50
gəmiyləmi, yoxsa kebləmi getməyi qərarlaşdırmağımız bəlkə də
Violettanın evinə yetişəcəyi, sonra bu nağılın bitəcəyi qorxusuyla
bağlıydı, bunu mən etiraf eləyirdim, qadınımın nə fikirləşdiyinisə
soruşmadım. Axır ki, yönümüzü günbatana çevirməyi Tulondan,
Nissadan, Turindən, Milandan, Veronadan keçib Veneziaya varid
olmağı qərarlaşdırdıq.
51. Yəqin ki, hər şəhərdə gördüklərimizi, yaşadıqlarımızı, ta-
nıdıqlarımızı (ən azı, yadımda qalanları) danışsam, bu hekayət
əndazədən çıxar, ona görə də təkcə Veronada qarşılaşdıqlarımı
xatırlatsam, bəsdi. Rəhmətlik madam Qrenyödən qalan kitablar
arasında əlimə üstündə ingilis tamaşa yazarı Uilyam Şekspirin
adı olan əlyazma tapdım. Madam Qrenyö narın xəttilə adamların
mükaliməsindən, hərəkətindən ibarət olan əhvalatları firəngcəyə
çevirmişdi. O əhvalatlardan bir neçəsinin adı yadımdadı: «İki ve-
ronalı əsilzadə», «Venesyia taciri», «Romeo və Cülyetta»… Bun-
ları həmin əhvalatlar Veronada baş verdiyinə görə xatırladım. İki
aşiqin əhvalatını burda hamı bilirmiş, hətta biri, guya hadisələrin
baş verdiyi evi, meydanı göstərdi. O vaxt Leyliylə Məcnunun,
Fərhadla Şirinin əhvalatlarını rəvayət kimi eşitmişdim, amma
hələ Şeyx Nizaminin neçə yüz il qabaq o eşq macəralarını qələmə
aldığını bilmirdim. Verona vaqiələrini qələmə alansa zənnim al-
datmırdısa, yaxın zamanlarda yaşanmışları yazmışdı. Hər halda,
ayrıca sənət növü yaratmışdılar: o vaqiələri mükalimə şəklində
yazır, sonra bir binanın içində, ya meydanda qurulmuş hündür,
böyük taxt üzərində təqlid eləyirdilər. Tiflisdə Novruz bayra-
mı günlərində məhəllə cavanlarının cürbəcür paltarlar geyinib
oyun çıxarmalarına, bir qədər də meydan tamaşalarına oxşayırdı.
Xülasə, Veronadan Veneziaya yola çıxanda Violetta şəhərin son
tərifinə başladı, duruxa-duruxa suların içində tikilmiş röya kimi
bənzərsiz şəhər təsvir elədi. Əlbəttə, min dəfə eşitməkdənsə, bir
kərə görmək yaxşıdı, amma doğulub-böyüdüyü şəhərə yaxın-
laşdıqca Violettanın sevinclə yanaşı narahatlığı da artırdı. Bunu
açıq-aşkar sezsəm də, hələ səbəbini bilmirdim.
52. Veneziaya – qədim venez qövmünün adını daşıyan şəhərə
(bunu madam Qrenyödən eşitmişdim, gündoğandan sel kimi axan «Al-
lahın qırmancı» Atillanın hun qoşunlarının keçib buralara çatdığınısa
Davidin Kollej dö Fransda öyrəndiklərindən mənimsəmişdim) yaxın-
51
laşdıqca məni harda yerləşəcəyimiz əndişəsi bürüyürdü. Hələ
ki, cibimdə üç yüz frankacan pulum qalmışdı, bu vəsaitlə bir
neçə ay çulumu sudan çıxara bilərdim. Violetta ailəsinə qayıda-
caqdımı, sular şəhərində nə qədər duruş gətirəcəkdim, bundan
sonra necə yaşayacaqdım – bütün bunlar dumanlı fikirlər içində
çıxılmazlıq divarıyla rastlaşırdı. Görünür, bu barədə Violetta da
çox düşünmüşdü, quzey səmtdən şəhərə girəndə dedi, yəqin,
ailəsinə qayıtmayacaq, çünki fransız dənizçisinə qoşulub qaçma-
sını nə atası, nə də qardaşları bağışlayar, ona görə də münasib
yerdə ev kirayələyib bundan sonra neyləyəcəklərini fikirləşmək
daha düzgün olar. Sonuncu kebin sahibilə haqq-hesabı üzəndən
sonra Violettayla qıraqları hörülmüş böyük arxın içində qayna-
şan qondola adlı qayıqlardan birinə mindik. Qayıqların hamı-
sı qara rəngdəydi, Vilolettanın dediyinə görə, neçə illər əvvəl
şəhərdə taun xəstəliyi peyda olub adamları çəyirtkə kimi qır-
mışdı, bir neçə il ərzində əlli min nəfərəcən adam tələf ol-
muşdu, bu səbəbdən qayıqların matəm rəngində boyanmasına
qərar verilmişdi, həmin vaxtacansa qayıqlar al-əlvan rəngdəydi,
sahiblərinin zövqünə uyğun bəzədilirdi. Sol yanı sağ yanından
daha geniş olan, bir avarçının asanlıqla hərəkətə gətirdiyi o
qayıqda möhtəşəm saraylara, gözəl evlərə tamaşa eləyə-eləyə
gedirdik, bütün bunlar tozlu yollardan, tutqun karvansaralardan,
miskin daxmalardan sonra mənə nağıl kimi gəlirdi.
53. Cəmi-cümlətanı mənim bir sandığımdan, bir də Violet-
tanın bağlamasından ibarət olan yükümüzü Rialto körpüsü ya-
xınlığında sahilə çıxardıq. Violetta qayıqçıyla italyanca bir qədər
söhbət eləmişdi, güman ki, harda münasib otaq kirayələyə
biləcəyimizi soruşurdu. Sahildə də yükçülərlə danışdı, axır ki, iki
nəfər yükümüzü götürüb bir neçə yüz addımlıqdakı ikiqatlı bi-
nalara doğru apardı. Daha iki nəfərlə uzun-uzadı söhbətdən son-
ra məlum oldu ki, ayda on iki dukata (frankla dukatın məzənnəsini
bilmədiyimdən qiymətin ucuz olub-olmadığını ayırd eləyəmmədim)
otaq kirayələmək mümkündü. Gözdən-könüldən iraq yerdi, Vio-
letta nəyisə izah eləməyə çalışırdı, dəyib-toxunan olmaz. Əslində,
harda yerləşəcəyimizin məndən ötrü fərqi yoxudu, fikrim-zikrim
taleyimin bu şəhərini doya-doya gəzməyin, gələcəyimlə bağlı
dolaşıq duyğular burulğanından çıxmağın yanındaydı. Axır ki,
52
Violettanın sinyora Kapuççi çağırdığı yaşlı və kədərli qadının
evinin birinci qatındakı balaca otağı tutub yerləşməli olduq. Vio-
letta sonra dedi ki, ev sahibəsi ər-arvad olub-olmadığımızla ma-
raqlanıb, o da nikaha girməyə hazırlaşdığımızı söyləyib. Firəng
olmağım (hələ də Jozef Qrenyö idim, Violetta da məni belə tanıyırdı)
sinyoranın heç xoşuna gəlməmişdi, italyanca danışa bilməməyim
də ürəyincə deyildi, amma görünür, ayda on iki dukat ona çox
lazım idi, bu səbəbdən yarıkönül razı oldu. Parisdən bu sular
şəhərinəcən olan iyirmi altı günlük yolçuluğumuzun sonunda
bizi nə gözlədiyini unutmağa çalışıb umuda sığınmaqdan başqa
əlacımız yox idi. Sinyora Kapuççinin köməyilə aclığımıza əlac
qılandan sonra sevgi dənizinə çıxıb ehtiras yelkənlərini açdıq…
54. Sular şəhərindəki üç illik həyatımın ilk ayları yarıbay-
ğınlıq içində keçdi. Bir vaxtlar dünyanın sayılıb-seçilən, qüdrətli
məmləkətlərindən olan Veneziaya şöhrətinin qürub çağında
gəlsəm də, o əzəmətin izlərini görməkdən zövq alırdım. Bir
vaxtlar, bütün xristian aləminin qızılına sahib olan, Məğriblə
Məşriq arasında ticarəti əlində cəmləşdirən möhtəşəm şəhəri
dolaşmaq məndən ötrü Allahın bəxş elədiyi xoşbəxtlikdi. San-
Marko məbədinin və Doclar sarayının yanından axıb Pyasale
Romanı San Marko sututarıyla birləşdirən, latın hürufatındakı
«S» hərfini xatırladan Böyük arxla qondolada üzmək, Kalerci,
Qrimani, Korner-Spinelli, Moçeniqo, Kontarini, Bernardo, Ros-
kari saraylarının möhtəşəm mənzərəsinə tamaşa eləmək mənə
yuxu kimi gəlirdi. «Türk anbarı» (görünür, Veneziayla uzun illər
döyüşmüş Qanuni Sultan Süleymanın vaxtından qalmışdı) mənasını
verən Fondako Dey Turkinin Bizans və Venezia üslubunda ti-
kilmiş binası qarşısında heyrətlənmək, şəhərin rəmzi sayılan Ri-
alto körpüsündə gəzmək, Qızıl Ev adlanan tikilinin gözəlliyi
müqabilində susmaq… izaholunmaz duyğuydu. Bunlar barədə
Sorbonndakı memarlıq üslublarından dərs deyən müsyö Dümon-
dan öyrənmişdim, indi gözlərimlə görür, bütün bunların mənə
tanış olduğu izzəti-nəfsimi oxşayırdı. Belə gəzintilərə tək çıxan-
da Violettadan öyrəndiyim italyan sözlərilə, firəng kəlmələrilə,
əl-qol hərəkətlərilə vəziyyətdən çıxırdım. Violettasa alışdığı bu
şəhərdə məni heyrətləndirən nəyinsə tapıldığına sevinir, rahatla-
nırdı. Gördüklərimi, duyduqlarımı söyləsəm, mətləb çox uzanar,
Dostları ilə paylaş: |