Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə174/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   171   172   173   174   175   176   177   178   179

535

XX

SONUN  BAŞLANĞICI



Aləmin  məmurəsin  hər  gündə  bir sultan  tutur,

  Nikibəxt  ol  kəs  ki,  ol  məmurəni viran  tutur.

Arif  ŞİRVANİ

(XVIII  yüzil)

526.  Mirzə  Mehdinin  niyə  məni  axtarıb-aramadığından  bir 

neçə  ay  sonra  Təbrizdən  gəlib  Tiflisə  gedən  təsadüfi  yolçu-

dan  xəbər  tutdum:  sən  demə,  Şahımız  onu  İstanbul  sarayına 

göndərdiyi  heyətə  daxil  eləyibmiş.  Düzü,  buna  təəccübləndim, 

fikirləşdim,  görən,  hansı  zərurət  yaranıbmış  ki,  Şahımız  öz  ta-

rixçisini  Sultanın  sarayına  göndərməli  olub.  Ağlıma  gəldi,  yəqin, 

yenə  məzhəb  məsələsilə  bağlıdı,  Mirzə  Mehdi  gedib  ki,  tarix 

boyu  məzhəb  birliyinin  mövcudluğundan,  faydasından  və  ila-

xır  məsələlərdən  oxuyub-bildiklərini  Osmanlılara  danışsın,  Xəlifə 

Sultan  Mahmudu  inandırsın,  amma  belə  tez  dönmədiyindən  gö-

rünürdü,  daş  qayaya  rast  gəlib.  Mən  bilən,  Xəlifə  Sultanı  inad 

göstərməyə  vadar  eləyən  Şahımızın  qorxusuydu:  çox  güman  ki, 

məzhəb  birliyindən  sonra  Allahın  kölgəsinin  təkcə  Bursaya  yox, 

İstanbula,  hətta  Ədirnəyəcən  gedib  çıxacağından,  onu  həm  Sul-

tan  taxtından,  həm  Xəlifə  məqamından  endirəcəyindən  ehtiyat 

eləyir.  Şahımızın  beynində  bu  cür  fikir,  istək,  niyyət  vardımı, 

bunu  bilmirəm,  amma  Ağ  Banuyla  evlənib,  dünyanın  yarısına 

yiyələnəcəyi  barədə  ortada  gəzən  şayiələri  yox,  Mirzə  Mehdi-

nin  şəxsən  söylədiklərini  eşitmişdim.  Şahımız  Gündoğanda  o 

böyüklükdə  Hindistanı  diz  çökdürmüşdüsə,  Günbatanda  heç  də 

onlar  kiçik  olmayan  Osmanlı  məmləkətinə  yiyələnməyi,  yəqin 

ki,  istəyirmiş.  Əcəm  məmləkətini  bürüyən  qiyamlarda  Osman-

lı  izlərinin  bir-bir  üzə  çıxması  da  Sultanın  buna  qarşı  ehtiyat 

tədbirləri  görməsindən  xəbər  verirdi.  Elə  Şahımızın  dağlılarla 

haqq-hesabını  yarımçıq  qoyub  üzünü  güneyə  çevirməsi,  Yegen 




536

Mehmet  Paşayla  döyüşə  girməsi  Osmanlılarla  çəkişməyə  son 

qoymaq  istəyilə  bağlı  ola  bilərdi.  Amma  Şahımızın  kürəyinə 

saplanan  xəyanət  xəncərləri  onu  göz  açmağa  qoymurdu,  elə  hey 

xəbər  gəlirdi  ki,  filan  vilayətin  xanı  baş  qaldırıb,  şah  olmaq 

iddiasına  düşüb.  Öz-özlüyümdə  Hacı  Çələbi  xanın  əməllərinə 

haqq  qazandırmırdım,  Məlik  Nəcəfə  qarşı  elədiklərində  haqlıy-

dı,  amma  qalaya  çəkilib  Şahımıza  dirsək  göstərmək  müdriklik 

əlaməti  deyildi,  Şəki  mahalı  təzədən  dağlıların,  gürcülərin,  hətta 

rusların  qapazı  altına  düşə  bilərdi.

527.  Az  qala,  iki  illik  sərgərdanlıqdan  sonra  camaat  öz  yur-

duna-ocağına  qayıtdı.  Amma  talanmış  yurdlar,  yandırılmış  evlər, 

əkilməmiş  torpaqlar,  becərilməmiş  bağlar  ürəkləri  göynədirdi, 

bahalıq,  qıtlıq,  səfalət  hamıya  qan  ağladırdı.  Kərbəlayı  Mah-

mud  deyirdi,  az  qala,  şəhərin  yarısı  yanıb,  camaat  meşələrdən, 

çöllərdən  tapdıqları  yeməli  ot-əncərlə  birtəhər  sağ  qalmağa,  əkib-

səpməyə  çalışır;  deyirdi,  Hacı  Çələbi  xan  var-yoxunu  ortaya  qo-

yub,  ətraf  vilayətlərə  dəstələr  göndərib  ki,  un,  dən,  yavanlıq, 

mal-heyvan,  at,  qatır  alsınlar,  Məlik  Cəfəri  də  məcbur  eləyib 

ki,  bu  halda  vergilərin  alınmaması  üçün  Şahımıza  xahişnamə 

göndərsin.  Kərbəlayı  Mahmud  əlaqələri  sayəsində  ordan-bur-

dan  yeməli  nəsə  tapır,  məni  ac  qoymurdu.  Əslində,  o  qədər 

yemək  ehtiyacım  yox  idi,  bir  parça  çörək,  bir  tikə  pendir,  yaxud, 

arpa  ununun  horrası  aclığımı  söndürməyə  bəs  eləyirdi.  Dünya-

nın  hər  üzünü  görmüşdüm,  kasıb  süfrəsindən  şah  süfrəsinəcən 

cürbəcür  süfrələrdə  əyləşmişdim,  həmişə  yemək  məndən  ötrü 

yalnız  salamat  qalmaq  vasitəsi  olmuşdu,  indisə  heç  anlamı  yox 

idi.  Fikrim-zikrim  bu  dünyayla  haqq-hesabımı  üzməmiş  bir  sa-

vadlı,  dərrakəli,  insaflı  Allah  bəndəsi  tapıb,  yaddaşımdakıları 

kağıza  köçürməkdi.  Kərbəlayı  Mahmud  deyirdi,  bir  az  səbir  elə, 

qoy  camaat  özünə  gəlsin,  ara  sakitləşsin,  bir  kəs  tapıb  Şirvana 

göndərərəm,  Mirzə  Nişatı  tapıb  gətirər,  onun  savadını,  mərifətini 

çox  tərifləyirlər;  sonra  Kərbəlayı  Mahmud  yaddaşından  onun  bir 

qəzəlini  söyləmişdi,  görmüşdüm  ki,  bunu  yazan  kəs,  doğrudan 

da,  irfan  əhlinə  oxşayır,  ona  görə  də,  arxayınlaşıb  əmin-amanlıq 

olmasını gözləməyə başlamışdım. Günlər bir-birinin ardınca ötür, 

öz  içimin  öləziməkdə  olan  işığına  qısılıb  qulağım  səsdə,  könlüm 

intizarda gözləyirdim. Artıq karvansarada yolçular da əylənməyə 




537

başlamışdılar,  Tiflisdən  Bakıya,  Bərdəyə,  Ərdəbilə,  Təbrizə, 

Qəzvinə,  hətta  İsfahana  və  Məşhədə  gedənlər  bir  gecəliyə  də 

olsa,  qalır,  yollarına  davam  eləyirdilər.  Hələ  üzübəri  gələn  yox 

idi,  amma  hələ  də  ümidimi  itirməyib  Mirzə  Kəmaləddindən, 

Mirzə  Hüseyndən,  Məhəmməd  Kazımdan  (Mirzə  Mehdi  artıq 



uzaqdaydı)  nagahan  xəbərlər  gözləyirdim.

528.  Hər  halda,  dünyada  möcüzələr  baş  verir.  Camaat 

«Gələrsən-görərsən»  qalasından  enən  ilin  payızında  Təbrizdən 

Tiflisə  gedən  bir  çapar  mənə  iki  namə  gətirdi.  Namələrin  biri 

Mirzə Hüseyndən, o biri Mirzə Kəmaləddindəndi, görünür, vəfalı 

Qütbəddinin  qeyrəti  sayəsində  gəlib  çatmışdı,  bunu  çaparın 

söylədiklərindən  anladım.  Çapar  özü  oxumaq  bilmirdi,  Kərbəlayı 

Mahmud  da  münasib  adam  tapanacan  üç  gün  keçdi,  o  üç  gündə 

də  onsuz  da  çoxdan  perik  düşmüş  yuxum  lap  ərşə  çəkildi.  Axır 

ki,  bir  gecə  Hacı  Çələbi  xanın  dəftərdarını  gətirdi.  Dəftərdar  şam 

işığında  əvvəlcə  Mirzə  Kəmaləddinin  naməsini  oxudu.  Yazırdı, 

bu  ölüm-itim  dünyasında  naməsinin  mənə  çatıb-çatmayacağını 

bilmir,  amma  Allahın  mərhəmətinə  sığınıb  arzusunun  çin  ola-

cağına  inanır;  yazırdı,  vəfalı  Qütbəddinin  söylədiklərindən  qəlbi 

dağ-dağ  olub,  amma  taleyin,  qismətin  qaçılmaz  olduğunu  da 

başa  düşür;  yazırdı,  görüşmədiyimiz  illər  ərzində  məmləkətdə 

olub-keçənlərdən  yəqin  ki,  xəbərim  var,  bu  səbəbdən  olub-

keçənlərə  toxunmur;  yazırdı,  Qütbəddini  sənin  oğlun  kimi  qəbul 

elədim,  bir  həftə  də  qonağım  oldu,  o  bir  həftədə  sənin  iyini  on-

dan  aldım;  yazırdı,  oğlanın  mərifətini,  qanacağını,  tərbiyəsini  çox 

bəyəndim,  az  qala,  doğmalaşdıq,  sonra  onu  Təbrizə  yola  saldım; 

yazırdı,  qismət  beləymiş,  altı  ay  keçəndən  Qütbəddinin  uzaq  bir 

qohumu  qapımı  döydü,  Allahın  rizası,  Peyğəmbərimizin  şəriətilə 

qızım Sonaxanımı Qütbəddinə istədi, mən də çıxan qismətə qarşı 

getməyib  razılığımı  verdim,  elə  o  payız  da  gözümün  nurunu 

Təbrizə gəlin köçürdük – bu da sənin mənə qardaş bəxşişin oldu; 

yazırdı,  məndən  ötrü  çox  darıxır,  bəlkə  gələn  karvanların  birinə 

qoşulub  Ərdəbilə  qayıdım,  ömrümün  qalan  günlərini  də  onun 

yanında  başa  vurum;  yazırdı,  Təbrizdən  ötrü  çox  qəribsəyib, 

axır  vaxtlar  hətta,  ata-baba  yurduna  qayıdıb  ömrünü  orda  başa 

vurmaq  barədə  fikirləşir.  Könül  dostumun  bu  iltifatından  çox 

təsirləndim,  dünyanın  zülməti  enmiş  gözlərim  dönə-dönə  dolub-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə