Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə178/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

550

bütün  xərclərin  Mirzə  Yusif  Tiflisinin  hesabına  ödənəcək;  həmin 

adam bunu da əlavə elədi ki, şeirlərindən əlinə keçəni var, bəyənib, 

şeriyyətinizi da mükəmməl sayır. Bütün bunlar, doğrudan da, nağı-

la oxşayırdı. Fikirləşdim, yəqin Allah günahımı bağışlayıb, qapısını 

bir az aralayıb, o qapını örtmək ağılsızlıq əlaməti olardı, onsuz da 

itirməli bir şeyim yox idi, getsəydim, həyatımda nəsə dəyişərdi.

Gələn adam – demişdi, məni Şəkidə Göynüklü Xanoğlan kimi 

tanıyırlar – məndən cavab gözləyirdi, xeyli susduğumu görüb na-

rahat  olmağa  başladı.  Qəfildən  içimdə  nəsə  çaxdı,  ayağa  sıçrayıb, 

dedim,  gedirəm,  amma  izin  ver,  bir-iki  nəfərə  deyiləsi  sözümü 

çatdırıb  elə  yola  düşək.  Etiraz  eləmədi,  mən  də  komadan  çıxdım, 

çay  səmtində  oynayan  uşaqlardan  birini  salçı  Səmidin,  o  birini 

şagirdlərimin  birinin  atasının  dalınca  göndərdim,  gözlədiklərim 

gəlib çıxanacan da neçə illər qabaq Şamaxıdan gətirdiyim heybəyə 

kitablarımı, yazı dəstimi, olub-qalan yavanlığımı qoydum. 

Əvvəl  şagirdlərimdən  birinin  atası  gəldi,  dedim,  bu  vaxtacan 

tikənizi mənimlə böldüyünüzə görə sağ olun, mən gedəsi oldum, 

qismət olsa, bir neçə aydan sonra qayıdıb dərsimə davam elərəm, ol-

masa, haqqınızı halal eləyin; ardınca Səmid özünü yetirdi, başıma 

gələni ona da çatdırdım, gedişimə çox pərişan oldu, amma xeyirli 

səfər  olduğuna  da  sevindi.  Elə  komaları  da  onlara  tapşırıb  halal-

hümmət elədim. 

Gələn  adam  əvvəlcə  məni  hamama  apardı,  kir-pasağımı 

tökənəcən  bir  dəst  paltar  alıb  gətirdi,  sonra  axtarıb  at  aldıq,  bu 

müddətdə hava qaraldığından elə bazarın yaxınlığındakı karvansa-

radaca gecələyib səhər obaşdan yola çıxmağı razılaşdırdıq. O gecəni 

ilan vuran yatdı, mən yatmadım, karvansara hücrəsindəki dünya-

nın yarısını dolaşmış adam yuxuma girdi, məndən yardım istədi, 

mən də cavab verməmiş qan-tər içində oyandım, beynimdən keçdi 

ki, bu da Allahın işidi ki, birinin cismən korluğu, o birinin mənən 

korluqdan qurtulmasında vasitəçi rolu oynayır. O qamış komada 

get-gedə  içimin  işığı  azalırdı,  bir  vaxt  ora  zülmət  çökəcəyindən 

qorxurdum.  Taleyin  gətirib,  Şəki  karvansarasındakı  hücrəsinə 

məhkum elədiyi o şəxs Simurq quşu kimi məni qurtarır, könlümə 

elə bil təzədən işıq dolmağa başlayırdı. 

Şübhəsiz,  o  şəxs  də  ömrünün  Şəkidə  başa  çatacağını 

düşünməmişdi,  elə  mən  özüm  də  həyatımın  harada  qırılacağını 

bilmirəm – bu tale məsələsidi…



551

II

KARVANSARA  HƏYƏTİNDƏ



  QƏRİB  MƏZAR

Cahan  bağında,  ey  arif,  budur məqbul  insi-çin,

Nə  kimsə  səndən  incisin,  nə  sən  bir  kimsədən  incin.

Naməlum  şairdən

Hicri 1161-ci, miladi 1748-ci ilin son payız günlərindən birində 

Şəkinin Aşağı karvansaranın hücrəsində, otuzluq çırağın işığında 

Mirzə  Yusif  Tiflisini  görüb  açılmamış  xəzinəyə  bənzətdim.  Orta 

boydan bir qədər hündür, arğaz, nurani sifətli, sıx ağ saqqallı ki-

şiydi, durğun gözlərində belə adamda mərhəmət, hörmət doğuran 

nəsə vardı. Elə bil gələcəyimi bilirmiş, üstəlik, məni nəfəsimdən ta-

nıdı, hücrənin qapısı açılanda səsi uçuna-uçuna «Gəldinmi» dedi, 

duydum ki, bunu arxamca göndərilmiş göynüklü Xanoğlana yox, 

mənə  söyləyir;  iki  əlini  də  irəli  uzatmışdı,  dərviş  təskülahına  ox-

şayan  papağından  tutmuş  ta  nəleyinlərinəcən  titrəyirdi,  görünür, 

bu  da  boğa  bilmədiyi  həyəcanındandı.  Məni  içəri  gətirən  cavan 

Kərim  yaxınlaşıb  «Gəldi,  ağam,  –  dedi,  –  axtardığın  adam  gəlib 

çıxdı», sonra onun əlini mənim əlimlə qovuşdurdu. Mirzə Yusifin 

nursuz gözlərində iki damcı yaş göründü, «Şükür mərhəmətinə, Ya 

Rəbbim, – pıçıldadı, mənə bu işi bitirənəcən möhlət ver». 

Bu müddət ərzində ilk dəfə dilləndim, Kərimin təbirincə «Ağam, 

–  dedim,  –  inşallah,  hər  şey  könlünüz  istəyən  kimi  olar».  Kərim 

Mirzə Yusifi buxarıya yaxın yerdə, mindərin üstündə oturtdu, son-

ra mənə yer göstərdi, başmaqlarımı çıxarıb Mirzə Yusiflə üzbəüz 

oturdum. Məndən yolu necə gəldiyimizi soruşdu, “Cəmi-cümlətanı 

bir kərə yağışa düşdük, – dedim, – qalanı elə də çətin olmadı”. Sonra 

üzünü Kərimə tutdu, “Mirzə Nişata yolu göstər, – dilləndi, – yu-

yunsun, rahatlansın, bir tikə çörək yeyək, sonra söhbətimizi elərik”. 

Yemək  yeyəndə,  demək  olar,  danışmadıq,  sonra  Kərim  şərbət 

gətirdi, bu vaxt Kərbəlayı Mahmud da təşrif buyurdu, məlum oldu 




552

ki,  əşarımdan  məni  əməlli-başlı  tanıyırlar,  hətta  «Gövhəri  mə`ni 



idin,  ab  ilə  rəngin  yox  idi»  misrasıyla  başlayan  məsnəvimdən  belə 

xəbərdardılar, bu da, görünür, Ağa Məsihin xidmətiydi. Mirzə Yu-

sif şeriyyətimi bəyəndiyini söylədi, bundan da çox sıxıldım: onun 

təki  aləmin,  az  qala,  yarısını  görmüş,  böyük  söz  xiridarlarıyla 

ünsiyyətdə  olmuş  bir  kəsin  mənim  yazdıqlarımı  tərifləməsi  ağla-

sığmaz xoşbəxtlik idi. O gecə söhbətimiz uzun çəkdi, dünyanın hər 

üzündən danışdıq, sonra səhər işə başlamaq qərarıyla yatmağa yol-

landım.


Kərbəlayı Mahmud mənə mümkün qədər rahat hücrə ayırmışdı. 

İlahi, Şamaxını tərk eləyəndən (yazmışdım: Şamaxı torpağından ta ki, 



mən qət olmuşam key tək, /Qəmişdən ev tikib Salyan mülkin tutmuşam 

məva) sonra ilk dəfəydi, rahat hücrədə, təmiz yorğan-döşəkdə, bu-

xarının adamı xoşhallandıran istisində yatırdım. Taxçada otuzluq 

çıraq yanırdı, üstəlik, karvansara sahibi hücrəmə yazı-pozu üçün 

alçaq miz də qoydurmuşdu. Bütün bunlar, az qala, otuzillik mis-

kin həyatımdan sonra mənə nağıl kimi gəlirdi. Əynimdə təzə, təmiz 

paltar vardı, əlim pul görəcəkdi (əgər bir tümən belə verməsəydilər belə, 



səsimi çıxarmazdım, bu rahatlığın içində bir neçə ay yaşamağın özünü də 

qənimət  sayırdım),  yəqin,  bundan  sonra  Salyana,  o  qamış  komaya 

qayıtmayacaqdım,  elə  bu  karvansarada  qalıb  muzdla  ərzi-hallar, 

namələr yazıb, şeirlərin üzünü köçürüb birtəhər yaşayaram, axırı 

da Allah bilən məsləhətdi. 

Mirzə Yusif Ərdəbildə kimdən dərs aldığımı soruşmuşdu, Mirzə 

Əbdülxalıq Ərdəbilinin adını çəkmişdim, razılıqla başını tərpədib 

demişdi,  “Könül  dostum  Mirzə  Kəmaləddin  ondan  xoş  sözlər 

söyləyirdi,”  sonra  vaqif  olduğum  xətləri  soruşmuşdu,  “Çoxuna 

bələdəm, – demişdim, – amma nəstəliq və şikəstə məndə daha yaxşı 

alınır.”  Qərarlaşdırmışdıq  ki,  söylədiklərini  şikəstə  xəttilə  yazım. 

Ömrümdə görmədiyim bahalı yazı dəsti məni Mirzə Yusifin otağın-

dakı balaca mizin üstündə gözləyirdi. Salyandakı qamış komamda 

Ağa  Məsihin  göndərdiyi  kağızla  mürəkkəb  bitəndə  dəliyə  dönür-

düm,  az  qalırdım,  ağlıma  gələn  beytləri,  bənzətmələri,  təşbehləri 

həsirin  üstünə  yazım.  Beləcə  nə  qədər  qəzəl,  qəsidə,  müxəmməs, 

məsnəvi  itirdiyimi  söyləmək  çətindi.  Allahın  səxavətindən  Mirzə 

Yusifin kağız-mürəkkəbi tükənməz, izin istəyib öz yaddaşımdakıla-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə