Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə169/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   165   166   167   168   169   170   171   172   ...   179

520

XVIII


BİTİB-TÜKƏNMƏYƏN 

DƏRDLƏR


Ağlayıb  yalvardım  pərvərdigara,

Dərdimin  nə  həddi,  nə  hesabı  var.

Sarı  AŞIQ (XVII  yüzil)

512. Ömrümün sonrakı dörd ili möcüzə sayəsində gəlib çatacaq 

namələri  gözləməklə,  suların  durulmasına,  aranın  sakitləşməsinə 

ümid  bəsləməklə,  dış  aləmdən  aldığım  xəbərləri  yaddaşımdakı 

xatirələrin  zəncirinə  düzüb  yerbəyer  eləməklə,  Şəkidə  camaa-

tın  baş  qaldırıb  Şahımızın  qəzəbinə  düçar  olması,  dava,  qıtlıq, 

qəhətliklə keçdi. Tiflisə getməkdən bilmərrə əl çəkmişdim, elə im-

kanım olsa da Şəkidə ev almaq, köçüb rahat yaşamaq fikrində də 

deyildim;  karvansara  məndən  ötrü  təkcə  yaşamaq,  ömrün  qalan 

günlərini  keçirmək  yeri  deyildi,  həm  də  mövcudluğumun  bəlkə 

ilkin  şərtiydi;  Şəkiyə  gələnlərin  çoxu  karvansarada  əylənirdilər, 

təzə  adamlar  təzə  xəbərlər  gətirirdilər,  təkcə  Dərbənddən,  Şama-

xıdan,  Tiflisdən,  Gəncədən,  Rəvandan,  Nəqşivandan,  Ərdəbildən, 

Təbrizdən 

yox, 

İstanbuldan, 



Ərzurumdan, 

İsfahandan, 

Məşhəddən,  Qəndəhardan  da  xəbərlər  gətirirdilər.  Ünsiyyətə 

girmək  imkanı  olanda  özüm,  olmayanda  Kərbəlayı  Mahmudun, 

Kərimin  vasitəsilə  o  tərəflərdə  baş  verənlərdən  xəbər  tuturdum. 

Hələ  ki,  könül  açan  söz-söhbət  eşitməmişdim,  camaat  qiyamlar-

dan, qətllərdən, dolanışıq çətinliyindən yanıb-yaxılırdı, deyirdilər, 

Şahımız  osmanlılarla  davaya  başlasa,  günümüz  bundan  da  qara 

olacaq.  Könül  dostum  Mirzə  Kəmaləddindən,  Mirzə  Mehdidən, 

Mirzə  Hüseyndən,  Məhəmməd  Kazımdan,  Axund  Ələkbərdən, 

lap  elə  vəfalı  Qütbəddindən  qalan  xatirələr  hələ  ki,  içimi  isidir-

di,  qızınmağa  nəyimsə  vardı.  Qış  günlərində  artıq  hər  qoxusuna 

alışdığım  hücrənin  divarları  arasında,  yaz-yay  aylarında  həyətin 

bir  küncündəki  şabalıd  ağacının  kölgəsində,  payız  günlərində 




521

örtülü  talvarın  altında  xatirələrimlə  əlbəyaxa  olurdum,  kədərlə 

sezirdim  ki,  get-gedə  o  əlbəyaxadan  yenik  çıxıram.  Kərbəlayı 

Mahmudun  şəfqəti,  üzünü  görə  bilmədiyim,  tutqun  kölgə  kimi 

sezdiyim  Kərimin  abrı,  hörmət-izzəti  olmasaydı,  bəlkə  də  bu 

məğlubiyyətdən  payımı  götürüb  özümə  qəsd  eləyərdim.  Amma 

yox,  Mirzə  Mehdinin  dediyi  kimi,  Allahın  işinə  qarışmaq  olmaz-

dı,  bir  də  ki  yaddaşımdakıları  kağıza  tökməmiş  ölmək  fikrində 

deyildim.

513.  Aldığım  xəbərlərə  görə,  Şahımız  qoşununu  dörd  qismə 

ayırmışdı,  bir  qismi  Şamaxı  ətrafında,  o  biri  qismi  Muğan 

çölündə,  üçüncü  qismi  Qarabağda,  qalanısa  Gəncədə  ordugah 

qurmuşdu.  Kərbəlayı  Mahmud  deyirdi,  ağıllı  iş  görüb,  bu  qədər 

qoşunu  təkcə  Şamaxıda,  ya  da  Muğanda  saxlamaq  olmaz,  nə 

ərzaq,  nə  ot-alaf  çatar;  deyirdi,  Şahımız  indi  yaralı  aslan  kimi 

pəncələrini  yalayır,  Dərbənddən  Kürün  qırağınacan  sürünə-

sürünə  çatdığı  qırx  gün  ərzində  itkilərinin  sayı-hesabı  yoxdu, 

indi  qoşunun  pozulmuş  səfini  nizama  salmağa  çalışır  ki,  Osman-

lıların  üstünə  gedə  bilsin;  gələn  xəbərlərdən  belə  məlum  olurdu 

ki,  Şahımız  iyirmi  günəcən  Şamaxıdakı  ordugahda  qalıb,  sonra 

Muğan  çölündəki  ordugaha  gedib,  sərəskərləri  yığıb,  osmanlılara 

qarşı  getməklə  bağlı  fikirlərini  öyrənib,  Kərbəlayı  Mahmud  de-

yirdi,  osmanlılarla  dava  məmləkətə  baha  başa  gələcək,  çünki  o 

davanın  bütün  xərclərini  binəva  camaatın  canından  çıxaracaqlar, 

onun  da  verməyə  bir  şeyi  olmayanda  baş  qaldıracaq;  deyirdi, 

Şahımız  Hacı  xan  Çəmişgəzəyi  Gəncəyə  bəylərbəyi  göndərib,  bu-

nunla da ziyadoğlulardan da, bütövlükdə qacarlardan da qisasını 

bir  daha  alıb;  deyirdi,  Qazax,  Şəmşəddil,  Borçalı  Gəncədən  alı-

nandan,  Uğurlu  xan  küncə  sıxışdırılandan  sonra  ziyadoğluların 

qürubu  başlamışdı,  əgər  Uğurlu  xan  o  səfərdə  tələf  olmasaydı 

belə,  Şahımız  onu  bir  yolla  taxtından  salacaqdı,  çünki  dikbaşla-

rı,  əmrlərinə  sözsüz-sovsuz  itaət  eləməyənləri  sevmir,  bunu  heç 

doğma  oğluna  da  bağışlamır;  deyirdi,  amma  bununla  da  artıq 

qacarları  özünün  qəvi  düşməninə  çevirib,  inanmıram  ki,  bu  bö-

yük tayfa dinc otursun, intiqam almağa çalışmasın; deyirdi, insan 



başqasına  əzab  verirsə,  deməli,  özü  çox  bədbəxtdi,  çünki  xoşbəxt  adam 

ətrafındakılara  ancaq  sevgi  bəxş  eləyər;  onun  dedikləri  həqiqət  idi, 

eşitdiklərimdən  əlimdə  sanballı  tutarlar  da  vardı,  amma  bununla 




522

camaatın baş qaldırmasına səbəb yaranacağından ehtiyatlanırdım, 

məmləkəti  sonsuzacan  qılınc  gücünə  saxlamaq  ağlabatan  deyil, 

əksinə,  tayfalar  arasında  əmin-amanlığın  yaranması  Şahımıza 

daha  çox  xeyir  verə  bilərdi.

514.  Mirzə  Mehdiylə  bu  barədə  son  görüşümüzdə  söhbətimiz 

olmuşdu,  cavanşirlər  tayfasından  eşikağasıbaşı  Fəzləli  bəyin 

başına  gələnləri  danışmışdı.  Sən  demə,  Fəzləli  bəy  Şahımı-

zın  xəbərçisi  Mailin  əməllərindən  şübhələnibmiş,  Mailin  də 

onu  görməyə  gözü  yoxmuş,  ona  görə  də  bir  yol  tapıb  aradan 

götürməyə  çalışırmış;  axırda  istəyinə  çatır,  Şahımız  Xorasanda, 

ya  Türküstanda  olanda  girəvə  tapıb  ona  eşikağasıbaşından  olar-

olmaz  şeylər  çatdırıb,  guya,  Fəzləli  bəy  Qibleyi-aləmin  hərəminə 

xor  baxırmış;  Mailin  söylədikləri  Şahımızın  qəzəbli  vaxtına  dü-

şüb,  xəbərçisinin  dediklərini  araşdırıb  içinə  yetməmiş  eşikağası-

başının  boynunun  vurulmasını  əmr  eləyib,  sonra  da  elə  Mailin 

məsləhətilə  qardaşı  Pənahəli  bəyi  eşikağasıbaşı  qoyub  ki,  uzaqda 

olub  baş  qaldırmaq  fikrinə  düşməsin;  Pənahəli  bəy  də  ayıq-sayıq 

adammış,  əvvəl  carçıbaşı,  sonra  Şahımızın  qoşununda  Qarabağ 

atlılarının  minbaşısı  olub,  dərdinin  üstünə  daş  basıb,  sonra  hiss 

eləyib  ki,  günlərin  birində  özü  də  qəzəbə  tuş  gələcək;  düşü-

nüb-daşınıb,  onu  gözləyən  ölümdən  qurtulmaq  üçün  yollar  ara-

yıb,  axırda  özünü  xəstəliyə  vurmaqdan  başqa  bir  çarə  tapmayıb; 

Mirzə  Mehdinin  dediyinə  görə,  şayiə  gəzir,  Pənahəli  bəy  tiryəkə 

qurşanıb,  axırda  məlum  olub  ki,  sağlamlığı  qoşunda  olmağa  yol 

vermir,  Şahımızın  ürəyinə  rəhm  gəlib,  əmr  eləyib  ki,  onu  Qara-

bağa  yola  salsınlar,  biz  mərhum  İbrahim  xanla  məşum  Dağıstan 

səfərinə  çıxanda  Pənahəli  bəy  də  altı  atlıyla  yarımcan  halda 

Sarıcalı  oymağına  qayıdıb;  amma  həqiqət  elə  deyil,  Pənahəli  bə 

Şahımızın uzaqda olmağından istifadə eləyib oğlu İbrahim, bacısı 

oğlu  Lütfəli  bəy,  həmtayfaları  Hacı  Məhəmməd  bəy,  Şahverən 

bəy,  Seyidəli  bəy,  Hümbətəli  bəy,  Küküş  bəylə  qaçmağa  nail 

olub,  Şahımız  da  Azərbaycan  sərdarına,  Gəncə,  Tiflis  və  Şir-

van  hakimlərinə  fərmanlar  göndərib  ki,  onu  tutub  hüzuruna 

göndərsinlər;  amma  Pənahəli  bəy  başının  adamlarıyla  Qarabağ 

dağlarında  gizlənib,  sonra  Şəki  vilayətinin  Qəbələ  mahalına 

keçmişdilər,  deyilənə  görə,  indi  öz  zərbi-dəstini  göstərmək  üçün 

vaxtını-məqamını  gözləyir;  Əbdülhəsən  xan  da  mənə  Pənahəli 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə