Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə153/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   149   150   151   152   153   154   155   156   ...   179

471

na yüz cür fikir gələrdi, beləcə, sarayda oturmaq da mənə ondan 

betər  əzab  verirdi,  amma  nə  qədər  götür-qoy  eləsəm  də,  başqa 

çıxış  yolu  tapmırdım,  yenə  ümidvardım  ki,  vaxt  hər  şeyi  yoluna 

qoyub,  həqiqəti  ortaya  çıxaracaq.

465.  Təbrizin  arabir  sərt,  arabir  yumşaq  havalı  qışını  həyəcan 

çalxantıları  içində  keçirdim.  Sarayda  həyat,  demək  olar,  da-

yanmışdı,  cavan  Xanımızdan,  Əmiraslan  xandan,  Məhəmməd 

xan  Əfşardan  tutmuş,  xidmətçilərəcən  hamı  qulağını  şəkləyib 

Şahımızdan  xəbər  gözləyirdi,  divanın  yığnaqlarında  da, 

Mirzə  Hüseynlə,  Qütbəddinlə,  vaxtı  olanda  Mirzə  Qulamla 

gəzintilərimizdə  də,  istər-istəməz  Şahımızın  sirr  dolu  səfərindən 

danışırdıq.  Şəvval  ayını  beləcə  ötürdük,  zülqədə  ayında  da  Şa-

hımızdan  xəbər  çıxmadı,  get-gedə  havalar  isinməyə,  yaz  özü-

nü  göstərməyə  başladı.  Nədənsə  ağlıma  bu  ilin  Novruzunu 

Ərdəbildə  keçirmək  gəldi;  vəfalı  Qütbəddinin  də  rüsxətini  alsay-

dım,  Mirzə  Kəmaləddinin  qonağı  olar,  şayiələrin  baş  alıb  getdiyi 

bir  vaxtda  onun  nələr  düşündüyündən  xəbər  tutardım.  Amma 

Mirzə  Qulam  yenə  bu  məqamda  Xanımıza  belə  şeylər  üçün  üz 

tutmamağı  məsləhət  gördü,  üstüörtülü  dedi,  Xanımız  Məşhəddə 

baş  verənlərdən  xəbərdardı,  tez-tez  Əmiraslan  xanla,  Məhəmməd 

xan  Əfşarla  məsləhətləşir,  görünür,  ağlagəlməz  məqamda  necə 

hərəkət  eləyəcəklərini  razılaşdırırlar.  Cavan  Xan  neyləyə  bilərdi: 

Nəqşivan,  Rəvan,  Gəncə,  Qarabağ,  Şirvan,  Gürcüstan  qoşunları 

uzaqdaydı,  Təbriz  ətrafındakı  qoşunların  sayı  da  iyirmi  mini 

ötmür.  Xoşbəxtlikdən  Osmanlıların  və  rusların  başı  bir-birinə 

qarışmışdı,  dağlı  basqınlarını  nəzərə  almasaq,  quzeydən  və  gün-

batandan  ciddi  təhdid  gözlənmirdi.  Əgər  zənnim  aldatmırdısa,  o 

səmtdəkilər  də  yayılan  şayiələri  eşitmişdilər,  qulaqlarını  şəkləyib 

uzaq  Hindistandan  alınacaq  xəbəri  gözləyirdilər:  əgər  Şahımız 

zəfərlə  dönsəydi,  aləmin  birinci  fatehi  sayılacaqdı,  yox,  ölüm 

xəbəri  gerçəkləşsəydi,  onun  qurduğu  səltənətdən  hər  kəs  öz  pa-

yını  qoparmağa  çalışacaqdı.  Bilmirəm,  təbrizdəkilər  hökmdarımı-

zın Xorasanı məmləkətin özəyi eləmək istəməsilə razılaşırdılarmı, 

Təbrizin,  Qəzvinin,  İsfahanın  Məşhədə  bərabər  tutulmamasını 

görürdülərmi?  Əlbəttə,  Şahımız  Səfəvilərdən  qalan  miras  kimi, 

Təbrizi  paytaxt  eləməzdi;  İsfahanı  da  heç  ağlına  gətirməzdi,  çün-

ki  ona  hələ  ki  həyatının  ən  ağır  məğlubiyyətini  xatırladırdı; 




472

Qəzvində, demək olar, Səfəvi xanədanının varlığına son qoymuş-

du;  Məşhədsə  öz  hökmünə  tabe  elədiyi  ilk  böyük  şəhər  idi,  həm 

də  bu  vilayətdə  böyüdüyündən  ruhuna  doğma  sayırdı.  Fikrimcə, 

Hindistandan  sağ-salamat  dönsəydi,  Məşhəddə  yerləşəcəkdi. 

466.  Novruz  bayramı  sıxıntılı  keçdi,  hər  halda  mən  özümü 

nə  qədər  ələ  almağa  çalışdımsa,  qəlbimdə  bayram  ovqatı  yarada 

bilmədim  ki,  bilmədim.  Saray  əhliylə  bayramlaşmağımızda  da 

nəsə  gizli  həyəcan,  əndişə  duyulurdu.  Puçur-puçur  gələn  ya-

zın  həniri  canımızı  tamam-kamal  isitməmiş  gözlənilən  faciə  baş 

verdi;  məhərrəm  ayının  axırında  Böyük  Bazar  karvansarasında 

dayanmış  mərvli  bir  tacir  məni  saray  meydanına  çağırtdırdı, 

Məhəmməd  Kazımın  naməsini  ehtiyatla  qoynundan  çıxarıb  gizli 

oxumağımı  istədi,  adını  belə  söyləmədən  də  çıxıb  getdi.  Naməni 

hücrəmə  girib  qapını  bərk-bərk  bağlayandan  sonra  oxudum,  ya-

zılanlardan  da  matım-qutum  qurudu.  Məhəmməd  Kazım  yazır-

dı,  Şahzadə  axır  ki,  Novruz  bayramından  bir  neçə  həftə  qabaq 

Səfəvi  törəmələrinin  axırına  çıxmaq  barədə  Məhəmməd  Hüseyn 

xan  Qacarın  məsləhətinə  əməl  eləməyi  qərarlaşdırıb,  qətlin  ic-

rasını  da  onun  özünə  tapşırıb,  Məhəmməd  Hüseyn  xan  da  elə 

həmin  gün  Səbzavara  yollanıb,  Şah  Təhmasibin  saxlandığı  yerə 

soxulub;  yazırdı,  bədbəxt  Şah  artıq  axırının  çatdığını  duyubmuş, 

qaçıb  hərəmxanada  gizlənib,  amma  cəlladı  onu  hərəmxanada  ya-

xalayıb,  elə  ordaca  iplə  boğub,  sonra  özünü  atasının  nəşi  üstünə 

atan  səkkiz  yaşlı  Abbasın  da  eləcə  nəfəsini  kəsib,  ardınca  balaca 

İsmayılı  həyətdəki  quyuya  atıb,  amma  keşikçilərdən  biri  rəhmə 

gəlib, uşağı quyudan çıxarıb, İsmayıl da qaçmaq əvəzinə atasının 

və  qardaşının  meyitinə  sarı  cumub,  Məhəmməd  Hüseyn  xansa 

tifilin  başını  bədənindən  ayırıb;  yazırdı,  nə  qədər  gizlətməyə 

çalışsalar  da,  camaat  baş  verənlərdən  bir  neçə  gün  sonra  xəbər 

tutub,  qatillərə  lənət  yağdırıb,  illah  da  dərrakəsi  və  gözəlliyi 

dildə-ağızda  gəzən  İsmayılın  qətli  hamının  ürəyini  parçalayıb; 

yazırdı,  Şahzadənin  və  qətli  törədənlərin  adamları  olub-keçənləri 

qarət  niyyətilə  bağlamağa,  bu  məqsədlə  şayiələr  yaymağa  baş-

layıblar,  amma  elin  ağzını  bağlamaq  mümkün  olmayıb,  indi 

Şahzadə həqiqətin üzə çıxmamasından ötrü həmfikirlərini aradan 

götürməyə  belə  razıdı…



473

467.  Məhəmməd  Kazımın  yazdığı,  müxtəsər  söylədiyim 

hadisənin  davamı  bədbəxt  Şah  Təhmasib  və  tifillərinin  nəşinin 

Məşhəddə  gizlicə  dəfn  olunmasıyla  bağlıydı.  Yazdığına  görə, 

Şahzadə  baş  verənlərdən  razı  qalıbmış,  hətta  başına  yığışan  yal-

taqların  təriflərindən  beyni  dumanlanıb,  özünü  şah  elan  eləmək 

fikrinə  düşübmüş,  amma  sən  saydığını  say,  gör  fələk  nə  sayır: 

qəfildən  Şahımızdan  çapar  gəlib,  hökmdarın  Dehli  zəfəri  barədə 

xəbər  gətirib,  bundan  da  Şahzadənin  də,  xanların  da  canını 

qorxu  alıb;  yazdığına  görə,  Şahzadə  əməlindən  peşman  olub, 

qələtini  düzəltmək  məqsədilə  Şahımızın  gəlişinə  hazırlıq  görüb, 

şəhərin  küçə-bazarlarını  bəzətdirib,  sonra  da  can  hövlünü  unut-

maq  üçün  eyş-işrət  məclisi  qurub;  yazdığına  görə,  Şahzadənin 

zövcəsi  Fatimə  bəyim  olub-keçənlərdən  elə  o  məqamda  xəbər 

tutub,  özünə  qəsd  eləyib,  hələ  də  ölümünün  zəhər  içməsi,  yoxsa 

Rzaqulu  Mirzənin  həqiqəti  gizlətmək  üçün  susdurmaq  istəməsi 

üzündən  baş  verdiyini  kimsə  bilmir;  yazdığına  görə,  Şahzadə 

Fatimə  bəyimi  tələm-tələsik  İmam  Rzanın  məqbərəsində,  qarda-

şının  yanında  dəfn  eləyəndən  sonra  Novruz  bayramını  keçirmək 

üçün  Tehrana  yollanıb;  yazdığına  görə,  hər  yerə  Şahzadənin  bü-

tün vilayətlərin və şəhərlərin hakimlərini Tehrana çağırdığı, sonra 

atasının  əmrilə  taxta  çıxacağı  barədə  şayiələr  yayılıb,  belə  getsə, 

şayiələr  artıq  sağ-salamat  olduğu,  zəfərlə  geri  döndüyü  şəksiz 

olan  Şahımızın  qulağına  çatacaq,  bundan  sonra  nə  baş  verəcəyini 

ağla  gətirmək  çətindi;  yazdığına  görə,  Şahımız  da  Məşhəddən 

gündoğana  bütün  hökm  yiyələrinə  səfər  ayında  Herata  gəlib 

istiqbal  şənliklərində  iştirak  eləmələri  barədə  əmr  göndərib,  özü 

də  bu  fürsətdən  yararlanıb  Şahımızın  nəzər-diqqətinə  düşmək, 

onun  yanında  vəzifə  almaq  niyyətindədi;  yazdığına  görə,  Şahı-

mız  Türküstana  üz  tutmayıb  günbatana  sarı  gəlsə,  görüşmək 

imkanı  yaranacaq.  Naməni  oxuyandan  sonra  şamın  alovunda 

yandırdım  –  dünyanın  işini  nə  bilmək  olar…

468.  Görünür,  Şahımızdan  Xanımıza  da  namə  gəlmişdi,  Mirzə 

Hüseyn bu barədə açıq bir söz deməsə də bunu söz-söhbətindən, 

elə  saraydakı  ab-havanın  qəfil  dəyişməsindən  duymaq  olurdu. 

Xanımız  axır  vaxtlar  əndişəsini  ört-basdır  eləmək  üçün  tez-tez 

getdiyi  şikara  ara  verib  dövlət  işlərilə  məşğul  olmağa  başla-

mışdı.  Əlbəttə,  Herata  getməyəcəkdi,  Şahımızdan  belə  bir  əmr 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə