Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə162/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   158   159   160   161   162   163   164   165   ...   179

498

çox  güman,  bir  gün  sonra  ordugah  yürüşə  qalxacaq,  o  qarışıqlıq-

da  yola  düzəlməyiniz  asan  olmaz.  Susub  uzun-uzadı  ordugahın 

uğultusunu  dinlədik,  Mirzə  Mehdi  sükutdan  yorulanda  səhər 

ötürməyə  gələcəyini  deyib  çadırına  getdi.  Öz  halımı  unudub 

onun  halına  acıdım:  neçə  illərdi  köç-külfətini  Astarabadda  qoyub 

Şahımızın  qulluğundaydı,  yolunun  harda  bitəcəyini  bilmirdi…

492.  Səhər  obaşdan  ordugahdan  dörd  atlı  və  iki  sandıq  yük-

lü  qatır  çıxırdı.  Mirzə  Mehdi  keşikçilərdən  biri  yanında  kiçik 

qəfiləmizi  –  məni  və  Qütbəddini  karvan  yolunacan  ötürdü.  Daha 

Qutbəddinlə  atları  yanaşı  sürmürdük,  mənim  atımın  yüyəni 

onun  atının  yəhərinə  bənd  olunmuşdu,  arxasınca  gedirdi.  Neçə 

gündən  bəri  öyrəşdiyim  səslərdən  ucu-bucağı  görünməyən  insan 

selinin  halətini  duyur,  fikrən  hamıyla,  hər  şeylə  vidalaşırdım. 

Səfərlər,  yollar,  ordugahlar,  saraylar,  divan  yığnaqları  –  hər  şey 

bitdi,  arxada  qaldı,  öndə  yalnız  kiçik  karvansara  hücrəsi,  öm-

rün  sanılı  günləri,  olub-qalan  yatırım,  yəni  kağıza  köçürülüb-

köçürülməmiş  xatirələr  var.  Şübhəsiz,  Qütbəddin  nə  qədər  vəfalı 

olsa da onu son günüməcən yanımda saxlaya bilmərəm: cavandı, 

öz  qisməti,  ömür  yolu,  arzuları  var,  külfət  yiyəsi  olmaq,  təbii  və 

insani  qayğılarla  yaşamaq  istəyir,  bu  neməti  onun  əlindən  ala 

bilmərəm;  ən  düzü,  Şəkidə  insaflı  bir  Allah  bəndəsi  tapandan 

sonra  Qutbəddinin  halallığını  verib  yola  salmaqdı.  Ərdəbildə 

Mirzə  Kəmaləddinə  baş  çəkib  başıma  gələnləri  söyləsə,  könül 

sirdaşım  taleyimə  göz  yaşı  axıdacaq,  amma  alın  yazısına  düzəliş 

eləmək  kimin  əlindən  gəlir  ki?  Əslində,  son  bir  neçə  ildə,  illah 

da  Xanımızı  itirdiyimiz  o  faciəli  səfərdə  xəstələnəndən  sonra 

dünyanın  gözlərimdə  get-gedə  bozardığını,  tutqunlaşdığını  se-

zir,  bunu  qocalığımla  bağlayırdım,  amma  bunca  sərgərdanlıqdan 

sonra,  həyatımın  məqsədinə  çataçatda  Allahımdan  bu  cür  sınaq, 

gözlərimdən bu cür namərdlik gözləmirdim. Gedib Tiflisə çıxsam 

belə,  o  mənzərəni  –  Sənan  dağını,  Narınqalanı,  çay  üstündəki 

Metex  qalasını,  üzbəüzdəki  Şah  Abbas  məscidini,  Şeytanbazar 

məhəlləsinin  hamamlarını,  dükan-bazarını,  meyxanalarını,  evi-

mizin  xarabalığını,  bəlkə  də  yerində  kiminsə  tikdirdiyi  imarəti 

gerçəkdəki  kimi  görə  bilməyəcəyəm,  xəyalımda  yaşadıqlarıma 

yeni  rənglər,  çalarlar,  cizgilər  əlavə  eləyə  bilməyəcəyəm,  bu  da 

mənə  daha  çox  əzab  verəcək,  həyatımı  çəkilməz  məşəqqətlə  dol-




499

duracaq.  Bəlkə  də  ömrümün  son  dayanacağı  Şəkidəki  o  kar-

vansara  hücrəsidi,  bəlkə  də  alın  yazımda  elə  bu  cür  yazılıbmış, 

mənim  xəbərim  yoxmuş,  o  hücrədə  Allah  məsləhət  bilənəcən 

yaşayıb,  xatirələrimlə  baş-başa  qala,  dərdimi  bacardığım  qədər 

ovuda  bilərəm…

493.  Mirzə  Mehdiylə  vidalaşdığımız  günün  axşamı  Şəkiyə 

çatdıq.  Bunu  gözlərimin  qarşısındakı  Toran  aləmin  zülmətə 

dönməsindən,  atlarımızın,  qatırlarımızın  nallı  dırnaqlarının 

küçələrə  döşənmiş  daşlara  toxunmasından,  insan  səslərinin,  ara-

ba  təkərlərinin,  uşaq  çığırtılarının,  baqqal  bağırtılarının,  qəfildən 

lap  yaxınlıqda  ucalan  azanın  bir-birinə  qarışıb  içimi  doldurma-

sından  anladım.  Qaranlığın  içində  əlhavasına  gedən  adamsayaq 

qollarımı  yana  açıb  ağacların,  divarların,  dirəklərin  olub-olma-

dığını  yoxlamaq  istədim,  amma  qorxdum  ki,  əllərimi  yəhərin 

qaşından  ayırsam,  yıxılaram.  Əvvəlcə,  deyəsən,  dikə  qalxırdıq, 

sonra  enişlə  getdik,  bunu  da  irəliyə  doğru  əyilməyimdən,  atın 

qabaq  ayaqlarını  yerə  daha  bərk  dayamasından  duydum.  Son-

ra  vəfalı  Qütbəddinin  atı  dayandı,  mənim  atım  da  dayanma-

mış  darvaza  döyüldü,  şirin  ləhcəylə  deyilən  «gəldim,  gəldim» 

kəlmələri  eşidildi,  atım  dayanıb  bir  kərə  fınxırandan  sonra  alaqa-

pı  cırıltısı  eşidildi,  Qütbəddin  salam  verib  dedi,  Allah  qonağıyıq, 

bir  müddət  qalmağa  hücrə,  miniklərimizə  yer  tapılarmı?  “Allaha 

da  qurban  olum,  qonağına  da,  ha  indi  darvazanı  açaram,”  – 

həmin  səs  cavab  verdi,  onda  bildim  ki,  kimdisə,  karvansaranın 

buyruqçularındandı.  Ardınca  bərkdən,  həm  də  uzun-uzadı  dar-

vaza  cırıltısı,  «buyurun,  buyurun,  xoş  gəldiniz»  sözləri  eşidildi, 

atlarımız,  qatırlarımız,  deyəsən,  tava  daşları  döşənmiş  karvan-

sara  həyətinə  girib  yavaşdılar.  «Ağa,  qonaqlarımız  var»  –  buy-

ruqçu  kiməsə  müraciət  elədi,  “Qonaq  Allah  qonağıdı,  –  eyni 

şirin  ləhcəli  qocafəndi  səs  eşitdim,  –  buyursunlar,  gözümüz  üstə 

yerləri  var.”  Tappıltıdan  Qütbəddinin  sıçrayıb  atdan  düşdüyünü 

duydum,  sonra  əli  qolumdan  yapışdı,  “Çatmışıq,”  dedi,  məni, 

az  qala,  qucağına  götürüb  yerə  qoydu,  amma  əlini  qolumdan 

çəkmədi,  həmin  buyruqçuya  “Atları,  qatırları  tövləyə  aparın,  – 

dedi,  –  sandıqları,  bağlamaları  da  hücrəmizə  gətirin,  ağam  bir 

az  naxoşdu,  tez  yatağını  hazırlamaq,  yeməyə  bir  şey  vermək 

lazımdı”.  “Gözlərim  üstə,  ağa”,  –  qocafəndi  səs  Qütbəddinin 




500

ötkəmliyindən  payını  götürüb  hörmət  və  itaət  çalarını  artırdı. 

Həmin  məqamda  beynimdən  keçirirdim  ki,  Mirzə  Yusif,  bu 

qədər  yollar  keçdin,  məmləkətlər  gördün,  heç  ağlına  gətirmədin 

ki,  ömrünü  illərlə  həsrətini  çəkdiyin  yurddan  cəmi  bir  neçə  gün-

lük  məsafədə,  bir  karvansara  hücrəsində  başa  vuracaq,  öz  içinin 

öləziyən  işığında  xatirələrinlə  baş-başa  qalacaqsan;  sən  taleyinə 

boyun  əymiş  adamsan,  gərək  bununla  da  barışasan. 

494.  Zülmətin  içində  qəfil  sayrışmalardan  başqa  bir  şey  gör-

mürdüm,  o  sayrışmalar,  yəqin,  çıraq,  məşəl,  yaxud  şam  işıq-

larıydı,  titrəyib-dalğalanırdı.  Uzun,  məncə,  bir  az  da  qövsvarı, 

daş  döşənmiş  dəhlizdən  keçdik,  bir  neçə  dəfə  açıq-örtülü  qapı-

lar  arxasında  səslər  eşitdim,  sonra  qapı  cırıltısı,  qocafəndi  səsi 

(«Bu  hücrə  sizə  yarayar,  ağa,  hər  şeyi  yerli-yerindədi,  indi  tapşıra-

ram,  yemək-içməyi  də  hazırlayarlar»)  eşitdim,  Qütbəddinin  qolum-

dan  yapışmış  əli  məni  kandardan  içəri  çəkdi,  sonra  zülmətdə 

iki  zəif  işıqlı  nöqtə  gördüm,  bildim  ki,  taxçalardakı  çıraqlardı. 

Vəfalı  Qütbəddin  əvvəlcə  məni  alçaq  kətildə  oturtdu,  üst  palta-

rımı  soyundurdu,  çalmamı  götürdü,  çəkmələrimi  çıxardı,  dedi, 

əl-üzünü,  ayaqlarını  yuyaq,  rahatlanarsan,  onacan  yeməyimizi 

də  gətirərlər.  Sonra  ayaqlarımın  tasa  salındığını  duydum,  vü-

cuduma  elə  xoş  gizilti  yayıldı  ki,  bir  anlığa  korluğumu  unu-

dub,  özümü  anamın  dizlərinin  üstündə  xumarlanan  kimi  hiss 

elədim.  Qəhər  dalğa-dalğa  yuxarı  qalxıb  boğazıma  yığıldı,  özü-

mü  ha  bərkitdimsə,  olmadı,  üzbəüzdə  çöməlib  ayaqlarımı  yuyan 

Qütbəddinin  başını  ikiəlli  qucaqlayıb  sinəmə  sıxdım,  elə  hön-

kürdüm  ki,  az  qala,  hücrənin  divarları  titrədi.  Ömrümün  bu  ça-

ğında,  dünyanın  yollarını  yorandan,  yurd-yuvama  çatmaq  üçün 

ağlagəlməz  məşəqqətlərə  dözəndən  sonra  tale  mənimlə  amansız 

oyun  oynamış,  son  istəyimi  gerçəkləşməyə  qoymamışdı.  Bundan 

sonra  Tiflisə  yetişib-yetişməməyin  məndən  ötrü  bir  qara  qəpiklik 

dəyəri  yox  idi,  içimdəki  acılı-şirinli  xatirələrə  sığınıb  elə  bu  Şəki 

karvansarasındaca  ömrümü  başa  vurmaq  daha  düzgün  olardı. 

Vəfalı  Qütbəddin  də  ağlayırdı,  göz  yaşlarından  sinəmin  islan-

dığını  duyurdum,  əllərimin  altında  çiyinləri  titrəyirdi.  Beləcə, 

ağla yıb-toxtayanacan  durduq,  sonra  Qütbəddin  əlimi-üzümü  də 

yuyub  alçaq  taxtın  üstündəki  yatağıma  uzatdı.  Onun  dəstəmaz 

alıb  namaza  durduğunu  hiss  elədim,  dedim,  mənim  əvəzimə  də 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə