Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə157/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   153   154   155   156   157   158   159   160   ...   179

483

XIII


VƏFALI  QÜTBƏDDİN

Kim  ki,  diləməz  mərhəməti-lütfün  ki,  Məsiha,

  Çərx  üzrə  dəxi  xəstə  o  dərmanın  üçündür.

Ağa  Məsih  ŞİRVANİ

(XVIII  yüzil)

477.  Getdiyim  yollardan  çox  söz  açmışam,  bu  dəfə  yol  yol-

daşımdan  –  vəfalı  Qütbəddindən  danışmaq  istəyirəm.  Bircə  onu 

deyim,  bizi  saray  meydanından,  sonra  da  Təbriz  civarından  yola 

salan  Mirzə  Hüseynin  dediyinə  görə,  əgər  Mirzə  Mehdi  naməni 

Tehrandan  göndəribsə,  indi  Şahımız  Zəncan,  ya  Rəşt  tərəflərdə 

olar,  Qaradağa  gəlib  çatmağı  azı  bir  həftə,  on  gün  çəkər.  Bu 

səbəbdən  Ərdəbilə  sarı  üz  tutmuşduq,  könül  sirdaşım  Mirzə 

Kəmaləddinlə  son  kərə  vidalaşıb  rahatlanmaq  istəyirdim.  Sö-

zün  düzü,  Qütbəddinin  bu  qədər  də  sədaqətli  olacağını  ağlıma 

gətirməmişdim:  nə  düşünüb-daşındı,  nə  haqq  istədi,  nə  də  qaş-

qabaq tökdü, həmişəki təbii və səmimi tövrüylə baş əyib, yola nə 

vaxt  çıxacağımızı  soruşdu,  vəssalam.  Cəmi  ailəsini  –  ata-anasını, 

bir  qardaşını,  iki  bacısını  vəba  qırğınında  itirdiyi  barədə  o  faciəli 

səfərimizdə  danışmışdı,  o  vaxtdan  da  uzaq  qohumu  həkimbaşı 

Şahabəddinin  xidmətinə  girmişdi,  bir  növ  onun  əlaltısıydı.  İlk 

görüşümüzdəcə  altmış  beş  yaşlı  xəstə  səyyahla  iyirmi  iki  yaşlı 

dərdli  baxıcının  arasında  səmimiyyət  ruzigarı  əsmişdi,  o  ruzigar 

indiyəcən  də  ünsiyyətimiz  davam  eləyirdi.  Aradan,  az  qala,  üç 

il  keçmişdi,  o  səfərdə  məni  ölümün  pəncəsindən  qoparan,  bəlkə 

də  itkilərinin  ağrısını  dindirməyə  çalışan  Qütbəddin,  ola  bilsin, 

xatirələrdən  qaçmağa  can  atırdı.  Birinə  sandıqlarım,  o  birinə 

gündən-yağışdan  qorunmaq  üçün  balaca  səfər  çadırı  yüklənmiş 

qatırların  kəndirini  atının  yəhərinə  bağlayıb  yanımca  gələn, 

aradabir  mələk  Cəbrayıl  kimi  başımın  üstündə  uçduğunu  hiss 

elədiyim  vəfalı  Qütbəddin  məni  Mirzə  Mehdiyə  çatdırıb  Təbrizə 




484

qayıdacaqdı.  Sözün  düzü,  bir  vaxtlar  Məhəmməd  Kazıma  duy-

duğum  atalıq  hissi  yenə  baş  qaldırmışdı,  amma  bu  dəfə  də  fələk 

bu  hissi  doya-doya  yaşamağa  imkan  verməyəcəkdi.  İndi  gündüz 

istisində  ağac,  ya  da  qaya  kölgəsində,  gecə  ikinəfərlik  çadırı-

mızda  namazımızı  qılır,  yeməyimizi  yeyir,  ordan-burdan  söhbət 

eləyir,  yatıb  dincəlir,  sonra  yenə  yola  çıxırdıq…

478.  Ərdəbil  görünəndə,  daha  doğrusu,  qürub  günəşinin  Şeyx 

Səfi  türbəsinin  qübbəsindəki  əksini  sezəndə  ürəyimin  döyün-

tüsü  qulaqlarımda  gurultu  salmışdı.  Sonra  ağır-ağır  axşamın 

toranlığı  enən  küçələrlə  Mirzə  Kəmaləddinin  evinə  sarı  gedir, 

onu  tapmayacağımla  bağlı  qəfildən  beynimə  gələn  fikirdən  tez-

tez  eymənirdim.  Amma  könül  sirdaşımı  tanış  eyvanda  oturub 

yola  baxan  görəndə  yenə  ürəyim  atlandı.  Deyəsən,  ilk  məqamda 

gələnin  kim  olduğunu  unamadı,  küçəyə  çıxıb,  axşam  toranlığını 

əlindəki  lampanın  işığıyla  aydınladıb  üzümə  baxandan  sonra 

bütün  vücuduyla  titrədi,  sinəsindən  boğuq  səs  çıxardı,  məncə, 

həmin  vaxt  Qütbəddin  çırağı  əlindən  almasaydı,  ya  yerə  atacaq, 

ya da kürəyimi yandıracaqdı: qucaqlaşdıq, bir-birimizi qoxuladıq, 

gözümüzün  yaşını  axıtdıq.  Bu  müddətdə  külfəti  eyvana  çıx-

mış,  oğlu  pişvazımıza  gəlmişdi.  Görmədiyim  müddətdə  oğlanın 

xeyli  böyüdüyünün  fərqinə  vardım,  onu  bağrıma  basanda  da 

övladımın  qoxusunu  aldım.  Sonra  yuyunub,  rahatlanıb,  namazı-

mızı  qılıb,  çörəyimizi  yeyib,  eyvanda  Ayın  nurunun,  lampa  işı-

ğının  bir-birilə  qarışmış  ziyasında  oturmuşduq,  ötən  illərin  apar-

dıqlarından,  gələcək  illərin  gətirəcəklərindən  danışırdıq.  Mirzə 

Kəmaləddinin  həyatında  oğlunun  mədrəsəni  bitirməsindən  başqa 

dəyişiklik  yoxudu:  mədrəsədə  dərsini  deyir,  evdə  kitab  oxuyur-

du,  dükan-bazara,  camaatın  yığışdığı  yerlərə  getməyi  xoşlamaz-

dı,  təkcə  cümə  namazlarını  məsciddə  qılmaq  üçün  evdən  çıxır, 

ləngimədən  evə  dönürdü.  Ən  gözlənilməz  olan  buydu  ki,  Mirzə 

Kəmaləddin  Qütbəddinin  kənkan  atasını  tanıyırmış,  uşaqlıqları 

bir  məhəllədə  keçibmiş;  oğlanın  başına  gələnə  çox  acıdı,  dedi, 

bundan sonra qapım sənin üzünə açıqdı, elə bilərsən, Ərdədbildə 

də bir evin var. Bir daha görməyim müşkül olan könül sirdaşıma 

Qütbəddin  kimi  vəfalı  bir  insanın  rast  gəlməsinə  çox  sevindim. 

Mirzə  Kəmaləddin  oğlandan  söz  aldı  ki,  geri  qayıdanda  yolunu 



485

Ərdəbildən  salıb,  məni  necə  yola  saldığını  ona  söyləyəcək,  sonra 

rahat  oldu…

479.  Ərdəbildə  üç  gün  qaldıq.  Qütbəddinlə  hər  gün  saraya 

gedib  Şahımızın  qoşununun  bu  səmtlərə  yetişib-yetişmədiyindən 

xəbər  tutmağa  çalışır,  məscidləri,  türbələri,  mədrəsələri  dolaşır, 

dükan-bazara  baş  çəkirdik  ki,  Mirzə  Kəmaləddin  işindən  qa-

lıb  bizimlə  məşğul  olmasın.  Axşamlar  eyvanda  oturub  olub-

keçənlərdən,  İstanbuldan,  Anadolu  xatirələrindən,  Nəqşivandan, 

Rəvandan,  Muğan  çölündən,  şeriyyətdən  danışmağı  sevirdik. 

Qütbəddin  yazıb-oxumağı  az-çox  bilirdi,  amma  bizim  danışdığı-

mız mətləblərə vaqif olmadığından əzab çəkdiyini görürdüm. Belə 

vaxtlarda  bir  qıraqda  dinməzcə  oturan  Səfiəddin  –  könül  sirdaşı-

mın oğlu aradabir səsini çıxarıb heyrətini bildirir, sonra da ədəblə 

susurdu.  Mirzə  Kəmaləddin  oğlunun  mədrəsəni  yaxşı  bitirdiyini, 

bir  müddət  dəftərxana  işlərində  çalışandan  sonra  mədrəsədəki 

yerini  ona  verəcəyini  söyləmişdi,  hətta  gizli-gizli  nələrsə  yaz-

dığına  da  işarə  vurmuşdu.  Onda  yadıma  Məhəmməd  Kazım 

düşmüşdu  –  Mirzə  Kəmaləddin  də,  elə  bil,  fikrimi  oxuyubmuş 

kimi, onu soruşmuş, ardınca o dərrakəylə həyatda öz yerini tapa-

cağını  söyləmişdi.  Mirzə  Kəmaləddin  mümkün  qədər  məmləkət 

işlərindən  danışmamağa  çalışırdı,  amma  aradabir  vergilərin  çox-

luğunu,  hakimlərin  özbaşınalığını  dilinə  gətirirdi.  Dediyinə  görə, 

hamını  bir  tərəziylə  ölçmək  olmaz,  imkanı  olanla  imkansız  ara-

sında  fərq  qoyulmalıdı,  elə  ailə  var,  ancaq  qarnını  doydurmağa 

gücü  çatır,  vergiləri  necə  versin.  Əlbəttə,  deyirdi,  dövlət  qullu-

ğunda  olanları  dolandırmaq,  qoşunu  saxlamaq,  xəzinəni  doldur-

maq  lazımdı,  amma  yerlərdəki  hakimlər  əliuzunluq  eləməsələr, 

camaata  da  bu  qədər  sitəm  olmaz.  Şübhəsiz,  bunu  Şahımız  da 

gözəl  bilirdi,  amma  o  kəslərin  nəfsini  təmin  eləməsən,  taxt-tacın 

düşməninə  çevrilərlər,  necə  ki,  Tağı  xan  Şirazi  Şahzadəylə  qəvi 

düşmən  olmuşdu  –  belələri  məmləkətdə  bir  deyil,  iki  deyil…

480.  Gözlədiyimiz  xəbər  üçüncü  gün  çıxdı,  Şahımız  Sərab-

Meşkin–Ərdəbil  yoluyla  gəlirmiş,  belə  çıxırdı,  biz  qoşunu  Ər-

də bildə  gözləməliyik,  uzağa  getməyə  hacət  yoxdu.  O  gecə 

Qütbəddini  yatmağa  göndərib  xeyli  dərdləşdik.  Dedim,  yəqin 

bu  son  görüşümüzdü,  altmış  səkkiz  yaşım  var,  bundan  sonra 

səfərlərə  çıxa  bilmərəm,  yeganə  istəyim  Tiflisi  görmək,  ömrü-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə