Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə175/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

538

boşaldı.  Əlbəttə,  Ərdəbilə,  lap  elə  Təbrizə  qayıtmaqdan  söhbət 

belə  gedə  bilməzdi,  qismətimdə  Tiflisi  bir  daha  görmək  yoxdusa, 

elə  yurduma  yaxın  bir  yerdə  –  Şəkidəcə  dünyayla  vidalaşmaq 

daha  məntiqli  olardı.  Ağır  günahların  sahibi  olmamışdım,  yəqin, 

məni  Haqq  evinə  yola  salmaq  üçün  bir-iki  mərhəmətli  Allah 

bəndəsi tapılar, qəbrim üçün bir parça torpağı da əsirgəməzdilər. 

529.  Mirzə  Hüseynin  naməsisə  daha  çox  məmləkətdə  olub-

keçənlər barədəydi. Əvvəl yazırdı ki, Məhəmməd Kazımla Pərixan 

xatunun  ulduzları  barışıb,  Şahımızın  kefinin  kök  vaxtında  Mirzə 

Mehdi  məsələni  açıb,  Qibleyi-Aləm  də  bu  izdivaca  xeyir-dua 

verib, sonra Məhəmməd Kazım Behbud xanın qoşunuyla Türküs-

tan  səfərinə  çıxıb;  yazırdı,  Şahımız  Yegen  Mehmet  Paşanı  sınıq 

salandan sonra Xorasana gedəndə yolüstü Təbrizdə və Marağada 

qalıb  dincəldi,  ətraf  vilayətlərin  hakimlərini  hüzuruna  çağırıb 

haqq-hesab  istədi,  ardınca  Həmədandan  və  Fərəhandan  keçib  İs-

fahana  getdi,  orda  da  hakimləri  divana  çəkdi,  nəhayət,  Məşhədə 

yollanıb  dövlət  işlərilə  məşğul  oldu;  yazırdı,  Şahımız  Xorasanın 

vəziri  Mirzə  Məhəmmədəli  İsfahanini,  bir  də  öz  adamı  Baba 

Kərimini  yüz  nəfər  fırıldaqçıyla  edam  elətdirdi  ki,  bir  də  kimsə 

xəzinəyə  əl  uzatmasın;  yazırdı,  Şahımız  Novruzu  Məşhəddə  ke-

çirdi,  sərdarlara,  sərəskərlərə,  minbaşılara,  yüzbaşılara  on  iki 

min  dəst  xələt,  on  iki  min  tümən  əşrəfi  payladı,  sonra  Kelat, 

Əbivərd,  Dərəggəzdə  olub  İraqa  yola  düşdü  ki,  Məhəmmədəli 

xan  Qırxlunun  özbaşınalığına  son  qoysun;  yazırdı  ki,  Şahımız 

Məhəmmədəli  xanın  dəstəsini  dağıdıb,  özünüsə  tutub  gözlərini 

çıxarandan  sonra  Sistanda  Fətəli  xan  Sistaninin  baş  qaldırmasın-

dan  xəbər  tutdu,  bu  səbəbdən  Osmanlılarla  barışığa  gedib  yö-

nünü  Sistana  doğru  çevirdi,  Məhəmmədrza  xan  Qırxlunun  əlilə 

Fətəli  xanı  tutdurub  dünya  işığına  həsrət  qoydu;  yazırdı,  sistan-

lılar  bununla  təslim  olmadılar,  Şahımız  da  Xacə  dağındakı  qalanı 

tutmağa bu dəfə Əliqulu xanı göndərdi; yazırdı ki, Şahımız hətta 

doğmalarının  üzərinə  belə,  ağlagəlməz  məbləğdə  vergi  qoyub, 

İbrahim  xanın  bütün  əmlakını  müsadirə  elədi,  üstəlik,  Əliqulu 

xanın  Sistanda  bir  nəticəyə  nail  olmaması  Şahımızda  qardaşı 

oğluna  qarşı  şübhə  oyandırdı,  İbrahim  xanın  başına  gələnləri 

eşidən  Əliqulu  xan  da  daha  Şahımıza  iradət  eləməmək  fikrinə 

düşdü, bu tərəfdən də təzədən Sistana göndərilən Məhəmmədrza 




539

xan  Qırxlu  itaətdən  boyun  qaçırdı;  yazırdı,  Şahımız  Əliqulu  xa-

nın  üzərinə  yüz  min  tümən  vergi  qoydu,  həm  də  Əfqanıstan  və 

Hindistan  Hakimi  Təhmasib  xan  Cəlayiri  Əliqulu  xanın  yanına 

göndərdi  ki,  onu  itaətsizlik  fikrindən  daşındırsın,  yola  gəlməsə, 

boynunu  vursun.  Mirzə  Hüseynin  yazdığı  bu  sözləri  eşidəndə 

tüküm  yenə  ürpəşdi:  bu  qədər  kənar  düşmənləri  olduğu  bir 

vaxtda Şahımızın doğmaca qardaşı oğlunu özünə qarşı qaldrması 

yeni  faciədən  xəbər  verirdi;

  530.  Mirzə  Hüseyn  özü  barədə  ancaq  sağ-salamat  olduğunu 

yazmışdı, görünür, həyatında xüsusi bir dəyişiklik yoxdu, günləri 

yenə buyrultular yazmaqla keçir. Amma onun Şahımız barədə yaz-

dıqları  tüklərimi  ürpətdi,  hiss  elədim  ki,  Əfşarlar  xanədanını  qu-

ran kəs qurdlar əhatəsinə düşmüş aslan kimi çarpışır, məmləkətin 

bütövlüyünü  saxlamaq,  özünü  qorumaq  üçün  bütün  yollara  əl 

atır.  Şahımız  ta  yeniyetməliyindən,  türkmənlərin  əsirliyindən  qa-

çıb  qurtarandan  sonra  dəfələrlə  ölümlə  üz-üzə  gəlmişdi,  amma, 

elə  bil,  Allah  onu  saxlayır,  ağlasığmaz  təhlükələrdən  çıxarır, 

məğlubiyyətlərdən  sındırmır,  qələbələrə,  taxt-taca  doğru  aparır-

dı.  Bəs  onun  bu  qədər  satqınlıqlar,  xəyanətlər,  itaətsizliklərlə 

üzləşməsinin  səbəbi  nəydi?  Təkcə  hökmündən  çıxanlara  qarşı 

amansızlığıydımı?  Əlbəttə  yox,  buna  inanmırdım.  Axı,  doğmaca 

qardaşı  oğlunun  itaətsizlik  yolu  tutması  nədən  qaynaqlanırdı? 

Cavanca  yaşında  öz  övladlarından  ayırmamışdı,  o  boyda  hökm 

yiyəsi  eləyib,  ixtiyarına  qoşun  vermişdi.  Şübhəsiz,  iştah  diş  al-

tındadı.  Xorasan  boyda  vilayətdə  hökm-fərma  olan  Əliqulu  xan 

daha  irəli  gedib  taxt-taca  göz  tikəcəkdi.  Bəs  Məhəmmədəli  xan 

Qırxlu,  bəs  Fətəli  xan  Sistani,  Tağı  xan  Şirazi,  neçə-neçə  belələri 

Şahımızın  sayəsində  məqama  çatmamışdılarmı?  Mirzə  Hüseynin 

naməsindən,  azı,  altı  ay  sonra  könül  dostunun  şübhəsi,  üstəlik, 

əlli  min  tümən  vergisilə  üzləşən  Təhmasib  xan  Cəlayirin  Əliqulu 

xanla  birləşdiyi,  Şahımızın  onu  da  edam  eləmək  üçün  fərman 

verdiyi  barədə  şayiələr  yayıldı.  Karvansarada  əylənən  yolçular-

dan  Kərbəlayı  Mahmudun  öyrənib  mənə  çatdırdığına  görə,  Şahı-

mızın  qardaşı  oğlunu  itaətlə  gətirmək  cəhdləri  boşa  çıxıb,  cəmi 

Xorasanın  Əliqulu  xanın  tərəfinə  keçdiyini,  həlqənin  get-gedə 

daraldığını  hiss  eləyən  Şahımız  törəmələrinin  hamısını  Kəlata 

göndərib,  sonra  əvvəl  Xəbuşan  kürdlərini,  sonra  da  nankor  qar-




540

daşı oğlunu itaətə gətirmək üçün yola çıxıb. Yazırdı, Şahımız Ke-

lat  qalasının  girişindəki  iri  qaya  üzərində  öz  doğma  türkcəsində 

Gülbun Əfşarın bir şerini yazdırıb, Şəh-i cəm hişmət-i Dara dərayət, 



Nadir-i  dövran,  /Ki  təxt-i  dövlət-i  Cəmşid’ə  varisdir  cahan  üzrə... 

beytilə  başlayan  şeir  onun  talenaməsinə  oxşayır...

531.  Hicri  1160-cı,  miladi  1747-ci  ilin  yayını  ölüm  duyğusu 

içində  keçirdim,  qəlbim  qan  ağlaya-ağlaya  gözlədiyim  xəbərsə  o 

ilin  ilk  payız  günlərinin  birində  yetişdi.  Hardansa  Hacı  Çələbi 

xanın  yanına  çapar  gəlib  Şahımızın  öldürülməsi  barədə  xəbər 

gətirmişdi,  şəhərdə  bir  şadyanalıq  başlamışdı  ki,  gəl  görəsən.  Bir 

neçə  dəfə  top  atıldı,  tüfəng  səsləri  gəldi,  bağırtı-çığırtı  karvansa-

ra  həyətində  də  eşidildi;  dedilər,  onsuz  da  Novruz  günlərindən 

Məlik  Cəfəri  qovub  özünü  mahalın  hakimi  elan  eləmiş  Hacı 

Çələbi  xan  artıq  Şəki  xanıdı,  bundan  sonra  Əcəm  şahlarına 

tabe  olmayacaq.  Şahımızın  qətlinin  təfərrüatınısa  bir  ay  sonra 

Təbrizdən  gələn  bir  dərvişdən  eşitdik.  Söylədiyinə  görə,  Şahımız 

Fərəhabadda düşərgə salanda yuxusunda neçə illər əvvəl gördüyü 

vaqeəni  bir  də  görüb,  bu  dəfə  bir  nurani  qoca  onu  on  iki  şəxsin 

hüzuruna  aparıb,  belinə  qılınc  bağlayan  pirani  deyib,  qılıncı  bu 

qabiliyyətsizin  belindən  açın,  Şahımız  nə  qədər  çalışsa  da  qılıncı 

açırlar;  deyirdi,  Şah  çox  narahatmış,  amma  onu  sakitləşdiriblər 

ki,  kimsə  Allahın  kölgəsinə  əl  qaldıra  bilməz,  amma  hökm-

dar  təhlükənin  lap  yaxında  olduğunu  duyurmuş,  daha  çox  da 

öz  həmtayfası,  keşikçilər  dəstəsinin  başçısı  Məhəmmədqulu  xan 

Əfşardan  şübhələnirmiş,  sən  demə,  o  da  Musa  bəy  Əfşar,  Qoca 

bəy Qoyunlu, Məhəmməd xan Qacar Rəvani, Saleh xan Qırxluyla 

dil  tapıbmış,  bu  fikrə  düşənlərin  sayı  yetmiş  nəfərə  yaxınmış; 

Şahımız  Cuki  xanımın  yanında  olan  gecə  çadırına  soxulublar, 

hökmdar  onları  görəndə  duyuq  düşüb  dəli  nərə  çəkib,  toppu-

zunu  axtarmağa  başlayıb,  amma  Məhəmmədqulu  xanla  Saleh 

xan  özlərinə  gəlib  ona  hücum  eləyiblər,  Saleh  xan  ayağı  çadırın 

kəndirinə  ilişib  yıxılan  Şahımızın  bir  qolunu  kəsib,  Məhəmməd 

xan  Qacarsa  hökmdarın  başını  bədənindən  ayırıb;  deyirdi,  Şahın 

başını  Heratda  xəbər  gözləyən  Əliqulu  xana  göndəriblər;  deyir-

di,  bütün  bunlar  baş  verəndə  Şahın  xəbərçisi  Mailin  oğlu  Lazar 

Məlik  Apoyla  özlərini  Kelatdakı  xəzinəyə  çatdırıblar,  hərəsi  bir 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə