Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə160/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   156   157   158   159   160   161   162   163   ...   179

492

yatmalıydım.  Yaxın  günlərdə  Mirzə  Mehdi  fürsət  tapıb  məni  Şa-

hımızın  hüzuruna  aparacaq,  Allahın  kölgəsindən  son  iltimasımı 

eləyəcəkdim.  İndi  başlıcası  bura  gəlib  çatmağımızıydı,  onu  da 

Allahımız  bizə  qismət  eləmiş,  dualarımızı  eşitmişdi…

486.  O  gecə  korluq  zülmətinin  iç  dünyama  necə  çökdüyünü 

duyub bütün vücudumla titrədim. Gördüyüm qarmaqarışıq yuxu-

lar da işıqsız idi, daha doğrusu, zülmət içində sayrışmalara oxşa-

yırdı, hərdən sonu görünməyən yolda özümü görür, uçunub ayı-

lır,  əlimi  üz-gözümə  çəkib  xəyalda,  yoxsa  gerçəklikdə  olduğumu 

unamağa  çalışırdım.  O  zülmət  içində  nəhəng  ordugahın  boğuq 

uğultusunu eşidirdim, aradabir keşikçilərin səsi, atların kişnərtisi, 

ayırd  eləyə  bilmədiyim  cürbəcür  tappıltılar  gəlirdi.  Gecənin  nə 

vədəsisə  özümü  zülmət  quyunun  dibində  hiss  eləyib  yatağım-

dan  dikəldim,  əlimi  çadırın  divarına  sürtə-sürət  bayıra  çıxıb  elə 

girişdəcə  yerə  çökdüm:  nə  səma,  nə  ulduzlar,  nə  də  aydınlıq  yay 

gecəsində ağarışan çadırlar vardı, görə bilmədiklərimi iç dünyam 

yerbəyer  eləmək  cəhdim  də  anlaşılmaz,  xoşagəlməz  boz-bulanıq 

kütləni  açıq-aşkar  duymağımla  nəticələndi.  Firəngistandan,  Ve-

neziadan,  İstanbuldan,  Anadoludan,  Səfəvi  məmləkətinin  şəhər-

lərindən  keçən  yollarım  indi  gəlib  Qəbələdə,  Tiflisdən  üç-dörd 

günlük məsafədə zülmətə dirənmişdi, ömrüm boyu fəqir və həqir 

bəndəsi  olduğum  Allahım  məni,  qismətinə  sərgərdanlıq  düşmüş 

Mirzə  Yusif  Tiflisini  bunca  gözardı  eləyə  bilməzdi.  İlk  dəfə  ötən 

gecə  Şəki  karvansarasında  içimi  qarsalayan  korluq  duyğusu  indi 

elə  dözülməz  yükə  çevrilmişdi,  hətta  əlimlə  çadırın  ipini  axtar-

dım  ki,  boğazıma  keçirib  dünyayla  haqq-hesabı  üzüm.  Vəfalı 

Qütbəddin  sərvaxt  yatıbmış,  həmin  məqamda  nəfəsini  boynu-

mun  ardında  hiss  elədim,  çiyinlərimi  qucaqlayıb  yanımda  otur-

du,  beləcə,  hava  işıqlananacan  yerimizdən  tərpənmədik.  Havanın 

işıqlanmağını  bir  də  görmək  istədiyim  dünyanın  bozarmağından, 

ordugahdakı  səslərin  daha  aydın,  daha  gur  olmağından,  qəfil 

ucalan  azan  səsindən,  üzümün  qocafəndi  dərisilə  hiss  elədiyim 

gün  işığından  duydum…

487.  Qütbəddin  özünü  Mirzə  Mehdiyə  çatdırıb  olanı  xəbər 

veribmiş,  o  da  Ələvi  xanın  yanında  görüb-götürmüş  isfahanlı 

təbib Xeyrullahı gətirmişdi. Xeyrullah məni gün işığında oturdub 

uzun-uzadı  gözlərimə  baxdı,  sonra  cürbəcür  suallar  verdi,  axırda 




493

qırağa  çəkilib  Mirzə  Mehdiylə  nə  barədəsə  danışdı,  öz  çadırına 

gedib  bir  müddət  sonra  gətirdiyi  məlhəmi  gözlərimə  çəkib  bağ-

ladı,  üç  gün  gözübağlı  qalacağımı,  müalicənin  nəticəsinin  sarğı 

açılandan  sonra  məlum  olacağını  söyləyib  getdi.  Onun  səsində 

ümidverici  bir  şey  duymadım,  amma  gözlərim  bağlanandan  son-

ra  içimin  işığı,  elə  bil,  artmış,  gerçək  aləmdə  olanlar  ora  köç-

müşdü.  Mirzə  Mehdi  səbir  eləməyi,  Qadir  Allahın  mərhəmətinə 

sığınmağı,  hər  zülmətin  sonunda  mütləq  işıq  olduğunu  söyləyib 

ürək-dirək  verdi.  Günorta  namazından  sonra  Mirzə  Mömin  də 

iltifat  göstərib  gəldi,  onun  şişkin  gözlərini,  ətli  buxağını,  do-

daqlarındakı  təkəbbürlü  təbəssümü  görməsəm  də,  lütfkarlıqla 

söylədiyi sözlərə görə minnətdarlıq elədim. Səsində beş il əvvəlki 

tərəddüd  yox  idi,  yerini  əminlik,  bir  qədər  də  hökm  tutmuşdu. 

Gedəndə  dedi,  iltimasını  Şahımıza  çatdırarıq,  yəqin  xidmətini 

xələtsiz  qoymaz,  şəfanısa  Allahdan  dilə.  Allahım  mənə  qarşı 

yetərincə  mərhəmətliymiş,  çünki  güneyə  doğru  çıxacaq  ilk  ça-

parla  getmək  niyyətində  olan  vəfalı  Qütbəddin  məni  bu  halımda 

tək  qoymamaq  qərarına  gəlmişdi,  nə  qədər  israr  elədimsə,  ina-

dından  dönmədi.  Şükranlığımdan  göz  yaşlarımı  içimə  axıtdım, 

bundan  sonra  işıqlı  dünyanı  görməyə  bir  elə  ümidim  olmasa  da, 

Allahım  mənə  bu  ağır  vaxtımda  da  insan  vəfası  bəxş  eləmişdi. 

Beynimdən  keçdi  ki,  axırım  necə  olur  olsun,  var-yoxumu  Mirzə 

Kəmaləddinə  və  Qütbəddinə  bağışlayacağam.  Onsuz  da  Tiflisə 

yetişsəm  belə,  özümə  doğma  bildiyim  kimim  vardı  ki?  Bir  David 

idi,  o  da  Haqqa  qovuşmayıbsa  indi  məndən  də  ahıl  bir  adamdı. 

Hələ  son  mənzilimin  harda  olacağını  bilməsəm  də,  bu  fikirdən 

azacıq  da  olsa,  rahatlıq  tapdım,  özümü  uzun  zülmət  səfərinə 

hazırladım…

488.  Üç  günüm,  əslində,  zülmət  yolçuluğumun  başlanğıcıydı. 

Hər səhər havanın işıqlaşmağını ordugahdakı səslərin ahəngindən 

duyur,  əl  havasına  çadırdan  çıxıb  girişin  ağzındaca  oturur,  azan 

oxunanda  üzümü  dan  yerinə  tutub  namaz  dualarımı  oxuyur-

dum.  Vəfalı  Qütbəddinin  gətirdiyi  teştin  içində  əl-üzümə  su 

vurub,  verdiyini  yeyəndən  sonra  kürəyimi  çadıra  söykəyib  otu-

rur,  eşitdiyim  səslərdən  günün  axışını  izləyirdim.  Mirzə  Mehdi 

gündə  iki  dəfə  baş  çəkir,  səfər  müddətində  olub-keçənlərdən  eh-

tiyatla  danışa-danışa  başımı  qatırdı.  Dediyinə  görə,  şıdırğı  yağış 




494

altında  Gürcan  vadisindən  keçəndə  qəfil  sel  minlərlə  döyüşçünü 

və  yük  heyvanlarını  silib-süpürüb  aparmışdı.  Şahımızın  vadinin 

ortasında  qurulan  səfər  çadırı  da  selin  içində  qalıbmış,  böyür-

başındakı  çadırların,  keşikçilərin,  xidmətçilərin  ağac  parçası  kimi 

dalğaların  üzündə  yırğalandığını  görən  əyan-əşrəf  Şahımıza  dil 

töküblər  ki,  yaxınlıqdakı  təpəyə  qalxıb  canını  qurtarsın,  amma 

Aləmin  Fatehi  azğın  dalğaları  da  ram  eləmək  istəyib,  nəzərlərini 

oturduğu  yerdən  baş  alıb  gedən  nəhəng  axına  dikib;  elə  bil, 

sel  Şahımızın  iradəsi  müqabilində  təslim  olub,  get-gedə  azalıb, 

sakitləşib  və  Allahın  bu  möcüzəsinə  hamı  heyran  qalıb;  dedi, 

Mirzə  Zəki  həmin  yerə  Təxti-Nadiri  adı  verdi,  amma  Şahımızın 

əsl  taxtı  könüllərdədi, inşallah,  bu  səfərindən də  zəfərlə dönəcək. 

Dedim, ordugaha girəndə Allahın kölgəsinin qüdrəti qarşısında o 

qədər təsirləndim ki, gözlərim yaşardı, gözlərimin belə zəifləməsi 

də yəqin keçirdiyim hisslərin təsirindəndi, əlbəttə ki, bu qüdrətin 

qarşısında  duruş  gətirən  tapılmaz.  Mirzə  Mehdi  dedi,  cümadiül-

əvvəl  ayının  ilk  günü  ordugah  yerindən  tərpənəcək,  onda  yəqin 

sən çox uzaqlarda olacaqsan. Dedim, inşallah, Şahımızın izinindən 

sonra  Şəkiyə  gedib  bir  müddət  karvansarada  qalmaq,  ondan 

namə  gözləmək,  həm  də  cismən  və  ruhən  dincəlmək  fikrin-

dəyəm,  yolun  sonuna  üzgün,  bitkin  çatmaq  istəmirəm.  Mirzə 

Mehdi  bu  fikrimlə  razılaşdı,  dedi,  tamam  özünə  gəlməmiş  yola 

çıx san,  gözlərinə  də  zərər  verərsən,  sən  hələ  yaşamalı,  Şahımızın 

xeyir-duasıyla  başladığın  bu  tarixi  bitirməlisən.

489.  Mirzə  Mehdinin  çox  həyəcanla,  üstəlik,  gizlicə  söylədiyi 

digər  vaqiə  Rzaqulu  Mirzəylə,  daha  doğrusu,  Şahımızla  Şahzadə 

arasındakı  təhlükəli  gərginlik  barədəydi.  Sən  demə,  Şahımız  Qa-

dun  keçidindən  adlayan  gün  –  səfər  ayının  iyirmi  səkkizinci 

günü  Savadguh  meşəsində  sui-qəsdlə  üzləşibmiş;  hökmdar 

hərəmləri,  qoruqçuları,  keşikçilərilə  qoşundan  aralı  düşübmüş, 

qəfildən  cəmi  iyirmi  addımlıqdakı  ağacların  arxasından  atılan 

güllə  Şahımızın  əlini  yaralayıb,  atının  boynuna  sancılıb;  at  da 

hökmdarımız  da  yerə  yıxılıb,  amma  Şahımız  həmin  məqamda 

çox  ağıllı  hərəkət  eləyib,  yıxıldığı  yerdən  tərpənməyib,  özünü 

ölmüş  kimi  göstərib,  beləliklə  də  ikinci  güllədən  yayınıb.  Bu 

vaxt  özünü  yetirən  Şahzadə  qoruqçuların  və  xacələrin  köməyilə 

ətrafı  nə  qədər  axtarıbsa,  güllə  atanı,  ya  da  atanları  tapmayıb; 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə