Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə171/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   167   168   169   170   171   172   173   174   ...   179

526

ələ  keçdi,  Nəsrulla  Mirzə  əmisi  oğlunun  səhvini  təkrar  eləməyib 

onu  gedər-gəlməzə  göndərdi.  Kərbəlayı  Mahmud  deyirdi,  Şir-

van  elə  talan  olunub  ki,  indi  Şamaxı-Dərbənd  yolunda  sədəqə 

diləyənlərin  sayı-hesabı  yoxdu.  Onun  söylədiyinə  görə,  yerli 

hakimlər  Şahımıza  on  dörd  batman  çıxarılmış  göz  göndəriblər, 

bundan  sonra  bir  kimsə  baş  qaldırıb  canını  oda  sala  bilməz.  Belə 

fikirləşirdim  ki,  bu  cür  şeylər  camaat  arasında  daha  böyük  nara-

zılığa  səbəb  olacaqdı,  çünki  artıq  itirməli  bir  şeyi  olmayan  adam 

daha  qorxuludu,  kəfəni  boğazına  dolayıb  qılıncın  altına,  güllənin 

qabağına  getməkdən  başqa  əlacı  yoxdu.

515. Zənnim məni aldatmadı: bir neçə aydan sonra ikinci, həm 

də  tanıdığım  burnukəsik  Sam  Mirzə  peyda  oldu.  İkinci  İbrahim 

xan  Ərdəbildə  peyda  olub  özünü  xanədanın  varisi  elan  eləyən  o 

şəxsi  tutmuş,  burnunu  kəsib  buraxmışdı,  heç  ağlına  da  gəlməzdi 

ki,  beş  il  Şirvanda,  Dağıstanda  gizlənib  taxta  çıxmaq  üçün  yollar 

axtarırmış.  Deyilənə  görə,  Surxay  xanın  oğlu  Məhəmməd  xan, 

hətta  davalardan  təngə  gələn  şah  qoşununun  bir  hissəsi  də  ona 

qoşulubmuş.  Burnukəsik  Sam  Mirzə  Ağsunu  tutan  vaxt  Şahımız 

Şirvan  hakimi  Heydər  xana,  sonra  da  Azərbaycan  qoşunlarının 

sərdarı  Aşur  xan  Əfşara  əmr  eləyib  ki,  yalançı  şahzadəyə  qarşı 

getsinlər.  Sonra  Nəsrulla  Mirzə  dayısı  Fətəli  xanla  təzədən  Şir-

vana  qayıtmalı  olub,  şəhəri  dövrəyə  almışdı,  Kərbəlayı  Mahmud 

deyirdi,  Nəsrullah  Mirzənin  qoşunu  üç  dəfə  yenik  düşüb,  amma 

top  güllələri  Ağsu  qalasını  dağıdandan  sonra  şəhərə  girə  bilmiş-

di.  Amma  Burnukəsik  Sam  Mirzə  nə  yollasa  Tiflisə  sarı  qaçıb 

qiyam  eləmiş  Ksani  eristavı  Givi  Amilaxvarinin  dəstəsinə  qoşul-

muşdu.  Cəmi  iki  aydan  sonra  xəbər  çıxdı  ki,  Təhmurəs  Mirzə 

Givi Amilaxvarinin dəstəsini dağıdıb Burnukəsik Sam Mirzəni tu-

tub  Bərdəyə,  Nəsrulla  Mirzənin  hüzuruna  göndərib.  Şahzadə  də 

onun  gözünün  birini  çıxarıb  eşşəyin  belində  Qarsa  yollamışdı  ki, 

orda Osmanlıların taxt-taca hazırladıqları Səfi Mirzəylə görüşsün. 

Amma  görüş  qismət  olmamışdı,  Burnukəsik  Sam  Mirzə  yolda 

xəstələnib  ölmüş,  elə  öldüyü  yerdəcə  dəfn  olunmuşdu.  Bununla 

belə, Kərbəlayı Mahmud Xəlifə Sultan Mahmudun niyyətindən əl 

çəkmədiyini,  Şirvan,  Dərbənd,  Tabasaran  əsilzadələrinə  namələr 

göndərib  Səfi  Mirzəyə  kömək  göstərmələrini  istəmişdi.  Deyilənə 

görə, taxt-taca yiyə çıxmaq istəyən o şəxsin adı Məhəmməd Əlidi, 




527

Kermanın  Rəfsəncan  kəndindəndi,  dərvişlibas  olub  şəhərləri  do-

laşırmış,  Şüştərdə  bəzi  adamlar  ona  gözlərindən  Səfi  Mirzəyə 

oxşadığını  söyləyiblər,  o  bədbəxt  də  fürsətdən  istifadə  eləyib, 

özünü  Şahzadə  Səfi  Mirzə  kimi  tanıtmağa  başlayıb.  Hətta  Şüştər 

hakiminin  tənbehi  də  onu  qorxutmayıb,  Bəsrəyə,  sonra  Bağdada 

gedib,  İstanbulda  da  bundan  xəbər  tutub,  saraya  aparıb,  Səfəvi 

şahzadəsi  kimi  qəbul  eləyiblər,  Əhməd  Paşaya  qoşub  Qarsa 

göndərib,  tezliklə  Səfəvi  taxtında  oturacağını  vəd  veriblər.  O  da 

Əcəm  ölkəsinin  hər  tərəfinə  namələr  göndərib  ki,  ona  qoşulsun-

lar.  Bir  müddət  sonra  Şahımız  Nəqşivandan  Qarsa  qoşun  çəkdi, 

Qars  qalasını  mühasirəyə  alıb  Səfi  Mirzəni  tələb  elədi,  əsiri  Se-

yid  Mustafayla  Sərəskər  Əhməd  paşaya  namə  göndərdi  ki, “iki 

tərəf  də  əhli-İslam  ola-ola,  müharibə  və  cihadla  tökülən  qanın  qiyamət 

günü  cavabını  kim  verəcək?  Dövləti-Aliyyəylə  dil  tapıb,  sülh-salaha 

səy  eləməyiniz  sizə  də,  bizə  də  xeyirlidi”.  Çarəsiz  qalan  Osmanlı-

lar  o  biçarəni  Şahımıza  vermiş,  üstəlik  də  barışıq  istəmişdilər. 

Amma  Şahımız  Qarsda  qalmaq  niyyətində  deyilmiş,  Axılsıxa, 

Axılkələyə,  ordan  da  Bərdəyə  qayıdıb  düşərgə  qurmuşdu…




528

XIX


MÖHNƏT  DOLU  GÜNLƏR

Saraldı  rəngi-ruhim,  qəm  yükündə, qamətim  kəmdir,

  Ənisim  guşeyi-möhnətdə  hər  dəm  xuni-didəmdir.

Məhcur  ŞİRVANİ

(XVII-XVIII  yüzil)

519.  Daha  olan  olmuşdu  ki,  Haqqa  qovuşanacan  korluğun 

içimə  enməməsindən  ötrü  dua  eləyirdim.  Yaddaşımdakıları  ka-

ğıza  köçürmək,  həm  də  öz  başına  gələn  kimi,  duyğuyla  təsvir 

eləmək  qabiliyyəti  olan  bir  qələm  sahibi  tapmaq  müşkülə  çevril-

mişdi.  Kərbəlayı  Mahmudun  vasitəçiliyilə  gətirtdiyim  kəslər  sı-

naqdan  yaxşı  çıxmadılar:  birinin  təhsili  yetmədi,  gördüm  yazdır-

dığım  parçanı  duruxa-duruxa  oxuyur;  o  biri  xəstəhal  mirzəydi, 

səsinin  tövrü  xoşuma  gəlmədi,  ona  görə  də  qorxdum,  başına  bir 

şey  gələ,  ondan  sonra  hər  şeyi  təzədən  başlamalı  olam;  üçün-

cüsü  köç  üstündəydi,  bundan  sonra  Gəncədə  yaşamağa  qərar 

vermişdi,  iki-üç  ay  ərzində  mənim  dediklərimi  yazıb  çatdıra 

bilməzdi,  gərək  hər  parçanı  söyləməzdən  qabaq  yaddaşımda 

yerbəyer  eləyəm,  buna  da  vaxt  lazımdı.  Beləcə,  günlər  ötür-

dü,  o  günlərin  sıxıntısını  ancaq  Kərbəlayı  Mahmudun,  ya  da 

Kərimin  dış  aləmdən  gətirdiyi  xəbərlər,  həftədəbir,  ongündəbir 

gələn  müsafirlərin  söylədikləri,  ağızdan-ağıza  keçib  yayılan 

yarıhəqiqət-yarımşayiələr  bir  qədər  azaldırdı.  Uzun  yolçuluğum 

ərzində  hər  eşitdiyimə  inanmayacaq  qədər  təcrübə  toplamışdım, 

bir  xəbər  eşidəndə  onunla  bağlı  başqa  xəbər  qulağıma  çatanacan 

deyilənləri  hökm  kimi  qəbul  eləmirdim,  sonra  fikrimin  sapına 

düzür,  nəyin  doğru,  nəyin  yalan  ola  biləcəyini  aydınlaşdırma-

ğa  çalışırdım.  Düzünü  deyim,  Şahımızla  bağlı  gəlib  bu  kar-

vansara  guşəsində  qulağıma  çatanlar  məndə  əndişə  yaradırdı. 

Məmləkətdə  bu  qədər  üsyanlar,  qiyamlar,  taxt-taca  xəyanətlər 

vardısa,  deməli,  idarə  işində  nəsə  düzgün  deyildi,  yaxud  Şahı-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə