat sənsənmi, dedim, 

mirzə də deyirlər, molla da, amma elə həmin adamam. Əvvəl ağlıma 

gəldi ki, Ağa Məsihin, ya Zülalinin göndərdiyi adamdı, salçı Səmidi 

tapa  bilməyib,  naməni  özümə  gətirib,  amma  danışığından  Şəki 

tərəflərin adamına oxşayırdı, bundan sümüyüm bir balaca sancdı. 

Qonaq komama girdi, güzəranımı görüb açıq-aşkar qəmləndi, 

tökülmüş  pal-paltarıma,  mitil  yorğan-döşəyimə,  kötüyün  üstün-

dəki yazı dəstimə baxıb pərişan oldu. hələ bir şey soruşmadım, çöl 

otlarından  qaynatdığım  ətirli  suyu  bir  tikə  şəkərlə  içəndən  sonra 

dedi, yola çıxmalıdı, vaxtı yoxdu, ona görə də mətləbə keçdi: onu 

şəkili Kərbəlayı Mahmud göndərib, karvansarasında aləmin yarı-

sını gəzmiş, saraylarda yaşamış bir səyyah var, indi dünya işığın-

dan  məhrum  olub,  yaxşı  haqq  müqabilində  söylədiklərini  kağıza 

köçürəcək bir mirzə axtarır; Kərbəlayı Mahmud gələn adamı Ağa 

Məsihin yanına göndəribmiş, o da məni nişan verib, bu işi boynu-

ma götürməyə hazırammı? 

Bir  igidin  ömrü  qədər  uzun  çəkən  fərəhsiz,  boz,  miskin 

həyatımda  bu  qızıl  balığın  bəxşişinə  oxşayırdı.  Razı  olsan,  gələn 

adam  dedi,  burdan  bir  dəst  paltar,  bir  at  alacağıq,  işin  bitənəcən 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə