Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə168/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   164   165   166   167   168   169   170   171   ...   179

517

madığına  görə  onunla  Əlimirzə  xanın  arasını  vurubmuş.  Amma 

Şahımız  onun  comərdliyini  dəyərləndirib,  arvadı  Tamarayla 

birgə  Dərbəndə  çağırıb,  bir  neçə  gün  qonaq  saxlayıb,  qiymətli 

hədiyyələr  bağışlayıb,  “dövləti-şərik”  çininə  layiq  görüb,  üstəlik, 

Araqvi  vilayətini  də  hökmü  altına  verib,  təhmurəs  Mirzəni 

Kartliyə,  oğlu  İraklinisə  Kaxetə  hakim  təyin  eləyib.  Başqa  çox 

şeylərdən  də  danışdıq,  son  görüşümüz  idi,  bunu  ikimiz  də  gözəl 

dərk  eləyirdik,  bu  səbəbdən  söhbətdən  doymurduq.  O,  Dağıs-

tanın  dağlıq  və  meşəlik  yerlərində  dağlılarla  döyüşməyin  necə 

çətin  olduğundan  danışırdı.  Dediyinə  görə,  iki  il  ərzində  qazan-

dıqları, cəmi-cümlətanı vadiləri bir neçə də qalanı ələ keçirməkdi, 

basqınlarda  on  minlərlə  əsgər  tələf  olub,  üstəlik,  nə  qədər  də  at, 

silah-sursat  itiriblər,  bədbəxt  Şahzadənin  başına  gələnlər,  ola  bil-

sin,  Şahımızın  bu  uğursuzluqlarla  azalan  nüfuzunu  nəyləsə  qay-

tarmaq  istəyinin  nəticəsiydi.  Mirzə  Mehdi  amansız  şaxtanın,  qar 

qasırğalarının,  aclığın  törətdiyi  görünməmiş  müsibətlərdən  elə 

danışdı ki, göz yaşım təzədən sel oldu. Dediyinə görə, Samur ça-

yından  Şabrana  çatanacan  itkiləri  görünməmiş  həddə  çatıb,  atlar, 

dəvələr,  qatırlar,  öküzlər  bir  yana,  adamlar  da  həm  soyuqdan, 

həm  aclıqdan  çəyirtkə  kimi  qırılıblar,  yollar  əsgər  meyitləri,  hey-

van cəsədlərilə dolubmuş, əvvəlcə öküzləri, dəvələri, sonra atları, 

qatırları kəsib yeməyə məcbur olublar. Dərbənddən buracan olan 

uzaqbaşı  bir  həftəlik  yolu  üç  həftəyə  gəlmişdilər,  Muğan  çölünə 

də,  yəqin,  azı,  bir  həftəyə  çatardılar.  Mirzə  Mehdi  həyatının  ən 

ağır səfəri saydığı bu səfərdən sonra Şahımızdan əfv istəyib, yur-

duna  dönmək,  Astarabadda  yazı-pozuyla  məşğul  olmaq  barədə 

düşündüyünü  söylədi,  amma  istəyini  hökmdarın  hüzurunda  dilə 

gətirə  biləcəyini  güman  eləmirdim.  Bəlkə  buna  özü  də  o  qədər 

əmin  deyildi,  çünki  başladığı  işi  sona  çatdırmaqdan,  Şahımızın 

tarixini  yazmaqdan  əl  çəkə  bilməzdi  –  bu  gerçəkliyi  səsindən 

duyurdum. Bir sözlə, mənim kimi o da taleyindən qaça bilməzdi; 

Aşağıbaş  qacarlarının  başçısı  Fətəli  xan  Qacarın  xidmətində  ol-

duğu  vaxt  Nadir  xana  rast  gəlmişdi,  neçə  illər  idi  ki,  onun  ya-

nından  ayrılmırdı,  ağır  və  şad  günlərinin  şahidi  olmuşdu,  hətta 

Rzaqulu Mirzəylə Fatimə bəyimin nikah şəhadətnaməsini öz əlilə 

yazmışdı.  Şahımızın  aradabir  şeir  söylədiyini  mənə  Mirzə  Mehdi 

danışmışdı;  demişdi,  bir  şeir  söyləyib  soruşdu  ki,  necədi,  imanı-




518

mı  yandıra  bilmədim,  dedim,  zəifdi,  o  da  qəzəbləndi,  əmr  verdi 

ki,  məni  axur  təmizləməyə  göndərsinlər;  əlbəttə,  sonra  yumşa-

lıb  əmrini  dəyişdi;  bir  dəfə  də  şeir  oxuyanda  dinməzcə  durub 

qapıya  doğru  getdim,  soruşdu  ki,  mirzə  Mehdi,  hara  gedirsən, 

dedim, Şah sağ olsun, axur təmizləməyə; bunu eşidəndə qəhqəhə 

çəkdi,  sonra  mənə  şeir  oxumadı.  Şahımız  şəkkaklıq  bəlasına  dü-

çar  olanacan  ona  sözünü  deyə,  qəlbinə  yol  tapa  bilirdi,  amma 

indi  ondan  çox  aralı  düşmüşdü,  bununla  belə,  mən  bilən,  tale 

ayıranacan  hökmdardan  ayrılmayacaqdı.

511.  O  gecə  söz-söhbətimiz  çox  uzun  çəkdi,  ürəyimizi  tam 

boşalda  bilməsək  də,  içimizdəki  ağır  yükün  bir  qismindən  azad 

olub,  az  da  olsa  yüngülləşdik.  Mirzə  Mehdini  də  buraxmadım, 

Kərimlə  gözətçiyə  xidmətçilərin  hücrəsində  yer  düzəltdirib, 

sədaqətli  qələmdaşımın  yatıb  rahatlanması  üçün  mümkün  olanı 

elədim.  Kərimə  tapşırmışdım,  pul  vermişdim  ki,  obaşdan  qalxıb 

qonağımın  yoluna  əlinə  keçəndən,  yeməli  nə  tapsa,  tədarük  gör-

sün.  Ayrılanda  da  İstanbulda  bir  əntiqfüruşdan  od  qiymətinə  al-

dığım gözəl yazı dəstini – mürəkkəbqabını, altı ədəd lələk qələmi, 

bir də Təbrizdən yadigar olan Nəsirəddin Tusinin «Əxlaqi-nadiri» 

kitabının  əlyazmasını  bağışladım.  Mənə  bir  şey  bağışlamasına 

razı  olmadım,  dedim,  bu  halımda  dünya  malından  heç  nəyə 

ehtiyacım  yoxdu,  öz  içimlə  əlləşə-əlləşə  Allahın  verdiyi  möhlətin 

nə vaxt bitəcəyini gözləyirəm. Amma sədaqətli qələmdaşım Şahı-

mızın  tarixinə  çəkdiyi  miniatürlərdən  bir  neçəsini  verdi,  dedi,  bu 

da  məndən  bir  nişanə  qalsın;  təskinlik  verməyəsə  söz  tapmadı, 

duyğularını  uzun-uzadı  sinəsinə  sıxıb,  səssiz-səmirsiz  ağlamaqla 

ifadə  elədi.  Ayrıldıq,  daha  doğrusu,  vidalaşdıq,  Kərim  qoçaqlıq 

göstərib  aldığı  ərzağı  qatıra  yüklədi,  kəndiri  gözətçiyə  verəndə 

(bunu  Mirzə  Mehdinin  dil-ağız  eləməsindən  sezdim)  bir  qədər  rahat-

landım.  Beləcə,  məni  böyük  dünyayla  bağlayan  son  bağ  da  qırıl-

dı,  bundan  sonra  kiçik  hücrəmə  qapanıb  fürsət  düşəndə  Mirzə 

Mehdidən,  ya  da  Məhəmməd  Kazımdan  namə,  bir  də  ölümümü 

gözləyə-gözləyə  yaşadığım  ömrün  acılı-şirinli  xatirələrini  çək-

çevir  eləyəcəyəm.  Daha  dış  aləmin  yox,  iç  aləmin  səyyahıydım, 

o  aləmdəsə  yolları  keçmək,  yaxud,  istədiyin  yerindən  başlamaq, 

istədiyin şəhərin sakininə çevrilmək, istədiyin hadisəni canlandır-

maq,  istədiyin  adamı  istədiyin  yerdən  tapıb  «həmsöhbət  olmaq» 



519

çox asan işdi; o aləmdə ancaq sənin hökmün işləyir, şah da, sultan 

da  sənsən.  Bundan  sonra  yeganə  qayğım  savadlı,  qabiliyyətli,  in-

saflı bir Allah bəndəsi tapıb hələ ki, diri olan, amma artıq ordan-

burdan deşilən, süzülən yaddaşımdakıları kağıza köçürtdürməklə 

bağlıydı.  Kərbəlayı  Mahmud  Şirvanda  Nişat  adlı  bir  şəxsin  sora-

ğını  çatdırmışdı,  gərək  bu  fürsəti  əldən  verməyəydim.  Hələ  ki, 

canımda  can  vardı,  yaddaşım  olub-keçənləri  saxlayırdı,  dilim  söz 

tuturdu,  bunu  tez  eləməliydim,  başıma  bir  iş  gəlsəydi,  sandığım-

dakı  kağızları  nizama  salmaq  asan  olmayacaqdı... 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə