Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə150/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   146   147   148   149   150   151   152   153   ...   179

461

455.  O  yığnaqda  yeni  Xanımızdan  Novruzu  el  qaydasınca 

keçirmək  izini  alınmışdı,Təbriz  əhli  uzun  qışdan,  matəm  ovqa-

tından  qurtulmaq  üçün  özünü  yaz  və  bayram  havasına  təslim 

eləmişdi.  Həmin  günlərin  birində  Təbrizə  dönəndən  bəri  ilk  dəfə 

şəhərə  çıxdım,  vəfalı  Qütbəddinin  yanımda  olmasına  sevinə-

sevinə  Əlişah  Ərkinin  əzəmətinə  heyran-heyran  baxdım,  Gülüs-

tan  bağını  doya-doya  gəzdim.  Tutqun  və  kədərli  aylardan  sonra 

gülən  üzlər,  işıq  saçan  gözlər  görür,  elə  bil,  sonsuz  zülmətin 

içindən  asta-asta  çıxır,  nura  qovuşmağa  can  atırdım.  Böyük  Ba-

zar  meydanından  keçəndə  divar  dibində  oturmuş  bir  uşaq  gör-

düm,  uzaqbaşı,  yeddi-səkkiz  yaşı  olardı,  görkəmində,  illah  da 

gözlərinin  dərinliklərində  çılpaq  kimsəsizlik  oxunurdu.  Az  qala, 

altmış  il  əvvəl  mən  də  o  nagahan  gecə  basqınından  qorxmuş, 

sarsılmış  halda  beləcə  divar  dibinə  sığınmışdım,  yanımdan  keçən 

ayaqlara  baxır,  gözlərimi  yerdən  qaldırmağa  çəkinirdim.  Sonra 

ayaqlardan  biri  dayandı,  kimliyimi  soruşdu,  dillənmədiyimi  gö-

rüb,  əlimdən  tutdu,  mən  də  üzüyola  uşaq  kimi  yad  adamın  ya-

nına  düşüb  getdim.  O  gedən  yollardayam,  indi,  az  qala,  dünya-

nın  yarısını  dolaşıb,  Təbrizdə  özümlə  rastlaşmışdım,  gördüyüm 

vücuda  çaşqın-çaşqın,  bəlkə  də,  qorxa-qorxa  baxırdım.  Əlimi  atıb 

mərhum  Xanımızın  səxavəti  sayəsində  dolmuş  kisəmdən  bir  qı-

zıl  sikkə  çıxardım,  Qütbəddinə  dedim,  bazar  ağzında  dəyişdirib 

o  uşağın  könlü  istəyən  şeyləri  alsın.  İndi  özüm  divar  dibində 

oturmuşdum,  rəhmdil  Allah  bəndəsinə  rast  gəlib  xəyalımda  belə 

sahib  olmadığım  geyim-gecimə,  şirniyyata  necə  yiyələndiyimə 

baxırdım.  Qütbəddin  uşağı  yola  salıb  qayıdanda  səssiz-səmirsiz 

ağlayırdım,  göz  yaşım  axıb  saqqalımı  isladırdı,  amma  xeyli  ra-

hatlanıb  yüngülləşmişdim.  Deməli,  hər  bir  adam  həyatında  özü-

nün  və  başqalarının  qəlbini  sındırmalı,  sonra  da  özünün  də  baş-

qalarının  qəlbinə  qayğıyla  yanaşmağı  öyrənməliymiş.  Mən  ürək  də 

sındırmışdım,  ürəyimi  də  sındırmışdılar,  indi  bunların  bədəlini 

ödəyirdim... 



462

X

GÜNÇIXANDAN  GƏLƏN  XƏBƏR



Bu  cəh-cəh  edən  bülbül,

Bax,  gör  nə  gözəldir!

Güllər  arası  sünbül,

Bax,  gör  nə  gözəldir.

Təbrizdə  eşitdiyim  mahnıdan.

456.  Məhəmməd  Kazımın  göndərdiyi  o  uzun  naməsindən  bir 

mətləbi  də  xatırlatmasam  olmaz.  Cavan  dostum  Qaxdan  Təbrizə 

gəlib, Təbrizdən atasının nəşini götürüb Məşhədə aparanda, daha 

doğrusu,  dəfn  əsnasında  eşitdikləri  barədə  yazmışdı.  Yazdığına 

görə,  Şahımız  əfqan  torpaqlarında,  Şahzadəmiz  Bəlx  tərəflərdə 

olduğu  vaxt  Xivədən  gələn  xəfiyyə  İlbarsın  Xorasana  hücu-

ma  hazırlaşdığı  xəbərini  Əliqulu  xana  çatdırır,  Əliqulu  xan  da 

dərhal  Şahımıza  namə  göndərir,  Şahımızsa  Şahzadəylə  Təhmasib 

xan  Cəlayirə  tez  Xorasana  qayıdıb  təhlükəni  sovuşdurmağı  əmr 

eləyir;  yazırdı  ki,  o  vaxt  Təhmasib  xan  elə  qorxubmuş  ki,  qıçları 

titrəyirmiş,  amma  Şahımızın  ürəyinə  rəhm  gəlir,  üzr  dilədiyinə 

görə,  köhnə  dostunun  təqsirindən  keçir;  sonra  Hindistan  səfərinə 

çıxmaq  niyyətini  söyləyib,  Rzaqulu  Mirzənin  məmləkətdəki  naibi 

təyin olunması barədə qərarını bildirib; Bahar Sufla düşərgəsində 

üç  gün,  üç  gecə  bayram  şənliyi  olub,  Şahımız  əyan-əşrəfə,  adlı-

sanlı  xanlara,  qoşun  başçılarına  qiymətli  parçadan  xələt  verib 

hamıdan  məmləkətdə  olmadığı  müddətdə  Şahzadənin  əmrlərinə 

itaət  göstərməyi  istəyib;  Əliqulu  xan  o  şənliyə  dəvət  olunmama-

sını,  Şahımızdan  xələt  almamasını  sinirə  bilmirmiş,  üzə  vurmasa 

da qəzəbindən zəncir çeynəyir, qaş-qabağı açılmırmış; belə çıxırdı, 

onun yaşıdı olan Rzaqulu Mirzə artıq taxt-tac yolundadı, atasının 

diqqəti,  Mirzə  Məhəmməd  Möhsünün  həmişə  yanında  olub  bilik 

verməsi,  ondan  ötrü  məxsusi  «Zübdət-üt-tavarix»  yazması,  Şahı-

mızın  öz  oğlunu  buraxdığı  səhvlərə  görə  cəzalandırmaması  bü-



463

tün  bunlardan  xəbər  verirdi;  bəs  onda  Muğan  çölündə  taxt-tacın 

varisi,  Şahımızın  vəliəhdi  elan  olunan  atası  Məhəmməd  İbrahim 

xan  Əfşar  necə  olacaqdı,  bununla  barışacaq,  yoxsa  Azərbaycanı 

qardaşından  qoparmaq  fikrinə  düşəcəkdi?..  Əlbəttə,  onda  İbra-

him  xan  hələ  sağ  idi,  quzey  səfərindəydi,  amma  qardaşının  artıq 

ona  güvənməməsindən  xəbəri  yox  idi;  bəlkə  də  Şahımızın  bu 

qərarının  səbəbi  qardaşının  uzaqda  olmasıyla  bağlıydı,  hər  halda 

bu  iki  məqam  Əliqulu  xana  çox  ağır  gəlmişdi.

457.  Məhəmməd  Kazımın  yazdığına  görə,  Şahımız  sonra  Rza-

qulu  Mirzəyə  uzun-uzadı  öyüd-nəsihət  verib,  deyib,  məmləkətin 

naibi  taxtına  oturan  kimi,  Səfəvi  ailəsinə,  Şah  Təhmasibə  diqqətə 

və  hörmətə  yol  vermə,  Səbzavər  şəhərinin  zindanında  saxladığın 

Şah  Təhmasibə  etibarlı  adamlarından  mühafizə  göndər  ki,  başqa 

kəslərin  onunla  ünsiyyətdə  olmasına  imkan  verməsinlər;  deyib, 

məmləkətin hansı tərəfində olur-olsun, vilayət, şəhər hakimlərini, 

onların  naiblərini  təyin  eləyəndə  üstlərindən  gözünü  çəkmə, 

həm  də  yerlərini  tez-tez  dəyişdirmə;  deyib,  səhranişinlərə,  yəni, 

özbəklərə  lazımi  diqqət  göstər,  onların  qayğılarıyla  daim  ma-

raqlan;  deyib,  Allah  eləməsin,  işdir-şayəd  Türküstanın,  Osman-

lının,  ya  da  Məşriq  məmləkətlərinin  qoşunları  məmləkətimizə 

soxulsa,  davanı  aparmağın  yönlərilə  bağlı  ağsaqqallardan,  tayfa 

başçılarından  məsləhət  istə,  əgər  hər  şeyi  sülhlə  yoluna  qoymaq 

mümkünsə,  davaya  girəcək  qədər  axmaq  olma;  deyib,  oğruları, 

əyriləri,  quldurları,  yaramazları  cəzalandır,  məmləkətə  gələn  kar-

vanlarla,  tacirlərlə  yaxşı  davran  ki,  sənin  ədalətini,  xeyirxahlığı-

nı,  əzəmətini  aləmə  yaysınlar;  deyib,  xəzinədən  israfçılıq  eləmə, 

amma  səltənət  təhlükə  altındadısa,  tərəddüd  eləmədən  xələt  ver; 

deyib,  Allah  eləməsin,  altı  ay  bizdən  əsər-əlamət  olmayacağını 

heç  ağlına  da  gətirmə;  axırda  deyib,  İlbarsa  hücum  eləmə,  tez-

tez  hərəkətləri  barədə  mənə  xəbər  göndər  ki,  qayıdanda  ona  elə 

qulaqburması  verim,  cəmi  qiyamçılar  və  canilər  başlarını  qaldıra 

bilməsinlər;  yazırdı,  bütün  bu  olub-keçənlərdən  xəbər  tutanda 

indi  haqq  dünyasında  olan  İbrahim  xanın  neyləyəcəyini  düşün-

düm,  heç  ağlıma  da  gəlməzdi  ki,  yuxum  çin  çıxacaq,  quzey 

hüdudlarımızdan  zəfər  əvəzinə  faciə  xəbəri  eşidəcəyəm.  Əlbəttə, 

Şahımızın  Rzaqulu  Mirzəyə  verdiyi  öyüdlər,  artıq  Vəliəhd 

məsələsində  qəti  qərara  gəldiyindən  xəbər  verirdi;  görünür,  Qar-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə