Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə165/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   161   162   163   164   165   166   167   168   ...   179

507

səbəb  oldu,  heç  edamlar  da  onun  hiddətini  yatıra  bilmədi;  yazır-

dı,  Sultan  Mahmud  Əhməd  xanın  Qaytaq  usmisi  olması  barədə 

fərman  verib,  fərmanı  da  İbrahim  Mütəfərrikəylə  göndərib  – 

bu  da  Allahın  işiydi:  nə  vaxtsa  bir  yerdə  çalışmışdıq,  indi  ay-

rı-ayrı  tərəflərdəydik;  yazırdı,  Şahımızın  göz-qulaqları  Sari  və 

Əşrəf  arasında  ona  güllə  atan  adamı  Heratda  yaxalayıb  hüzuru-

na  gətiriblər,  hökmdar  da  onunla  təkbətək  söhbət  eləyib,  sonra 

Şahzadə  Rzaqulu  Mirzəni  Tehrandan  hüzuruna  gətirmək  üçün 

dəstə  göndərib,  görünür,  daha  fəlakətin  qabağını  daha  heç  bir 

qüvvə  ala  bilməz.  Mirzə  Tahirdən  oxuduqları  barədə  susmağı 

təvəqqe  elədim,  haqqını  verib  yola  salandan  sonra  dərin-dərin 

düşüncələrə  daldım…

501.  Bilirdim  ki,  Şahımız  gecə-gündüz  oba-oba,  tayfa-tay-

fa,  el-el  itaətə  gətirdiyi,  birləşdirdiyi  bu  məmləkətin  taleyini 

fikirləşir.  Bu  yolda  Zahir-üd-dövlə  məqamına  ucaltdığı  qardaşına 

belə  rəhm  eləməzdi.  Mirzə  Mehdinin  mənə  gözlərimin  nurunun 

qayıdacağına  ümidli  günlərimdə  mərhum  Xanımızın  səksəkəli 

günləri  barədə  danışdığı  bundan  xəbər  verirdi.  Dediyinə  görə, 

hicri  1139-cu  ildə  (miladi  1726/1727-ci  illərdə)  Durundakı  əlisli, 

imrəli,  çorlu,  şeyxvanlu  tayfalarını  itaətə  gətirəndə,  rəhmətlik 

İbrahim  xan  onun  əmrilə  Mərvdəki  Sultanbəndi  uçurub  camaatı 

susuz  qoyanda  xələt  almışdısa,  bir  neçə  ay  sonra  çemişkəzək 

və  qaraçorlu  kürdlərilə  döyüşdə  basılanda,  az  qala,  başını 

itirəcəkdi.  Rəhim  xan  Kərailiylə  Kərmənəxanada  kürdlərə  hü-

cum  eləyən  xan  əvvəl  üstün  gəlib  düşmənə  xeyli  tələfat  ver-

mişdi,  amma  qaçanları  təqib  eləməyib  səhv  buraxmışdı,  kürdlər 

təzədən  toplaşıb  arın-arxayın  ordugaha  qayıdan  İbrahim  xana 

arxadan  zərbə  endirmişdilər.  O  dəhşətli  davada  min  nəfər  itirib 

məğlub  olan  xan  qaçıb  Qalayi-yüzbaşıda  gizlənmiş,  Rəhim  xa-

nın  qaçdığından  xəbər  tutandan  sonra  gecə  qaranlığında  özünü 

Raz  qalasına  yetirib  canını  qurtarmışdı.  Bu  vaxt  Dəşti-Qıpçaqda 

türkmənləri  itaətə  gətirməklə  məşğul  olan  Təhmasibqulu  xan 

–  indiki  Şahımız  qəzəbindən  zəncir  çeynəyə-çeynəyə  qarlı  yol-

larla  özünü  Kərmənəxanaya  yetirmişdi.  Onda  İbrahim  xan  qo-

şundan  olan-qalanlarla  qardaşının  qabağına  çıxıb  bağışlanması 

üçün  yalvarmışdı.  Amma  Mirzə  Mehdinin  danışdığına  görə,  Bö-

yük  xanın  üz-gözündən  qəzəb  yağırmış,  əmr  eləyib  ki,  qarda-




508

şını  tərk-silah  eləyib,  ələ  keçən  çemişkəzək  kürdlərinin  başçısı 

Məhəmmədhüseyn  xanın  yanına  salsınlar.  Sonra  qardaşına  han-

sı  cəzanı  verəcəyini  uzun-uzadı  fikirləşmiş,  götür-qoy  eləmiş, 

hətta  qoşunun  gözü  qabağında  qırmancla  döydürmək  fikrinə 

də  düşmüşdü;  bununla  belə,  çox  fikirləşəndən  sonra  ürəyində 

rəhm  tapıb  təqsirindən  keçmiş,  əvvəlki  məqamına  qaytarmışdı, 

amma bu tamam bağışlamaq anlamına gəlmirdi, qardaşına yalnız 

səhvindən  nəticə  çıxarmaq  üçün  fürsət  verirdi,  əgər  İbrahim  xan 

o  fürsəti  lazımınca  dəyərləndirməsəydi,  qardaşının  cəzasından 

qurtara  bilməyəcəkdi.

502. Elə beşcə il sonra, hicri 1143-cü ildə Xarəzm türkmənlərinin 

Əbivərdə  hücumlarının  qabağını  almaq  üçün  göndərdiyi  İbrahim 

xana  inanmayıb  geri  çağırmış,  özü  şaban  ayının  ikinci  günü 



(yəni  miladi  1731-ci  il  fevralın  28-də)  yürüşə  çıxıb,  üç  gündə  qırx 

altı  fərsəng  yol  keçib  Tecendə  türkmənlərin  düşərgəsinə  basqın 

eləmiş,  kişilərini  qılıncdan  keçirib  arvad-uşaqlarını  əsir  almış, 

yerlərini-yurdlarını  yandırmışdı.  Mirzə  Mehdinin  danışdığına 

görə,  İbrahim  xan  Fərəhə  gedəndə  də,  Böyük  xanın  qoşununa 

qatılmış  türkmən  dəstələrinin  başıpozuqluğunun  qabağını  alma-

ğa  yollananda  da  qardaşından  təqdir  almamış,  hətta  göklən  tay-

fasını  itaətə  gətirəndə  belə,  yalnız  Xorasanın  hüdudlarında  əmin-

amanlığı  qorumaqla  «mükafatlandırılmışdı».  Üç  il  sonra  İbrahim 

xan  Naib-üs-səltənədən  özünün  dağıtdığı  bəndi  bərpa  eləmək 

əmri  alıb  Mərvə  getmişdi.  Sultanbəndi  əvvəlki  halına  qaytarmaq 

qardaşının  etibarını  qaytarmaqdan  ötrü  Zahir-üd-dövlə  gecələr 

yatmamış,  gündüzlər  dincəlməmişdi.  Düzdü,  bundan  sonra  eti-

barın əlamətləri görünməyə başlamış, Muğan çölünə dəvət almış-

dı, üstəlik, Vəliəhd məqamına yüksəlib Azərbaycanın valisi, cəmi 

Azərbaycan  qoşunlarının  sərdarı  olmuşdu.  Amma  Şahımızın  ca-

nında  olub-keçənləri  unutmaq,  uğursuzluqları  bağışlamaq  yox 

idi,  mərhum  Xanımız  quzey  səfərindən  sağ-salamat  dönsəydi 

belə,  yəqin  ki,  onunla  məsləhətləşməmiş  səfərə  çıxdığını,  üstəlik, 

basıldığını  sinirməyəcək,  bəlkə  də  vəliəhdlikdən  kənarlaşdıracaq, 

əyalətlərdən  birinə  göndərəcəkdi.  Bu  məsələdə  Mirzə  Mehdinin 

fikrinə  şərikdim,  indi  Rzaqulunu  gözləyən  fəlakəti  dərk  eləyəndə 

qəlbimdə  ağrıdan  başqa  bir  duyğu  hiss  eləmədim.  Məsələ 

Şahzadənin  günahsız,  yada  günahkar  olmasında  deyildi,  Şahı-




509

mız  get-gedə  tənhalaşır,  ətrafındakı  hər  kəsdən  şübhələnməyə 

başlayırdı,  ən  yaxın  kəsləri  belə,  artıq  ondan  qorxurdular,  bu 

da,  şübhəsiz,  həddən  artıq  təhlükəliydi.  Əgər  gənclik  illərindən 

bəri  yanında  olan  könül  sirdaşları  Mirzə  Zəki  və  Təhmasib 

xan  Cəlayir  artıq  ona  söz  deyə,  məsləhət  verə  bilmirdilərsə, 

deməli,  Şahımızın  şəkkaklığı  artıq  xəstəliyə  çevrilirdi.  Mizə  Meh-

di  haqlıydı,  Ələvi  xanın  yanında  olmaması  Şahımız  üçün  əsl 

fəlakətə  çevrilirdi,  görünür,  bir  yadellinin  köməyilə  tapdığı  yezu-

it  türkəçarəçinin  dava-dərmanının  o  qədər  də  köməyi  olmurdu.

503.  Öz  dərdimi  unudub  Şahzadəni  gözləyən  fəlakət,  Şahımı-

zın  şahanə  tənhalığı  barədə  düşünürdüm:  bu  tənhalığı  doğuran, 

nifrətiydimi,  qorxuydumu,  yoxsa  ruhani  duyğulardımı  –  bundan 

baş çıxarmağa can atırdım. Axı, ola bilməzdi ki, barmağının bircə 

işarəsilə  gözlər  çıxaran,  boyunlar  sındıran,  qulaqlara  qurğuşun 

tökdürən, başlar kəsdirən, şəhərlər dağıdan, qalalar uçuran Şahın 

bu  dünyada  könlünə  yaxın  bir  kəsi  olmayaydı,  insan  mehrinə 

ehtiyacı  duyanda  həmin  adamla  baş-başa  qalıb  dərdini  ovut-

maq  istəməyəydi.  Köçəri  tayfanın  sıra  nəfəri  kimi  çöldə-çadırda 

doğulan,  ona-buna  sərdarlıq-sarbanlıq  eləyən,  kürkçülüklə  çulu-

nu  sudan  çıxaran  atasının  qolundan  tutmuş,  sonra  basqınçılara 

qoşulub  çalıb-çapıb  gətirmiş,  hökm  sahiblərinin  qulluğunda  ol-

muş,  yavaş-yavaş  arxa-dayaq  toplamış,  yoluna  çıxanları  aradan 

götürüb  taxt-tacın  bir  addımlığına  gəlmiş,  uzun  illər  hökmda-

rın  adından  məmləkəti  idarə  eləmiş,  axırda  iki  yüz  otuz  il-

lik  xanədanı  tarixin  xarabalığına  gömüb,  taxt-tacın  yiyəsi  olub 

ölkələr  fəth  eləmiş  Şahımızın  Allahın  kölgəsi  məqamına  çatması, 

əlbəttə,  Yaradanın  iradəsiydi.  Bütün  bunlara  qol  zoruna  yetmək 

olmazdı,  bundan  ötrü  ağıl,  səbir,  tədbir  gərəkdi,  məğlubiyyəti 

dünyanın  sonu  kimi  qəbul  eləməmək,  hər  atacağın  addımın 

zamanını  gözləmək,  həmlə  vaxtı  gələndə  fürsəti  qaçırmamaq, 

əyanları itaətdə saxlamaq, düşmənləri qorxuya öyrətmək gərəkdi, 

o  da  bunu  yaxşı  bacarırdı,  yoxsa  bir  ucu  gündoğana,  bir  ucu 

günbatana  çatan  ucsuz-bucaqsız  məmləkət  qurmazdı,  yarınma 

da  olsa,  İkinci  İskəndər  adlandırılmazdı.  Az  qala,  iyirmi  illik 

bu  yolda  yanında  saxladığı,  güvəndiyi  kəsləri  qəzəbi,  şübhəsi, 

qəddarlığı  ucbatından  bir-bir  itirirdi,  qorxu  səbəbindən  dil  tapıb 

birləşənlər  sonralar  öz  canlarını  qurtarmaq  üçün  Şahımızın  ba-




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə