Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə159/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   155   156   157   158   159   160   161   162   ...   179

489

Şəkidə haqlaya bildik, düşərgənin Qəbələdən, ya Qaxda qurulaca-

ğı ümidilə yenə yolun damarını qırmağa başladıq. Şəkidən təzəcə 

çıxmışdıq ki, bulaq başında Şahımızın Şirvana göndərdiyi çaparla 

rastlaşdıq,  dedi,  düşərgə  Qəbələdə  salınıb,  artıq  üç  gündü  ki, 

qoşun  hazırlıqla  məşğuldu.  Qocafəndi  yolçuluğumu,  axşamdan 

bəri  sancan,  işığı  azalan  gözlərimin  gözləmədiyim  namərdliyini 

lənətləyə-lənətləyə  bu  dəfə  Mirzə  Mehdiyə  yetişməyi  Allahdan 

arzuladım,  vəfalı  Qütbəddin  də  dedi,  inşallah,  tezliklə  Şahı-

mız  dağlıları  itaətə  gətirər,  mən  də  Təbrizə  zəfərlə  dönərəm. 

O  məqamda  arzuladığım  bircə  şey  vardı:  Allahım  mənə  ömür 

möhləti  versin,  Tiflisi  görüm,  kitabımı  tamamlayım.  Onda  1153-



cü  il  cümadiül-əvvəl  ayı  təzə  girmişdi,  təbiətin  gözəl  vaxtıydı,  hələ 

yaşamağa  dəyərdi…


490

XVI


ALLAHIN  ENDİRDİYİ  ZÜLMƏT

  Çayda  balıq  yan  gəzər,

  Açma  yaram,  qan  gedər.

  Həkim,  təbib  neyləsin,

  Əcəl  gəlib,  can  gedər.

Şirvanda  eşitdiyim  bayatı

484.  Keşikçilər  bizi  qəfil  yaxaladılar,  keşikçibaşı  sorğu-sual 

eləyib  məramımızı  biləndən  sonra  iki  nəfər  tüfəngçiyə  Mirzə 

Mehdinin  çadırına  aparmağı  tapşırdı.  Sonra  insan  dənizinin  içilə, 

irili-xırdalı  çadırların  arasıyla  xeyli  yol  getdik,  hər  tərəfdən  at 

kişnərtisi,  dəvə  nəriltisi,  qatır  anqırtısı,  öküz  böyürtüsü  eşidilir-

di,  qılıncları  itiləyir,  tüfəngləri  silib-təmizləyir,  əsləhəni  nizama 

salırdılar,  bir-iki  yerdə  qılıncla  qüvvəsini  sınayan,  tüfənglə  nişan 

alanlar  gördük.  Qulağımıza  hind,  urdu,  puştun,  özbək,  cığa-

tay,  uyğur,  fars,  ərəb,  kürd,  talış,  gürcü...  kəlmələri  də  gəlib 

çatırdı,  bunları  Qütbəddin  ayırd  eləyə  bilməzdi,  neçə  illərin 

vərdişi  və  fəhmlə  bir-birindən  seçirdim.  Yüzbaşıların,  minbaşı-

ların,  qoşunbaşıların  bir-birindən  təkcə  iriliyinə  görə  yox,  həm 

də  əzəmətinə  görə  seçilən  çadırları  yay  günəşinin  işıq  saçdı-

ğı  vadiyə  yağışdan  sonra  çıxan  göbələklər  kimi  səpələnmişdi. 

Şahımızın  şahanə  çadırını  uzaqdan  tanıdım,  Muğan  çölündə 

gördüyüm  qədər  əzəmətliydi,  qübbəsində  qızılı  rəngli  bayrağı 

dalğalanırdı.  Mərhum  xanımızın  qoşunundan  dörd-beş  kərə  çox 

olan  bu  ordunun  qabağında  dağlıların  inadı  tab  gətirərdimi? 

Hindistanı,  Türküstanı,  Əfqanıstanı  diz  çökdürən  bu  qüdrət  sa-

hibi  Dağıstanı,  Avarıstanı,  lap  elə  hərdən  uzaqdan-uzağa  dişi-

ni  göstərən  Qırımı  itaətə  gətirməzdimi?  Şahımız  vaxtı-vədəni 

gözləyirmiş,  gündoğar  hüdudlarında  əmin-amanlıq  yaradandan 

sonra  quzeydə  işləri  yoluna  qoyacaq,  ardınca  təzədən  günba-

tana,  ya  da  güneyə  yön  çevirəcək,  belə  dinclik-rahatlıq  tapma-



491

dan  məmləkətin  sınırlarını  genişləndirib  möhkəmləndirəcək, 

bəlkə  də  bir  vaxt  daha  döyüşlərin  olmamasından  darıxıb,  yeni 

məmləkətlərin  fəthinə  başlayacaq,  qoşunlar  görmədikləri  və  ta-

nımadıqları  yerlərdə  döyüşəcək,  yeni-yeni  qələbələr  qazanacaq, 

itkilər  verəcək,  qənimətlər  ələ  keçirəcəkdi,  amma  nə  qədər  ki, 

Şahımız  at  belindəydi,  yenə  dayanmayacaqdı.  Bunu  da  Mirzə 

Mehdidən  eşitmişəm:  sərf  olunmayan  güc  çox  təhlükəlidi,  yığılıb 

qalsa,  fəlakət  törədə  bilər…

485.  Bu  sözləri  deyən  Mirzə  Mehdi  məni  görəndə  kövrəldi, 

xeyli qucaqlaşdığımız yerdəcə dayanıb bir-birimizi süzdük. Yəqin, 

görmədiyim  beş  il  ərzində  qocaldığımı  düşünürdü,  dedi,  şü-

kür,  səni  pis  görmədim;  özü  də  az  dəyişməmişdi,  çallaşmış  saç-

saqqalında illərin yükü açıq-aşkar bilinirdi. Dedim, Mirzə Mehdi, 

gözlərimin  işığı  get-gedə  azalır,  deyəsən,  həsrətimi  söndürməmiş 

zülmət  başımın  üstünü  alacaq.  Mirzə  Mehdi  təəssüflə  dedi,  Şa-

hımızın  həkimi  Hindistandan  gətirdiyi  Ələvi  xan  Qəzvində  izin 

alıb Məkkə ziyarətinə getdi, o bir əlac tapardı, amma qəm eləmə, 

yerbəyer  ol,  bir  çarə qılarıq.  Çadırın  qabağında  keçə  döşəkçələrin 

üstündə oturub hal-əhval tutduq, bu müddətdə Qütbəddin Mirzə 

Mehdinin  xidmətçilərilə  köməkləşib  çadırımızı  qurdu,  sandıqla-

rımızı  yerbəyer  elədi,  atları,  qatarları  mehtərlərə  tapşırıb  rahatlıq 

tapdı.  Mirzə  Mehdi  fikirliydi,  arada  fürsət  tapıb  bircə  onu  dedi 

ki, Ələvi xan gedəndən sonra Şahımızın əhvalında dəyişiklik var, 

qəzəb  ruzigarının  nə  vaxt  əsəcəyini,  kimləri  sovurub-aparacağını 

bilmək  olmur,  Şahzadənin  son  əməlləri  –  Səfəvi  törəmələrini 

öldürtməsi,  taxta  çıxmaq  qəsdi,  dəbdəbəli  qoşun  yaratması,  Bu-

xarada  Əbülfeyzin  böyük  qızından  imtina  eləməsi  Şahımızın 

səhhətinə  çox  fəna  təsir  göstərib,  üstəlik,  yoldakı  sui-qəsdi  də 

sonra  danışaram,  pıçıltıyla  əlavə  elədi,  onun  adıyla  bağlayır-

lar.  Mirzə  Mehdinin  bu  halətindən  qəlbimə  nigaranlıq  çökdü, 

uzun-uzadı  günəşin  üfüqdə  batmasına  qan  rəngli  iri  ləkənin,  elə 

bil,  damcı  kimi  dağların  arxasına  düşməsinə  baxdıq.  Şahzadənin 

Tehranda  saxlanması  bu  halda  nə  anlam  daşıyırdı,  Şahımız  beşil-

lik  hakimiyyəti  müddətində  niyə  bu  qədər  tənhalaşmışdı?  Yəqin, 

Mirzə  Mehdi  daha  da  çox  şeylər  bilirdi,  amma  onun  nə  vax-

tı,  nə  də  yeriydi,  indi  qalxıb  axşam  namazımızı  qılmalı,  Allah 

verəndən  yeməli,  yolun  yorğunluğunu  canımdan  çıxarmaq  üçün 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə