Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə154/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   150   151   152   153   154   155   156   157   ...   179

474

almamışdı,  bundan  sonra  əmr  də  alsaydı,  yəqin  ki,  Tehrana 

Şahzadənin yanına getməzdi, çünki hamı intizar içində Şahımızın 

Səfəvilərin  qətlinə  görə  onu  necə  cəzalandıracağını  gözləyirdi. 

Məndən  ötrüsə,  bir  məsələ  çox  maraqlıydı:  Şahımız  qardaşı-

nın  qisasını  almaq  üçün  yönünü  quzeyə  nə  vaxt  çevirəcəkdi 

və  həmin  vaxt  onun  yanında  olmaq  üçün  neyləməliydim? 

Şübhəsiz,  Mirzə  Mehdi  olan  yerdə  mənə  ehtiyac  yox  idi,  amma 

Mirzə  Mehdi  xeyirxahlıq  eləyib  kefinin  kök  vaxtında  qocalığım, 

xəstəliyim,  yurd  nisgilim  barədə  Şahımıza  təsirli  sözlər  söyləyə 

bilərdi,  üstəlik,  Məhəmməd  Kazım  məqsədinə  çatsaydı,  Şahımıza 

mənim  istəyimi  yetirməyə  imkan  yaranardı.  Günlərim  beləcə 

intizar  içində  keçirdi,  ehtiyat  üzündən  nə  Mirzə  Mehdiyə,  nə  də 

Məhəmməd Kazıma namə yazmağa cəsarət eləyirdim. Mirzə Hü-

seyn  də  Şirvandan  və  Kaxetdən  həyəcanlı  xəbərlər  gəldiyindən, 

dağlı basqınlarının ara vermədiyindən danışırdı, görünür, aradan 

keçən  iki  il  ərzində  ciddi  müqavimətə  rast  gəlmədiklərinə  görə 

şirnikmişdilər,  ola  bilsin,  Şahımızın  Hindistanda  öldüyü  barədə 

şayiələr  ora  da  gedib  çatmışdı,  zəfərlə  dönməsi  xəbərinisə  hələ 

almamışdılar.  Mirzə  Hüseynin  verdiyi  o  xəbərləri  həyəcan  içində 

dinləyirdim, beynimdən keçirirdim ki, dünyanın işinə bax, mənim 

taleyim  uzaq  quzeydə  kimlərinsə  əməllərindən  asılıdı.  O  intizarlı 

günlərdə  özümə  təzədən  ürək-dirək  verməyə,  əgər  qismətimdə 

varsa,  istəyimin  gerçəkləşəcəyinə,  insanın  ümidinin  sonsuzlu-

ğuna  da  inanmağa  başlamışdım,  əslində,  şübhə  eləmirdim  ki, 

həyatımın  mənası  elə  bundan  ibarətdi.  Ona  da  inanırdım  ki, 

Şahımız  dediyindən  dönməyən  adamdı,  əgər  and  içibsə  ki,  Hin-

distandan  dönəndən  sonra  dağlıları  diz  çökdürəcəm,  deməli,  de-

diyini  yerinə  yetirəcək,  ola  bilsin,  bu  vədi  bir  qədər  geciksin, 

amma  taxta  çıxmazdan  əvvəl  o  tərəfdə  yarımçıq  qoyduğu  işini 

mütləq  axıra  çatdıracaq. 

469.  Rəbiül-axır  ayının  sonunda  Təbrizə  Şahımızla  Şahzadə 

arasında çəkişmələr olduğu barədə şayiələr gəlib çatdı, ondan bir 

neçə həftə sonra da Məhəmməd Kazımdan müfəssəl namə aldım. 

Axır dediyini eləmiş, Mərv heyətilə Şahımızın hüzuruna getməyə 

müvəffəq  olmuşdu.  Yazdığına  görə,  Şahzadənin  Herata,  atası-

nın  hüzuruna  getməyi  elə  hey  təxirə  salması,  Tehran da  dövlət 

işlərilə  məşğul  olduğu  barədə  bəhanələri  can  hövlündənmiş, 




475

Şahımızın  Səfəvilərin  qətlinə  görə  onu  bağışlamayacağını  bi-

lirmiş,  üstəlik,  çox  güman  ki,  «göz-qulaqları»  artıq  oğlunun 

taxt-taca  iddia  elədiyini  hökmdara  çatdırıblarmış;  Şahzadə  nə 

qədər  gecikdirsə  də,  o  görüş  Heratda  yox,  Qaratəpədə  baş  tu-

tub,  Şahımız  bərbəzəkli  filin  belindən  düşüb  oğlunun  on  iki 

min  nəfərlik  şahanə  xüsusi  qoşununa  baxıb,  bir  söz  deməyib, 

vəliəhdlə  mehribancasına  görüşüb,  amma  elə  o  axşam  da  diva-

nı  yığıb  Şahzadənin  dəbdəbəli  qoşununun  buraxıldığını  bildirib; 

Şahzadə  bundan  bərk  sarsılıbmış,  Şahımızsa  onu  çadırına  aparıb, 

qoşunun  halından  əndişə  duyduğunu,  camaatın  məmləkətdə  iki 

Şah  olduğunu  düşünməsinin  ziyanını  söyləyib,  nəhayət,  qərarını 

açıqlayıb:  Şah  Təhmasibi  öldürtdüyünə  görə  oğlunu  Səltənət 

Naibliyindən  uzaqlaşdırdığını,  yerinə  Nəsrullah  Mirzəni  təyin 

elədiyini, Rzaqulu Mirzəni özüylə Türküstan səfərinə aparacağını 

bildirib.  Məhəmməd  Kazım  yazırdı,  mən  onda  Mirzə  Mehdinin 

yanındaydım,  Şahzadənin  qorxudan  ağarmış  sifətini,  böyümüş 

gözlərini  Şahımızın  çadırından  çıxanda  gördüm,  hətta  o  qədər 

yaxındım  ki,  yanağının  dartıldığını  belə  sezdim;  yazırdı,  sonra 

Şahımız  Mirzə  Mömini  yanına  çağırtdırdı,  bu  hökmünü  fərmana 

salmağı  əmr  elədi;  yazırdı,  Şahımızın  hüzuruna  Əliqulu  xan  da 

gəlmişdi,  eşitdiyimə  görə,  hökmdar  ona  başsağlığı  verib,  deyib 

Türküstan  səfərindən  qayıdandan  sonra  mütləq  atasının  qisasını 

alacaq.  Deməli,  Şahımız  Türküstan  səfərinə  gedirdi,  o  səfərin  nə 

qədər  çəkəcəyini  də  bir  Allah  bilirdi,  bu  müddət  ərzində  mən 

yenə  ümidimi  Allaha  bağlamalı,  səbir  eləməli,  gözləməliydim…




476

XII


DAHA  BİR  ÜMİD  ARXASINCA

Keçər  dövran,  belə  qalmaz,

Şad  ol  könül,  nə  məlulsan?

«Koroğlu»  dastanından

470.  Şahımız  Türküstana  yola  düşməzdən  qabaq  Əmiraslan 

xan  Qırxlunu  da,  Məhəmməd  xan  Əfşarı  da  Herata  çağırtdırmış-

dı.  Mən  bilən,  qardaşının  faciəli  ölümünü  ona  bağışlaya  bilmir-

di.  Muğan  çölündə  Mirzə  Mehdidən  eşitmişdim  ki,  Məhəmməd 

xanla  uşaqlıq,  cavanlıq  illəri  bir  yerdə  keçmişdi,  əmisi  Bəktaş 

bəyin  oğlunu  qardaşı  İbrahimdən  seçmirmiş;  cəsur,  mərhəmətli 

olan  İbrahim  xan  hərb  məsələlərində  o  qədər  də  qabiliyyətli 

deyildi,  Şahımız  da  bunu  yaxşı  bilirdi,  əmisi  oğlunu  Təbrizdə 

ona  görə  saxlamışdı  ki,  Vəliəhdin  yanında  olsun,  onu  qorusun; 

amma  Məhəmməd  xan  borcunu  yerinə  yetirə  bilməmişdi,  taxt-

tacın  varisi  elə  ilk  döyüşlərdəcə  güdaza  getmiş,  üstəlik,  meyiti 

düşmən  əlində  qalmış,  ən  pisisə,  qardaşının  ruhu  təhqir  olun-

muşdu.  Məhəmməd  xan  Əfşar  köç-külfətini  yığışdırıb  Herata 

yola  çıxanda  saray  meydanında  toplaşmışdıq,  onun  halətindən 

özündə  olmadığını  sezirdim,  yəqin  beynində  Şahımızın  han-

sı  cəzasına  layiq  görüləcəyini  çək-çevir  eləyirdi.  Bu  məqamda 

mənim  sevindiyim  bir  şey  vardı:  Pərixan  xatun  da  Herata  ge-

dirdi,  Məhəmməd  Kazımın  bəxtinə  gün  doğur,  vüsal  imkanı 

yaranırdı.  Yəqin,  Mirzə  Mehdiyə,  ya  da  başqa  bir  kəsə  desəydi, 

cavanın  dərdini  Şahımıza  çatdırar,  o  da  bircə  kəlməsilə  hər 

şeyi  yerbəyer  eləyərdi.  Bu  gedişin  başqa  bir  tərəfi  də  vardı: 

Şahımız  Məhəmməd  xanın  yerinə  elə  onun  qardaşı  Aşur  xan 

Əfşarı  göndərmişdi,  indən  sonra  Xanımızın  yanında  Aşur  xan 

olacaq,  Azərbaycan  qoşunlarının  sərdarlığını  eləyəcəkdi.  Şahı-

mızın  Dehlidən  zəfərlə  dönməsi  çoxlarının  murazını  gözündə 

qoymuş,  əl-ayağını  yığışdırmışdı,  amma  qınlarına  çəkilib  fürsət 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə