Yolcu-roman verstka indd



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə7/179
tarix08.09.2018
ölçüsü2,8 Mb.
#67584
1   2   3   4   5   6   7   8   9   10   ...   179

23

getsə  yaxşıdı,  başı  qarışar.  Səhəri  gündən  Dariya  xalanın  tikdiyi 

dağarcığı  götürüb  məscidə  üz  tutur,  hər  dəfə  evimizin  xarabalı-

ğının  yanından  keçəndə  ata-anamın,  qardaş-bacımın  fəryadlarını 

eşitməmək  üçün  addımlarımı  yeyinlədirdim.  Bir  müddət  sonra 

Görgü  ağa  hərdən  Meydana  enməyimə,  məhəllə  uşaqlayırla  oy-

namağıma  da  icazə  verdi,  görünür,  məni  bu  vaxtacan  alışdığım 

mühitdən  ayırmaq  istəmirdi.

20. Yayda üç aylığa Görgü ağanın Qocordakı yaylaq evinə ge-

dirdik.  Hazırlıq  işləri  yazın  axırında  başlanırdı,  yaylağa  aparılası 

şeylər seçilib-qablaşdırılırdı. Görgü ağa yay müddətində evə bax-

maq  üçün  uzaq  qohumunu  gətirdir,  sonra  ailəsilə  faytonda,  Da-

riya  xalayla  mənsə  müxəlləfat  yüklənmiş  öküz  arabasında  yola 

düzəlir,  Meydandan  üzüyuxarı  qalxır,  Qocor  qapısından  keçib 

yaylağa  doğru  üz  tuturduq.  Yolda  bulaq  başında  dincəlib  çörək 

yeməyimiz,  gül-çiçəyin  ətrindən  bihuş  olmağımız  yadımdadı. 

Gün  əyiləndə Koroğlu  qalasından  bir  az  aşağıdakı  yastanada  bir-

qatlı,  üçotaqlı  evə  çatırdıq.  Dərhal  evə  baxan,  Görgü  ağanın  Kişi 

çağırdığı  Təhməz  külfətilə  tökülüb  hər  şeyi  yerbəyer  eləyir,  öküz 

arabasıyla  yaxınlıqdakı  Təhlə  kəndinə  gedirdilər.  Sonra  Təhməz 

həftədə  iki  dəfə  gəlib  göy-göyərti,  ağartı,  meyvə-filan  gətirirdi. 

Yay  müddətində  Təhməzin  həyətin  bir  tərəfindəki  təkgözlü  ba-

laca  otağına,  daha  doğrusu,  keçə  alaçığına  Dariya  xalayla  mən 

yerləşirdim.  Madam  Qrenyö  dərslərini  qonaq  otağında  davam 

etdirir,  elə  ordaca  yatıb-dururdu.  Yaylaq  vaxtı  da  Davidlə  Ketino 

mürəbbiyənin  dediyindən  çıxa  bilmirdilər.  Mənsə  azad  quşdum, 

Dariya  xalaya  xəbər  verib  istədiyim  yerə  gedir,  hətta  qalaya  belə 

dırmaşırdım.  Sıldırım  qayanın  üstündə  dikələn  qayaya  dolama 

cığırla  qalxır,  yarıuçuq  divarların  üstündən  vadiyə,  çaya,  qoyun, 

mal  sürülərinə,  ilxılara,  burula-burula  gedən  yollara  baxırdım. 

Davidlə  Ketino  hərdən  yanlarında  madam  Qrenyö  qalaya  yaxın 

gəlir,  mənim  divar  üstündə  durmağıma  qorxuyla,  bir  az  da 

heyranlıqla  baxırdılar.  Əlbəttə,  mürəbbiyənin  qadağası  olmasay-

dı,  yanıma  dırmaşmaq  istəyərdilər.  Həftənin  bir  neçə  gününü 

şəhərdə  olan  Görgü  ağa  və  Rusudan  xanım  yaylaqdakı  tanış-

bilişlərinə  qonaq  gedir,  ya  da  onları  qonaq  çağırırdılar.

21. Ömrümün yeddi ili də bu düzənlə keçdi: axund Səməndərin 

yanında  dərsimi  başa  vurdum,  heç  özüm  də  hiss  eləmədən  gür-




24

cü  dilini  əməlli-başlı  öyrəndim,  üstəlik,  firəngcəni  də  ala-babat 

mənimsədim.  Madam  Qrenyönün  dediklərini  anlayır,  dindirəndə 

öz  dilində  cavab  verirdim,  bundan  da  çox  xoşhal  olurdu.  Artıq 

böyüyürdüm,  Dariya  xala  öz  taxtıyla  mənim  yatağımın  arasına 

pərdə  çəkməli  oldu.  Günlərin  birində  Ruxsara  xalayla  müsəlman 

qəbiristanlığına,  doğmalarımın  qəbrinin  üstünə  də  getdim.  Dörd 

qəbir,  dörd  xırdaca  təpəcik,  dörd  ağac  başdaşıydı,  heç  başda-

şılarında  adları  da  yox  idi,  yəqin,  bir  vaxt  itib  gedəcəkdilər. 

Bayram  günlərində,  ya  da  bir  bəhanəm  olanda  Ruxsara  xalagilə 

gedirdim,  Züleyxanı  görmək,  beş-on  kəlmə  danışmaq  məndən 

ötrü dünyanın ağlagəlməz xoşbəxtliyiydi. Həddi-büluğa çatmışdı, 

necə  deyərlər,  qızlar  bulağından  su  içən  vaxtıydı.  Duyurdum  ki, 

daha aramızda əvvəlki uşaqsayağı ünsiyyət yoxdu, yerini anlaşıl-

maz istəyin yönləndirdiyi utancaq, çəkingən, həyəcanlı münasibət 

tutur.  Bəzən  baxışlarımız  toqquşurdu,  oğurluq  üstündə  tutul-

muş  kimi  qızarırdıq.  Görünür,  Ruxsara  xala  qadın  sövqi-təbiiylə 

nəsə  duymuşdu,  ola  bilsin,  öz-özlüyündə  Allahın  bu  işindən 

razıydı.  Elə  o  vaxt  Şamaxıya,  Bərdəyə,  İrəvana,  ya  da  Təbrizə 

mədrəsədə oxumağa getmək barədə Görgü ağayla söhbət eləmək 

fikrindəydim.  Bu  yeddi  il  ərzində  ondan  da,  xanımından  da,  öv-

ladlarından  da  insani  münasibət  görmüşdüm,  bilirdim  ki,  mənə 

doğru-dürüst  məsləhət  verəcək.  Əlbəttə,  təhsilimin  xərci  birin-

ci  çətin  məsələydi,  bu  Görgü  ağanın  qərarından  asılı  olacaqdı. 

Amma  namərdlərin  basqını  kimi  qəfil  bir  hadisə  bütün  həyatımı 

dəyişdirməyə  bəs  elədi. 



Hicri  1100-cü,  miladi  1687-ci  ilin  yaz  günlərinin  birində,  daha 

dəqiq  desəm,  Novruz  bayramında  bir  neçə  həftə  sonra  hər  şey  baş-

ayaq  oldu


25

IV

AH,  BU  JOZEF  QRENYÖ…



Sən  səni  əfv  elə  qarşında  belə  təqsir  üçün,

Mən  səni  fərmanına  böylə  əməl  eyləyirəm.

Xətib  TƏBRİZİ

  (XI  yüzil)

22.  Axır  illər  mənə  nəvazişlə  “İosif”  deyirdilər,  Görgü  ağanın 

buyruğu,  Rusudan  xanımın  göstərişi,  Dariya  xalanın  xahişi-filanı 

olmadan  evin  zəruri  işlərini  görməyə  başlamışdım:  məsələn,  ta-

nış  kintoları  görüb  ağanın  evinə  nədən,  nə  qədər,  nə  vaxta  lazım 

olduğunu,  hamama  enib  ağanın,  xanımın,  ya  da  madam  Qrenyö-

nün,  Davidin,  Ketinonun  nə  vaxt  çimməyə  gələcəklərini  çatdırır-

dım,  qohumlarının,  tanış-bilişlərinin  evinə  gedib,  nə  vaxta  qonaq 

çağırıldıqlarını  yetirirdim,  yaxud  madam  Qrenyönün  namələrini 

Seyidabad  tərəfdəki  çapara  verirdim.  Unutmamış  deyim  ki,  o 

namələr  Parisə,  sonrasa  cürbəcür  şəhərlərdəki  Jozef  Qrenyö  adlı 

şəxsə  yazılırdı,  hələ  o  adamın  qardaşı,  yoxsa  sevgilisi  olduğunu 

bilmirdim,  heç  onu  da  bilmirdim  ki,  həmin  kimsə  hər  şəhərdə 

yaşayan  bir  Jozefdi,  yoxsa  eyni  Jozefdi  ki,  düşüb  şəhərbəşəhər 

gəzir.  Səhv  elmirəmsə,  axırıncı  naməsini  Dərbəndə  yazmışdı, 

əgər  dünyanın  düzənindən  bir  az  başım  çıxırdısa,  get-gedə  Tifisə 

yaxınlaşırdı,  günlərin  birində  Görgü  ağanın  evində  peyda  ol-

saydı,  heç  təəccüblənməzdim.  Bir  sözlə,  üstümə  düşən  işləri 

görməkdən  həzz  alırdım,  bu  həm  itkilərimlə  bağlı  ağrılarımın 

dinməsinə  yardım  göstərirdi,  həm  də  özümü  az-çox  rahat  hiss 

eləyə  bilirdim.  Görgü  ağa  da,  Rusudan  xanım  da,  uşaqlar  da, 

elə  madam  Qrenyö,  Dariya  xala  da  mənə  xidmətçi  kimi  yox, 

evin  adamı,  ailənin  kiçiyi  kimi  yanaşırdılar,  nə  gizlədim,  bu  da 

xoşuma  gəlirdi.  Hətta  axır  illər  madam  Qrenyö  dərslərinə  qatıl-

mağıma  izin  verirdi,  mən  də  bir  küncdə  oturub  onun  zərif  vü-



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə