Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə167/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   163   164   165   166   167   168   169   170   ...   179

514

rının  dirəkləri  titrəyir,  sonra  keşikçibaşını  çağırıb  deyir,  bunun 

gözlərini  oyun,  özünü  də  buraxın  getsin,  Mirzə  Zəkiyə  də  əmr 

eləyir  ki,  Tehrandan  Şahzadəni  gətirmək  üçün  dəstə  göndərsin. 

Mirzə  Mehdi  davam  elədi  ki,  o  vaxt  Mirzə  Zəkiylə  xəlvətcə  gö-

rüşdüm,  Şahımızın  qəzəbini  yatırtmaq,  onu  bu  bədxah  oyundan 

qurtarmaq  üçün  yollar  aramasını  məsləhət  gördüm,  söz  verdi, 

amma,  görünür,  Şahımızın  könlünə  yol  tapa  bilməmişdi…

507. Mirzə Mehdi deyirdi, Şahzadə Tehrandan gəlib çıxanacan 

Şahımızın  nə  hallar  keçirdiyini  təsəvvürünə  gətir,  elə  halətdəydi, 

kimsə, hətta Mirzə Zəki də yaxın düşə bilmirdi, çadırında pələng 

kimi  vurnuxur,  hər  şeyi  doğramaq,  dağıtmaq,  yıxmaq  istəyirdi, 

söylənənin  yalan,  qəsdinə  duranların  qurğusu  ola  biləcəyinə 

inanmırdı,  bəlkə  də  bunu  ağlına  belə  gətirmirdi;  bir  tərəfdən  də 

dağlıların  basqınları,  ərzaq  və  at  çatışmazlığı,  qışın  zilləti,  rus-

larla,  az  qala,  kəllə-kəlləyə  gəlmək  təhlükəsi  onu  tamam  təbdən 

çıxarmışdı;  Şahzadənin  olub-keçəndən  xəbəri  yox  idi,  amma  ata-

sından  əvvəlki  mehribanlığı  (Şahımız  naiblikdən  kənarlaşdırandan 



sonra  da  oğluna  mehribanlıq  göstərirdi)  görməyəndə  dalağı  sancıb; 

Şahımız  oğlundan  günahını  boynuna  almasını  istəyib,  Şahzadə 

də  göz  yaşları  içində  günahı  olmadığını  söyləyib,  and-aman 

eləyib,  yalvarıb-yaxarıb;  o  məqamda Şahımızın  varlığını  çulğayan 

kor  qəzəb  həqiqətin  üzərinə  qalın  pərdə  çəkib,  hökmdarın  hök-

mü  artıq  hazır  olsa  da,  oğlunun  aparılmasını  əmr  eləyib,  vəzir-

vəkili,  əyan-əşrəfi  yığıb  tədbir  tökülməsini  buyurub;  özü  heç, 

doğma  oğlunu  bağışlamayacaqdı,  qənaətinə  görə,  düşmənlərinin 

get-gedə  artıb-çoxaldığı,  orda-burda  baş  qaldırdığı  bir  vaxtda  lap 

günahsız  da  olsa,  oğlunu  cəzalandırması  çoxlarının  canına  qor-

xu  salar,  hökmdarın  məmləkətin  və  səltənətin  istiqbalı  naminə 

kimsəni  bağışlamayacağını  göstərərdi:  oğlu  tək  deyildi,  birini 

qurban  verməklə  çox  şey  itirmirdi,  qurban  gedənin  qardaşları 

vardı,  nəvələri  böyüyürdü,  amma  məmləkət,  səltənət  tək  idi, 

onu  marığa  yatanlara  yem  eləyə  bilməzdi;  Mirzə  Mehdi  dedi, 

hüzurunda  olanlar  susdular,  hətta  Mirzə  Zəki  belə,  səsini  çıxar-

madı,  hamı  öz  canından  qorxurdu  (o  məqamda  öz  qorxaqlığımdan 

iyrəndim,  Mirzə  Mehdi  əlavə  elədi);  Şahımız  ağır  nəzərlərini  ha-

mının  üzərində  gəzdirdi,  sonra  hökmünü  verdi:  «Gözlərinə  mil 

çəkilsin!»  Mirzə  Mehdi  dedi,  hamının  üzündə  çaşqınlıq,  heyrət 



515

görünsə  də,  yenə  kimsə  cınqırını  çıxarmadı,  həmin  anlarda  az 

qaldı  ürəyim  getsin,  az  qala,  on  beş  iliydi  ki,  yanındaydım,  çox 

qəzəbli  vaxtlarını  görmüşdüm,  çox  edam  hökmlərinin  şahidi  ol-

muşdum,  amma  ömrümdə  bu  qədər  ağır  hal  keçirməmişdim; 

dedi,  mən  bilən,  Qacarlar  elə  əvvəlcədən  Şahımızın  taxta  çıx-

masını  sinirə  bilmirdilər,  bunu  təkcə  Uğulu  xan  Ziyadoğlu  açıq 

bildirdi,  digərləri  onu  yıxmaq  üçün  hər  yola  əl  atacaqlar.

508.  Mirzə  Mehdi  Şahzadənin  gözlərinə  mil  çəkilməsini  da-

nışanda  özünü  saxlaya  bilmədi,  hiss  elədim  ki,  ağlayır  (elə  mən 



də  səssiz-səmirsiz  ağlayırdım,  nursuz  gözlərimin  yaşı  yanağımı  isladır, 

saqqalıma  süzülürdü),  elə  ağlaya-ağlaya  dedi,  Şahımız  oğlunun 

gətirilməsini əmr elədi, özü də durub getmədi, cəlladın qorxudan 

özünü  itirmiş  halda,  amma  vərdişkar  səliqə-sahmanla  işini  necə 

gördüyünə  qəlbindən  qara  qanlar  axa-axa  baxdı;  Şahzadə  artıq 

taleyilə  barışmışdı,  yalvarıb-yaxarmırdı,  cəllad  hazırlıq  görənəcən 

də  gözlərini  taxtında  oturan  hökmdarın  daşa  dönmüş  üzündən 

çəkmədi,  təkcə  cəllad  surğuclu  iynəni  göz  damarına  batıranda 

içini  çəkib  susdu,  həmin  məqamda  gözlərində  itirdiyi  işıq  üzünə 

vurmuş  kimi,  sifəti  gözgörəti  nurlandı;  dedi,  əyan-əşrəf  qor-

xudan  alacalanmış  gözlərini  yerə  dikib  keçirdikləri  sarsıntıdan 

quru  ağaca  dönmüşdü,  Şahımız  duyğusuz  cəsəd  kimi  taxtından 

dikəlib çadırdan çıxanacan kimsə yerindən tərpənib həyat əlaməti 

göstərmədi, sonra Mirzə Zəkinin sinəsindən inilti qopdu, mən də 

hönkürməkdən  özümü  güclə  saxladım;  dedi,  üç  gün  Şahımızın 

mübarək  üzünü  kimsə  görmədi,  hətta  hərəmləri  belə  çadırına 

yaxın  düşə  bilmədilər,  amma  üçüncü  gün  geyinib-keçinib  taxtın-

da  oturdu,  əyan-əşrəfi  hüzuruna  çağırdı;  dedi,  Şahımız  əvvəlki 

əzəmətini  itirməsə  də,  qaraşın  sifətinin  rəngi  daha  da  boğulmuş-

du,  boz-kül  rənginə  çalırdı,  gözlərindən  daşan  qəzəb  adamı  alov 

kimi  qarsırdı;  dedi,  hüzurunda  itaətlə  boyun  bükənləri  bir-bir 

ağır  nəzərlərlə  süzüb  kədərli  səslə  dilləndi  ki,  sizin  aranızda  bir 

nəfər  də  olsun,  mömin,  nəcib  adam  yoxdu,  olsaydı,  o  zavallı-

nın  xeyrinə  saqqal  tərpədib,  bircə  kəlmə  söz  deyərdiniz;  dedi, 

qəzəbim  yatanda  əmr  eləyəcəyəm,  üç-dördünüzü  assınlar,  amma 

bununla  dərdim  azalmayacaq,  öz  əlimlə  özümə  vurduğum  yara 

ömürlük  qalacaq,  indisə  rədd  olun,  gözüm  sizi  görməsin;  dedi, 

o  məqamda  ölüb-itməyi  hər  şeydən  üstün  tutardım,  amma  bu 



516

da  qismət  olmadı,  büzüşüb  balacalaşdım,  çadırıma  çəkilib  ağla-

madan  başqa  bir  çarə  tapa  bilmədim,  bu  da  məni  lap  əlacsızlıq 

girdabına  yuvarlatdı.

509.  Mirzə  Mehdinin  danışdığına  görə,  sonra  Şahımız  ayrıca 

çadırda  saxlanan  oğluna  baş  çəkib,  nə  qədər  qəzəbli  olsa  da, 

Şahzadənin  pərişan  halından  qəlbi  qan  ağlayıb;  dedi,  Şahımız 

guşənişin  olduğu  üç  gündə  böyük  bir  günah  işlətdiyini,  gizli 

düşmənlərinin  ustalıqla  qurduqları  tora  düşdüyünü,  içini  qurd 

kimi  gəmirən  şübhəsinin,  kor  qəzəbinin  qurbanı  olduğunu  anla-

yıbmış,  amma  təskinliyi  bircə  şeydə  tapırmış:  yəqin  ki,  bundan 

sonra  o  düşmənləri  taxt-taca  qarşı  çıxanları,  oğlu  da  olsa  belə, 

bağışlamayacağını  dərk  eləmişdilər;  dedi,  bütün  bunları  Şahzadə 

də  anlayıbmış,  ata-oğul  qucaqlaşıb  xeyli  ağlaşıblar,  Şahzadə  ata-

sının  keçirdiyi  duyğulardan  kövrəlib,  deyib,  sən  məni  dünya 

işığına həsrət qoysan da, unutma, bununla, əslində, öz gözlərinin 

işığını  itirmisən,  üstəlik,  öz  həyatını  alt-üst  eləmisən;  dedi,  Şa-

hımız  bu  acı  həqiqət  müqabilində  deməyə  söz  tapmayıb,  durub 

qəddi  əyilmiş  halda  çadırdan  çıxıb;  dedi,  Şahzadə  bir  müddət 

qalıb  az-çox  toxtayandan  sonra  Şahımız  oğlunu  bir  dəstəylə 

Məşhədə  yola  saldı,  o  vaxtdan  da  ruhi  vəziyyəti  düzəlməyib, 

bəlkə  elə  dağlıların  basqınlarından,  ərzaq  və  at  çatışmazlığından, 

qışın  zillətindən  çox  o  «İran-i  Xarab»dan  uzaqlaşmaq  məqsədilə 

Xəlifənin  inadını  əldə  dəstəvuz  eləyib,  güneyə  doğru  yola  çıx-

maq  qərarına  gəlib;  dedi,  amma  Şahımız  verdiyi  vədi  unutma-

yıb,  oğlu  barədə  hökm  çıxaranda  ağzına  su  alıb  susanların  bir 

neçəsini  asdırıb,  amma  bu  da  onun  qəlbini  qaplayan  tənhalıq 

kədərini  dağıda  bilməyib,  əksinə,  hökmdarımızı  daha  dərin  gir-

daba  yuvarlayıb  ki,  o  girdabdan  da  çətin  ki,  ömrünün  axırınacan 

çıxa  bilsin.  Əlbəttə,  Mirzə  Mehdi  bütün  bunları  danışsa  da,  son 

qənaətini  dilinə  gətirmədi,  bunu  sözsüz-sovsuz  beynimizdən  ke-

çirdik,  bircə  onu  dedi  ki,  həkimbaşı  Ələvi  xan  Şahımızın  yanın-

da  olsaydı,  bəlkə  də  bütün  bunlar  baş  verməzdi,  o  hökmdarın 

qəzəbini  yatırtmaq  üçün  əlac  tapırdı.  Amma  ümumiyyətlə,  bu 

işıqlı dünyada taledən, qismətdən qaçan olubmu – bunu dilimizə 

gətirməsək  də  olub-keçənləri  qəbul  elədik…

510.  Mirzə  Mehdi  Təhmuras  Mirzədən  də  danışdı,  dedi,  Şa-

hımızın  vəkil  çini  verdiyi  Givi  Amilaxvari  Şahımıza  qarşı  çıx-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə