Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə156/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   152   153   154   155   156   157   158   159   ...   179

480

saydığı Rəhim Sultanı və onun tərəfdarlarını edam etdirdi. Sonra 

çapar  Şahımızın  Əbivərdə,  ordan  da  yurdu  Dəstgirdə  gəlib  möv-

ludxana  tikdirdiyindən  danışdı;  dediyinə  görə,  mövludxananın 

üstündə  qızıldan  qılınc  olan  elə  böyük  qübbəsi  var,  baxanda 

heyran qalırsan; Şahımız Dəstgirddən də Kelata gedib Hindistan-

dan  gətirdiyi  sərvəti  orda  gizlədib,  qalada  abadlıq  işləri  aparıb, 

sonra  Xivəabadda  camaatla  görüşüb,  səxavət  kisəsinin  ağzını 

açıb,  ordan  da  Məşhədə  qayıdıb;  çaparın  dediyinə  görə,  indi 

Şahımız  Məşhəddə  abadlıq  işləri  aparır,  İmam  Rzanın  türbəsinə 

çoxlu  ipək  xalılar,  xalis  qızıldan  lampalar  verib,  fəvvarə  tikdirib, 

üstəlik, Məşhəddə də özünə sərdaba ucaltdırıb, görənlər deyirlər, 

çox  əzəmətlidi;  çapar  danışdı  ki,  deyilənə  görə,  kimsə  sərdabının 

üstündə  yazıbmış  hər  açarın  üstündə  sənin  nişanın  var,  cəmi  aləm 



sənə  məxsusdu,  amma  əsl  yerin  boşdu,  amma  “göz-qulaqları”nın 

xəbər  tutacağından  qorxub  tez-tələsik  siliblər,  Şahımız  xəbər  tut-

saymış  Allah  bilir,  neçə  zavallının  başı  bədənindən  ayrılacaqmış. 

Çapar  bəlkə  də  çox  şeylər  danışardı,  amma  həm  tələsirdi,  həm 

də  ehtiyat  eləyirdi,  üzündə  açıq-aşkar  qorxu  nişanəsi  vardı,  mən 

də  binəvanın  halətini  sezib  artıq  sıxma-boğmaya  salmadım,  o  da 

Mirzə  Hüseyn  cavab  naməsini  bitirən  kimi,  halal-hümbət  eləyib 

yola  çıxdı  ki,  Şahımızın  naməsini  vaxtında  aparıb  başını  salamat 

saxlasın.

475.  Əlbəttə,  həm  macal  tapmamışdım,  həm  də  lüzum 

görməmişdim  ki,  Mirzə  Mehdiyə  namə  yazıb  təvəqqemi  bir  də 

xatırladım,  amma  çapara  dilcavabı  demişdim,  yadına  salacaqdı, 

qalanısa  qismətdən  asılıydı.  Bir  yerdə  duruş  gətirmək  Şahımı-

zın  təbiətində  yox  idi,  taxta  çıxdığı  beş  il  ərzində  kimsə  onun 

üç  aydan  artıq  hardasa  qaldığının  şahidi  olmamışdı.  Əmindim 

ki,  nə  qədər  sevsə  də,  nə  qədər  görməli  işi  olsa  da,  Məşhəd 

də  onu  darıxdırır,  səfərə  çıxmaq,  zəfər  qazanmaq,  düşmənləri 

itaətə  gətirmək  istəyir.  Deyəsən,  Mirzə  Mehdinin  naməsindəydi, 

yəqin,  o  da  hardansa  eşitmişdi,  əslində,  Şahımızın  səltənətinin 

əsl  paytaxtı  atının  beli,  yəhərin  üstüydü.  İndi  güman  ki,  darı-

xa-darıxa  Xorasan  əyalətinin  gəlir-çıxarını  yoxlayır,  hətta  ara-

da  qəzəblənməyə  səbəb  tapıb  bir  neçə  nəfəri  edam  etdirəcək 

ki,  o  sıxıntılı  məşğuliyyətdən  canını  qurtarsın.  Dəbdəbəli  saray-

ların  şahanə  otaqlarında  Şahımızın  özünə  yer  tapmadığını  da 




481

Mirzə  Mehdidən  eşitmişdim:  onun  ruhunda  ölgün,  eyş-işrətlə 

dolu  saray  həyatı  yox,  yollar,  at  beli,  səfər  çadırı,  döyüşlər, 

zəfərlər, təhlükə, qisas… vardı, güman ki, Məğribdən Məşriqəcən 

bütün  məmləkətləri  itaətə  gətirsə  belə,  heç  bir  şəhərdə  duruş 

gətirməyəcək,  həmişə  Dəstgirdə  və  Kelata  can  atacaqdı.  Bu, 

yəqin,  insan  xislətinin  izaholunmaz  tərəfidi:  elə  mən  də  İstanbul-

da  Sultan  sarayında  xidmətə  girib  yaşaya,  yaxud  Allah  möhlət 

verdiyi  qədər  Təbriz  sarayında  ömür  sürə  bilərdim,  amma  ru-

humda  Tiflis  havası  var,  o  şəhərin  köhnə  məhəlləsindəki  kasıb 

bir evdə, kiçicik hücrədə ömür sürmək üçün hər şeydən keçməyə 

hazıram.  Altmış  səkkiz  yaşında  taledən  istədiyim  özgə  bir  şey 

yoxdu,  son  naməmdə  Mirzə  Mehdiyə  də  elə  beləcə  yazmışdım. 

Əlbəttə,  arzulamaq  bir,  alın  yazısı  başqa  şeydi,  amma  yadımda 

deyil,  əvvəl  xatırlatmışdımmı,  arzulamaq  da  məqsədə  yetməyin 

yarısına  bərabərdi.

476.  Mirzə  Mehdinin  çaparı  Tehrandan  gəldi,  naməni  açma-

mış  ürəyim  elə  bərk-bərk  döyündü  ki,  işıqlı  yaz  günü  bir  anlığa 

gözlərimdə  qaraldı.  Mirzə  Mehdi  yazırdı,  ovqatının  xoş  vaxtında 

təvəqqeni  Şahımıza  çatdırdım,  dedi,  hər  Allah  bəndəsinin  öz 

yurdunda  ölmək  haqqı  var,  Mirzə  Yusif  xidməti  müqabilində 

xələtini  alıb,  mürəxxəs  ola  bilər.  Bunu  oxuyanda  bir  anlığa 

nəfəsim  tutuldu,  göz  yaşlarım  axıb,  yanaqlarımı  islatdı.  Mirzə 

Mehdi  sonra  yazırdı,  zilhiccə  ayının  iyirmi  altısında  Məşhəddən 

çıxdıq,  Novruz  bayramını  Xabuşanda  keçirdik,  sonra  Gürgan 

vadisindən keçib  Astarabada  çatdıq,  səfər ayının  sonunda  Qaduk 

aşırımından  keçib  Tehrana  yetişdik;  yazırdı,  bir  neçə  gündən 

sonra  Tehrandan  yola  çıxırıq,  yəqin  Qəzvin,  Zəncan,  Qara-

dağ  yolu  gələcəyik,  sən  bizi  Qaradağda  qarşılasan,  daha  yaxşı 

olar.  Sonra  üstüörtülü  bəzi  təfsilatları  görüşündə  söyləyəcəyinə 

işarə  vururdu.  Məndən  ötrü  ən  gözlənilməz  mətləb  buydu  ki, 

Məhəmməd  Kazım  bu  səfərə  çıxmayacaq,  Şahqulu  xan  Qacarın 

xidmətində  olacaqdı.  Əlbəttə,  görüşüb  vidalaşsaq  yaxşı  olardı, 

amma  görüşdən  sonrakı  ayrılığın  daha  ağrılı  olacağını  da  başa 

düşürdüm.  Heç  olmasa,  onun  könül  məsələsini  Mirzə  Mehdiyə 

açmaq  fürsəti  yaranmışdı,  mənə  az  da  olsa  övlad  sevgisi  daddır-

dığına  görə  borcumdan  bu  cür  çıxa  bilərdim.  Elə  o  gün  Mirzə 

Hüseyn  olub-keçəndən  xəbər  tutanda  çox  qüssələndi,  hər  halda 




482

beş  ildən  bəri  ünsiyyətdəydik,  acılı-şirinli  günlər  keçirmişdik. 

Mirzə  Qulam  da  gedişimə  təəssüf  elədi,  amma  dedi,  Şahımızın 

buyruğu  bizdən  ötrü  Allahın  buyurduğudu,  sonra  hörmətlə  vi-

dalaşdı.  Xanımız  təzim  eləməyə  qoymadı,  səltənətə  xidmətimə 

görə  xələt  və  yolxərci  verilməsini  xəzinədarbaşıya  tapşırdı,  sonra 

dedi,  Mirzə  Yusif,  yazdığını  bitirəndə  əlyazmanı  Tiflis  hakiminə 

verərsən,  o  da  etibarlı  adamla  mənə  göndərər.  Xanımızdan  yal-

nız  bir  şey  –  məni  Şahımızın  hüzurunacan  müşayiət  eləyəcək 

adam  istədim,  o  da  şübhəsiz  ki,  vəfalı  Qütbəddin  idi.  Qütbəddin 

də  bu  səfərə  ürəklə  razılaşdı,  axşamdan  sandıqlarımızı  hazırla-

dıq,  atları-qatırları  ayırmağı  mehtərbaşıya  tapşırdıq,  amma  onu 

bilmirəm,  mənim  gözümə  yuxu  getmədi  ki,  getmədi…



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə