Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə161/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   157   158   159   160   161   162   163   164   ...   179

495

xoşbəxtlikdən  Şahımızın  yarası  yüngül  olub,  amma  Ələvi  Xan 

o  vaqiənin  hökmdarın  ruh  halına  çox  fəna  təsir  göstərdiyini 

Mirzə  Mehdiyə  söyləyibmiş;  bununla  yanaşı,  Mirzə  Mehdi-

nin  qorxusu  başqa  yöndənmiş:  gəzən  şayiələrə  görə  Şahımı-

zı  öldürtməyi  Şahzadə  düzüb-qoşubmuş,  hələ  Mərvdə  olanda 

Məhəmmədhüseyn  xan  Qacar  və  Rəhim  Sultanın  yanında  sərrast 

atıcılarından  birinə  atasını  qətlə  yetirməyi  tapşırıbmış.  Mirzə 

Mehdi  dedi,  bu  şayiəni  kimlərin  yaydığını  bilmirəm,  əgər  Şa-

hımızın  qulağına  çatsa,  faciə  qaçılmazdı.  Eşitdiyimdən  o  qədər 

mütəəssir oldum ki, öz dərdim bilmərrə yadımdan çıxdı. Əlbəttə, 

zavallı  Şahzadə  yanlış  əməllərə  yol  verə,  hökmdarın  öldüyü 

barədə  şayiədən  sonra  şirnikib  başqalarının  təhrikilə  taxt-taca 

iddia  eləyə  bilərdi,  amma  Şahımızı  aradan  götürməyə  cürəti 

çatmazdı,  buna  şəkk-şübhəm  yox  idi.  Mirzə  Mehdinin  güman 

olunan  faciə  qarşısında  acizliyini  səsinin  titrəməsindən  anladım. 

Əlbəttə,  o  şayiələr  gedib  Şahımızın  qulağına  çatacaqdı,  marığa 

yatıb  fürsət  gözləyənlər  kifayət  qədər  idi,  amma  ona  qədər  Şa-

hımızın  qəlbindəki  şübhə  toxumunu  məhv  eləmək  lazım  gəlirdi, 

buna  da  kimsənin  qüdrəti  çatmırdı  –  əsl  fəlakət  bundaydı.  Alla-

hın  mərhəmətinə  bel  bağlayıb  Şahımızı  düz  yoldan  sapdırmaya-

cağına  ümid  eləməkdən  başqa  əlac  qalmırdı.

490.  O  günlərin  birində  həmişəki  yerimdə  oturub  yadda-

şımı  vərəqlədiyim  bir  vaxtda  Əbdülhəsən  xanın  səsini  eşidib 

heyrətimdən çaşdım. Ordugahda olduğumu, başıma gələn vaqiəni 

Mirzə  Mömindən  eşitmişdi.  Beş  il  ərzində  görmədiyim,  amma 

üzünün  cizgilərini  apaydın  xatırladığım  Əbdülhəsən  xan  Şahı-

mızın  mühafizəsində  minbaşıymış,  Savadkuh  meşəsindəki  sui-

qəsddən  sonra  hökmdarın  qəzəbindən  güclə  qurtulubmuş,  indi 

ordugahı  qoruyan  keşikçilərin  minbaşısıdı.  Səsində  yorğunluq-

mu,  bezginlikmi  vardı,  bunu  anışdıra  bilmədim,  amma  Qaraba-

ğa  qayıtmaq  istədiyini  gizlətmədi,  dedi,  Fəzləli  bəyin  qətlindən, 

Pənahəli  bəyin  qaçışından  sonra  sarıcalılara  etibarı  azaldı,  mən 

də  burda  lap  təkləndim,  bu  səfər  başa  çatandan  sonra  Şahımızın 

ayağına  düşüb  xidmətdən  buraxılmasını  istəyəcək,  öz  mülkümdə 

arzuladığım  ömrü  yaşayacağam.  Dediyinə  görə,  erməni  xəlifə 

Bərdədə  keşişlər,  kələntərlər,  məliklərlə  birgə  Şahımızın  istiqba-

lına  gəlib,  bəxşişini  verib,  göz  yaşını  axıdıb,  istədiyi  fərmanları 




496

alandan  sonra  işinin  dalınca  gedib;  dedi,  sahib  çıxmasaq,  bir  də 

görəcəyik,  halal  dədə-baba  torpaqlarımız  o  kilsələrə,  kələntərlərə, 

məliklərə  satılıb;  dedi,  Şahımız  Arazı  keçəndən  bəri  Pənahəli 

bəyi axtardır, onun dağlılara qoşulmasından şübhələnir, görünür, 

bu  tərəfdə  gizləndiyini  xəbər  veriblər.  Əbdülhəsən  xanın  haqq-

salama  sədaqəti  də,  təəssübkeşliyi  də  ürəyimi  qızdırdı,  bir  də 

üzünü  görməyəcəyimdən  təəssüflənə-təəssüflənə  vidalaşdım.  Bu 

halımda,  əlbəttə,  mənə  Allahdan  başqa  kimsənin  köməyi  dəyə 

bilməzdi,  qismətimə  nə  yazılmışdısa,  o  da  olacaqdı.  Şübhəsiz, 

Tiflisi  görmək  arzum  get-gedə  xülyaya  çevrilirdi,  neçə  illərdən 

bəri gördüklərimi, öyrəndiklərimi, bildiklərimi kağıza köçürməklə 

bağlı  borcumsa,  hələ  qalırdı.  Onsuz  da  gündə  bir  dəfə  baş  çəkən 

təbib  Xeyrullahın  səsində  ümid  əlaməti  sezmirdim,  məni  qor-

xudan  gözlərimə  çökən  zülmətin  ruhuma  da  çökməsiydi.  Bir 

yana  baxanda,  altmış  səkkiz  il  o  qədər  də  qısa  vaxt  deyildi, 

bu  mənada  naşükür  olmamalı,  əgər  ömür  möhlətim  çatmışdısa 

qədərə  boyun  əyməliydim…




497

XV

BOŞLUĞA  UÇUŞ



…Quş  olub  göyə  uçdular,  Yusifi  axtarmağa başladılar…

Yusif-Nəsib  quşu  haqqında  əfsanədən.

491.  Hər  şey  bitdimi?  Təbib  Xeyrullah  gözlərimdəki  sarğını 

açıb  həyəcandan  nəfəsim  tıncıxa-tıncıxa  kirpiklərimi  aralayan-

da,  qarşımda  üzləri  tanış  olan  adamlar  əvəzinə  üç  tutqun  və 

uzunsov  ləkə  görəndə  beynimdən  bu  keçdi.  O  ləkələrdən  biri 

–  Təbib  Xeyrullah  əllərini  yana  açıb  digərinə  –  Mirzə  Mehdiyə 

əlacsızlığını  ifadə  elədi,  mənəsə  başqa  sözlər  eşitdirdi,  dedi,  ümi-

dini  Allaha  bağla,  Mirzə  Yusif,  verən  də  Allahdı,  alan  da,  na-

güman  olma,  bir  də  gördün,  hər  şey  əvvəlki  düzəninə  döndü. 

O  gedəndən  sonra  Mirzə  Mehdiylə  xeyli  susduq,  elə  bil,  daha 

danışmağa  sözümüz  qalmamışdı.  Axırda  Mirzə  Mehdi  dedi,  belə 

halda  qoşunla  gedib  Şahımızın  münasib  zamanını  gözləməyə 

ehtiyac  yoxdu,  axır  vaxtlar  əhvalını  qarışıq  görürəm,  üstəlik, 

erməni  xəlifənin  Bərdədə  peşkəş  elədiyi  Anuşun  dadını-tamını 

çox  bəyənib,  deyəsən;  dedi,  mən  elə  indi  Mirzə  Zəkiylə  danışıb 

izinini  alaram,  gedərsən  Şəkiyə,  bir  müddət  qalıb  dincələrsən, 

sonrasa  Allah  Kərimdi,  necə  məsləhət  bilirsə,  elə  də  olar.  Mirzə 

Mehdinin  bu  acı  həqiqətinin  müqabilində  nəsə  deməyə  ehtiyac 

yox  idi,  ona  görə  də  susdum.  Gün  batanacan  çadırımızın  qa-

bağında  oturub  ordugahdan  gələn  səsləri  dinlədim,  hərdənbir 

gözlərimin  önündən  keçən  kölgələrdən  ötənin  insan,  ya  heyvan 

olduğunu  sezirdim.  Vəfalı  Qütbəddin  böyrümdə  oturub  səsini 

çıxarmırdı,  amma  halından  duymuşdum  ki,  dərdimə  ağlayıb, 

indi  özünü  mümkün  qədər  şax  tutmağa  çalışır.  Axşam  azanında 

dualarımı  dinməzcə  elədim,  yeməyimi  Qütbəddinin  köməyilə  ye-

yib səsimi çıxarmadan oturdum. Mirzə Mehdi gələndə içimin sü-

kutunda, az qala, boğulurdum. Dedi, Mirzə Zəki hər şeyi anlayıb 

izinə  boyun  oldu,  üstəlik,  xərclik,  bir  dəst  də  xələt  göndərdi.  Ar-

dınca  əlavə  elədi  ki,  səhər  tezdən  çıxmağınız  məsləhətdi,  çünki 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə