Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə163/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   159   160   161   162   163   164   165   166   ...   179

501

dua  elə,  nə  günahım  vardısa,  dualarım  gedib  Allaha  çatmadı, 

görünür,  belə  məsləhətmiş,  olacağa  çarə  yoxdu,  mən  Mirzə  Yusif 

Tiflisi  yollarda  ölməliyəmmiş…

495.  Beləcə  zülmət  günlərim  başladı.  Daha  səhərin  açılmağını, 

axşamın  düşməyini,  gün  çıxmağını,  yağış  yağmağını  görmür-

düm,  ancaq  duyurdum.  Amma  bu  da  Allahın  hikmətiydi,  zahiri 

aləmin  zülməti  çoxaldıqca  içimin  işığı  artırdı,  olub-keçənləri,  ta-

nıdığım  üzləri  daha  aydın  xatırlayır,  eşitdiyim  səslərdən  adam-

ları  və  hadisələri,  xəyalımda  canlandırmağa  çalışırdım.  Karvan-

saranın  qocafəndi  səsli  sahibi  Kərbəlayı  Mahmudun  buyruqçusu 

Murtuzəlinin,  Qütbəddin  həyətə  gəzdirməyə  çıxaranda  rastlaş-

dığım  kəslərin  səslərindən  görkəmlərinin  təfərrüatını  xəyalımda 

canlandırmağa  başlamışdım.  Vəfalı  Qütbəddin  hər  gün  məndən 

qabaq  oyanır,  mən  qalxmaq  istəyəndə  qolumdan  tutub  həyətin 

o  başındakı  ayaqyoluna  aparır,  sonra  əlimə-üzümə  su  vurmağı-

ma  kömək  eləyir,  yeməyimizi  yeyəndən  sonra  yatağımda  yerimi 

rahatlayır,  özü  atlara-qatırlara  baş  çəkməyə,  ya  da  xırda-para 

işlərini  görməyə  gedirdi.  Axır  vaxtlar  az  danışmağa  başlamış-

dıq,  daha  doğrusu,  Qütbəddin  söhbətlə  başımı  qatmağa  çalışsa 

da,  mən  danışmağa  həvəs  göstərmirdim.  Aradabir  Təbrizdəki 

günləri,  adamları,  Mirzə  Kəmaləddini,  Məhəmməd  Kazımı  yada 

salırdıq,  tez-tez  Mirzə  Mehdidən  bir  xəbər  olub-olmadığını  soru-

şurdum.  Axır  günlər  Qütbəddinin  halallığını  verib  Təbrizə  yola 

salmaq  barədə  də  fikirləşməyə  başlamışdım:  cavandı,  ömrünün 

qızıl  dəyərində  günlərini  dünya  işığına  həsrət  qalmış  bir  qoca-

ya  həyan  olmaqla  keçirməsi  günaha  yazılardı,  evlənməli,  köç-

külfət  yiyəsi  olmalı,  öz  həyatını  yaşamalıydı.  Bunu  da  Şahımı-

zın  Dağıstan  səfərinin  başa  çatmasına  saxlamışdım.  Qütbəddin 

müzəffər  qoşunumuzla  geri  qayıdacaq,  Təbrizə  zəfərlə  girəcəkdi. 

Bundan sonra mənə karvansara rahatlığı, həyan olan insaf yiyəsi, 

söyləyəcəklərimi  kağıza  köçürəcək  qələm  sahibi,  nəşimi  torpağa 

tapşıracaq  Allah  bəndəsi  bəs  eləyirdi.  Artıq  özümü  bu  balaca 

hücrədə  zahirimdəki  zülmət,  içimdəki  işıqla  yaşamağa  hazır-

lamışdım,  taleyə  boyun  əyməkdən,  keçdiyim  sonsuz  yollarımı 

bu  karvansarada  başa  vurmaqdan  başqa  güman  yerim  yox  idi. 

Günlərim  beləcə  gəlib  keçir,  ömür  möhlətim  sona  yaxınlaşırdı…



502

496.  Mirzə  Mehdidən  birinci  naməni  o  ilin  ramazan  ayının 

son  günlərində  Məşhədə  gedən  çapar  gətirdi.  Həmd-sənadan, 

halıma  dair  suallardan  sonra  yazırdı,  cümadi-əvvəl  ayının  ilk 

günü  ordugahdan  qalxıb  Qazıqumuqa  getdik,  burda  Şahımız 

özbəklərin,  Aral  tatarlarının,  kazakların  Xarəzmə  basqını  barədə 

xəbər alıb çox qəzəbləndi, neçə gün özünü-sözünü bilmədi. Yazır-

dı,  bir  aya  yaxın  Qazıqumuqda  qalandan  sonra  Şahımız  dağlara 

qar  yağdığına  görə,  Dərbəndə  sarı  üz  tutdu,  amma  qoşunumuz 

Çıraqda  qaraqalpaqların  və  tatarların  basqınlarına  məruz  qaldı, 

hətta  bir  gecə  basqınçılar  Şahımızın  iqamətgahınacan  soxulub 

hərəmindən  bir  neçəsini  qaçırdılar,  hökmdar  da  bundan  bərk 

qəzəblənib əyan-əşrəfindən və gözətçilərindən bəzilərini edam et-

dirdi, and içdi ki, Dağıstanı diz çökdürməyincə geri dönməyəcək. 

Yazırdı,  Dərbəndə  şaban  ayının  beşinci  günü  çatdıq,  Şahımız 

ləngimədən  qaraqaytaqlarla  haqq-hesabı  üzmək  qərarına  gəldi, 

üstəlik,  ləzgilərin  basqınlarından  qorunmaq  üçün  bir-birindən 

iki-üç  fərsəng  aralı  olan  qalalar  tikmək  barədə  əmr  verdi,  amma 

qış  qapını  aldığından  gözlənilən  nəticə  hasil  olmadı.  Yazırdı, 

indi Şahımız Dərbəndin quzey-günbatan səmtində Dəşti-Qafaridə 

qışlamağı,  Novruz  bayramını  burda  keçirməyi,  yaz  girib,  yollar 

açılana  kimi  Tabasarana  hücum  eləməyi  qərara  alıb.  Yazırdı, 

Məhəmməd  Kazımdan  namə  gəlib  dediyinə  görə,  səfərdən  qa-

yıdıb  toplara,  dəvələrə,  qatırlara  cavabdeh  olan  cəbbəxananın 

vəziri  məqamını  alıb,  başını  qaşımağa  vaxtı  yoxdu,  məndən  də 

sənin  əhvalını  soruşur,  mən  də  yazdım  ki,  narahat  olmasın, 

Mirzə  Yusuf  yaxındadı,  Allah  qoysa  Tiflisə  yetişəcək.  O  hüznlü 

gönlərimdə  Məhəmməd  Kazımın  Pərixan  xatuna  aşiq  olduğunu 

Mirzə  Mehdiyə  danışmışdım,  xatırladırdı  ki,  bu  məsələni  ovqatı-

nın  yaxşı  vaxtında  Şahımıza  açacaq,  ümid  eləyir  ki,  bu  sevdanın 

baş  tutmasına  ciddi  maneə  olmayacaq.  Mirzə  Mehdi  axırda  Al-

lahın  mərhəmətinin  böyük  olduğunu,  səbir  eləməyi,  əgər  Şəkidə 

olsam,  inşallah,  gələn  yaz  Şahımız  səfərini  zəfərlə  başa  vurub 

Məşhədə  dönəndə  güman  ki,  yolüstü  görüşəcəyimizi  yazırdı. 

Əlbəttə, Qütbəddinin aramla oxuduğu bu namə dərdimə dərman 

olmasa  da,  mənə  bir  qədər  toxtaqlıq  verməyə  bəs  elədi…

497.  Ramazan  bayramı  könlümə  fərəh  gətirmədi,  orucumu 

tutub  əl-havasına  namazımı  qılsam  da,  müvazinətimi  tarazla-




503

yammadım.  Uzun  qış  gecələri  arabir  Qütbəddinlə  kəlmə  kəsmək, 

uzun-uzadı  yaddaşımın  işgəncələrilə  üz-üzə  qalmaq,  gündüzlər 

hərdən  çıxıb  karvansaranın  həyətində  aləmin  səslərini  dinləmək 

hələlik  yeganə  məşğuliyyətim  idi.  Novruz  bayramını  da  elə  o 

ovqatla  yola  verdim.  Mirzə  Mehdinin  ikinci  naməsi  bayram-

dan  bir  ay,  ya  da  qırx  gün  sonra,  ilıq  yaz  günündə  gəldi.  Ya-

zırdı,  Şahımız  bu  müddətdə  boş  dayanmayıb,  bəhriyyə  işlərilə 

məşğul  olub,  gəmilər  düzəltdirib,  üstəlik,  ruslarla  xeyli  görüşlər 

keçirib,  rus  elçisinə  qiymətli  xələt,  çoxlu  pul  verib,  ondan  dağ-

lılara  qarşı  hücumda  yardım  eləməyi,  həm  də  Həştərxandan 

ərzaq  gətirməkdən  ötrü  gəmilər  tutmağı  təvəqqe  eləyib.  Yazır-

dı,  Şahımız  bunun  xətrinə  rus  çarının  sarayında  olub-keçənlərə, 

taxta  Dəli  Petronun  qızı  Yelizavetanın  çıxmasına  göz  yummaq 

fikrindədi.  Yazırdı,  Novruz  bayramı  günlərində  Şahımız  hamını 

çaşdıran hökmünü verib, bunu hələ cəmi beş-on nəfər yaxın ada-

mı bilir: hökmdarımız Dağıstanı itaətə gətirəndən, Osmanlı sulta-

nıyla  hər  şeyi  ayırd  eləyəndən  sonra  taxtdan  əl  çəkmək,  səltənəti 

oğullarından  birinə  vermək  niyyətindədi,  o  da  yəqin  Nəsrullah 

Mirzə olacaq, çünki artıq bədbəxt Rzaqulu Şahımızın etibarını iti-

rib.  Yazırdı,  arada-bərədə  Rzaqulu  barədə  gəzən  xəbərlərin  axırı, 

deyəsən,  xeyir  olmayacaq,  eşitdiklərimdən  faciənin  addım-addım 

yaxınlaşdığını  duyuram.  Axırda  yenə  Allahdan  mənə  səbir  və 

şəfa  diləyib  tezliklə  görüşməyimizə  ümid  bəslədiyini  yazırdı.  O 

namədən  sonra  öz  dərdim  yadımdan  çıxmışdı,  hey  bədbəxt  Rza-

qulunun halını düşünürdüm. Mirzə Mehdinin bədgümanlığından 

belə  çıxırdı  ki,  Şahımızın  oğluyla  bağlı  şübhələri  get-gedə  artır, 

bu  məsələni  ayırd  eləyib  günahkarı  cəzalandırmayınca  dinclik 

tapmayacaq.  Qəfildən  onlarla  barmağın  gözlərimə  tuşlandığını, 

məni  kor  eləmək  istədiyini  (guya  kor  deyildim)  xəyalımda  canlan-

dırıb  titrəyirdim…



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə