Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə11/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   ...   7   8   9   10   11   12   13   14   ...   179

35

sara  da  tapıldı,  müsyö  Qrenyö  yarıalman-yarıfirəngcə,  daha  çox 

da  əl-qol  hərəkətilə  bizə  nə  lazım  olduğunu  anlatdı.  Arabaçının 

gətirdiyi  karvansara  qalın  divarlarıyla  qəsrə  oxşayan  birqatlı  daş 

tikiliydi.  Müsyö  Qrenyönün  məsləhətilə  iki,  ya  üç  gün  burda 

qalıb  yolun  yorğunluğunu  canımızdan  çıxarmalı,  yola  çıxmaqla 

bağlı  tədarük  görməliydik.  Madam  Qrenyönün  dediyinə  görə, 

burdan  Parisə  bir  aylıq,  uzaqbaşı,  qırx  günlük  yol  qalırdı,  müsyö 

Qrenyö  də  onunla  razılaşırdı.  Davidlə  mən  vaxt  hesabına  diqqət 

yetirəcək  halda  deyildik:  hər  şey  o  qədər  maraqlı,  qeyri-adiydi 

ki,  fikrimiz-zikrimiz  bir  yerdə  qərar  tutmurdu.

34. Madam Qrenyö təxminən düz hesablayıbmış: mənzilbaşına 

çatmağımız  otuz  altı  gün  çəkdi.  O  otuz  altı  gündə  neçə  araba 

dəyişdik,  neçə  karvansarada,  müsafirxanada  gecələdik,  nə  qədər 

adamla  rastlaşdıq,  bunu  sadalasam  –  çoxu  da  ya  indi  yadımda 

qalmayıb,  ya  da  dumanlı  halda  xatırlayıram  –  uzun  çəkər.  Adını 

xatırlamadığım  kəndlərdən,  şəhərlərdən  keçirdik,  meşələrdən, 

vadilərdən,  eniş-yoxuşlardan  ötürdük,  qəsrlər,  kilsələr,  saraylar, 

daxmalar  görürdük.  David,  deyəsən,  ailəsi  üçün  qəribsəməyə 

başlamışdı,  dindirməsən,  ağzını  açmırdı,  mən  aradabir  artıq  kor-

laşan  ağrılarımı  yaşasam,  Dariya  xalanı  xatırlasam,  Züleyxanın 

üzünü  yadıma  salsam  da,  ondan  dözümlü  çıxmışdım,  xiffətimi 

üzə  vurmurdum.  Müsyö  Qrenyö  dillərini  bildi-bilmədi,  daim 

arabaçılarla  nəsə  «danışır»,  bizi  söhbətə  tutur,  bacısının  könlünü 

açmağa  çalışırdı.  Madam  Qrenyönün  əhvalındakı  qüssənin  yerini 

həyəcan  tuturdu,  görünür,  ömrünün  iyirmi  bir  ilini  keçirdiyi 

yerə  onillik  ayrılıqdan  sonra  qayıtmaq  onu  tərpədirdi.  Rumın,  ma-

car,  çex,  alman  torpaqlarında  yolumuza  çıxan  şəhərləri,  kəndləri, 

vadiləri,  çayları  bir-bir  arxada  qoyduqca  həyəcanı  daha  da  ar-

tırdı.  Firəngistanın  hüdudlarına  yaxınlaşdıqca  müsyö  Qrenyö  də 

coşur,  daha  da  çox  danışırdı.  Dediyindən  belə  çıxırdı  ki,  Paris 

dünyanın  mərkəzidi,  bütün  yollar  ordan  başlayıb,  orda  qurtarır. 

Mən,  deyirdi,  iki  dəfə  səyahətə  çıxmışam,  dünyanın,  az  qala,  ya-

rısını  gəzmişəm,  yenə  Parisə  qayıtmışam.  Otuz  yeddi  yaşlı  Jozef 

Qrenyönün  atasından  qalan  malı-mülkü  satıb  dünyanı  dolaşma-

ğının  mənasını  hələ  dərk  eləyə  bilməmişdim.  Görünür,  onun  da 

hələ bilmədiyim ömür hekayəti vardı, həyat düzəni vardı, yoxsa yolların 

ağına  düşüb  sərgərdan  dolaşmazdı.



36

35.  Firəngistan  hüdudlarındakı  Sarbur  adlı  balaca  şəhərə  ça-

tanda  madam  Qrenyönün  həyəcanının  son  həddə  çatdığını  açıq-

aşkar  gördük.  Yerləşdiyimiz  karvansarada  duruş  gətirə  bilmədi, 

Davidlə  məni  yanına  salıb  ensiz  küçələrdə,  balaca  meydanlar-

da,  səsli-küylü  bazarda  gəzdi,  hiss  eləyirdim  ki,  rastlaşdığı  hər 

adamla  danışmaq,  bununla  özünün  vətənində  olduğuna  inan-

dırmaq  istəyir.  Elə  Sarburdan  Parisə  altı  günlük  yolumuzda  da 

arabaçıları  tələsdirir,  yola  erkəndən  çıxmaq  üçün  qardaşını  dilə 

tutur,  rastına  çıxan  hər  şeyi  bizə  tanıtmaq  istəyirdi.  Bu  vaxta-

can  möminliyini  hiss  eləmədiyim  madam  Qrenyö  gecələdiyimiz 

şəhərlərin  bir  neçəsində  kilsəyə  ibadətə  getdi.  Müsyö  Qrenyönü 

hələ  ibadət  eləyən  görməmişdim,  Davidin  kilsələrə  rast  gələndə 

xaç  çevirdiyini  sezmişdim,  mənə  gələndəsə  axırıncı  kərə  axund 

Səməndərin  yanında  namaza  durmuşdum,  sonra  nə  Görgü  ağa-

nın  evində,  nə  iki  aydan  artıq  davam  eləyən  səfərimizdə  belə  bir 

imkan  tapmışdım.  Əlbəttə,  bu  Görgü  ağanın  himayəsində  yaşa-

mağım,  yeddi  yaşından  bəri  İosif  çağırılmağımla  bağlı  deyildi, 

kimsə  mənə  dinimi  dəyişməyimlə  bağlı  eyham  belə,  vurmamışdı. 

Görünür, hər şey daxili müvazinətimlə bağlıydı, hələ özümü ibadətə ha-

zır  hesab  eləmirdim.  Bəzən  səssiz-səmirsiz  dua  oxuyurdum,  duala-

rım doğmalarımın ruhuna, səfərimin uğuruna, məni gözləyənlərə 

aid  olurdu.  Taleyim  məni  hicri  1100-cü,  miladi  1687-ci  ilin  yayında 

gətirib  Firəngistan  adlı  məmləkətə  çıxarmışdısa,  deməli,  qismətimə  belə 

yazılıbmış,  bundan  sonrası  –  Tiflisə  dönməyim,  ya  da  hələ  görmədiyim 

yerlərə  üz  tutmağım  da  alın  yazımda  yazıldığı  kimi  olacaqdı…



37

VI

AH,  PARİS,  PARİS…



Paris  şəhər  deyil,  bütöv  bir  aləmdi…

V  KARL,

Firəngistan  kralı 

(XIV  yüzil)

36.  Parisə  gecə  girdik,  bəlkə  bu  səbəbdən  şəhəri  dərhal  görə, 

duya  bilmədim.  Hansısa  küçələrdən,  döngələrdən  keçdik,  kiçik 

meydanda  dayananda  madam  Qrenyö  özünü  saxlaya  bilməyib 

«Ah,  Paği!  Paği!»  qışqırdı,  onda  bildim  ki,  evlərinə  çatmışıq. 

Qrenyölərin  var-dövlətindən  qalan  bu  ikiqatlı,  Görgü  ağanın 

imarətindən  xeyli  böyük  mülkün  gözəlliyini  səhəri  gün  duya  bil-

dim: o gecə ancaq yerbəyer olduq, ağalarının, üzünü görmədikləri 

xanımın  –  madam  Qrenyönün  gəlişinə  bərk  sevinən  qulluqçular 

–  Giyom  və  arvadı  Katrin  bir  göz  qırpımında  hər  şeyi  hazırladı-

lar,  yuyunduq,  qarnımızı  bərkitdik,  sonra  Davidlə  mənə  ayrılmış 

otaqda,  ola  bilsin,  uzun  yolda  bərk  yorulduğumuza  görə,  dərin 

yuxuya  getdik.  Səhəri  gün  biz  oyananda  günortaya  yaxın  idi, 

gözümü  açıb  xeyli  huşsuzluq  içində  harda  olduğumu,  bayırdan 

gələn səslərin mənasını anlamağa çalışdım. Davidi oyatmaq daha 

çətin  oldu,  bundan  ötrü  müsyö  Qrenyö  aşağı  enib  ona  səhər 

tez  oyanmağın  xeyri  barədə  xeyli  öyüd  verdi.  Yemək  süfrəsində 

oturanda  bildik  ki,  bura,  Qrenyölərin  mülkü  olan  yer  şəhərin 

Lö  Marö  məhəlləsidi,  daha  çox  ədəbiyyatçıların  (madam  Qrenyö 

izah  elədi  ki,  Parisdə  başqalarının  oxuması  üçün  kitab  yazanlar,  an-

caq  bu  peşəylə  məşğul  olanlar  var)  yığışdıqları  salonlar  hissəsidi. 

Əvvəllər  Beşinci  Karlın  vaxtında  məhəllə  hasara  alınmışdı, 

Jozeflə  biz  səyahətə  çıxmazdan  qabaq  kralın  buyruğuyla  sökül-

dü.  Jan-Batist  Molyer  adlı  tamaşalar  yazan  vardı,  sən  doğulan 

il  (madam  Qrenyeyə  yaşımı  söyləmişdim)  öldü,  onun  kitablarındakı 

əhvalatların  çoxu  həmin  salonlarda  baş  verənlərdi.  Sonra  söhbət 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə