Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə17/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   13   14   15   16   17   18   19   20   ...   179

53

bu  səbəbdən  bir  qədər  yüyrək  danışmağa,  təfərrüatlara  çox  uy-

mamağa  çalışıram.

55. Amma nağılın bitdiyi vaxt da olur. Veneziaya gəldiyimizin 

üçüncü  ayında  olan-qalan  pulumuz  da  tükəndi.  Təkcə  sevgiylə 

yaşamaq  mümkün  olsaydı,  dünyada  bu  qədər  faciələr  yaşanmaz-

dı.  Çox  düşünüb-daşınandan  sonra  hər  gün  ticarət  gəmilərinin 

boşalıb-dolduğu  limana  getməyə  başladım  ki,  bəlkə  dilmanca 



(Allahın  nemətindən  türkcəmlə  yanaşı  firəngcəni,  Axund  Səməndərin 

sayəsindəsə  ərəbcəni,  farscanı  bilirdim)  ehtiyacı  olan  bir  Allah 

bəndəsilə  rastlaşdım.  Ümidlə  çıxdığımın  üçüncü  günü  türkcəni 

bilən  bir  yunana  firəngcə  dilmanc  lazım  oldu,  gündə  üç  dukata 

altı  gün  ona  xidmət  elədim;  sonra  Allah  məni  təbrizli  tacirə  rast 

gətirdi,  on  altı  illik  ayrılıqdan  sonra  (Davidlə  hərdən  bir-iki  kəlmə 

atdığımızı  nəzərə  almasaq)  doğma  dilimdə  danışdım.  Veneziadan 

şüşə  və  ayna  aparıb  İrəvanla  Xorasan  arasındakı  şəhərlərdə  sa-

tan  Mərdanəli  bəy  Şamlu  Səvəfi  məmləkətində  olub-keçənlərdən 

danışdı.  O  qədər  mehrləşmişdik  ki,  ticarətini  bitirib,  yüklərini 

bağladıb  gəmisini  gözlədiyi  günlərdə  də  yanına  gedir,  liman 

yaxınlığındakı  karvansara  hücrəsində,  ya  da  o  ətrafda  gəzə-gəzə 

söhbət  eləyirdik.  Ayrılıq  məqamı  yetişəndə  ikimizin  də  gözümüz 

yaşardı.  Bu  mehrdən  də  mənə  otuz  iki  dukat  qaldı.  Beləcə,  Allah 

ruzimi  yetirdi,  mənə  elə  gəlirdi,  dünyanın  dərdini  çəkmədən  bu 

cür  yaşaya,  Violettanın  sevgisindən  məst  ola,  kefim  istəyəndə  də 

sənət gözəlliklərindən zövq ala bilərəm. Artıq məbədlər, saraylar, 

körpülərlə  yanaşı,  rəsmlərə  də  maraq  göstərməyə  başlamışdım, 

Sorbonndakı  illərdə  adlarını  eşitdiyim  Messina,  Bellini,  Corco-

ne,  Tisian,  da  Vinçi,  Rafael,  Veroneze,  Tintorettonun  rəsmlərini 

görmüşdüm.  Şəhərin  baş  meydanında  öküz  döyüşünə,  canbazla-

rın  oyunlarına,  vəhşi  heyvanları  ram  eləyənlərə  baxmışdım.  İçi 

əskiylə  doldurulmuş  girdə  zamşı  ayaqlarıyla  vurub  iki  dirəyin 

arasından  keçirməyə  çalışanlar  məni  çox  nəşələndirmişdi.  Artıq 

Bohem  və  Parisin  kölgəsində  qalsa  da,  muncuqların,  şüşələrin, 

aynaların  gözəlliyinə  baxmaq  da  ayrı  bir  duyğuydu.

56.  Allahın  məsləhətiymiş,  bu  nəşəli  günlər  qəfil,  həm  də 

faciəvi  şəkildə  başa  çatdı.  Günlərin  birində  qayıdıb  Violetta-

nı  evdə  tapmadım,  üstəlik,  sinyora  Kapuççi  sandığımı  dəhlizin 

küncünə  atıb  məni  içəri  buraxmaq  istəmirdi.  Onda  iki  il  yarım 




54

idi,  Veneziadaydım,  italyancanı  mükəmməl  olmasa  da,  babat  bi-

lirdim.  Ev  sahibəsinin  dediyindən  belə  çıxdı  ki,  Violettanı  kurti-

zan  qadın,  yəni  yolsuz  hesab  eləyib,  qanunları  pozduğuna  görə 

həbsə  almağa  qərar  veriblər,  o  da  bundan  vaxtında  xəbər  tutub, 

izini  itirməyi  bacarıb,  mənim  də  bəxtim  gətirib  ki,  onun  oduna 

yanmamışam.  Pyasetta  meydanında,  Fialto  körpüsü  üstündə  bir 

neçə  dəfə  belə  günahkarları  necə  cəzalandırdıqlarını  görmüş-

düm,  ona  görə  daha  fikirləşmədim,  sinyora  Kapuççiylə  haqq-

hesabı  üzüb,  sandığımı  qondolalardan  birinə  atıb  yeganə  sığına-

caq  yerimə  –  limana  doğru  getdim.  Bu  məqamda  başqa  bir  şey 

barədə  (məsələn,  Violettanı  axtarmaq,  o  səmtdə  başqa  ev  kirayələmək) 

düşünmək,  şübhəsiz  ki,  səfehlik  olardı.  Onsuz  da  Violetta  və 

Venezia  macəram  gec-tez  bitməliydi,  təbrizli  tacirlə  rastlaşan-

dan  bəri  gözlərim  limana  yan  alan  gəmilər  arasında  «Səadət 

astanası»ndan  –  İstanbuldan  gələnləri,  dənizə  çıxanlar  arasındasa 

İstanbula  gedənləri  arayırdı.  Liman  yaxınlığındakı  karvansaranın 

dar  hücrəsində  yerləşəndə  hər  şeyin  bu  cür  bitməsinə  sevinsəm 

də  Violettaya  yazığım  gəldi:  mənim  kimi  o  da  taleyin  yolla-

rında  özgə  bir  şey  ummamışdı,  üç  il  ərzində  bütün  sevgisini 

mənə  qızırğalanmadan,  bol-bol  vermişdi,  yəqin  ki,  yollarımızın 

nə  vaxtsa  ayrılacağını  da  bilirdi.  Taleyi  onu  kimə  rast  gətirəcək, 

yanımda  olduğu  günləri  nisgillə  xatırlayacaqmı,  haqq  eləmədiyi 

cəzadan  canını  qurtaracaqmı  –  bunu  tək  Allah  bilir.  Mənimsə  ən 

azı  yaxın  taleyim  bəllidi  –  səadətimi  Səadət  Astanasında  araya-

caqdım.  Fikrimcə,  keçmişdən  yapışıb  qalmaq  düzgün  olmazdı,  nikbin 



olmaq,  yaxşı  şeylər  barədə  düşünmək,  İlahinin  bütün  göndərdiklərini, 

sorğu-sualsız  qəbul  eləmək  lazım  idi;  nə  qədər  ağlasığmaz  olsa  da,  baş 

verənlərin  hamısı  yaxşılığa  doğruydu... 


55

IX

YEDDİ  TƏPƏ  ÜZƏRİNDƏKİ  XƏYAL



«Onlar  Konstantiniyyəni  fəth  eləyəcəklər! 

Bunu  bacaracaq  əmir  də, 

qoşunu  da  şöhrət  içində  üzəcəklər…»

Muhamməd  Peyğəmbər  (ə)

57.  Tarixi  dəqiq  yadımdadı:  miladi  1706-cı  il  may  ayının 

19-da  Veneziayla  vidalaşıb  Səadət  Astanasına  doğru  yola  çıxan 

«Müqəddəs  Marko»  gəmisinin  göyərtəsinə  ayaq  basanda  Jozef 

Qrenyö  öldü,  yəni  mən  köhnə  həyatımla  vidalaşdım  (əsl  Jozef 

Qrenyö,  ola  bilsin,  hələ  də  hardasa  yaşayırdı),  marselli  tacirin  dil-

mancı  olan,  şərqlilər  sayaq  saqqal  saxlayıb,  alimanə  görkəm  alan 

Jozef  Tiflisi  simasında  təzədən  doğuldum.  Allah  bir  tərəfdən 

bağlayanda o biri tərəfdən açır, Leon Lemezyöyə – gəmi sahibinə 

razılaşıb,  olan-qalan  bütün  pulumu  verib,  cəmi  altı  dukatla  qa-

landan  sonra  rast  gəlmişdim.  İstanbulda  qalacağı  müddətdə 

–  təxminən  iki  ay  çəkərdi  –  dilmanclığım  əvəzində  qırx  beş 

dukat  alacaqdım,  üstəlik,  müsyö  Lemezyönün  hesabına  yeyib-

yatacaqdım.  Bir  hami  (madam  Qrenyö),  bir  dost  (Xose  Karvalyo), 

bir  məşuq  (Violetta  Kabrini)  itirəndən  (Tiflisdəkilərlə  görüşəcəyimə 



əmindim),  üstəlik,  Violettanı  gözləyən  təhlükəyə  qarışmaqdan 

qurtulub  bursalı  Turxan  ağayla  görüşəndən  bəri  arzuladığım 

Səadət Astanasına gedirdim. Bu məmləkət barədə Turxan ağadan 

eşitdiklərimdən, bir də təbrizli tacirin danışdıqlarından başqa çox 

şey  bilmirdim,  o  vaxt  heç  Konstansadan  German  hüdudlarınacan 

uzanan  torpaqların  Osmanlı  padşahlarının  fəth  elədiklərindən 

belə  xəbərim  yox  idi.  Mən  Parisdən  Veneziaya  gələn  il  Osman-

lı  quzey  hüdudlarındakı  savaş  təzəcə  bitib  Avstriyayla  razılıq 

əldə  olunmuşdu,  üstəlik,  Sultan  İkinci  Mustafanı  taxtdan  salıb 

yerinə Üçüncü Əhmədi oturtmuşdular. Maraqlısı buydu ki, olub-

keçənlər  doğulduğum  məmləkətlə  –  Gürcüstanla  bağlıydı:  o  yay 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə