Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə149/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   145   146   147   148   149   150   151   152   ...   179

458

istədiyini,  bütövlükdə  onun  dərrakəsini  çox  bəyəndiyini  yazırdı. 

Məhəmməd  Kazımdan  belə  qəfil  xəbər  alıb,  çox  sevindim,  görü-

nür,  hər  halda,  mirzəliklə  məşğul  olmur,  çünki  Mirzə  Möhsün 

Şahzadənin yanındaydı, buyrultu yazmağa, yaxud dəftərdar kimi 

çalışmağa  da  hövsələsi  çatmaz,  başlıcası,  sağ-salamat  olmağıdı…

452. Elə o həftə də çapar Rzaqulu Mirzənin Məhəmməd Əliyə 

–  əmisi  oğlu  İkinci  İbrahim  xana,  Məhəmməd  Kazımın  cavan 

Xanımıza  və  ayrıca  mənə  yazdığı  namələri  gətirdi.  Şübhəsiz, 

Rzaqulu  xanın  adından  Mirzə  Möhsünün  qələmə  aldığı  namə 

başsağlığından,  Şahımızın  buyruğunu  yerinə  yetirmək  üçün 

həmişə  hazır  olmağın  vacibliyindən  bəhs  eləyirdi.  Məhəmməd 

Kazım  da  göz  yaşları  içində  yazılmış  naməsində  atası  qədər 

sevdiyi,  həmişə  güvəndiyi  arxası-dayağı  saydığı  mərhum  Xa-

nımızın  ruhu  qarşısında  borclu,  həm  də  günahkar  olduğunu 

yazır,  ömrü  boyu  özünü  bağışlaya  bilməyəcəyini  etiraf  eləyirdi. 

Ola  bilsin,  cavan  Xanımız  bunu  Məhəmməd  Kazımın  atasının 

nəşini  Məşhədə  aparmaq  niyyətilə  qayıtmasına  yozdu,  o  güna-

hın  nəhs  yuxuyla  bağlı  olduğunusa  təkcə  mən  bilirdim,  bəlkə 

də  açıb  deməmək  barədə  dilə  tutduğuma  görə,  onun  qədər 

günahkardım.  Amma  bütün  baş  verənlərin  alın  yazısı,  qismət 

olduğunu,  yəqin,  özü  də  yaxşı  bilirdi,  o  yuxusunu  danışmaqla 

alın  yazısında  düzəliş  eləyə  biləcəyini  fikirləşirdisə,  deməli,  bö-

yük  yanlışlığa  yol  verirdi.  Əgər  möhləti  bitmiş  olsaydı,  mərhum 

Xanımız  ötən  il  vəba  qırğınından  sağ  çıxmazdı,  yaxud  o  vax-

tacan  girdiyi  döyüşlərin  birində  gülləyə  tuş  gələrdi.  Ola  bil-

sin,  cəsarətsizliyi  ömrü  boyunca  Məhəmməd  Kazımın  yol  yol-

daşına  çevriləcək,  ona  əzab  verəcəkdi,  əgər  məmləkətin  tarixini 

qələmə  almaq  fikrinə  düşsəydi,  şübhəsiz,  o  məqamın  ağrısını  da 

təsvir  eləyəcəkdi,  amma  bütün  bunlar  həqiqəti  anlaması  üçün 

əngələ  çevrilməyəcəkdi,  çünki  elə  özünün  indi  Mərvə  gedib 

çıxması  da  alın  yazısıydı;  ümidvardım  ki,  elə  Məhəmməd  xan 

Əfşarın  qızı  Pərixan  xatuna  münasibəti  də  alın  yazısıyla  bağlıy-

dı,  əgər  qismətində  vardısa,  bu  sevda  nə  vaxtsa  baş  tutacaqdı. 

Əlbəttə,  bütün  bunları  Mirzə  Hüseynə  söyləmədim,  səbəbi  də 

bu  məqamda  o  məşum  yuxunun  xatırlanmamasıyla,  Məhəmməd 

Kazıma  olan  münasibətin  dəyişməsini  istəməməyimlə  bağlıydı, 



459

Allahın  təqdirilə  olub-keçənlər  ikimizin  aramızda  qalıb  tarixin 

malına  çevriləcəkdi…

453.  Məhəmməd  Kazımın  mənə  yazdığı  müfəssəl  məktubu, 

bəlkə  də,  elə  bu  səbəbdən  Mirzə  Hüseynin  yanında  deyil,  öz 

hücrəmə  çəkilib  qapını  bağlayandan  sonra  oxudum.  Həmd-

sənadan  sonra  Mərv  atlılarıyla  yola  çıxmağından,  üç  həftə  ta-

mamında  Təbrizə  çatmağından,  üç  gün  sarayda  qalmağından, 

gecələr yatağına qor dolmuş kimi çevrikdiyindən, ruhi müvazinəti 

yerində  olmadığından,  könül  məsələlərini  (şübhəsiz,  Pərixan  xatu-



na  bəslədiyi  duyğularını  nəzərdə  tuturdu)  Allahın  məsləhət  bildiyi 

vaxtacan  təxirə  saldığından,  ardınca  şəriət  qaydasınca  mərhum 

atasının  nəşini  aparıb  Məşhəddə  dəfn  elədiyindən,  indi  yeganə 

qayğısının ana-bacısına həyan durmaq olduğundan, bəylərbəyinin 

yanında  da  bu  niyyətlə  qulluğa  girdiyindən  yazırdı;  cavan  dos-

tum  həyatının  sıxıntılı  keçdiyini  də  gizlətmirdi,  yazdığına  görə, 

məcbur qalıb yerinə yetirdiyi iş könlünü şad eləmir, bu səbəbdən 

Şahımızın  Hindistan  səfərindən  dönməsini  gözləyir  ki,  bəlkə  ata-

sının xidmətləri sayəsində bir qulluq ala bilsin. Şübhəsiz, Məşhəd 

sarayında  qalmamasının  əsl  səbəbini  gizlətmişdi,  bu  da  yəqin 

Əliqulu  xana  münasibətinin  faş  olmaması  istəyindən  irəli  gəlirdi. 

Məhəmməd  Kazım  Pərixan  xatun  barədə  açıq,  yaxud  üstüörtülü 

başqa  şey  yazmamışdı,  amma  namənin  axırındakı  Asəf  imzalı 

iki  şeir  parçasından  anladım  ki,  istəklisinin  fərağından  od  tutub 

yanır.  Əlbəttə,  Xanımızın  ölümü  onu  bu  tərəfdən  də  yandırırdı, 

əgər  İbrahim  xan  sağ  olsaydı,  dərdini  deyər,  Pərixan  xatuna 

qovuşmağına  əngəl  çıxmazdı.  Onun  halına  acıdım,  aradan  bir 

müddət  keçib  yara  qaysaqlanandan,  toxtayandan  sonra  Mirzə 

Hüseyn  və  Mirzə  Qulamla  məsləhətləşməyi,  əgər  ortada  başqa 

mətləb  yoxdusa,  məsələni  Məhəmməd  xan  Əfşara  çatdırmağı  qət 

elədim.  Beynimdən  keçdi  ki,  ölüm  –  həyatın  mövcudluğunu  daha 

aydın  andırmaq  vasitəsidi,  yəqin  bu  həqiqəti  Məhəmməd  xan  da 

dərk  eləyər…

454.  Məhəmməd  Kazım  naməsində  yazırdı,  Şahımız  kefinin 

duru  vaxtında  Mirzə  Mehdini  xan  məqamına  ucaldıb,  deməli, 

onun keçmiş xidmətlərini unutmayıbmış; yazırdı, Muğan çölündən 

tanıdığın  sarıcalı  Fəzləli  bəyin  yerinə  eşikağası  məqamı  veril-

miş  qardaşı  Pənahəli  bəy  Şahımızın  uzaqda  olmasından  istifadə 



460

eləyib, altı sarıcalı atlısıyla birgə qaçıb; yazırdı, dalınca atlılar sal-

salar  da,  yaxalaya  bilməyiblər,  Qəzvindən  Araz  qırağına,  ordan 

Muğan  çölünə  qaçıblar,  deyilənə  görə,  dağlılar  tərəfə  keçiblər 

ki,  təqibçilərdən  yaxa  qurtarsınlar.  Görünür,  qardaşının  başına 

gələnin  onu  da  gözlədiyini  hiss  eləyirmiş,  qaçmaqdan  başqa 

yolu  qalmayıbmış.  Düz  deyiblər,  zaman  bütün  yaraları  sağaldır, 

sağaltmasa  da,  hovunu  alır.  Saray  meydanındakı  matəm  çadırı 

da  söküldü,  qara  bayraqlar  da  endirildi,  qış  da  yavaş-yavaş  kö-

çünü çəkib, yerini puçur-puçur yaxınlaşan yaza verdi. O günlərin 

birində  Əmiraslan  xan  Təbrizə  yetişib  divanın  toplantısını  ça-

ğırdı.  Mollabaşı  xeyir-dua  verəndən,  Məhəmməd  İbrahim  xan 

Əfşarın ruhuna fatihə oxuyub rəhmət deyəndən sonra Mirzə Qu-

lam  danışdı,  üzünü  əyan-əşrəfə,  xan,  bəy,  hakim,  qazı,  üləmalara 

tutub  Allahın  rizası,  Şahımızın  hökmüylə  İkinci  İbrahim  xanın 

Azərbaycan  ölkəsində  hökm-fərma  olduğunu,  onun  buyruqla-

rını  Allahın  kölgəsinin  əmri  kimi  qəbul  eləməyin  vacibliyini, 

Əmiraslan  xan  Qırxlunun  Azərbaycan  qoşunlarının  sərdarı  təyin 

olunduğunu  söylədi,  ardınca  hamı  təzim  eləyib  yeni  Xanımıza 

itaətini bildirdi, o da gözlənilmədən çiyinlərinə düşən hakimiyyət 

yükünün  ağırlığından  sıxıla-sıxıla  Şahımızın  etimadına  layiq  ol-

mağa  çalışacağını,  lazım  gəlsə,  məmləkətin  və  taxt-tacın  yolun-

da  canını  fəda  eləyəcəyini  dedi,  bütün  bunları  söyləyə-söyləyə, 

elə  bil,  dirçəlib  böyüdü,  yetkinləşdi.  Yığnaqda  vergi  yığımının 

vəziyyətindən  tutmuş,  yaz  əkininəcən,  çox  şeylərdən  danışıldı, 

bütün  bunların  təfərrüatına  varmağa  ehtiyac  görmürəm,  amma 

Mirzə  Hüseyn  Tiflisdən  çapar  gəlib  dağlıların  tez-tez  Kaxetə 

basqın  elədikləri,  rədd  cavabı  alan  dağlıların  mərhum  İbrahim 

xanın  meyitini  çıxarıb  ağacdan  asdıqları,  zindandakılar  buraxıl-

mayınca,  əzab  verəcəkləri  barədə  xəbər  gətirdiyini  söyləyəndə, 

yeni  Xanımızın  qəzəbdən  qızardığını,  Əmiraslan  xanın  gözlərinin 

qan  çanağına  döndüyünü,  Məhəmməd  xanınsa  utancdan  üzü-

nü  gizlətməyə  yer  axtardığını  sezdim.  Xanımız  üzünü  Mirzə 

Hüseynə  tutdu,  dedi,  Şahımıza  təfsilatıyla  namə  yaz,  qoy  baş 

verənlərdən  hali  olsun.  Mirzə  Hüseyn  dillənmədi,  amma  şəksiz 

bilirdi  ki,  namənin  biri  də  artıq  Hindistan  yolundadı,  haradasa 

ünvanına  çatıb  qəzəb  tonqalında  alışacaq…



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə