Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə170/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   166   167   168   169   170   171   172   173   ...   179

523

bəyin  Şahımızın  Xorasanda  olmasından  istifadə  eləyib  qaçmasını 

söyləmişdi,  deməli,  xeli  hissəsi  Xorasana  köçürülən  sarıcalıların 

da,  cavanşirlərin  də,  otuzikilərin  də,  kəbirlilərin  də  Şahımızdan 

üz  çevirdikləri  aydın  idi.

515.  O  ilin  payızında  Şəki  hakimi  Nəcəf  Sultana  Şahımızın 

buyrultusunu  gətirən  çapar  məni  də  karvansarada  tapıb  Mirzə 

Mehdinin naməsini yetirdi. Sədaqətli qələmdaşım həmdi-sənadan 

sonra  yazırdı,  Novruz  bayramından  bir  həftə  qabaq  Muğan 

çölündəki  ordugaha  yetişdik,  Şahımız  bayramı  burda  keçirmək 

niyyətində  olduğundan  havanın  isinməsini  gözlədik;  yazırdı, 

bayram  ovqatı  bir  elə  hiss  olunmurdu,  ərzaq,  at-alaf  çatışmaz-

lığı  özünü  bildirirdi,  ətraf  mahalların  camaatı  olan-qalanlarını 

yığıb  verir,  ümidlərini  bir  parça  çörəyə  bağlayırdılar;  yazırdı, 

Şahımız  Dağıstan  əsilzadələrinin  törəmələrindən  yüz  altmışacan 

adamı girov aparırdı ki, doğmaları baş qaldırıb aranı qarışdırma-

sınlar,  beş  yüz  nəfərlik  dəstənin  qoruduğu  girovlar  Muğandan 

Təbrizə,  Təbrizdən  də  Məşhədə  göndəriləcəkdi;  yazırdı,  bayram-

dan sonra ordugah qalxıb Təbrizə doğru hərəkət eləyib, Həştrud-

Qaraçəmən  yoluyla  irəlilədik;  yazırdı,  Şahımız  Təbrizə  girməyi 

məsləhət  bilmədi,  bu  dəfə  Əmiraslan  xanı  yanında  saxlayıb  ora 

ancaq  Aşur  xanın  getməsini  əmr  elədi,  Rəvana,  Qarabağa,  Şirva-

na, Dərbəndə fərmanlar yolladı ki, qoşunlarını yığıb Osmanlılarla 

dava  üçün  göndərsinlər;  yazırdı,  Osmanlıların  Şahımız  Hindis-

tanda  olanda  ölüm  xəbəri  çıxmasından  sevinmələri,  Dağıstan 

səfəri  vaxtı  Şahımıza  qarşı  olanlara  kömək  vəd  eləmələri  onu 

qəzəb  atına  mindirmişdi,  üstəlik,  ötən  qış  İstanbula  göndərdiyi 

Hacı  xan  Çəmişgəzək  Xəlifə  Sultan  Mahmudun  elçiləri  Münif 

Əfəndi və Nəzif Mustafa Əfəndiylə gəlib çıxmışdı, amma məzhəb 

birliyində yenə razılıq əldə olunmadığından Şahımız bu məsələni 

zor  gücünə  yoluna  qoymaq  fikrindəydi.  Naməylə  bir  miniatürü-

nü də göndərmişdi. Oxuyan çaparın izah elədiyinə görə Şahımız-

la  Osmanlı  Abdulla  Paşanın  döyüş  səhnəsiydi,  qoşunlar  üz-üzə 

durmuşdular, topçular ön sıradadılar, mərkəzdə əllərində qalxan, 

qılınc,  başlarında  burunluqlu,  şiş  uclu  dəbilqələr  olan  süvarilər 

vardı,  top  atəşlərindən  ətrafı  tüstü  bürüyüb,  irəlidə  də  üç  təkərli 

top  görünürdü.  Şahımız  at  belindəydi,  əlində  qılınc  tutmuşdu, 

onun  qarşısında  çalmalı  və  dəbilqəli  üç  sərkərdə  vardı;  yəqin 




524

onlardan  biri  Mirzə  Mehdinin  özüydü;  ortadasa  Abdulla  Paşanın 

cəsədi  Şahımızın  atının  ayaqları  altındaydı...

516.  Mirzə  Mehdi  ikinci  naməsini  düz  bir  il  bir  ay  sonra 

Həmədandan  göndərdi,  Şəkiyə,  burdan  da  Tiflisə  gedəcək  ça-

parlar  karvansarada  iki  gün  qalıb  dincəldilər.  Gələnlər  ətraflı  bir 

şey  danışmasalar  da  Mirzə  Mehdi  Sənəndəc  altındakı  düşərgədə 

Şahımızın  qüdrətli  qoşununu  osmanlılarla  döyüşə  hazırlanmasın-

dan  ta  İraqda  qələbə  qazanıb  Həmədana  gələnəcən  hər  şeydən 

yazmışdı.  Yazdığına  görə,  Şahımız  ordugahda  bütün  sərdarları, 

sərəskərləri,  tayfa  başçılarını,  minbaşıları,  yüzbaşıları,  əllibaşıları, 

onbaşıları  hüzuruna  çağırdı,  vəzifələrini  izah  elədi,  sonra  bütün 

qoşunlara  baxış  keçirdi;  yazırdı,  Təbriz,  Marağa,  Urmiya,  Sulduz, 

Soyuqbulaq, Dünbüli, Əhər, Bərgüşad, Qaradağ, Gəncə, Qarabağ, 

Rəvan,  Tiflis,  Şirvan,  Şamaxı,  Nəqşivan,  Dərbənd,  Şəkidən  gələn 

qoşunun  sayı  altmış  beş  minə  çatırdı,  ümumilikdə  Şahımızın 

sərəncamında  olan  əsgərlərin  sayı  üç  yüz  əlli  mindən  çox  idi; 

yazırdı,  şahzadələr  Nəsrulla  Mirzə,  İmamqulu  Mirzə  və  Şahrux 

Mirzə  də  Şahımızın  hüzuruna  gəlmişdilər,  amma  Şahımız  onla-

rın  Bağdad  səfərinə  getməsinə  izin  vermədi;  sonra  qoşunların 

Leylana  girməsindən,  Samirəni,  Hiləni,  Nəcəfi,  Bəsrəni,  Kərkükü, 

Mosulu  ələ  verməsindən,  Şahımızın  Kazımeyndə  İmam  Musa 

Əl-Kazımın  və  İmam  Məhəmməd  Təqinin  məqbərələrini  ziyarət 

eləməsindən,  Bağdad  ətrafında  Əhməd  paşa  tərəfindən  ehtiram-

la  qarşılanmasından  yazırdı.  Yazdığına  görə,  Şahımız  Nəcəfdə 

üləmaları  yığıb  yenə  məzhəb  birliyindən  söz  açdı,  onun  fikrincə, 

bu  məsələ  yoluna  qoyulmasa,  iki  məmləkət  arasındakı  qovğa-

lar  bitib  tükənməyəcək.  Yazdığına  görə,  o  tərəflərdə  belə  bir 

əhvalat  da  danışmağa  başlayıblar:  Şahımız  bu  müqəddəs  şəhərə 

it  girmədiyini,  üstəlik,  burda  şərabın  sirkəyə  çevrildiyini  eşidib, 

ötən  səfərində  bunu  sınamaq  qərarına  gəlibmiş,  bu  məqsədlə 

də  şəhərə  girəndə  itini  və  bir  şüşə  şərab  götürür,  amma  nə 

illah  eləyirlərsə,  heyvan  şəhərə  girmir,  bir  az  sonra  Şahımız 

görür  ki,  götürdüyü  şərab,  doğrudan  da,  sirkəyə  çevrilib,  bun-

dan  sonra  imamlara  ürəkdən  inanıb.  Əlbəttə,  Mirzə  Mehdi  bu 

əhvalatla  həm  də  Şahımızın  sünni  və  Hənəfi  olmasıyla  bağlı 

şayiələrə  dair  bir  fikir  söyləmirdi.  Amma  əgər  Əbülbərəkət  Ab-

dullah ibn Hüseyn əl-Bağdadi əs-Süveydinin sədrliyilə Nəcəfdəki 




525

Həzrəti  Əli  məqbərəsində  keçirilmiş  yığnaqda  Cəfəri-Sadiqin 

Muhamməd  Peyğəmbərin  nəslindən  olduğu,  məmləkətdə  yaşa-

yanların  da  Cəfəri  məzhəbinə  məxsusluğu  rəsmən  təsdiqlənmiş, 

Şahımız  “Fərman-i  Şahi”ni  vermişdisə,  deməli,  Osmanlılarla  qar-

şıdurma  qaçılmaz  idi,  hökmdar  Xəlifəni  diz  çökdürmək,  bəlkə 

də  Konstantiniyyəni  ələ  keçirib  Xəlifə  məqamında  oturmaq 

fikrindəydi. 

517.  Mirzə  Mehdinin  naməsindən  belə  başa  düşdüm  ki, 

Xəlifə  də  bunu  bilir,  ona  görə  də  Şahın  o  yığnaqda  iki  Osmanlı 

üləmasının  iştirakı  tələbindən  cürbəcür  bəhanələrlə  boyun  qa-

çırıb.  Şahımızın  Bağdad  və  Mosul  ətrafından  Həmədana  doğru 

çəkilməsinin  başlıca  səbəbi  Farsda,  Xarəzmdə,  Xoyda,  Astara-

badda  başlanan  qiyamlardı.  Elə  o  vaxt  Şirvan  da  qaynayırdı. 

Nəcəf  Sultanın  vergiləri  camaatın  dərisini  soyub  dabanından  çı-

xarırdı.  Şayiə  gəzirdi  ki,  Rzaqulu  Mirzə  Səfəvi  xanədanına  son 

qoymaq  üçün  qətl  törədəndə  şahzadələrdən  biri  –  Şah  Sultan 

Hüseynin  nəvəsi  –  Sam  Mirzə  qaçıb  canını  qurtarıb,  əvvəlcə 

Gürcüstanda,  sonra  Qırımda  gizlənib,  fürsət  yarananda  Avarısta-

na,  ordan  da  Şirvana  keçib,  indi  Şirvanda  Səfəvilərin  taxt-tacını 

qaytarmaq  üçün  qoşun  yığır.  Şaiyə  gəzirdi  ki,  uğanlar  İsfahanı 

mühasirəyə  alan  vaxt  Sam  Mirzə  Fətəli  xan  Qacarın  köməyilə 

saraydan  qaçıb.  Həmin  vaxt  mən  İsfahandaydım,  Mirzə  Mehdi 

də  Fətəli  xanın  xidmətindəydi,  belə  bir  şey  olsa,  təbii  ki,  bundan 

xəbər  tutardıq.  Guya,  Təbrizdə  gecələdikləri  bir  karvansarada 

dərvişlər  şahzadəni  tanıyıb  məsləhət  görüblər  ki,  bir  müddət 

gizlənib  şəraitin  yaranmasını  gözləsin,  sonra  üzə  çıxsın.  Deyilənə 

görə, sonra Sam Mİrzə Surxay xanla birləşib, hətta Şirvan hakimi 

Məhəmmədəli  xan  Qırxlu  da  ona  qoşulub,  əlli  minlik  qoşunla 

Yeni  Şamaxını  tutublar,  camaat  Sam  Mirzəni  elə  şadyanalıqla 

qarşılayıb  ki,  sevincin  həddi-hüdudu  yoxmuş;  amma  az  sonra 

Nəsrulla Mirzənin qoşununun Şirvana gəldiyi barədə xəbər çıxdı. 

Kərbəlayı  Mahmudun  söylədiyinə  görə,  Şahımız  Əhər,  Qaradağ, 

Çuxursəd,  Qarabağ,  Muğan,  Gəncəyə  kömək  göndərib  ki,  basqın 

olanda  özlərini  qoruya  bilsinlər.  Payızda  Şirvan  düzənliyində 

Nəsrullah  Mirzəylə  Sam  Mirzənin  qoşunları  qarşılaşdılar, 

Nəsrulla  Mirzənin  döyüşlərdən  çıxmış  qoşunu  üstün  gəldi.  Sur-

xay  xan  bu  dəfə  də  qaçıb  canını  qurtara  bildi,  amma  Sam  Mirzə 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə