Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə151/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   147   148   149   150   151   152   153   154   ...   179

464

daşının  Azərbaycanda  əmin-amanlıq  yarada  bilməməsi,  oğlunun-

sa  Mavərənnəhri  və  Türküstanı  itaətə  gətirməsi  bu  məsələdə 

həlledici  olmuşdu. 

458.  Fikirləşdim,  bu  da  Allahın  işidi,  Şahımız  quzey  hüdudla-

rında  olan  qardaşının  ölümündən  xəbərsiz  öz  oğlunu  səltənətin 

naibi  təyin  eləyib,  qardaşı  da  bundan  xəbərsiz  taxt-tacın  varisi 

kimi Car dağlarında döyüşə girib və düşmən gülləsinə rast gəlib, 

beləcə,  ehtimal  olunan  narazılıq  ilahi  təsadüf  üzündən  aradan 

qalxıb.  Amma  Əliqulu  xan  bunu  çətin  unuda,  tay-tuşunun  varis 

olması,  taxta  çıxmasıyla  çətin  barışaydı.  Bunu  Mirzə  Hüseynə 

də  söyləmişdim,  fikrimlə  qeydsiz-şərtsiz  razılaşmışdı,  üstəlik, 

demişdi,  cavan  Xan  da  əmisinin  qərarına  sevinmədi,  Mirzə  Hü-

seyn  əlavə  eləmişdi,  əlbəttə,  bu,  İbrahim  xanın  ölümündən  son-

ra  baş  versəydi,  ortada  narazılıq-filan  olmazdı,  sonra  elə  bil 

həddini  aşdığını  duyub  susmuş,  qorxa-qorxa  üzümə  baxmışdı. 

Onda  yazın  Novruz  bayramından  sonrakı  günlərindən  biriydi. 

Mirzə  Hüseynlə  saray  bağında  gəzirdik,  tez-tez  Məhəmməd  Ka-

zım,  onun  nəzərlərini  gizlicə  dolandırıb  ətrafda  Pərixan  xatu-

nu  axtarması,  tapmayanda,  qızın  pəncərəsinə  sarı  boylanması 

xəyalımda  canlanırdı.  Beynimdən  keçirdim  ki,  yəqin,  indi  za-

vallı  Pərixan  xatun  hicran  alovunda  yanır,  Məhəmməd  Kazımın 

gizlicə  göndərdiyi  namələri,  o  namələrdəki  eşq  şeirlərini  oxuyub, 

gül  qoxulu  yastığının  altında  saxlayır.  Şübhəsiz,  bu  cür  eşq  yaşa-

mağın  özü  hər  kəsin  bəxtinə  düşməyən  xoşbəxtlikdi,  fikirləşdim 

ki,  əgər,  Allah  eləməsin,  Məhəmməd  Kazım  istəklisinə  qovuş-

masa  belə,  bu  sevgi  onu  yetkinləşdirəcək,  şeirlərinin  dəyərini 

artıracaq. Amma çinlilərin bir məsəli də yadıma düşdü: sevdiyiniz 



kəsi  sərbəst  buraxın,  qayıdacaqsa  sizindi,  qayıtmayacaqsa,  heç  vaxt 

vüsala  çatmayacaqsınız.  Məhəmməd  Kazımın  Pərixan  xatuna  duy-

duğu həqiqi eşq idisə, günlərin birində Təbrizə qayıdacaqdı. İndi 

Mömin  xanın  qəbrinin  yerində  gül  kolları  əkilmişdi,  daha  tənha 

qəbir  barədə  duyğular  mənə  əzab  vermirdi.  Hasarın  dibindən 

axan  arxda  əl-üzümüzü  yuyub  cənnət  rahatlığına  qovuşduq, 

həmin  məqamda  yenə  axır  vaxtlar  xatırlamamağa  çalışdığım  Tif-

lis  yadıma  düşdü,  təpədən-dırnağa  titrədim…

459.  O  ilin  saray  həyatını  quzeyə  uzanan  yollara  baxa-ba-

xa,  uzaq  Hindistanda  Şahımızın  zəfərlərinə  şahid  olan  Mirzə 



465

Mehdidən,  Mərvdə  məmurluq  eləyən  Məhəmməd  Kazımdan, 

Ərdəbildə  guşənişin  ömür  sürən  Mirzə  Kəmaləddindən  namə 

gözləyə-gözləyə  keçirdim.  Mirzə  Mehdidən  birini  yazda,  o  birini 

yayın  ortalarında  olmaqla  iki  namə  aldım.  Birincidə  məmləkətin 

hüdudlarından  keçəndən  sonra  rastlarına  çıxan  şəhərləri  ələ  ke-

çirib,  yağmalayıb  Lahora  necə  çatdıqlarından,  Zəkəriyyə  xanı 

itaətə  gətirib,  Karnal  üzərinə  getdiklərindən,  Məhəmməd  Şahın 

qoşunuyla  baş  verən  döyüşdən,  Şahımızın  min  nəfərlik  əfşar  at-

lısının  başında  şir  kimi  vuruşduğundan,  düşmən  sərdarlarından 

Səadət xanın öz filinin «namərdliyi» sayəsində əsir düşdüyündən, 

Xan  Dövranın  yaralanıb  döyüş  meydanından  çıxarıldığından, 

zəfərdən  sonra  Şahımızın  diz  çöküb  Allaha  dua  elədiyindən, 

üstəlik,  oğlu  Murtuzaqulunun  adını  dəyişdirib  Nəsrullah  –  Al-

lahın  zəfəri  qoyduğundan,  xan  Dövranın  Şahımızın  Məhəmməd 

Şahla  görüşməsinə  mane  olmaq  üçün  Nizam-ül-mülkə  yalvar-

dığından,  baş  vəzir  Nizam-ül-mülkün  Əbdülbağı  xanla  barışıq 

şərtlərini  müzakirə  eləməsindən,  Şahımızın  Məhəmməd  şahı  öz 

çadırında  böyük  hörmətlə  qarşılamasından,  taxtının  böyründə 

oturdub  mehribancasına  söhbət  eləməsindən,  amma  Mirbaxşı 

–  Baş  xəzinədar  məqamında  gözü  olan  Səadət  xanın  Şahımızı 

Dehli  üzərinə  getmək  üçün  dilə  tutmasından,  məqsədinə  ça-

tıb  vəkil-ül-mütləq  məqamına  yüksəlməsindən,  zilhiccə  ayının 

ilk  günü  yola  çıxacaqlarından  yazırdı.  Əlbəttə,  Mirzə  Mehdinin 

təfsilatına  varmaq  istəmirəm,  belə  çıxırdı,  Şahımız  tezliklə  Deh-

lini  ələ  keçirib  gündoğan  hüdudlarımızdakı  təhlükəyə  birdəfəlik 

son  qoyacaq,  sonra  da,  şübhəsiz,  dağlıların  üzərinə  gedəcəkdi…

460.  Mirzə  Mehdi  ikinci  naməsində  yazırdı,  zülhiccə  ayı-

nın  yeddinci  günü  Dehli  altındakı  Şalimar  bağlarına  çatdıq,  iki 

gündən  sonra  böyük  təntənəylə  şəhərə  girdik,  irəlidə  belində 

cəzirələrin oturduğu yüzlərlə fil, arxasınca şahanə atında əzəmətli 

Şahımız  gedirdi,  axırda  qoşunumuz  gəlirdi;  yazırdı,  Məhəmməd 

Şah  sarayında  əziz  qonağının  şərəfinə  təntənəli  ziyafət  verdi, 

hətta  xəzinəsini  qəbul  eləmək  barədə  ricasını  bildirdi,  Şahımız 

da  uzun  müddət  boyun  qaçırandan  sonra  razılaşmağa  məcbur 

oldu;  yazırdı,  Şahımız  Cahan  Şahın  əzəmətli  sarayında  bərqərar 

oldu,  zilhiccənin  onuncu  günü  Novruz,  həm  də  Qurban  bayra-

mında,  onun  adına  məscidlərdə  xütbələr  oxundu,  üstündə  «Na-




466

dir  Yer  üzündə  Sultanlar  Sultanı,  hökmdarlar  Hökmdarı,  Uğur 

Sahibidir»  yazılmış  pul  kəsildi;  yazırdı,  elə  o  gün  Səadət  xan 

canını  Allaha  tapşırdı,  deyilənə  görə,  Şahımızın  istəyindən  ca-

nına  qıymışdı;  yazırdı,  elə  o  axşam  da,  Allah  göstərməsin,  Şa-

hımızın  ölümü  barədə  şayiələr  yayıldı,  Səadət  xanın  adamları 

nasaqçılara,  gözətçilərə,  döyüşçülərə  hücum  eləyib  öldürdülər, 

səhəri  gün  qarmaqarışıqlığı  yatırtmaq  üçün  şəhərə  çıxan  Şahımız 

da,  az  qala,  qəfil  güllənin  qurbanı  olacaqdı;  yazırdı,  Şahımızın 

əmrilə  qiyamçılara  divan  tutuldu,  on  minlərlə  adam  qətlə  yeti-

rildi,  xanların  var-dövləti  ələ  keçirildi,  üstəlik,  Şahımız  şahzadə 

Yəzdan  Baxşının  qızını  oğlu  Nəsrullaha  istədi,  moğol  qaydasın-

ca  adaxlı  barədə,  yeddi  arxa  dönəni  barədə  məlumat  istəyəndə 

onlara  dedi,  deyin  Nadir  Şahın  oğludu,  qılıncın  oğludu,  qılıncın 

nəvəsidi,  yeddi  əvəzinə  yetmişəcən  bunu  təkrar  eləyin,  bundan 

sonra  səsini  çıxaran  olmadı,  Şahımız  da  onlara  şahanə  toy  elədi; 

yazırdı,  səfər  ayının  üçüncü  günü  Məhəmməd  Şahı  ziyafətə  ça-

ğırıb  Hind  çayından  quzey  və  günbatan  tərəfdəki  torpaqları  Xo-

rasan  vilayətinə  qatmaq  üçün  razılıq  aldı;  yazırdı,  bundan  sonra 

xütbələrdə Şahımızın adı çəkiləcək pullar onun adına kəsiləcək…

461. Məhəmməd Kazım Təbrizdən ötrü darıxdığını dönə-dönə 

yazmışdı,  mən  də  o  sözün  hansı  məna  daşıdığını  gözəl  an-

layırdım.  Əlbəttə,  məni  görmək,  söhbətləşmək  arzusu  təbiiydi, 

amma  güman  ki,  yarı  canı  Pərixan  xatunun  yanındaydı.  Yazırdı, 

yəqin  Şahımız  Rzaqulu  Mirzəni  səltənət  naibi  təyin  eləyəndə 

məmləkətdə  olmadığı  müddətdə  qardaşı  İbrahim  xanın  ona  göz 

olacağını  düşünürmüş,  amma  indi  sözünə  –  hərəkətinə  qoruq-

qaytaq  yoxudu;  yazırdı,  Şahzadə  Məşhədə  qayıdandan  sonra  Xo-

rasan cəzirələrindən on iki minlik qoşun düzəldib, o qoşun seçmə 

atlar,  bahalı  parçadan  paltarlar,  qızıl-gümüş  işləməli  silahlarla 

təmin  olunub,  lap  Çin  rəsmlərindəki  mənzərə  yaranıb;  yazırdı, 

Şahzadə  ticarəti  də  öz  əlində  cəmləşdirməyə  çalışır,  buna  görə 

də,  ona  qarşı  gizli  narazılıqlar  əmələ  gəlməyə  başlayıb,  bundan 

şirnikənlər də Fars bəylərbəyi Tağı xan Şirazi kimi soyğunçuluqla 

məşğul  olurlar,  indi  Şahzadənin  özü  belə  Tağı  xanı  əməllərindən 

çəkindirə  bilmir;  yazırdı,  çoxdan  xəbər  alınmadığından  Məşhədə 

Şahımızın, Allah eləməsin, ölümü barədə xəbərlər gəlməyə başla-

yıb, bunun həqiqətimi, yoxsa şayiəmi olduğunu hələ kimsə dəqiq 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə