Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə166/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   162   163   164   165   166   167   168   169   ...   179

510

şağrısına çevrilə bilərdilər. Şahzadə bu fəlakətdən qurtulmasaydı, 

məmləkətin  faciəsi  qaçılmaz  olacaqdı  –  son  görüşümüzdə  Mirzə 

Mehdiylə  bu  qənaətə  gəlmişdik.  Amma  bədbəxt  Şahzadəni  xilas 

eləyəcək  bir  qüvvə  vardımı?

504.  O  qışı  ağlar  keçirdim,  heç  vəba  ilində  də  bu  cür  mənəvi 

sıxıntı  keçirməmişdim.  Günlərim  hücrədəki  yatağımda  fikir-xəyal 

içində,  keçdiyim  yolları  əriş-arğac  eləyə-eləyə  keçirdi,  hərdənbir 

Kərbəlayı  Mahmudla  kəlmə  kəsirdik,  o,  Dağıstan  tərəfdən  gələn 

xəbərləri  mənə  çatdırmağı  özünə  borc  bilirdi.  Kərimə  həftədə  iki 

dəfə  rüsxət  verirdim  ki,  ailəsinə  baş  çəksin,  adətən  günorta  na-

mazından sonra gedir, axşam azanı başlamamış qayıdırdı. Bu cür 

sıxıntı  içində  kitab  barədəki  niyyətimdən  müəyyən  müddətə  əl 

çəkdim,  fikrimdəkiləri  Şahımızın  quzey  səfərini  başa  vurmasın-

dan  sonraya  saxladım,  ona  görə  də  yazacaq  mirzə  axtarışına  son 

verdim.  Hələlik  olub-keçənləri  xəyalımda  ipə-sapa  düzürdüm, 

yerləri,  yolları,  adamları,  hadisələri  xatırlayır,  təfərrüatları  bərpa 

eləməyə  çalışır,  aralarında  bağlar  qurmağa  cəhd  göstərirdim. 

Əlbəttə,  hər  gün  eyni  şeylə  məşğul  olmaq  məni  yorur,  darıx-

dırırdı,  amma  başqa  əlacım  olmadığını  da  anlayırdım.  Xəyalən 

atımı  minir,  Tiflisə  doğru  yola  çıxır,  şəhərin  küçələrindən  keçir, 

tanış  məscidi,  məbədi,  qalanı,  meydanı  görür,  yaddaşımda  dip-

diri  qalan  evimizin  eyvanında  oturur,  şəhərə  tamaşa  eləyirdim, 

sonra  atla,  arabayla,  gəmiylə  uzun  səfərə  çıxır,  Firəngistana  çatır, 

zindan  həyatına  oxşayan  pansion  günlərini  yaşayır,  yenə  atla, 

arabayla,  gəmiylə  Vene ziaya,  İstanbula,  Konyaya,  Təbrizə,  İs-

fahana,  Ərdəbilə…  üz  tuturdum.  O  yollarda  müsyölər,  bəylər, 

xanlar,  mirzələr,  üstəlik,  dost,  sultan,  şah  rastıma  çıxır,  hər  kəs 

öz  yerini  tutur,  mənim  yaddaşımda  taleyinə  düşən  ömrü  yaşa-

yırdı. Günəşin, Ayın çıxması və batması, günün başlanıb-bitməsi, 

Kərimin çırağı yandırıb-söndürməsi o yolları, adamları, hadisələri 

yaddaşımdan  silə  bilmirdi,  çünki  artıq  hər  şeyi  öz  içimə  köçür-

müşdüm,  zahiri  aləmsə  yalnız  səslərdən  və  təmaslardan  ibarət 

idi.  Həmin  məqamda  yadıma  Ömər  Xəyyamın  bir  rəvayəti  dü-

şürdü:  bir  müdrikdən  soruşurlar  ki,  niyə  kasıblar  varlılardan  daha 

mehriban,  daha  səxavətlidilər;  müdrik  deyir,  pəncərədən  bayıra  bax, 

orda  nə  görürsən;  soruşan  baxıb  cavab  verir  ki,  uşaqların  oynadığını 



511

görürəm; müdrik deyir, indi güzgüyə bax, de nə görürsən; həmin adam 

deyir,  özümü  görürəm;  pəncərə  də,  güzgü  də  şüşədəndi,  amma  şüşəyə 

bir  az  gümüş  əlavə  eləyən  kimi  yalnız  özünü  görürsən.  Allahın  en-

dirdiyi  zülmət  elə  bil  məndən  ötrü  şüşəyə  çəkilmiş  təbəqəsiydi, 

onun  güzgüyə  çevirdiyi  şüşədə  yalnız  özümü  və  öz  həyatımı 

görürdüm...




512

XVII


ÖZ  GÖZLƏRİNİN  İŞIĞI

Verdilər  o  binəvayə  təxti-rəxti-şəhvar,

  Səltənət  təxtində  mənsub  etdilər  divan  üçün.

Şakir  ŞİRVANİ

(  XVIII  yüzil)

505.  O  qışın  axır  ayı  –  hicri1155-ci  ilin  zilhəccə  ayı  (mila-



di  1743-cü  ilin  fevralı)  başa  çatmamış  yeknəsəq  günlərimə  ildı-

rım  kimi  çaxan  bir  hadisə  baş  verdi:  karvansaradakı  hücrəmin 

qapısını  Mirzə  Mehdi  döydü.  Bəlkə  də  kimsə  inanmaz,  onu 

dillənməmiş  nəfəsindən  tanıdım,  bütün  vücudum  gərildi,  bo-

ğazım  tıxandı,  özümdən  ixtiyarsız  əlimi  irəli  uzatdım,  sonra 

sədaqətli  qələmdaşımın  («Mirzə  Yusif,  qonaq  istəmirsən?»)  səsini 

eşitdim, o səsdə gizlədilməsi çətin olan əndişə duydum, nələrinsə 

baş  verdiyini  beynimdən  keçirəndə  qucaqlaşdıq,  saqqalımızın 

tükləri  bir-birinə  qarışdı,  həmin  məqamda  onun  kövrəldiyini 

duydum,  özümsə,  deyəsən,  əməlli-başlı  ağlayırdım.  Mirzə  Meh-

dinin  gəlişi  Şahımızın  quzey  səfərinin  başa  çatdığını  bildirirdi, 

deməli,  bundan  sonra  daha  bir  həyanımı  da  görməyəcəkdim.  Elə 

bil  yaxında  olması  mənə  təpər  verir,  o  təpər  bunca  ruhi  iztira-

bın  içində  salamat  qalmağıma  kömək  eləyirdi.  Amma  səsindəki 

əndişədən  artıq  öz  haqq-hesabımı  götürmüşdüm,  əmindim  ki, 

o  qaçılmaz  faciə  baş  verib,  Mirzə  Mehdinin  əndişəsi  də  daha 

çox  olmuşlarla  yox,  olacaqlarla  bağlıdı.  Şahımızın  qəzəb  atının 

cilovunu  Mirzə  Zəki  kimi  bəlkə  də  yeganə  can  sirdaşı  çəkə 

bilməmişdisə,  deməli,  təhlükə  lap  yaxındaydı.  Mirzə  Mehdinin 

üzünü,  az  qala,  il  yarımdan  bəri  görməsəm  də,  səsindən  xeyli 

qocaldığı  qənaətdəydim,  ola  bilsin,  cismən  bir  elə  dəyişməmişdi, 

amma  ruhən  çox  dəyişdiyini,  sarsıldığını  dördcə  kəlməsindən 

duymuşdum.  Azacıq  toxtayıb  aralanandan  sonra  da  xeyli  sus-

duq,  elə  bil  çıxılmazlıqdan  çıxış  yolu  axtarırdıq.  Axır  ki,  Mirzə 




513

Mehdi  dedi,  Xəlifənin  Kəbədə  beşinci  sütun  ucaltmaqdan  qəti 

boyun  qaçırması  Şahımızı  daha  bir  qəzəb  atına  mindirib,  dağlıla-

ra  qarşı  Əbdülqəni  xan  Abdalinin  sərdarlığıyla  əlli  minlik  qoşun 

qoyub,  özü  osmanlılarla  haqq-hesab  çəkməyə  gedir.  Bunun  daha 

bir  fəlakət  olduğunu,  şübhəsiz,  Mirzə  Mehdi  gözəl  anlayırdı: 

qışın  bu  vaxtında  uzaq  səfərə  çıxmaq  onun  heç  ürəyincə  deyil-

di,  bundansa  «İran-i  Xərab»da  qalıb  dağlılarla  qarşıdurmanın 

nəticələrini  gözləməyə  üstünlük  verərdi.  Amma,  şübhəsiz,  əlində 

ixtiyar  olsaydı,  heç  dağlılara  qarşı  səfərə  də  çıxmazdı.

506.  Qoşun  Şəkinin  iki  fərsəngliyində  dincəlmək  üçün  dayan-

mışdı,  Mirzə  Mehdi  də  rahatlanmaq  əvəzinə  bircə  gözətçiylə  at 

sürüb məni görməyə gəlmişdi, bu sədaqətini də dəyərləndirməyə 

bilməzdim.  Kərimin  əl-ayaq  tərpətməsindən,  isti  xörək  yeyib  ra-

hatlanandan sonra xəbərdar adam kimi, dedim, danış, Mirzə Meh-

di,  bədbəxt  Rzaqulu  Mirzənin  başına  nə  gəldiyini  söylə.  Mirzə 

Mehdi  köksünü  ötürdü,  xeyli  susandan  sonra  dedi,  o  binəvanın 

günahı  yox  idi,  səhvi  vardısa,  bu  da  cavanlığı  üzündəndi, 

zənnim  aldatmırsa,  bu  Məhəmməd  Hüseyn  xan  Qacarın  usta-

lıqla  qurduğu  tordu,  Şahzadə  də  o  tora  düşdü,  onu  kimsə  xilas 

eləyə  bilmədi;  deyilənə  görə,  Şahımıza  güllə  atan  Nikqədəm  adlı 

şəxs  Dilavər  xan  Taymanının  mühafizəsində  olub,  guya  Şahzadə 

onun  mahir  atıcı  olduğunu  görüb,  şəxsi  mühafizəsinə  xidmətə 

götürüb,  bir  dəfə  Məhəmməd  Hüseyn  xanın  və  Rəhim  Sultanın 

yanında  atasını  öldürməsini  istəyib,  guya  Nikqədəm  də  boyun 

olub,  amma  Heratda  sözünə  əməl  eləməyə  fürsət  tapmayıb,  Şa-

hımız  məmləkətin  naibliyini  tapşırdığı  oğlunun  dəbdəbəli  şəxsi 

qoşununu  buraxandan  sonra  Şahzadə  təzədən  Nikqədəmi  atasını 

öldürmək  üçün  dilə  tutub,  o  da  fürsət  axtarıb,  axır  ki,  Mazan-

daran  meşəsində  o  fürsət  əlinə  keçib,  amma  Şahın  salamat  qal-

masını  biləndən  sonra  qorxusundan  Herata  qaçıb,  bununla  belə, 

Şahımızın  «göz-qulaqlarından»  qurtula  bilməyib,  onu  yaxalayıb 

«İran-i  Xaraba»  gətiriblər,  Şahımız  da  günahkarı  təkcə  dindirib; 

Mirzə  Mehdinin  dediyinə  görə,  əvvəlcə  Nikqədəm  hər  şeyi  boy-

nundan  atırmış,  Şahımızın,  sifarişçinin  adını  söyləsə,  günahın-

dan  keçəcəyi  barədə  dedikləri  zavallını  yoldan  çıxarır,  elə  bilir, 

bununla  canını  qurtaracaq,  ona  görə  də  Şahzadənin  adını  dilinə 

gətirir,  Şahımız  da  varından  yox  olur,  elə  nərə  çəkir  ki,  çadı-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə