Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə155/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   151   152   153   154   155   156   157   158   ...   179

477

gözləyənlər  onun  Türküstan  səfərinə  çıxmasıyla  dişlərini  itiləyib 

ortaya  çıxacaqdılar,  belə  bir  vaxtda  yeni  Xanımızın  saysız-he-

sabsız  döyüşlər  görmüş,  qətiyyətli,  bir  qədər  də  qəddar  qoşun-

başıya  hava-su  kimi  ehtiyacı  vardı.  Mən  Aşur  xanı  tanımırdım, 

amma  Mirzə  Hüseyn  ona  yaxşı  bələdmiş,  Şahımızın  tədbirinə 

dönə-dönə  əhsən  dedi.  Mirzə  Hüseynin  dediyinə  görə,  Şahımız 

Türküstan  səfərindən  dönənəcən  Aşur  xan,  ən  azı,  Şirvanda  baş 

qaldıranların  əl-ayağını  yığışdıracaqdı.

471.  Məhəmməd  Kazımın  yazdığına  görə,  Heratda  baş  ve-

rənlər arasında ən maraqlı, bəlkə də Şahımızın Rzaqulu Mirzənin 

oğlu,  altı  yaşlı  nəvəsi  Şahruxu  yanına  gətirtməsi,  onun  adına 

pul  kəsdirməsi,  sevib-oxşamasıydı.  Üç  yüz  il  qabaq  Əmir  Tey-

murun  öz  oğlu  Şahruxu  bu  cür  şərəfləndirməsi  onun  yadına 

niyə  düşmüşdü,  bəlkə  şayiələr  doğru  deyil,  Şahımız  özünü 

erməni  xəlifənin  dediyi  kimi,  adına  cürbəcür  şayiələr  gəzən 

İskəndər  Zülqərneynə  yox,  Əmir  Teymura  oxşatmaq  istəyirdi? 

Məhəmməd  Kazımın  yazdığına  görə,  Heratda  qaldığı  müddətdə 

uşaq  hökmdarın  dizinin  üstündən  düşmürmüş,  Şahımız  həmin 

məqamda  daha  mərhəmətli,  daha  səxavətli  olurmuş.  Şübhəsiz, 

Allah  məsləhət  bilsə,  Şahrux  da  Nəsrullahın  varisi  olacaqdı  –  bu 

sevginin  başqa  anlamı  ola  bilməzdi.  Amma  hökmdar  gələcəyi 

görəndi,  məmləkəti  qorumaq,  hüdudları  genişləndirmək,  taxt-

tacı  saxlamaq  üçün  çox  qanlar  tökdüyünü,  bəzən  ədalətsizlik 

elədiyini  başa  düşür,  adamların  içindəki  qəzəbin  yığılıb,  qəfildən 

püskürəcəyini  bilir,  ona  görə  də  indidən  ehtiyat  tədbirləri 

görməyə  can  atır,  yoxsa  Herat  yaxınlığında  qala  ucaltmağa  o 

qədər  sərvət  sərf  eləməzdi.  Məhəmməd  Kazım  yazırdı,  deyəsən, 

Mirzə  Zəki  soruşub  ki,  ey  Allahın  kölgəsi,  İran,  Əfqanıstan, 

Hindistan  torpaqlarına  sahib  olduğun  bir  vaxtda  bu  qala  nəyinə 

gərəkdi,  Şahımız  da  deyib,  iç  düşmən  dış  düşməndən  daha  qor-

xuludu,  bu  qalanı  tikdirirəm  ki,  qəfil  hücum  baş  verəndə  sığın-

mağa yerimiz olsun. Məhəmməd Kazım, əlbəttə, Məhəmməd xan 

Əfşarın taleyindən də xəbər verəcəkdi, hələ ki, yalnız özünün ar-

zusunun gerçəkləşdiyini, Şahımızla Türküstan səfərinə çıxacağını, 

işinin  dəftərxanada  sursatın  gəlir-çıxarını  hesablamaqdan  ibarət 

olduğunu,  cümadiül-əvvəl  ayının  ortalarında  yola  düşəcəklərini 

yazırdı.  Ona  əlim  çatmasa  da,  istəklisinə  qovuşmasını,  şahidi 




478

olduğu  hadisələri  kağıza  köçürməsini  arzuladım,  bir  də  görüş-

məyimizi  istədim.  Məhəmməd  Kazımın  Şahımızın  yanında  olma-

sı  qəlbimi  rahatlatdı,  bundan  sonra  daha  çox  eşitdiklərini  yox, 

görüb  şahid  olduqlarını  yazacaqdı,  bu  da  tarix  yazan  adam  üçün 

çox  vacib  idi.

472. Sonrakı altı ayı, demək olar, Mirzə Mehdidən və Məhəm-

məd  Kazımdan  namə  gözləməklə  keçirdim.  Xanımız  Aşur  xan 

Əfşarla tez dil tapmışdı, Şahımızın uzaqda olduğundan ürəklənib 

özbaşınalıq  yoluna  düşmüş  kəslərin  əl-ayağı  dərhal  yığışdırıl-

mışdı,  təkcə  Şirvandan  və  Kaxetdən  həyəcanlı  xəbərlər  gəlirdi. 

Dağlılar tez-tez Kaxeti talan eləyirdilər, Şirvanda qiyamların ardı-

arası  kəsilmirdi.  Şahımız  Türküstan  səfərindən  qabaq  Əbdülqəni 

xanı,  iyirmi  minlik  qoşunla  Şirvana  göndərmişdi,  o  da  quzeyə 

Təbrizdən  yan  keçib  getmiş,  bir  az  baş  kəsib,  göz  çıxarıb,  gi-

rov  götürüb  hər  şeyin  yerbəyer  olduğunu  düşünmüş,  geri  dön-

müşdü,  dönər-dönməz  də  olub-keçənlər  təzədən  baş  vermişdi. 

Şahımız  Əliqulu  xana  və  Xanımıza  quzey  səfərinə  çıxmağı  əmr 

eləməmişdi, heç Səltənətin Naibi Nəsrullah Mirzəyə də dağlıların 

üzərinə  getməyi  tapşırmamışdı,  bunu  Türküstan  səfərindən  qayı-

dandan  sonra  özü  yerinə  yetirəcəkdi.  O  ilin  yay  və  payız  axşam-

ları  Mirzə  Hüseynlə  saray  bağında  gəzəndə  Şahımızın  səfərinin 

uğurlu  olması  üçün  dua  eləyirdik.  Mənim  Tiflis  həsrətimə  son 

qoymağım  o  uğurdan  asılıydı,  hələ  də  ümidvardım  ki,  Şahımız 

Gündoğandan  zəfərlə  qayıdıb  quzey  səfərinə  çıxanda  taleyimi 

bir  də  sınaqdan  keçirəcək,  son  beş  ildə  dördüncü  kərə  üzü  yurd 

yerinə  sarı  yola  çıxacağam.  Artıq  Təbrizdə  keçirdiyim  Novruz, 

ramazan,  qurban  bayramları  könlümü  o  qədər  də  tərpətmir,  ya-

zın  gəlişi,  yayın  ötüşü  qəlbimdə  xoş  duyğular  oyatmırdı.  Vəfalı 

Qütbəddinlə  arabir  şəhər  gəzintisinə  çıxdığım  məqamlarda  belə, 

gördüyüm mənzərələrdən könlümcə zövq ala bilmirdim. Xanımı-

zın  divan  yığnaqlarında  götür-qoy  edilən  dövlət  işləri  bir-birinə 

oxşadığından  çox  vaxt  özümü  artıq  hesab  eləyib  sıxıntı  keçirir-

dim.  Səhər-axşam  gözüm  yolda,  qulağım  səsdəydi,  Gündoğan-

dan  gələcək  çaparı,  onun  gətirəcəyi  naməni  gözləyir,  beləcə, 

intizarlı  gündüzləri,  sıxıntılı  axşamları  yola  verirdim…

473.  O  namə  1153-cü  ilin  zilhiccə  ayında,  Novruz  bayramı-

na  bir  həftə  qalmış  gəldi.  Məhəmməd  Kazım  döndüyü  səfərin 




479

həyəcanı  duyulan  naməsində  Cərcoya  necə  çatdıqlarından,  Şa-

hımızın  Buxara  əmiri  Əbülfeyzə  Əfrasiyab  dəbdəbəsilə  hüzuru-

na  gəlmək  barədə  əmr  göndərdiyindən,  amma  vaxtilə  Rzaqulu 

Mirzənin  yendiyi  kəslərin  əmirə  köməyə  gəlib  onu  döyüş  üçün 

dilə  tutduqlarından,  Əbülfeyzin  aldanıb  məğlub  olandan  sonra 

Şahımızın  pişvazına  çıxmasından  yazırdı.  Yazdığına  görə,  Şahı-

mız  Əbülfeyzi  mehribancasına  qarşılayıb,  üstəlik,  bəxşiş  də  ve-

rib,  amma  Buxaranın  sərvətindən  razı  qalmayıbmış,  ələ  keçirilən 

Məhəmməd  Şahın  xəzinəsilə  müqayisədə  çox  kasadmış;  sonra 

Şahımız Əbülfeyzi Buxaranın şahı elan eləyib, öz əlilə onun başı-

na  tac  qoyub,  ardınca  qızlarından  birini  Rzaqulu  xana,  digərinisə 

Əliqulu  xana  verməsini  istəyib,  o  da  çar-naçar  razı  olub,  amma 

Rzaqulu  bəxtinə  düşən  böyük  qızın  əvəzinə  təriflənən  kiçik  qızla 

evlənmək  arzusunu  bildirib,  Şahımız  da  deyib,  əgər  Rzaqulu 

fikrindən  dönməsə,  böyük  qızla  özü  evlənəcək;  yazırdı,  Şahzadə 

inadından  dönməyib,  beləcə,  üç  gün  sonra  Şahımızın  və  Əliqulu 

xanın  toyu  olub;  Şahımız  Nəsrullah  Mirzəni  və  Əliqulu  xanı 

hərəmlərlə Məşhədə yola salandan sonra İlbarsla Əbülxeyri itaətə 

gətirmək  üçün  Xivə  və  Xarəzm  üzərinə  gedib;  bu  vaxt  Rzaqulu-

nun  düşməni  Tağı  xan  Şirazi  də  Buxaradaymış,  Şahımızın  qılığı-

na  girib  özbaşnalığına  görə  azad  olunduğu  Fars  bəylərbəyiliyinə 

qayıdıb,  üstəlik,  Şahzadənin  taxt-taca  can  atması  barədə  Şahı-

mızın  qulağını  yaxşıca  doldurub,  o  da  deyilənə  inanıb,  oğlu-

nu  Məşhədə  göndərib.  Məhəmməd  Kazım  naməsini  Mərvdən 

göndərmişdi,  belə  çıxırdı,  Şahımız  Türküstan  səfərini  başa  vurub 

Məşhədə  dönür.  Bir  vaxtlar  Şahımızın  göz  bəbəyi,  taxt-tacın  va-

risi  olan  Şahzadənin  belə  etibardan  düşməsi  ürəyimi  ağrıtdı, 

fikirləşdim,  belə  getsə,  bunun  axırı  heç  xeyir  olmayacaq…

474.  Novruz  bayramından  sonra  Məşhəddən  gələn  çapar  Şa-

hımızın  Xanımıza  naməsini  gətirdi.  Mirzə  Hüseynin  dediyinə 

görə,  hökmdar  quzey  səfərinə  çıxacağı  barədə  onu  xəbərdar 

eləyirdi.  Cavab  naməsini  gözləyən  çapar  qəzvinliydi,  az  qala  beş 

il əvvəl Muğan çölündə Mirzə Mehdinin xidmətində görmüşdüm. 

Mirzə  Hüseynin  hücrəsinə  girəndə  o  da  məni  tanıdı,  bir  qədər 

söhbət  eləyə  bildik.  Dedi,  Şahımız  Mərvə  Məhəmmədrza  xan 

Qırıqlunun  əvəzinə  Şahqulu  xan  Qacarı  hakim  qoydu,  Səfəviləri 

öldürməkdə,  Şahzadəni  taxta  çıxmağa  təhrik  eləməkdə  günahkar 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə