Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə176/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

541

neçə  almaz,  o  cümlədən,  «Dərya-i-nur»u  götürüblər,  indi  Əliqulu 

xanın  adamları  Üçmüəzzinə  sarı  qaçan  oğruları  axtarır.

532.  Bitdi,  hər  şey  bitdi,  elə  mənim  ömrüm  də  bitdi,  bundan 

sonrası  quru  qəfəsdi,  nə  canım  var,  nə  də  ruhum.  Şahımızın 

qətlindən  keçən  bir  ay  ərzində  Məşhəddə  Adil  şah  adıyla  taxta 

çıxan, Kelat qalasını tutub Mərvə qaçmaq istəyən Nəsrulla Mirzə, 

İmanqulu  Mirzə,  dünya  işığına  həsrət  olan  Rzaqulu  Mirzə  qarı-

şıq  on  yeddi  törəməsini  –  doğma  əmizadələrini  qətlə  yetirməsi 

insanın  tükünü  ürpədən  məşum  vaqiəydi.  Bundan  sonra  hər  şey 

köhnə  qaydayla  getdi:  Adil  şah  onu  taxta  çıxaran  Məmmədqulu 

xanı Şahımızın hərəmlərinə qətl etdirdi, sonra İsfahan hakimi olan 

qardaşı  İbrahim  xanın  taxt-taca  göz  dikdiyindən  şübhələnib  onu 

aradan  götürmək  fikrinə  düşdü,  amma  İbrahim  xan  Əmiraslan 

xanla  birləşib  onu  yendi,  gözlərinisə  çıxartdırdı.  Ardınca  İbra-

him  Şahla  Azərbaycan  bəylərbəyi  olan  Əmiraslan  xan  arasında 

çəkişmə  baş  verdi,  Şahrux  Mirzə  bundan  istifadə  eləyib  İbrahim 

Şahı  taxtdan  saldı,  Təbriz  hakimi  olan  Məhəmməd  xan  Əfşar 

öldürüldü,  Təbriz  Nadir  şahın  Urmiyaya  xan  qoyduğu  qayını 

Fətəli xan Qacarın əlinə keçdi, ardınca Şahrux Şah taxtdan salınıb 

kor  edildi,  sonra  təzədən  taxta  çıxarıldı.  O  hadisələrdən  uzaqda 

Şəkidəki  karvansara  hücrəsində  oturub  tacirlərin,  səyyahların, 

dərvişlərin  gətirdikləri  bu  xəbərləri  qəlbim  parçalana-parçalana 

qulaq  asırdım.  Bir  vaxtlar  Böyük  Şah  İsmayılın  qurduğu  Birinci 

Şah  Təhmasibin  yaşatdığı,  Birinci  Şah  Abbasın  qüdrətləndirdiyi, 

Nadir  Şahın  dağılmaqdan  xilas  elədiyi  Əcəm  məmləkəti  bölü-

nürdü,  tikə-tikə  olurdu.  Vilayətlər,  bəylərbəyliklər,  əyalətlər  o 

çəkişmələri  fürsət  bilib  özlərini  xanlıq  elan  eləyirdilər.  Əgər 

yaddaşımdakıları  kağıza  köçürməyə  borclu  olmasaydım,  Alla-

ha  ağır  getsə  də,  özümü  elə  bu  karvansara  hücrəsindəcə  həlak 

eləyib  içimi  gəmirən  əzablardan  qurtulardım.  Tiflisdən  Parisə, 

Parisdən  Veneziaya,  Veneziadan  İstanbula,  İstanbuldan  İsfaha-

na,  İsfahandan  yenə  İstanbula,  İstanbuldan  Konyaya,  Konyadan 

Rəvana,  Rəvandan  Muğana,  Muğandan  Təbrizə,  Təbrizdən  üzü 

quzeyə  (həm  də  düz  üç  kərə  uğursuz)  səfərlərimi  özümlə  axirət 

evinə  necə  apara  bilərdim?  Ömrümün  axarını  dəyişən  faciəni, 

uzan  məmləkətlərdə  gördüyüm  yerləri,  rastlaşdığım  adamları, 

gizli  həm  də  nakam  eşqimi,  yasaq  istəklərimi,  yaşadığım  sa-




542

rayları,  çəkdiyim  dərdləri  kağıza  köçürmək  istərdim.  Axır  ki, 

İkinci  İbrahim  xan  Əfşar  özünü  Təbrizdə  şah  eləyən  ilin  bir  yaz 

günündə  Kərbəlayı  Mahmud  dedi,  Ağsuya  adam  göndərmişəm 

ki,  Nişat  Şirvaniylə  danışıb  gətirsin.  O  gündən  içim  işıqla  dol-

du,  gözlərim  yaddaşımdakı  yola  dikildi,  qulaqlarımsa  bir  şad 

xəbərin  sorağını  gözlədi. 

Allahım  özün  kömək  ol!




MİRZƏ  NİŞAT  ŞİRVANİNİN 

SÖYLƏNƏNLƏRƏ 

ƏLAVƏSİ




545

I

EŞQ  ODUNUN  RÜSVAY 



ELƏDİYİ  ADAM

Hər  təbibə  söylədim  dərdim, dəvasın  görmədim,

  Möhnətü-dərdü-qəmin  heç  intəhasın  görmədim.

Dərsxanadan  təzəcə  qayıtmışdım,  çay-çörəkdən  sonra  çıra-

ğın  işığını  artırıb  qələmdaşım  Ağa  Məsih  Şirvaninin  göndərdiyi 

«Əhvali-Şirvan» mənzuməsini bəlkə də yüzüncü kərə oxuyurdum. 

«Dərsxana» deyəndə ki, bir neçə yüz addım o tərəfdə elə mənim qa-

mış komam kimi bir komaydı, beş-altı fağır Allah bəndəsinin elm 

öyrənmək  istəyən  tifilini  başıma  yığıb  kasıbçılığımı  eləyirdim:  o 

tifillərin gündə biri yavanlıq gətirirdi, yavanlıq da pendirdən, şor-

dan, hərdənbir süddən, ya da şorbadan ibarət idi, bayram günlərində 

qismətimə ət xörəyi, bir ovuc noğul da düşürdü. Şamaxıdan öz əlimlə 

tikdiyim evi yıxıb, qohum-qardaşdan, dost-tanışdan, yar-yoldaşdan 

üz  çevirib  yayı  məşəqqət,  qışı  müsibət  olan  Salyana  qaçanda  bu 

güzəranımı gözümün altına almışdım: daha geri dönə bilməzdim. 

Düzdü, bir dəfə – Şah Hüseyn taxtdan əl çəkən il həsrətə dözə 

bilməyib getdim, ümidvardım ki, aradan keçən yeddi sənə ərzində 

hər  şey  unudulmuş  olacaq,  mən  də  üstümə  yağan,  günümü  göy 

əskiyə düyən tənələrdən canımı qurtarıb evimi təzədən tikəcəyəm, 

mədrəsədə  dərs  deyib,  birtəhər  həyatımı  qurmağa  çalışacağam, 

amma  kimsə  üzümə  baxıb  rəhm  göstərmədi.  Günlərlə  küçələrdə, 

hasarların,  ot  tayalarının  dibində  gecələdim,  rastıma  çıxan  ot-

əncərdən, meyvədən yedim, bir insaf yiyəsi qolumdan tutmağa, bir 

tikə çörək verməyə, gecələmək təklif eləməyə həvəs göstərmədi, mən 

də əhli Şamaxıdan birdəfəlik üz döndərib yenə Salyana qayıtdım. 

Sonra Nadir xan gəldi, Şamaxını yandırıb kül elədi, camaatı-

nı da Ağsuya köçürdü. Bir az vicdan və abır hissini itirmiş olsay-

dım, gördüyüm nahaq tənələrə görə buna sevinməliydim, amma 

ürəyimdən qara qanlar axdı, çünki Şamaxı məndən ötrü təkcə fit-

va qorxusu çəkən o bir yığın adam deyildi, doğulub-böyüdüyüm 

Sarıtorpaq məhəlləsi, könlümə doğma adamlar, məscidlər, karvan-



546

saralar, bazarlar, əşarını eşidə-eşidə öyrəndiyim söz xiridarlarıydı. 

İndi də yeganə arzum nəşimin Şah Xəndan qəbiristanlığının bir 

küncündə torpağa verilməsidi, başqa yerdə ruhum od tutub yana-

caq, məhşər gününəcən sakitlik tapmayacaq.

Mən  binəvanın  günahı  nəydi:  Allah  bəxtimi  qara  yazıb  bir 

gəlinə vurulmuşdum. Yeddi il mollaxanada oxuyandan, pay-piyada 

Ərdəbilə gedib on il mədrəsədə təhsil görəndən sonra Şamaxıya qa-

yıdıb dərs demək, artıq gizli-gizli yazdığım əşarımı üzə çıxarmaq, 

Şamaxı məclislərinə getmək istəyindəydim, amma elə birinci il də 

baltanı  daşa  vurdum:  bilmirəm  şeytan  qəlbimə  hardan  girdi,  o 

qədər həddi-büluğa çatmış gözəl-göyçək qızlar dura-dura Allahdan 

xəbəri olmayan bir gəlinə vuruldum. 

O zalım qızı iki il idi ərə getmişdi, əri Gəncədən xırım-xırda şeylər 

gətirib satırdı, yaxşı da malı-mülkü vardı. Mənsə gəncdim, iyirmi altı 

yaşım vardı, savadlıydım, şeir yazırdım, elə bilirdim, bütün bunlar 

məni  cəmi  Şamaxı  əhlindən  fərqləndirir.  Mədrəsə  aşağı  məhəllədə 

yerləşirdi, mən də ora getmək üçün yolumu o xırdavatçının evinin 

yanından salırdım. Bir belə, beş belə, axırda gəlin bu daimi gediş-

gəlişi sezib pərdə arxasından mənə göz qoymağa başlayıbmış. Düz-

dü, Ərdəbildə ötəri hiss yaşamışdım, amma o duyğu pərvazlanmağa 

imkan tapmamışdı, indisə məni gətirib ərli gəlinə rast eləmişdi. 

Gəlini birinci kərə ayna arxasından görmüşdüm, ondördgecəlik 

Aya oxşayırdı, ərdə olduğunu öyrənəndə elə bil, başıma daş düşdü, 

amma geri dönəmmədim, daha doğrusu, gəlin ərinin tez-tez uzun 

səfərə çıxmasındandı ki, mənə cazibə qapısını açdı. Aynada onun 

ağ kəlağayı altında qara zülfünü, tər buxağını, sinəsini, əndamını 

xəyalıma gətirir, qızdırmalı kimi titrəyirdim. Elə o vaxtlar da yaz-

mışdım: Tazədən düşdü yenə başıma sevda, sevda, /Eşq odu qıldı məni, 

aləmə  rüsva,  rüsva.  Əgər  o  vaxt  mənim  diqqətimi  qəbul  eləməyib 

cazibəsini  əsirgəsəydi,  ayılar,  geri  çəkilər,  ən  azı,  sevgimi  içimdə 

boğardım.  Amma  yox,  elə  bil  qəsdimə  durmuşdu,  baxışlarımdan 

tutub məni gedər-gəlməz aparırdı, mən də gerçəklik duyğusunu iti-

rib kor-koranə qara sevdamın ardınca gedirdim.

O  vaxt  Sarıtorpaqda  ikigözlü  ev  tikdirirdim,  bir  az  baqqallıq-

la  məndən  sonrakı  dörd  uşağını  saxlayan  atam  kömək  eləmişdi, 

bir  az  da  mədrəsədən  aldığım  məvaciblə  birtəhər  evi  qaraldıb 

köçməyə hazırlaşırdım. Baş yoldaşı barədə ailəmizdə ciddi götür-

qoy eləyirdilər, hələ gözaltılar da vardı. Belə vaxtda gərək ayağımı 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə